Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

14 

 

əməkdaşlıq edən müəllimi və tələbəni müəllim şəhadətnaməsinin tələbləri haqqında məlumatlarla tanış 



etmək.  

Hər  kəsin  öz  rolunu  həyata  keçirməsi  üçün  özünəməxsus  metod  və  üslublara  malik  olması  ilə  yanaşı 

ümumilikdə yoxlayıcı: 

tələbəni  dərs  zamanı  müşahidə  etmək  üçün  təcrübə  yerlərinə  müntəzəm  olaraq  səfərlər  edir 

(proqramlarının çoxunda 4-5 belə səfər nəzərdə tutulur), tələbə ilə birlikdə  təcrübəni araşdırır, tələbəyə öz tədris 

və təlim prosesi üzərində düşünməkdə kömək edir;            

rəylərin öyrənilməsi ilə bağlı 3 üçtərəfli görüşdə iştirak edir

problemlər meydana çıxarkən tələbələr və əməkdaşlıq edən müəllimlərlə görüşür; 

tələbələr  müəllim  rolunu  öz  üzərlərinə  götürməyə  başladıqları  zaman  onlarda  özünəinam  və 

məqsədyönlülük kimi hisslərin inkişafına kömək edir; 

ehtiyat şəxs rolunda çıxış edir; 

tələbələrin fəaliyyətini qiymətləndirir, məruzələr və zəmanət məktubları yazır; 

kurs  işlərinin  məzmunu  və  bu  işlərin  ixtisas  təcrübəsi  ilə  əlaqələndirilməsi  yolları  barədə  müntəzəm 

məlumat əldə edir.  

tələbə  və  təcrübə  yeri  haqqında  informasiyanın  və  qiymətləndirmə  cədvəllərinin  toplandığı  qovluq 

yaratmaq və saxlamaq; 

müvafiq tərəqqi əldə edilmədiyi zaman əməkdaşlıq edən müəllim və tələbə ilə birlikdə plan hazırlamaq.  

Maddi-texniki  təminat  baxımından  yoxlayıcı  qarşısında  yüksək  tələblər  qoyulduğundan,  müəllimlərin 

hazırlanması proqramları ixtisas təcrübəsi üzrə koordinator vəzifəsini də nəzərdə tutmalıdır. Bu şəxs tələbələrlə 

müsahibələr aparmalı, onların təqdimatını təcrübə yerlərinə verməli, uyğun təcrübə yerlərini müəyyənləşdirməli, 

ixtisas  təcrübəsi  ilə  bağlı  seminarlar  keçirməli,  zəruri  hallarda  müdaxilə  etməli,  qiymət  verməli  və  ixtisas 

təcrübəsi üzrə məlumat kitabçası kimi materiallar hazırlamalıdır. İxtisas təcrübəsi üzrə koordinator proqramın 

uğurluluğuna əmin olmaq üçün yoxlayıcılarla birlikdə işləməlidir.  

Görüşlər və qiymətləndirmə  

Əməkdaşlıq edən müəllimlə dərs deyən tələbə arasında keçirilən müntəzəm həftəlik görüşlər əhəmiyyətli 

işgüzar münasibətlərin əsasını təşkil edir. Bu görüşlər tələbəni sinif təcrübələri və pedaqoji nəzəriyyə ilə bağlı 

hiss,  fikir  və  suallarını  ifadə  etmək  imkanı  ilə  təmin  edir.  Bununla  yanaşı  həmin  görüşlər  əməkdaşlıq  edən 

müəllim  üçün  də tələbənin  perspektivini  və artan  biliyini  tədqiq etmək  imkanı yaradır.  Sözügedən  görüşlərdə 

gözlənilən  nəticələri  müzakirə  etmək,  məqsədləri  müəyyənləşdirmək,  narahatlıq  doğuran  cəhətlərlə  bağlı 

müzakirə aparmaq, uşaqların ehtiyaclarını təhlil etmək, qazanılan uğurları üzə çıxarmaq və görülən işə qiymət 

vermək olar.  

Cədvəldə nəzərdə tutulan görüşlərlə yanaşı, əməkdaşlıq edən müəllim praktikum təcrübəsi ərzində qeyri-

formal  qaydada  tələbənin  fəaliyyəti  haqqında  rəylərini  söyləməlidir.  Tələbə  də  konkret  fəaliyyətlə  bağlı 

özünüqiymətləndirmə formalarını doldura bilər (Əlavə 15-ə baxın). Bu formaları dərs planına və ya tələbənin 

başa çatdırdığı müvafiq işlərə tikmək olar.  

Müəllimlərin  hazırlanması  üzrə  ABŞ-dakı  proq-ramların  çoxu  yoxlayıcı,  əməkdaşlıq  edən  müəllim  və 

tələbə arasında 3 üçtərəfli görühün keçirilməsini tələb edir.  

Bu görüşlər çox zaman müəllimlərin hazırlanması üzrə proqramın şəhadətnaməsinin tələbləri çərçivəsində 

tələbənin inkişafını nəzərdən keçirmək məqsədilə praktikumun əvvəlində, ortasında və sonunda keçirilir. Adətən 

yoxlayıcıya tələbənin qiymətləndirilməsi zamanı həlledici səlahiyyət verilir; lakin əməkdaşlıq edən müəllimin 

də bu məsələdəki rolu mühüm əhəmiyyət kəsb edir. tələbənin qazandığı səriştə ilə bağlı yoxlayıcı və əməkdaşlıq 

edən  müəllim  arasında  fikir  ayrılığı  yarandığı  zaman  nəticələri  və  bütün  tələblərin  ödənilməsi  üçün  müvafiq 

davametmə müddətinin müəyyənləşdirilməsindən ötrü əlavə görüşlər nəzərdə tutula bilər.  

Yekun qiymətləndirmə zamanı uğurlu praktikum təcrübəsini bütünlükdə təhlil etmək və növbəti dəfə üçün 

hansı  yeni  cəhətlərin  əlavə  edilə  biləcəyini  aydınlaşdırmaq  imkanı  yaranır.  Praktikumda  iştirak  edən  üç  əsas 

tərəf  əldə  edilən  təcrübəni  özünü  tənqidi  qayda  da  qiymətləndirmək,  praktikum  prosesi  ilə  bağlı  rəyləri 

müəllimlərin hazırlanması proqramı üzrə çalışan işçilərin nəzərinə çatdırmaq istəyində ola bilərlər. Əməkdaşlıq 

edən müəllim və müəllimlərin hazırlanması proqramının yoxlayıcısı, həmçinin, tələbənin rəyini öyrənə bilərlər 

(Aralıq və yekun qiymətləndirmə formalarının nümunəsi üçün Əlavə 11 və əlavə 12-yə baxın).  




15 

 

Əlavələrin siyahısı 



 

Əlavə 1: Praktikum üzrə ərizə formasının nümunəsi (Tələbə tərəfindən doldurulur). 

Əlavə 2: İxtisas üzrə təcrübə haqqında informasiya formasının nümunəsi (Tələbə tərəfindən doldurulur). 

Əlavə 3: Tələbənin pedaqoji profilinin nümunəsi. 

Əlavə 4: Dərs deyən tələbələrin istiqamətləndirmə (oriyentasiya) paketi üçün ideyalar.  

Əlavə 5: Praktikum yeri haqqında informasiya formasının nümunəsi (Tələbə tərəfindən doldurulur). 

Əlavə 6: İxtisas üzrə təcrübənin qeydiyyatı formasının nümunəsi (Müəllimlərin hazırlanması proqramının 

yoxlayıcısı və əməkdaşlıq edən müəllim tərəfindən doldurulur) 

Əlavə 7: Dərs deyən tələbə üçün praktikum ərzində əldə ediləsi nəticələr siyahısının nümunəsi. 

Əlavə 8: Tam praktikum planın nümunəsi. 

Əlavə 9:Həftəlik praktikum planının nümunəsi. 

Əlavə  10:  Sistemli  müşahidə,  sinfin  idarəçiliyi,  tədris  təcrübələri,  valideynlərlə  ünsiyyət  və  əlavə 

düşündürücü sualların nümunələri.      

 Əlavə 11: Dərs deyən tələbənin müşahidə formasının nümunəsi. 

Əlavə 12: Dərs deyən tələbənin özünüqiymətləndirmə formasının nümunəsi. 

Əlavə 13.Praktikum üzrə aralıq və yekun qiymətləndirmə formasının nümunəsi.  

 

 

 



 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə