Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   2   3   4   5   6   7   8   9   ...   28

11 

 

etməzdən  əvvəl  onların  əməkdaşlıq  edən  müəllim  tərəfindən  həvəsləndirilməsi  lazımdır.  Rol  və  vəzifələr 



mümkün qədər aydın müəyyənləşdirildikdə tələbələr özlərini daha arxayın hiss edirlər.  

Hazırlıq.  Dərs  deyən  tələbə  hazırlıq  işini  praktikaya  uyğun  qaydada  başa  çatdırmalıdır.  (Bir  çox 

proqramlarda  bu,  tələbənin  dərs  deməsinə  qədər  ən  azı  iki  ixtisas  təcrübəsi    keçməsi  və  tələb  olunan  əsas 

kursları bitirməsi deməkdir). Onlar, həmçinin müəllimlərin hazırlanması üzrə proqramın fənlər üzrə minimum 

keçid balının  orta göstəricisi ilə bağlı tələbləri də yerinə yetirməlidirlər.  

Tələbə,  bir  qayda  olaraq,  praktikumun  keçiriləcəyi  yerlə  bağlı  müəllimlərin  hazırlanması  proqramını 

təcrübə yerləri ilə məşğul olan bölməsinə xahişlə müraciət etməlidir (Ərizə nümunələri üçün Əlavə 1 və Əlavə 

2-yə  baxın).  Müəllimlərin hazırlanması  üzrə  proqramlar tələblərin  praktikum  yerlərinə  göndərilə  bilməsi  üçün 

müxtəlif tələblər irəli sürür. Bəzi proqramların tələblərinə görə, tələbələr bir semestrlik praktikum ərzində iki 

müxtəlif  təcrübə  yerində  olmalıdırlar.  Məsələn,  onlar  altı  həftə  bir  siniflə  məşğələ  apardıqdan  sonra,  doqquz 

həftə daha yuxarı və ya daha aşağı siniflə məşğul olmalıdırlar. Birinci təcrübə yerində əsas diqqət sinfin idarə 

olunması,  fərdi  fərqlərin  nəzərə  alınması,  düşüncə,  tədris  və  öyrənmə  üslubları  ilə  bağlı  təlimin  daha  ümumi 

aspektləri üzərində cəmləşdirilir. İkinci təcrübə yeri isə daha geniş sinif təcrübələri üçün imkan yaradır və diqqət 

birinci təcrübə  yerində qazanılmış  biliklərin  daha  dərin  tədris  və  öyrənmə  təcrübələri  ilə  möhkəmləndirilməsi 

üzərində cəmləşdirir.  



İstiqamətləndirmə  (oriyentasiya).  Özlərini  prakti-kuma  istiqamətləndirmək  üçün  tələbələr  mskan 

daxilində  müəllimlərin  hazırlanması  proqramı  üzrə  praktikumdan  bəhs  edən  məlumat  kitabçasını  nəzərdən 

keçirməlidirlər.  Bu  kitabçada  onların  məsuliyyətləri  və  müəllimlərin  hazırlanması  üzrə  proqramların  spesifik 

tələbləri öz əksini tapacaq. Burada həmçinin «Tələbənin təhsil profil» kimi zəruri formaları necə doldurmağın 

qaydası göstərilə bilər (Nümunə üçün Əlavə 3-ə baxın). Tələbə haqqında əsas informasiyanı yığcam əks etdirən 

həmin  profil  əməkdaşlıq  edən  müəllimə  tələbəni  daha  yaxından  tanımaqda  kömək  edəcək.  İstiqamətləndirmə 

işinin  bir  hissəsi  kimi,  tələbə  əməkdaşlıq  edən  müəllimlə  ilkin  görüş  keçirməlidir.  Müəllimlərin  hazırlanması 

proqramının  yoxlayıcısının  bu  ilk  görüşdə  iştirak  etməsi  də  faydalı  olardı.  Bu  mümkün  olmadıqda,  sonradan 

tezliklə belə bir üçtərəfli görüş keçirilməlidir.  

İstiqamətləndirmə ilə bağlı görüşdə iştirak edən tərəflər: 

Praktikumdan hansı nəticələrin gözlənildiyini müzakirə edirlər. 



Praktikumun məqsədlərini müəyyənləşdi-rirlər. 

Tələbəni sinif və məktəblə tanış edirlər. 



Müəllimlərin hazırlanması üzrə proqramın tələblərini nəzərdən keçirirlər. 

Məxfiliyin gözlənilməsi də daxil olmaqla məktəbin siyasətini müzakirə edirlər.  



İstiqamətləndirmə işinə kömək göstrən istənilən informasiyanı müzakirə edirlər.  

(İstiqamətləndirmə paketi ilə bağlı ideyalar üçün Əlavə 4-ə baxın)  

Tələbələr praktikum yeri haqqında əsas informasiyanı əks etdirən formanı doldurmalı və onu müəllimlərin 

hazırlanması üzrə proqramın təcrübə yerləri bölməsinə təqdim etməlidirlər. Bu, müəllimlərin hazırlanması üzrə 

proqrama kömək edir ki: tələbənin təcrübə yerləri, tələbə və əməkdaşlıq edən müəllimlə əlaqə saxlamaq yolları, 

yoxlayıcının  təcrübə  yerinə  baş  çəkməsinin  optimal  vaxtları  barədə  cari  məlumatlara  malik  olsun  (Təcrübə 

yerləri haqqında informasiya formaları üçün Əlavə 5 və Əlavə 6-ya baxın). 



Müntəzəm iştirak. Ümumilikdə, praktikumların əksəriyyəti dərs deyən tələbənin rolu ilə bağlı aşağıdakı 

nəticələrin  əldə  edilməsini  nəzərdə  tutur  (Əlavə  7-də  kiçik  yaşlı  uşaqların  təhsili  üzrə  xüsusi  universitet 

proqramından götürülmüş daha ətraflı nəticələr siyahısı verilmişdir). 

Praktikumun ilkin mərhələsi ərzində dərs deyən tələbə sinif, onun prosedur və rejimləri barədə məlumat 

əldə  etməlidir.  Tələbə  bu  rejimlərə  əməl  edilməsinə  yardımçı  olmalı  və  hekayələr  oxumaq,  münaqişələri  həll 

etmək,  xüsusi  tapşırıqlar  üzrə  ayrı-ayrı  uşaqlarla  işləmək  və  s.  vasitələrin  köməyi  ilə  uşaqlarla  şəxsi 

münasibətlər qurmağa başlamalıdır. Tələbə sinifdəkit çalışma guşələri, uyğun tədris materialları və fəaliyyətləri 

ilə  tanış  olmaq  üçün  vaxt ayırmalıdır.  Bu ilkin  mərhələ  məktəbdəki  digər  müəllimlər  və  işçilərlə tanış  olmaq 

baxımından da əlverişlidir.  

Tələbələr praktikum ərzində müntəzəm olaraq: 

sinif üçün getdikcə daha çox məsuliyyət hiss edəcəklər

ailələr, cəmiyyət və digər məktəb işçiləri ilə əməkdaşlıq şəraitində çalışacaqlar; 

fərdi və kiçik qrup fəaliyyətləri çərçivəsində səmərəli işləyəcəklər

əqli, sosial və emosional inkişafa yardım edən öyrənmə mühiti yaradacaqlar

uşaqların  fərdi  şəkildə  öyrənməsi  üzrə  təlimatın  səmərəsi  ilə  bağlı  rəyləri  öyrənmək  üçün 

qiymətləndirmə  metodlarını  tətbiq  edəcək,  sonra  isə  tədris  planının  tərtibi  zamanı  bu  məlumatlardan 

yararlanacaqlar.  

Praktikumun sonuna qədər. Praktikumun sonuna doğru tələbə bir həftəlik  müddət ərzində bütünlüklə 

sinfi  öz  nəzarətinə  götürməyə  hazır  olmalıdır.  Buraya  əməkdaşlıq  edən  müəllimin  assistenti  kimi  tələbənin 

həmin  müəllimlə  birlikdə  proqramı  planlaşdırması  və  fəaliyyətləri  həyata  keçirməsi  də  daxildir.  Dərs  deyən 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə