Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

31 

 

SİNFİN İDARƏÇİLİYİ 



QƏRAR QƏBUL ETMƏK QAYDALARI 

(Təcrübə yerində üçüncü həftənin başlanğıcında doldurulur) 

Təlimat 


Bu vasitə dərs deyən tələbələrə təcrübə yerlərindəki xüsusi situasiyaya uyğun olaraq sinfin idarəçiliyi ilə 

bağlı ən düzgün qərarları qəbul etməkdə kömək məqsədi ilə düşünülmüşdür. Dərs deyən tələbələr hər bir sual 

ətrafında diqqətlə düşünməli və təfsilatı ilə cavab verməlidirlər. Cavabları təsviredici mətn şəklində aə ya sual-

cavab  formasında  yazmaq  olar.  İş  başa  çatdıqdan  sonra  onun  nəticələri  əməkdaşlıq  edən  müəllimin  və 

universitet yoxlayıcısının diqqətinə çatdırılmalıdır.  

1.Sinfin idarəçiliyi ilə bağlı mənim əsas məqsədim nədir? 

(İdarəçilik üsulları və metodlarından istifadə etməklə mən… nail olacağıma ümid edirəm). 

2.Sinfin idarəçiliyinə hansı yanaşma üsulu öu məqsədə doğru aparır? 

(Ciddi intizam, mənfi və ya müsbət mənada məcburiyyət tədbirləri, qeyri-adi mükafatlandırmalar və s.) 

3.Sinfin idarəçiliyi ilə bağlı mən hansı dəyərlərə və möhkəm inamlara malikəm? Nə üçün? 

4.Şagirdlərimin yetkinlik dərəcəsi necədir? Bu mənim idarəçiliklə bağlı qərarlarıma necə təsir edəcək? 

5.Şagirdlərimin əvvəlki intizam göstəriciləri necə olmuşdur? 

6.Şagirdlərim hansı mədəni mühitlərə mənsubdurlar? 

7.Əməkdaşlıq edən müəllimdən hansı səviyyədə kömək gözləyirəm? 

8.Mövcud şəraitdə mənim təcrübə yerində sinifdəki intizamla bağlı planım necə olmalıdır? 

9.Nəzərdə tutduğum yanaşma üsulunu reallaşdırmaq üçün yer və materiallarla bağlı hansı xüsusi tələblərə 

əməl olunmalıdır? 

10.Öz yanaşma üsulumu reallaşdırmaq üçün mənimhansı xüsusi köməyə ehtiyacım var? (Valideynlərin, 

şagirdlərin, əməkdaşlıq edən müəllimin və digər müəllimlərin köməyinə ehtiyac hiss edirsinizmi?) 

 

 



TƏDRİS TƏCRÜBƏLƏRİ 

Aşağıdakı  bəndlər  tələbənin  dərs  dediyi  müddətdə  meydana  çıxacaq  bəzi  daha  spesifik  təcrübələri  əks 

etdirir.  Dərs  deyən  tələbələr  bu  vərəqi  özləri  ilə  götürməli,  onun  üzərində  əməkdaşlıq  edən  müəllimin 

qabiliyyətini qeyd etməli və təcrübənin başa çatdığı tarixi göstərməlidirlər. Sinfin səviyyəsi və ya məktəb 

üçün  münasib  olmayan  hər  hansı  təcrübədən  çəkinin.  Növbəti  təcrübə  yerində  müxtəlif  variantları  sınaqdan 

çıxarmaq imkansız olacaq. Doldurulmuş bu forma tələbənin tədris qovluğunun içərisinə qoyulmalıdır.  

-

 



Məktəbin siyasətinin öyrənilməsi: yanğından mühafizə məşqləri, intizam.  

-

 



Bülleten lövhələrinin planlaşdırılması və quraşdırılması  

-

 



Şagirdlərin toplanmış qeydlərinin tədqiqi. 

-

 



Davamiyyətin qeydiyyatı, prosedurların öyrənilməsi və istifadəsi. 

-

 



Ev tapşırıqlarının yoxlanması. 

-

 



Surətçıxaran maşının işlədilməsi. 

-

 



Tabaşir lövhəsindən istifadə. 

-

 



Yardımçı materialların sinfə gətirilməsi. 

-

 



Videomaqqitafondan (kinoproyektordan) diafilmdən, adi proyektordan istifadə. 

-

 



Sərgilərin tərtibatı. 

-

 



Digər siniflərin müşahidə olunması. 

-

 



Şagirdin tərəqqisinin sistemi şəkildə sxem halında təsviri. 

-

 



Məlumat vərəqlərinin tərtibi işinə kömək. 

-

 



Müəllimlərin yığıncaqlarında iştirak.              

-

 



Məktəb bufetində yemək. 

-

 



Əməkdaşlıq edən müəllimə kömək (tənəffüs zamanı, avtobusla bağlı və s.) 

-

 



Müəllimlər otağına baş çəkilməsi. 

-

 



Yardımçı müəllimlərlə iş və onların dərslərinin müşahidəsi. 

-

 



Danışmaq,  xüsusi  təhsil,  təlim,  mütaliə  və  riyaziyyat  sahələrində  köməyə  ehtiyacı  olan  uşaqlarla 

davranma prosesinin öyrənilməsi.  

 



32 

 

VALİDEYNLƏRLƏ ÜNSİYYƏT 

Valideynlərlə  yaxşı  işgüzar  münasibətlər  qurmaq  və  onları  qoruyub  saxlamaq  mühüm  əhəmiyyət  kəsb 

edir. valideynlərlə həm formal, həm də qeyri-formal ünsiyyət imkanları tələbənin tədris təcrübəsinin bir hissəsi 

olmalıdır. Müəllim-valideyn ünsiyyətinin bir neçə zəruri tipi aşağıda verilir.  

Əməkdaşlıq  edən  müəllim  də  öz  inisialını  yazmalı  və  baş  tutmuş  ünsiyyətin  tarixlərini  göstərməlidir 

(yaxşı olar ki, təcrübə keçdiyiniz yerdə və ya sinifdə). 

-

 



Dərs deyən tələbə haqqında təqdimat məktubunu şagirdlərlə evə göndərmək. 

-

 



Əməkdaşlıq  edən  müəllimi  valideynlə  görüş  zamanı  müşahidə  etmək  və  müəllim  və  universitet 

yoxlayıcısı ilə birlikdə həmin görüşü müzakirə etmək. 

-

 

Valideynlər  məktəb  binasında  olduqları  zaman  onlarla  qeyri-formal  şəkildə  ünsiyyətə  girməyə  cəhd 



göstərmək. 

-

 



Müəllimlə  birlikdə  evlərə  baş  çəkmək  (əgər  bu,  məktəb  proqramında  bir  qayda  olaraq  nəzərdə 

tutulmuşdursa).  

-

 

Müəllim-Valideyn  Assosiasiyasının  işində  iştirak  etmək.  Yığıncaqlar,  valideynlər  üçün  açıq  qapı 



günləri, məktəb sərgiləri və s. 

 

 



 


33 

 

ƏLAVƏ DÜŞÜNDÜRÜCÜ SUALLAR 



(Zəruri hallarda düşündürücü qeydləri yazarkən istiqamətləndirici suallar kimi istifadə olunmaq 

üçün) 

1.Mənim dərsimin qarşıya qoyduğu məqsədlər nə idi və onlar əldə olundumu? 

2.Əgər  dərsin  məqsədləri  əldə  olunmayıbsa,  bu  məqsədin  əldə  edilməsi  üçün  mən  nəyi  dəyişdirməli  

idim? 


3.Dərsin uğurlu cəhətləri hansılar idi? 

4.Gələcəkdə mən nəyi fərqli şəkildə etməliyəm? 

5.Mən müxtəlif təlimat formalarından istifadə etdimmi? Bu formatlar şagirdləri dərsin məzmununu dərk 

etməyə və mənimsəməyə istiqamətləndirə bilirdimi? 

6.Şagirdlərin cavabları məni qane edirdimi? 

7.Dərsin müxtəlif hissələrinin müddəti şagirdlərimin diqqət dərəcəsinə uyğun gəlirdimi? 

8.Şagirdlər materialı öyrənməkdən zövq alırdılarmı? 

9.Dərs müddətində şagirdlərin sinifdə özlərini rahat hiss edirdilərmi? 

10.Müxtəlif fəaliyyətlər arasındakı keçidlər uyğun dərəcədə vaxt aparırdımı? 

11.Mən şagirdlərə bərabər səviyyədə müraciət edirdimmi? 

12.Müstəqil iş zamanı  mən şagirdlərə fəal şəkildə nəzarət edirdimmi və onların tapşırığı düzgün  yerinə 

yetirib-yetirmədiklərini  öyrənməkdən  əlavə,  həm  də  dərketmə  prosesini  yoxlamaqla  bağlı  monitorinq 

aparırdımmı? 

13.Şagirdlərim sinifdə həyata keçirilən bütün fəaliyyətlərə görə məsuliyyət hiss edirdilərmi? 

14.Bütün şagirdlər mənim göstərdiklərimi dərk edərək, onlara əməl edirdilərmi? 

15.Əgər şagirdlər mənim göstərdiklərimə əməl etmirdilərsə, mən öz təlimatımı necə yaxşılaşdıra bilərəm? 

16.Mən  şagirdlərdən  dərs  soruşan  zaman  onlar  mənim  suallarıma  cavab  vermədikdə,  onları  cavab 

verməyə istiqamətləndirmək üçün müəyyən xatırlatma verirdimmi? 

17.Mən şagirdlərə onların fəallığı ilə bağlı müsbət və spesifik fikirlər söyləyirdimmi? 

18.Sinifdə şagirdlər ucadan cavab aerməzdən əvvəl əllərini qaldırırdılarmı? Əgər qaldırırdılarsa və ya bu 

qaydaya heç də həmişə əməl etmirdilərsə, mən bu şagirdlərə necə münasibət göstərirdim? 

19.Şagirdlərin tapşırıqdan yayınması halları olurdumu? Əgər olurdursa, bu, dərs vaxtının hansı hissəsini 

əhatə edirdi? Şagirdlərin diqqətini yenidən tapşırığa cəlb etmək üçün mən nə edirdim? 

20.Şagirdlərin diqqətinin yayınması üçün istifadə edə biləcəyim digər üsullar varmı? 

 

 

 

 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə