Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı


MÜƏLLİMLƏRİN HAZIRLANMASI PROQRAMLARINDA İXTİSAS ÜZRƏ TƏCRÜBƏNİN ROLU



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   2   3   4   5   6   7   8   9   ...   28

 

MÜƏLLİMLƏRİN HAZIRLANMASI PROQRAMLARINDA İXTİSAS ÜZRƏ TƏCRÜBƏNİN ROLU 



İXTİSAS ÜZRƏ TƏCRÜBƏ NƏDİR? 

 

Müəllimlərin hazırlanmasına dair istənilən proqramın zəruri bir hissəsini ixtisas üzrə təcrübə təşkil edir. 

Praktikum  və  ya  «tələbənin  dərs  deməsi»  çox  zaman  bu  ixtisas təcrübəsinin  kulminasiyası  olur.  Praktikumun 

müəllim  ixtisasına  yiyələnmə  proqramı

1

  çərçivəsində  bir  sıra  xüsusi  adlara  və  statusa  malik  olmasına 



baxmayaraq, ixtisas üzrə bütün təcrübələr bir-birinə bənzəyir. Ümummilikdə bu təcrübələrin iki səciyyəvi cəhəti 

var:  


 Onlar tələbələrin müəllimlik peşəsi mədəniy-yətinə uyğunlaşmasına yardımçı olan inkişaf yolunu təmin 

edir;  


 Onlar tələbələrə nəzəriyyəni birbaşa təcrübə ilə birləşdirmək imkanı verir. (Pozner, 1996).  

İxtisas  üzrə  təcrübələrin  digər  ümumi  cəhətləri  də  var.  Birincisi, ixtisas  üzrə  təcrübələr  öz  təyinatından 

asılı olaraq, müəllimi və ya təlim şəraitini prosesə cəlb edir. İkincisi, onlar öyrənən şəxsi cəlb edir. Üçüncüsü, 

onlar müəllimin öyrənən kəslə bölüşdüyü təlim materialını (bu materialın texniki informasiya, vərdişlər və ya 

şəxsi  hisslərdən  ibarət  olmasından  asılı  olmayaraq)  cəlb  edir.  Nəhayət,  ixtisas  üzrə  bütün  təcrübələr  təlim  və 

öyrənmə təcrübəsinə təsir göstərən __________ 

1

İxtisasa  yiyələnmə  treninqi  diplomlu  müəllim  olmağa  hazırlaşan  tələbələrin  ixtisas  hazırlığı  keçməsini 



nəzərdə tutur. İxtisas artırma treninqi isə artıq bu ixtisas almış müəllimlərin təkmilləşməsi analayışını ifadə edir.    

qaydalardan,  üstünlüklərdən,  dəyərlərdən,  gözlənilən  nəticələrdən  və  fərdi  yetişmə  mühitindən  ibarət  olan 

kontekst çərçivəsində aparılır. 

 

İXTİSAS ÜZRƏ TƏCRÜBƏNİN TİPLƏRİ  

Oxşar  cəhətlərin  bu  qədər  çox  olmasına  baxmayaraq,  ixtisas  üzrə  hər  hansı  iki  təcrübə  bir-birini  dəqiq 

təkrarlamır. Tələbələrə ixtisasla bağlı işi müxtəlif məşğələlərdə, müxtəlif yaşlı və qabiliyyətli uşaqlarla aparmaq 

seçimini  təklif  etmək  olar (Bu  tələbələrə  hərtərəfli təcrübə  qazanmaq  və  öz  maraqları  haqqında daha  çox şey 

öyrənmək  imkanı  verir).  İxtisas  üzrə  təlimlə  bağlı  məşğələlər  məktəblərdə,  məktəb  idarəçiliyi  mərkəzində, 

məktəb klinikasında və ya ictimai agentlikdə keçirilə bilər. 

İxtisas  üzrə  təlim  keçən  tələbələrin  malik  ola  biləcəkləri  təcrübə  tipləri  sırasına  sinif  müşahidəsi, 

öyrətmək, məktəb rəhbərlərinin və müəllimlərin yardımçı olmaq, məktəb həyatında və ictimai tədbirlərdə iştirak 

etmək, dərs demək və təcrübə mübadiləsi aparmaq kimi formalar daxil ola bilər. Bundan başqa, ixtisas üzrə hər 

bir təcrübə həmin təcrübəyə sponsorluq edən müəllimlərin hazırlanması üzrə proqramın fəlsəfi oriyentasiyasının 

təsirinə  məruz  qalır.  Müəllimlərin  hazırlanması  üzrə  proqram    təcrübənin  necə təşkil  və  icra  edilməsini  xeyli 

dərəcədə  müəyyənləşdirmiş  olur.  Məsələn,  nəzəri  kurs  işinin  tətbiq  olunmuş  təcrübələrlə  birləşdirilməsini 

qiymətləndirən müəllimlərin hazırlanması üzrə proqram tələbələr üçün onların sinifdəki işini ixtisas üzrə işlə sıx 

əlaqələndirən  bir  sıra  ixtisas  təcrübələrini  özündə əks  etdirir.  İxtisas  üzrə işi  qiymətləndirməyən  müəllimlərin 

hazırlanması üzrə proqram isə belə bir iş üçün az imkanlar və minimal kömək  təklif edir və nəzəri işi ixtisas 

üzrə işlə əlaqələndirməyə zərurət kimi yanaşmır.  

Praktikum və ya tələbənin dərs deməsi ixtisas üzrə təcrübənin bir formasıdır. İxtisas üzrə digər təcrübələr 

kimi,  praktikum da ilkin təlim təcrübəsini inkişaf etdirmək məqsədi güdən keçid təcrübəsidir, o tələbəyə real və 

əlverişli  bir  mühitdə  müşahidə  və  təlim  üçün  imkanlar  yaradır.  Praktikumda  bütünlükdə  ixtisas  üzrə  təcrübə 

üçün nəzərdə tutular əsas iştirakçılarından daha az sayda şəxs iştirak edir. Buraya dərs deyən tələbəyə nəzarət 

edən  müəllim

1

,  eləcə  də  müəllimlərin  hazırlanması  proqramı  üzrə  inspektor  (həm  də  təlimatçı  olan  bu  şəxs 



təcrübə keçən tələbəyə və ya tələbələr qrupuna nəzarət edir)

2

 daxildir.    



İxtisas  üzrə  digər  təcrübələrdən  fərqli  olaraq,  çox  zaman  praktikum  erkən  tədqiqatın  əsas  hissəsi  kimi 

sonradan  müəllimlərin hazırlanması  üzrə  proqram  çərçivəsində  həyata  keçirilir. O,  əsasən,  tələbənin  bir  neçə, 

daha az intensiv olan təlim təcrübələrində iştirak etməsindən sonra aparılır. Tələbənin öyrəndiyi kursla bağlılın 

dərəcəsindən asılı olaraq praktikum müddəti bir neçə həftədən bir ilə qədər ola bilər.  



İxtisas üzrə işin və praktikanın rolu  

Son illər pedaqoji təhsil sahəsi üzrə ekspertlər müəllimlərin hazırlanması prosesi çərçivəsində ixtisas üzrə 

təcrübələrin və praktikanın rolunun mühüm  oldu- 

_____________ 

2

Əməkdaşlıq  edən  müəllim  dedikdə,  bəzən  nəzarətçi  (yoxlayıcı)  müəllim  və  ya  məktəb  laboratoriya 



müəllimi (laborant) nəzərdə tutulur.  

3

İnspektora verilən spesifik ad çox zaman müəllimlərin hazırlanması üzrə proqramın tipi ilə əlaqədar olur. 



məsələn, universitet inspektoru, kollec inspektoru.     

ğu barədə yekdil fikrə gəlmişlər. Bu yekdil fikri şərtləndirən ümumi səciyyəvi cəhətlər aşağıdakılardır: 

İxtisas  üzrə  iş,  xüsusən,  tələbələri  sinifdə  nəzəri  bilikləri  təcrübə  ilə  əlaqələndirməyə  həvəsləndirdiyi 



zaman müəllimlərin hazırlanması işinin zəruri və qiymətli hissəsidir.  


 

 Tələbələr onlara müxtəlif məşğələləri sınaqdan çıxarmaq imkanı verən bir sıra ixtisas təcrübələrindən 



faydalanırlar (müxtəlif yaşa və xarakterə malik uşaqlarla aparılan dərslər, müxtəlif iş üslubu və fəlsəfi düşüncəsi 

olan müəllimlər, eləcə də müxtəlif sosial və iqtisadi şəraitləri təmsil edən öyrəncilər).   

  İxtisas  üzrə  iş  müəllimlərin  hazırlanması  üzrə  proqram  çərçivəsində  mümün  qədər  tez  başlamalı  və 

proqram davam etdikcə ona daha çox əhəmiyyət verilməlidir.         

    Təcrübə  üstəgəl  düşüncə  inkişafın  əsasıdır.  Müəllimlərin  hazırlanması  üzrə  proqramlar  tələbələri 

nəzəriyyəyə və praktikanı əlaqələndirməyə həvəsləndirirsə, o zaman bu proqramlar tələbələrin öz bacarıqlarını 

hazırlıq  proqramı  başa  çatdıqdan  sonra  da  uzun  müddət  davam  etdirən  «düşüncəli  praktikantlar»  olmasına 

yardım göstərmiş olur.      

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə