2
M Ü N D Ə R İC A T
Dekanın müraciəti...................................................................................................3
Fakütənin yaranma və inkişaf tarixi......................................................................5
Fakültə haqqında ümumi məlumat.......................................................................6
Məqsədimiz.............................................................................................................12
Missiyamız..............................................................................................................12
Vizionumuz.............................................................................................................12
Fakültə ixtisasları və tədris planları....................................................................13
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tədris planı
(əyani təhsil forması üzrə)......................................................................................14
Xarici dil (ingilis) müəllimliyi ixtisasının tədris planı............................................16
Xarici dil (fransız) müəllimliyi ixtisasının tədris planı...........................................18
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tədris planı
(qiyabi təhsil forması üzrə).....................................................................................20
Fakültənin idarəetmə strukturu...........................................................................22
Dekan.......................................................................................................................22
Dekan müavinləri...............................................................................................29-31
Fakültə tyutorları................................................................................................31-37
Filologiya fakültəsinin təşkilati strukturu................................................................38
Filologiya fakültəsinin Elmi Şurasının üzvləri........................................................39
Filologiya fakültəsinin ixtisas kafedraları...........................................................42
Müasir Azərbaycan dili kafedrası............................................................................42
Azərbaycan dilçiliyi kafedrası.................................................................................43
Azərbaycan və dünya ədəbiyyatı kafedrası.............................................................44
Azərbaycan dili və onun tədrisi metodikası kafedrası.............................................46
Ədəbiyyat və onun tədrisi metodikası kafedrası.....................................................46
İngilis dili və onun tədrisi metodikası kafedrası......................................................47
Xarici dillər və onların tədrisi metodikası kafedrası...............................................49
İngilis dili kafedrası.................................................................................................50
Strateji hədəflərimiz və gələcək planlarımız.......................................................52
Normativ hüquqi aktlar, qaydalar və əsasnamələr............................................54
Filologiya fakültəsi haqqında əsasnamə..................................................................54
Filologiya fakültəsinin Elmi Şurası haqqında əsasnamə.........................................57
Filologiya fakültəsi Elmi Şurasının 2016/2017-ci tədris ili üçün iş planı...............60
Filologiya fakültəsinin 2016/2017-ci tədris ili üçün akademik təqvimi..................64
3
Dekanın müraciəti
Azərbaycan Respublikasının iqtisadi, siyasi, elmi, texniki, ictimai, mədəni
inkişafı ali təhsilin də qarşısına ciddi vəzifələr qoyur. Ali məktəblər müasir
texnologiyaları dərindən mənimsəyən, bilən, dünyada gedən bütün prosesləri
hərtərəfli təhlil etmək bacarığına malik olan və bu proseslərdən baş çıxaran,
müasirliyə, yeniliyə kifayət qədər meyilli olan, müasir dünyanın tələblərinə uyğun
rəqabət prosesində özünü təsdiq edən kadrlar hazırlamalıdır. Müəllim kadrların
hazırlığına gəldikdə isə qarşıda duran vəzifələrin məsuliyyəti daha böyükdür. Onu
da qeyd edək ki, doğma ana dilini, ədəbiyyatını, eləcə də əcnəbi xalqların
(ingilislərin, fransızların və digərlərinin) dillərini, ədəbiyyatını öyrədən müəllim
kadrlarını hazırlamaq milli dəyərlərimizi qorumaqla yanaşı, dünyəvi dəyərlərə
önəm verməklə irəliyə doğru inkişafımızı, bu istiqamətdə bilik, bacarıq və
vərdişlərimizin formalaşmasını təmin edəcəkdir.
Yaxşı müəllim olmaq üçün elmlərin əsaslarını, o cümlədən dil, ədəbiyyat
fənlərinin əsaslarını dərindən öyrənmək və bunları bilik, bacarıq, vərdişə çevirmək
lazımdır. Eyni zamanda dünya ölkələrinin topladığı ən yaxşı, nümunəvi təcrübə ilə
tanış olmaq, onu sintez etməyi bacarmaq lazımdır. Bu mənada biz ən mütərəqqi iş
metodlarından istifadə etməli və onları inkişaf etdirməliyik.
Dünya hər gün dəyişir, yeniləşir və yeni-yeni metodları tələbata çevirir. Bu
mənada dil, ədəbiyyat elə bir sahədir ki, o, hər bir xalqın mənəvi sərvəti və mənəvi
qidası kimi böyük əhəmiyyətə malikdir. Bunun üçün biz dili və ədəbiyyatı
sevdirməyi bacarmalıyıq və sevgi yolu ilə onu yeni-yeni metodlarla müasir
dünyanın mənəvi xəzinəsinin dəyərinə çevirməliyik. Bu müqəddəs işi həyata
keçirmək üçün mütərəqqi iş metodlarını inkişaf etdirməli, öyrənmə və öyrətmə
qaydalarına əməl etməyi bacaran, rəqabətə davamlı kadrlar hazırlamalıyıq.
Əziz tələbələr, qloballaşan dünyada milli-mənəvi dəyərlər, o cümlədən dil,
ədəbiyyat rəqabət prosesində daha çox təsirə, təqibə, müqavimətə məruz qalan
sahələrdən biridir. Ona görə də bu rəqabət prosesinə davam gətirmək üçün bütün
imkanlardan maksimum səviyyədə istifadə etməli, dilimizin, ədəbiyyatımızın