Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   2   3   4   5   6   7   8   9   ...   28

 

praktiklər» olmaq arzusunu təlqin etməkdir. Con Devinin dediyi ki, «biz birbaşa təcrübənin özündən daha çox 



təcrübə üzərində düşünmək nəticəsində öyrənirik» (Devi, 1933). Yaradıcı düşünməyə meyl etməyən müəllimlər 

şablon davranışa əsaslanır və düşüncədən daha çox impuls, ənənə və inzibatçılıq əsasında hərəkət edirlər. Daimi 

öyrəncilər və yaradıcı düşünən müəlolimlər isə, əksinə, məktəblərin məqsədlər, metodlar, problemlər və onların 

həllindən  irəli  gələn  vəzifələri  tənqidi  şəkildə  tədqiq  edirlər  ki,  özlərinin  təlim  üslubuna  və  xüsusi  dərs 

otaqlarının tələblərinə daha çox uyğun gələn düşünülmüş yollarla hərəkət edə bilsinlər.  

İxtisas  üzrə  təcrübələrin  ardıcıllığı.  Müəllimlərin  hazırlanması  üzrə  uğurlu  proqramlarda  tələbələrin 

nəzəri  kurslara  cəlb  edilməsi  ilə  yanaşı,  inkişaf  ardıcıllığına  uyğun  olaraq,  ixtisas  üzrə  təcrübələr  də 

müəyyənləşdirilir. Məsələn, birinci il tələbə həftənin bir gününü əsas tədris proqramı ilə sıx əlaqələr saxlayan 

təcrübə yerində keçirir. Nəticədə nəzəriyyə və təcrübə arasında yaxın əlaqə təmin edilmiş olur. Pedaqoji təhsil 

illəri ərzində tələbələr müxtəlif yaşlı və qabiliyyətli uşaqlarla geniş öyrənmə təcrübələrini əhatə edən ixtisas üzrə 

tapşırıqları yerinə yetirdikcə, onların peşə məsuliyyətləri də tədricən artır.  



İxtisas  üzrə  təcrübələrdə  iştirak  edən  şəxslərə  yardım.  İxtisas  üzrə  təcrübələrin  və  ya  praktikumun 

uğur  qazanmasında  başlıca  amil  təcrübədə  iştirak  edən  şəxslərdir:  müəllimlərin  hazırlanması  üzrə  proqrama 

nəzarət  edən  yoxlayıcı  (supervayzer),  dekan  və  ya  pedaqoji  fakültənin  müdiri,  əməkdaşlıq  edən  müəllim, 

məktəbin  direktoru  və  tələbə.  Burada  tələbənin,  əməkdaşlıq  edən  müəllimin  və  universitet  yoxlayıcısının 

bərabər səviyyəli əməkdaşlığı xüsusilə mühüm əhəmiyyət kəsb edir.     

Müəllimlərin  hazırlanması  üzrə  bəzi  proqramlarda  bərabər  əməkdaşlığı  inkişaf  etdirmək  və  qoruyub 

saxlamaq üçün spesifik metodlar nəzərdə tutulmuşdur. Məsələn, müəllimlərin hazırlanması üzrə proqramlar ilə 

təcrübənin  keçirildiyi  məktəblər  arasında  əməkdaşlığa  təkan  vermək  məqsədi  ilə  bu  cür  hərəkət  edilir: 

əməkdaşlıq  edən  pedaqoqa  müəllimlərin  hazırlanması  üzrə  proqram  çərçivəsində  pedaqoji  fakültənin  bir 

müəllimi  rolu  verilir  (məsələn,  bu  müəllim  seminarlar  keçirə,  müəllimlərin  hazırlanması  proqramlarının 

yaradılmasında  iştirak  edə  bilər).  Eyni  zamanda,  müəllimlərin  hazırlanması  üzrə  proqramın  yoxlayıcı-larını 

tədqiqat layihələri üçün məlumat toplamaq, habelə tədris proqramlarının işlənib hazırlanması üzrə kollektiv işdə 

və ya məktəb idarəçiliyi şuralarında iştirak etmək məqsədilə öz vaxtlarının bir hissəsini məktəblərdə keçirməyə 

həvəsləndirmək  olar.  ABŞ-dakı  bəzi  universitetlərdə  belə  bir  təcrübə  həyata  keçirilir:  əməkdaşlıq  etmələri 

müqabilində  kiçik  yaşlı  uşaq  müəllimləri  pulsuz  olaraq  ixtisasartırma  kurslarına  cəlb  olunurlar.  Tələbə-

əməkdaşlıq  edən  müəllim-yoxlayıcı  üçbucağında  tələbənin  rolunu  lazımi  səviyyədə  saxlamaq  üçün  hər  cür 

cəhdlər  göstərilir.  Tələbələrin  maraqlarının  mühümlülüyünün  nəzərə  alınması,  onların  məktəb  qaydaları  və 

müəllimlərin hazırlanması üzrə proqramların məqsədləri çərçivəsində bərabər tərəfdaşlar kimi prosesdə iştirak 

etmələri üçün lazım olan hər şey edilir.  

Təcrübəyə  rəhbərliyin  mühümlüyü.  Praktik  təcrübənin  keyfiyyəti  həmin  təcrübəyə  rəhbərliyin  necə 

həyata keçirilməsindən əhəmiyyətli dərəcədə asılıdır (Qlettom və Kobl, 1995). Kiçik yaşlı uşaq müəllimlərinin 

hazırlanması  üzrə  proqramın  rəhbəri  və  ya  fakültə  dekanı  həmin  proqramın  ümumi  konsepsiyasının  işlənib 

hazırlanmasında,  zəruri  dəyişikliklərin  müəyyənləşdirilməsində,  proqramdaxili  və  proqramdankənar  işlərin 

aydın  şəkildə  əlaqələndirilməsində,  lazımi  resursların  əldə  edilmə-sində,  resursların  və  işçi  heyətinin  davamlı 

şəkildə  cəlb  olunmasında,  daxili  təkmilləşmə  meylinin  qorunub  saxlanmasında  və  müəllimlərin  hazırlanması 

sahəsinin  işçiləri  arasında  aydın  məsuliyyət  bölgüsünün  aparıl-masında  əsas  qüvvə  ola  bilər.  Rolların  dəqiq 

müəyyən-ləşdirilməsi,  tələbələr  üçün  düşünülmüş  proqramların  hazırlanması,  təcrübə  mübadiləsi,  tələbələrin 

praktika  üzərində  fikirləşməsi,  təlim  və  tədrisin  cari  məsələlə-rinin  müzakirəsi  imkanlarının  yaradılması  kimi 

məqsədlərin əldə  edilməsində tələbə-əməkdaşlıq  edən  müəllim-yoxlayıcı  üçlüyü  daxilində  iş  birliyinin  olması 

zəruridir.

1

 



Müəllimlərin  hazırlanması,  problemlərin  həlli  və  uğur  gətirən  metodların  tətbini  kimi  məsələlərdə 

praktikumun və digər ixtisas təcrübələrinin mühüm rolunu əks etdirən bu əsas informasiyanın ardınca kitabda 

uğurlu proqramın yaradılması və tətbiqi ilə bağlı məsələlər əhatə olunur.  

İxtisas üzrə təcrübə proqramının yaradılması     

Müəllimlərin  hazırlanması  proqramı  tələbələr  üçün  ixtisas  üzrə  təcrübə  proqramının  tərtib  olunması 

baxımından əsas  rolunu  oynamalıdır.  Bununla  belə  əməkdaşlıq edən  məktəblər də  təcrübələrin  keçirildiyi yer 

kimi vacib tərəfdaş rolunda çıxış edirlər.      

İxtisas üzrə təcrübə proqramlarının yaradılması üçün aşağıdakı işləri görmək lazımdır: 

1.Proqramın perspektivini, məqsəd və vəztfələrini işləyib hazırlamaq.  

2.Proqramın reallaşmasını təmin edəcək siyasət və prosedurları müəyyən etmək.  

3.İşçiləri seçmək və onlarla treninq keçirmək.  

4.Təcrübə yerlərini seçmək və onlarla tanış olmaq.  

5.İşçilərdən hansı nəticələrin gözləndiyini, onların rol və məsuliyyətlərini müzakirə etmək. 

 

____________ 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə