Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   ...   7   8   9   10   11   12   13   14   15

50 

 

 



İngilis 

dili  kafedrası.  “İngilis  dili”    kafedrası  ADPU-nun  Elmi  Şurasının 

09.10.2015-ci il tarixli iclasının  qərarına əsasən “Xarici dillər” kafedrasının bazası 

əsasında  yaradılmışdır.  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  rektorunun 

əmri  ilə  filologiya  üzrə  fəlsəfə  doktoru,  dosent  Alıyeva  Gülçöhrə  Babaəli  qızı 

2015-2016-cı  tədris  ilindən  etibarən  “İngilis  dili”    kafedrasının  müdiri  təyin 

edilmişdir.    ADPU-nun  “İngilis  dili”  kafedrası  olaraq  missiyamız  tələbələrimiz 

üçün  müasir  təlim  metodlarının  tətbiqi  ilə  xarici  dilin  tədrisi  sahəsində  ən  yaxşı 

təhsili  və  ən  müasir  bilikləri  verərək  müxtəlif  ixtisaslar  üzrə  rəqabətə  davamlı 

mütəxəssislərin  hazırlanmasını  təmin  etməkdir.  Kafedramızın  professor-müəllim 

heyəti  öz  sahəsinin  tanınmış  mütəxəssis  və  alimlərindən  təşkil  olunmuşdur. 

Hazırda  kafedramızda  elmi-pedaqoji  fəaliyyət  göstərən  pofessor-müəllim  heyəti 

elm və praktikadakı ən son dəyişikliklərin və yeniliklərin tələbələrimizə ən yüksək 

səviyyədə öyrədilməsini təmin edir. 

İngilis dili kafedrasının professor-müəllim heyətinin tərkibi və kafedranın 

ümumi dərs yükü aşağıdakı kimidir. 



51 

 

 



 


52 

 

STRATEJİ HƏDƏFLƏRİMİZ VƏ GƏLƏCƏK PLANLARIMIZ 

Filologiya  fakültəsi  olaraq  qarşıya  qoyduğumuz  məqsədə  çatmaq  və  öz 

missiyamızı  yerinə  yetirərək  arzu  etdiyimiz  viziona  nail  olmaq  üçün  bir  sıra 

fəaliyyətləri yerinə yetirməyi nəzərdə tutmuşuq:  

1.

 



Tədris  prosesində  nəzəri  biliklərlə  yanaşı,  təcrübi  biliklərin 

öyrənilməsinə  nail  olmaq  üçün  auditoriyadan  kənar  məşğələlərin  kafedralar  üzrə 

keçirilməsini təşkil etmək; 

2.

 



Tədris olunan fənlərin bir neçə müəllim tərəfindən tədrisinə nail olmaq; 

3.

 



Tədris proqramlarının müntəzəm olaraq yeniləşməsinə nail olmaq; 

4.

 



Tədris  planlarının  müntəzəm  olaraq  yeni  standartlara  uyğun  tərtib 

olunmasına nail olmaq; 

5.

 

Fakültə  əməkdaşlarının  müdafiə  şuralarında  opponent  olmasını  və  bu 



yolla onların maddi cəhətdən stimullaşmasını təmin etmək; 

6.

 



Fakültə  əməkdaşlarının  müdafiə  şuralarının  üzvü,  eləcə  də  ekspert 

şurasının üzvü olmasını təmin etmək; 

7.

 

Fakültə əməkdaşlarının müvafiq elmi-tədqiqat İnstitutlarında və qabaqcıl 



ali məktəblərdə ixtisasartırma kurslarında iştirakına nail olmaq; 

8.

 



Fakültənin  professor-müəllim  heyətinin  elm,  təhsillə  bağlı  müxtəlif 

treninqlərdə iştirakını təmin etmək; 

9.

 

Fakültənin elmi-tədqiqat işlərinin mobilliyini artırmaq üçün respublikada 



və  xaricdə  olacaq  beynəlxalq  konfranslarda,  simpoziumlarda  professor-müəllim 

heyətinin iştirakını təmin etmək; 

10.

 

Fakültənin  professor-müəllim  heyətinin  müxtəlif  layihələrdə, 



qrantlarda iştirakını təmin etmək; 

11.


 

Fakültənin  idarə  olunmasını,  tədrisin  keyfiyyətini  müasir  tələblər 

səviyyəsində 

qurmaq 


üçün 

informasiya-kommunikasiya 

texnologiyaları 

vasitələrindən istifadə imkanlarını genişləndirmək; 

12.

 

Filologiya fakültəsinin bülletenini hazırlamaq; 



13.

 

Mövcud  ixtisasların  bazası  əsasında  aşağıdakı  ixtisasların 



yaradılmasını təmin etmək: 


53 

 

a)



 

Tərcümə (ingilis-azərbaycan) ixtisası 

b)

 

Tərcümə (fransız-azərbaycan) ixtisası 



c)

 

Tərcümə (rus-azərbaycan) ixtisası 



d)

 

Filologiya ixtisası 



14.

 

Fakültənin  AMEA-nın  Nəsimi  adına  Dilçilik  İnstitutu,  Nizami  adına 



Ədəbiyyat İnstitutu, Folklor İnstitutu ilə əlaqələrini genişləndirməyə nail olmaq; 

15.


 

Fakültənin  ADU-nun,  BSU-nun,  ADU-nun,  SDU-nun  müvafiq 

fakültələri ilə əlaqələrini genişləndirməyə nail olmaq. 



54 

 

NORMATİV HÜQUQİ AKTLAR, QAYDALAR VƏ ƏSASNAMƏLƏR 



 

Filologiya fakültəsi haqqında əsasnamə 

Filologiya  fakültəsi  Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris, elm 

və  inzibati  fakültəsi  olub,  “Azərbaycan  dili  və  ədəbiyyatı  müəllimliyi”,  “Xarici 

(ingilis)  dil  müəllimliyi”,  “Xarici  (fransız)  dil  müəllimliyi”  ixtisasları  üzrə 

bakalavr, Ana dili və ədəbiyyatı ixtisası üzrə magistr, Azərbaycan dili, Azərbaycan 

ədəbiyyatı,  dünya  ədəbiyyatı,  dil  nəzəriyyəsi  ixtisasları  üzrə  doktorant  hazırlayır. 

Eləcə də fakültədə elmi-tədqiqat, tədris və tərbiyə işlərini həyata keçirir. 

Filologiya fakültəsində mütəxəssislər Boloniya prosesinin, kredit sisteminin 

prinsiplərinə uyğun olaraq (əyani şöbədə) hazırlana bilər. 

Filologiya fakültəsində tələbələrin sayından asılı olaraq fakültənin daxilində 

ixtisaslar üzrə axşam şöbəsi, qiyabi şöbə yaradıla bilər.  

Filologiya  fakültəsi  “Azərbaycan  dili  və  ədəbiyyatı  müəllimliyi”,  “Xarici 

(ingilis)  dil  müəllimliyi”,  “Xarici  (fransız)  dil  müəllimliyi”  ixtisaslarını  və 

ixtisaslara aid fənləri tədris edən “Müasir Azərbaycan dili”, “Azərbaycan dilçiliyi”, 

“Azərbaycan və dünya ədəbiyyatı”, “Ədəbiyyatın tədrisi metodikası”, “Azərbaycan 

dili və onun tədrisi  metodikası”, “İngilis dili  və onun tədrisi  metodikası”, “Xarici 

dillər  və  onların  tədrisi  metodikası”,  “İngilis  dili”  kafedralarını,  “Dədə  Qorqud 

elmi-tədqiqat 

laboratoriyası”nı 

və 


“Türk 

araşdırmaları 

elmi-tədqiqat 

laboratoriyası”nı  özündə  birləşdirir.  Filologiya  fakültəsinin  nəzdində  başqa 

fakültələrə xidmət edə biləcək qeyri-ixtisas kafedraları yaradıla bilər. 

Filologiya fakültəsində yeni ixtisaslar da yaradıla bilər. 

Filologiya  fakültəsinin  ştatında  fakültə  dekanının  müavinləri  vəzifəsi 

nəzərdə tutulur. 

“Filologiya”  fakültəsi  dekanı  və  dekanın  müavinləri  tutduqları  vəzifə  üçün 

müvafiq normativ əsasında əlavə əmək haqqı alırlar. 

“Filologiya” fakültəsi dekanı: 

-

 



Fakültədə  tədris  prosesinə,  tərbiyə  işinə  və  elmi  tədqiqatların  yerinə 

yetirilməsinə bilavasitə rəhbərlik edir; 




Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə