Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   2   3   4   5   6   7   8   9   10   ...   28

12 

 

tələbə,  əməkdaşlıq  edən  müəllim  və  müəllimlərin  hazırlanması  üzrə  proqramın  yoxlayıcısı  hər  üçü  birlikdə 



tələbənin inkişafına əsaslanan bu təcrübə üçün müvafiq vaxt müəyyənləşdirməlidirlər.  

Təcrübə haqqında düşünmə. Praktikum təcrübəsindən maksimum fayda götürmək üçün tələbənin tədris 

və  öyrənmə  ilə  bağlı  tənqidi  təhlil  aparması,  düşünməsi  və  dialoqlarda  iştirak  etməsi  zəruridir.  Təhlil  və 

düşünməyə  yardım  edən  vasitə  kimi  bir  çox  praktikum  proqramları  tələbələrin  ixtisas  üzrə  təcrübəyə  dair 

qeydlər  aparması  üçün  xüsusi  jurnalların  ayrılmasını  nəzərdə  tutur.  Tələbələr  bu  jurnalda  gündəlik  qeydlər 

apapıplar; əməkdaşlıq üçün həmin qeydlərdən istifadə edə bilərlər (Qeydiyyat jurnalının nümunəsi və formatları 

Əlavə  8-də  verilir).  Praktikum  təcrübəsi  üzərində  düşünməyin  digər  bir  vasitəsi  düşündürücü  təcrübə 

seminarıdır.  Müəllimlərin  hazırlanması  üzrə  proqramların  bir  çoxu  öz  tələbələri  üçün  hər  həftə  düşündürücü 

təcrübə seminarlarının təşkilini nəzərdə tutur. Bu seminarların məqsədi tələbə və müəllimləri öz tədris prosesi 

üzərində  düşünməyə  həvəsləndirmək  və  praktikum  zamanı  meydana  çıxan  problemlərin  həlli  yollarını 

müəyyənləşdirmək,  bununla  bağlı  fikir  mübadiləsi  aparmaqdan  ibarətdir.  Nəhayət,  müəllimlərin  hazırlanması 

üzrə  proqramların  bəzisi  təcrübə  keçən  tələbələri  öz  işlərinə  dair  qovluq  tərtib  etməyə  həvəsləndirir.  Həmin 

qovluqda hər bir tələbənin müəllim kimi necə səriştə qazanması öz əksini tapır.  



Əməkdaşlıq edən müəllim 

Əməkdaşlıq edən müəllim ixtisas üzrə təcrübənin keyfiyyətinə, xüsusilə də dərs deyən tələbəyə güclü təsir 

göstərir.  O, tələbə ilə  gündəlik  və  sıx şəkildə  işlədiyindən,  onların qarşılıqlı  münasibətləri  himayədarlıq  üçün 

olduqca  zəruridir.  Əməkdaşlıq  edən  müəllimin  praktikuma  oriyentasiyası  Zeyknerin  «pedaqoji  praktikum» 

adlandırdığı  təcrübəyə  kömək  etməlidir:  bu  təcrübə  gələcək  müəllimlərə  uzunmüddətli  təlim  prosesində  öz 

peşəkarlığını  daim  yüksəltməyi  nəzarətdə  saxlamaq  imkanı  verir  (Zeykner,  1993).  Bu  isə  o  deməkdir  ki, 

əməkdaşlıq  edən  müəllim  yalnız  öz  peşə  təcrübəsini  bölüşməkdə  deyil,  həm  də  müəllimlərin  hazırlanması 

proqramı  üzrə  tələbələrin  təqdim  etdikləri  şəxsi  təcrübələr  və  kurs  işi  ilə  müqayisəli  olaraq  öz  tədris 

təcrübələrinin açıq şəkildə tədqiqşində mühüm rol oynayır. Bu yolla da əməkdaşlıq edən müəllim dərs deyən 

tələbə  və  müəllimlərin  hazırlanması  proqramı  ilə  məşğul  olan  professor-müəllim  heyəti  ilə  birlikdə  eyni  bir 

komandanın üzvü kimi hərəkət etmiş olur.  

Aşağıda əməkdaşlıq edən müəllimin dərs deyən tələbənin qiymətləndirilməsi və inkişafına yardım etmək 

məqsədi  ilə  dərs  deyən  tələbələrlə  və  müəllimlərin  hazırlanması  proqramının  yoxlayıcıları  ilə  necə  birgə 

işləməsinə dair təkliflər verilir.  



İstiqamətlərdinmə  (oriyentasiya).  Əməkdaşlıq  edən  müəllim  və  məktəb  rəhbəri  dərs  deyən  tələbəni 

məktəbin  üstünlükləri,  digər  müəllimlər,  məktəbdaxili  qayda  və  prosedurlarla  tanış  etməyə  görə  məsuliyyət 

daşıyırlar. Məktəb rəhbərinin dərs deyən tələbəyə kömək etmək və onda inam hissi yaratmaq məqsədi ilə həmin 

tələbə ilə qısa bir görüş keçirməsi də faydalıdır. Əməkdaşlıq edən müəllim və tələbə də istiqamətləndirmə ilə 

bağlı görüş keçirməlidirlər. Bu görüş zamanı dərs deyən tələbə və əməkdaşlıq edən müəllim özlərinin tədrislə 

bağlı fikirlərini bölüşə, məqsəd və vəzifələri müəyyənləşdirə, həftəlik konfranslar cədvəlini tərtib edə və dərs 

deyən tələbəni məktəb işçilərinə və valideynlərə təqdim edən məktub yaza bilərlər. Əməkdaşlıq edən müəllim 

dərs deyən tələbəyə məktəbin sxemi, telefon nömrələri, məktəb qaydaları, dərs planlarının nümunəsi və s. kimi 

bir çox faydalı materiallardan ibarət «oriyentasiya paketi» təqdim edə bilər. Bu ilkin istiqamətləndirmə zamanı 

əməkdaşlıq edən müəllim və tələbə üçün özlərinin tədris və sinfin idarəçiliyi ilə bağlı fəaliyyət qaydalarını aydın 

müəyyən edən platforma rolunu oynaya bilər.  

Planlaşdırma.  Praktikum  təcrübəsinin  lap  əvvəlindən  dərs  deyən  tələbənin  həmin  təcrübənin  son 

məqsədlərini  görə  bilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  məqsədlə  tələbə,  əməkdaşlıq  edən  müəllim  və 

müəllimlərin hazırlanması üzrə proqramın yoxlayıcısı praktikum planını işləyib hazırlamalıdırlar (Semestrlik və 

həftəlik  praktikum  planlarının  nümunələri  üçün  Əlavə  7  və  Əlavə  8-ə  baxın).  Bu  cür  birgə  planlaşdırma  işi 

zamanı yoxlayıcı məktəbin və müəllimlərin hazırlanması üzrə proqramın akademik təqvimlərinə nəzər salmalı 

və  onların  toqquşmadığına  əmin  olmalıdır.  Yoxlayıcı,  həmçinin,  müəllimlərin  hazır-lanması  üzrə  proqramın 

tələblərini dönə-dönə təkrar etməlidir. Əməkdaşlıq edən müəllim həmin tələblər siyahısına tələbədən gözlədiyi 

nəticələri  də  əlavə  etməlidir.  Tələbə  sonradan  işə  girməklə  bağlı  intervülərdə  istifadə  oluna  biləcək  qovluğa 

daxil etmək istədiyi müddəaların siyahısının tərtibinə girişə bilər.  

Praktikum planını tərtib edərkən, bütün tərəflər həm uzunmüddətli, həm də qısa müddətli planlaşdırmaya 

diqqət yetirməlidirlər. Uzunmüddətli planlaşdırma təqvimində gözlənilən təlim fəaliyyətləri, əlaqəli fəaliyyətlər 

və praktikum tələbləri öz əksini tapa bilər. Praktikumla bağlı əhəmiyyətli hadisələri ardıcıl əks etdirmək üçün 

aylıq  təqvimdən  istifadə  etmək  olar.  Nəhayət,  əməkdaşlıq  edən  müəllimin  və  tələbənin  planlaşdırılmış 

dərslərdən müntəzəm olaraq məlumatlı qalması üçün həftəlik planlaşdırma forması tətbiq oluna bilər.  



Müşahidə.  Əməkdaşlıq  edən  müəllim  dərs  deyən  tələbəyə  sinfi  planlaşdırılmış  və  mütəşəkkil  qaydada 

müşahidə etməkdə kömək göstərməlidir. Bu təcrübə «yolgöstərən müşahidə» adlanır. Əməkdaşlıq edən müəllim 

tələbəni  müxtəlif  müəllimləri  və  tədris  üsullarını  müşahidə  etməyə  həvəsləndirməlidir.  Müşahidə  obyekti 

hansısa bir uşaq (çox zaman onu «tədqiq olunan uşaq» adlandırırlar), uşaqlardan ibarət kiçik bir qrup, bütöv bir 

sinif,  dərsin  təşkili  və  təhlili  məqsədi  güdülməklə  konkret  bir  dərs  prosesi  ola  bilər.  Tələbənin    məktəbdəki 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə