Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Azərbaycan dili və onun tədrisi metodikası kafedrası



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   ...   7   8   9   10   11   12   13   14   15

46 

 

 



Azərbaycan dili və onun tədrisi metodikası kafedrası. Azərbaycan dili və 

onun tədrisi metodikası kafedrasının  əsası 1959 - cu ildə qoyulmuşdur. Kafedra ali 

təhsilin  bakalavriat  pilləsində  Azərbaycan  dili    və  ədəbiyyatı  müəllimliyi,  ibtidai 

sinif müəllimliyi, magistratura pilləsində isə Azərbaycan dili və ədəbiyyatın tədrisi 

metodikası  və  metodologiyası  istiqamətləri  üzrə  əsas  aparıcı  ixtisas  kafedrasıdır. 

Kafedra  yüksək  ixtisaslı  mütəxəssislərin  hazırlanması  üçün  bir  çox  sahələri  əhatə 

edən  20 - dən çox müxtəlif fənnin tədrisini həyata keçirir. Kafedranın tədris etdiyi 

fənlər  yüksək  ixtisaslı  mütəxəssislər  tərəfindən  Azərbaycan  dilində  tədris  olunur. 

Azərbaycan  dili  və  onun  tədrisi  metodikası  kafedrasının  professor  –  müəllim 

heyətinin tərkibi və kafedranın ümumi dərs yükü aşağıdakı kimidir.



 

 

 



Ədəbiyyat  və  onun  tədrisi  metodikası  kafedrası.    “Ədəbiyyat  və  onun 

tədrisi metodikası” kafedrası ali təhsilin bakalavriat və magistratura pillələrində iki 

ixtisas üzrə əsas aparıcı  kafedradır. 

Kafedra,  müasir  məktəblərin  ehtiyacı  olan  yüksək  ixtisaslı  mütəxəssis 

müəllim  kadrları  hazırlayır.  Bunun    üçün  ədəbiyyatın  tədrisi  metodikası,  ifadəli 



47 

 

oxunun  əsasları,  ədəbiyyat  dərslərində  yeni  təlim  texnologiyalarından  istifadə  və 



uşaq ədəbiyyatı fənninin tədrisini həyata keçirir. 

Kafedranın  tədris  etdiyi  fənlər,  yüksək  ixtisaslı  mütəxəssislər  tərəfindən 

azərbaycan dilində tədris aparılır.  

Tələbələrin  yüksək  nəzəri  biliklərə  yiyələnməsi  ilə  yanaşı  onların  praktik 

bacarıqlara  nail  olması  üçün  də  bir  sıra  tədbirlər  həyata  keçirilir.  Məktəblərdə 

təcrübəli  müəllimlərlə  görüşlər  keçirilir,  açıq  dərslər  təşkil  olunur,  müasir  təlim 

texnologiyalarının tətbiqi ilə əlaqədar praktik işlər görülür.  

Nəzəriyyə  ilə  praktika  arasında  sıx  əlaqə  qurulur.  Elmi  biliklərlə  praktika 

arasında bu cür körpü və tarazlıq kafedramızın ən önəmli özəlliyidir. 

 

 



 

İngilis  dili  və  onun  tədrisi  metodikası  kafedrası.  Azərbaycan  Dövlət 

Pedaqoji  Universiteti  rektorunun  əmri  ilə  filologiya  elmlər  doktoru,  professor 

Balaxan Qaraxan oğlu Hüseynov  2008/2009 -cü tədris ilindən etibarən “İngilis dili 

və onun tədrisi metodikası” kafedrasının müdiri təyin edilmiş, 2013-cü ilin yanvar 

ayına  qədər  kafedraya  rəhbərlik  etmişdir.  Professor  B.Q.Hüseynovun    vəfatından 



48 

 

sonra  2014-cü  ilin  may  ayından  kafedraya  rəhbərlik  filologiya  elmlər  doktoru,  



Nailə Məmmədhüseyn qızı Sadıqovaya həvalə olunmuşdur. 

İngilis  dili  və  onun  tədrisi  metodikası  kafedrasının  təklif  etdiyi  tədris 

modeli  aşağıdakı  diaqramda  öz  əksini  tapmışdır.  Modelin  əsas  fəlsəfəsini  ilkin 

bazaya(əsasa) əsaslanan “mərhələli inkişaf” prinsipi tutur. Diaqramda bu öz əksini 

çox  aydın  şəkildə  tapmışdır.  Beləki,  birinci  kursda  tələbələr  Xarici  dildə  oxu  və 

nitq  (1-2),  Xarici  dilin  fonetikası(1-2),  Xarici  dilin  qrammatikası(1-2),  II  kursda 

tələbələr  Xarici  dildə  oxu  və  nitq  (3),  Xarici  dilin  fonetikası  (3),  Xarici  dilin 

qrammatikası (3), Yazı  və oxu  vasitəsilə  müsahibə, Danışıq  modelləri vasitəsi  ilə 

ingilis dili fənləri öyrənir, III kursda Yuxarı orta oxu və nitq, İxtisas dilinin tədrisi 

metodikası, İxtisas dilinin leksikologiyası fənnlərini, Müasir ingilis dili,  IV kursda 

isə  Yüksək  oxu  və  nitq,  İxtisas  dilinin  üslubiyyatı,  İxtisas  ölkəsinin  ədəbiyyatı, 

Ölkəşünaslıq,  Xüsusi  sahələr  üzrə  ingilis  dili,  Tərcümə  və  Mətbuat  dili  kimi 

ixtisaslaşma fənləri öyrənilir.  



49 

 

 



Xarici dillər və onların tədrisi metodikası kafedrası. 

 

ADPU-nun  Xarici 



dillər  və  onların  tədrisi  metodikası  kafedrası  (kecmiş  Rus  dili  kafedrası)  1936-

1937-  ci  tədris  ilində  müstəqil  Rus  dili  kafedrası  kimi  təşkil  edilmiş  və  

dos.V.L.Alxarova    oraya  müdir  secilmişdir.  Sonrakı  illərdə  kafedraya 

N.Q.Yukovsakaya  ,  N.Terentyeva,  dos  A.Roşal,  Y.A.Əliyev  və  dos.İ.Y.Yudkin 

rəhbərlik  etmişdir.  1967-ci  ildən  2006-cı  ilin  sentyabrına  qədər  kafedraya    prof. 

T.N.Əliyeva  rəhbərlik  etmişdir.  2006-cı  ilin  noyabrından  kafedraya 

dos.L.O.Vəzirova  rəhbərlik edir. 2014-2015 ci tədris  ilinin başlanğıcında Rus dili 

kafedrasının  bazasında  yeni  “Rus  dili  və  onun  tədrisi  metodikası”  kafedrası 

yarandı.    2015-ci  tədris  ilindən  “Xarici  dillər  və  onların  tədrisi  metodikası” 

kafedrası kimi fəaliyyət göstərir. 

“Xarici  dillər  və  onların  tədrisi  metodikası”  kafedrası  ali  təhsilin 

bakalavriat  və  magistratura  pillələrində  Rus,  fransız,  alman  və  fars  dilləri  və 

metodika istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır. 

Kafedranın  başlıca  vəzifələrindən  biri  –  elmi-pedaqoji  və  metodiki 

biliklərin,  təcrübələrin  nəticələrinin,  açıq  dərslərin  müzakirələrinin  nəticələrini  və 

metodika  sahəsində  yeniliklərinin  kafedra  əməkdaşlarına  çatdırılması  və  qabaqcıl 

təcrübənin  öyrənilməsidir.  Kafedra  yüksək  ixtisaslı  mütəxəssislərin  hazırlanması 

üçün  bir  çox  sahələri  əhatə  edən  30-dan  çox  müxtəlif  fənnin  tədrisini  həyata 

keçirir. 

Kafedranın  tədris  etdiyi  fənlər  yüksək  ixtisaslı  mütəxəssislər  tərəfindən 

azərbaycan, rus, fransız, alman, fars dillərində tədris olunur.  

Tədris  olunan  fənlər  üzrə  tədrisin  keyfiyyətini  artırmaq,  tədris  prosessinin 

səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri 

biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi olaraq   

tanınmış  mütəxəssislərinin  iştirakı  ilə  elmi  seminarlar  keçirilərək  onlara  təhsil 

müddətində  öyrənmiş  olduqları  biliklərin  real  həyatda  istifadəsi  öyrədilir.  Bu 

mənada tədris metodikamızda nəzəriyyə və praktika arasında qurmağa çalışdığımız 

körpü və tarazlıq kafedramızın qeyd edilməyə dəyər ən önəmli özəlliyidir. 




Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə