Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

41 

 

 



 

AZƏRBAYCAN RESPUBLKİASI TƏHSİL NAZİRİNİN  

 

Ə M R İ 

 

İndeks: 370008, Bakı şəhəri Xətail prospekti 49.     Tel: 93-70-83 



 

№ 395                                                  01.05.2002-ci il 

 

Müvəqqəti qaydaların təsdiqi barədə 

1.  Ali  və  orta  ixtisas  təhsili  məktəbləri  tələbələrinin  müəllimlik  fəaliyyətinə  hazırlanması  işini 

tənzimləmək məqsədilə 

 

Ə M R    E D İ R Ə M: 

 

1.  «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə dair 



müvəqqəti qaydalar» təsdiq edilsin (əlavə olunur) 

2. Pedaqoji kadr hazırlığı aparılan ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müvafiq qaydaları 

əldə rəhbər tutsunlar. 

3. Əmrin icrasına nəzarət Ali və orta ixtisas təhsili idarəsinə (İ.Mustafayev) tapşırılsın. 

 

Misir Mərdanov 



42 

 

ALİ VƏ ORTA İXTİSAS TƏHSİLLİ MƏKTƏBLƏRİ TƏLƏBƏLƏRİNİN   PEDAQOJİ 



TƏCRÜBƏSİNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİNƏ DAİR MÜVƏQQƏTİ 

QAYDALAR 

 

I.Ümumi vəzifələr 

1.1.Tələbələrin  ixtisasları  üzrə  qazandıqları  nəzəri  biliklərin  məktəbəqədər  tərbiyə,  orta  ümumtəhsil, 

texniki peşə və orta ixtisas təhsilli müəssisələrində tətbiqində pedaqoji kadr hazırlığı aparılan ali və orta ixtisas 

təhsilli məktəblərinin keçirdiyi pedaqoji təcrübə xüsusi əhəmiyyət kəsb edir. Bütün  tələbələr pedaqoji təcrübəni 

bu və ya digər formada keçirməlidirlər.  

1.2.Pedaqoji təcrübənin vəzifələri aşağıdakılardır.  

a)  Tələbələrin  ali  və  orta  ixtisas  təhsili  müəssisə-lərində  aldıqları  nəzəri  bilikləri  möhkəmləndirmək, 

dərinləşdirmək, habelə təcrübə zamanı aparılan təlim-tərbiyə işlərində bunlardan yaradıcılıqla istifadə etmək.  

b) Tələbələrdə uşaqlar və yeniyetmələrlə aparılan təlim-tərbiyə işlərini müşahidə və təhlil etmək bacarığı 

aşılamaq.  

v)  Psixologiya,  pedaqogika,  ixtisas  metodikaları,  uşaq  və  yeniyetmələrin  fiziologiyasına  aid  biliklərə 

istinad etməklə və şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla tələbələrə təlim-tərbiyə işi aparmağı 

öyrənmək.  

q) Pedaqoji üsulları yaradıcılıqla tətbiq etmək və tələbələri ixtisas üzrə dərs deməyə hazırlamaq. 

d)  Tələbələrə  sinif  rəhbərinin  vəzifəsini  yerinə  yetirmək,  şagirdlərlə  tərbiyə  işlərini  təşkil  etmək 

bacarıqlarını aşılamaq. 

e) Tələbələri təlim-tərbiyə işlərini yaradıcılıqla həyata keçirmək bacarığına yiyələndirmək.  

ə) Tələbələrdə şagirdlərin fiziki və mənəvi sağlamlığına qayğıkeş münasibət yaratmaq.  

 

II. Pedaqoji təcrübənin növləri və müddəti  

 

2.1.Pedaqoji  təcrübə  müəyyən  sistem  üzrə,  kursdan-kursa  mürəkkəbləşdirmək  prinsipi  ilə  aparılır.  bir 



qayda  olaraq  tələbələr  fənlərin  tədrisi  metodikası,  pedaqogikası  kurslarını  mənimsədikdən  sonra  pedaqoji 

təcrübəyə getməlidirlər.  

2.2.  Pedaqoji təcrübə   ali  (orta  ixtisas)  məktəb  rektorunun  (direktorunun)  əmri əsasında  bağlan-malıdır. 

Bunun  üçün  əvvəlcədən  baza  təlim-tərbiyə  müəssisələri  müəyyənləşdirilməli  və  onlarla  müqavilələr 

bağlanmalıdır. 

2.3. Pedaqoji təcrübələrin (bundan sonra III (IV) kursda keçirilən təcrübə şərti olaraq 1-ci, IV (V) kursda 

keçirilən təcrübə 2-ci təcrübə adlandırılacağı) növlri və müddəti tədris planları ilə müəyyənləşdirilir.  

2.4. Qoşa ixtisaslı fakültələrdə bir yarımqrupun tələbəsi «a» ixtisası ilə məşğul olarsa, digər yarımqrupun 

tələbələri «b» ixtisas ilə məşğul olur. sonra yerlərini dəyişirlər. Bu zaman təcrübə qruplarında tələbələrin sayı 

10-14 nəfər müəyyən olunur. Bəzi ixtisaslarda (musiqi, incəsənət, bədən tərbiyəsi və s.) müstəsnalıq ola bilər.  

 

III. Pedaqoji təcrübənin təşkili və keçirilməsi 

 

3.1. Ali məktəblər üzrə I pedaqoji təcrübə ümum-təhsil məktəblərinin I-IV (ibtidai sinif müəllimləri üçün) 



və  V-IX  siniflərdə,  II  pedaqoji  təcrübə  isə  I-IV  və  V-XI  siniflərdə,  habelə  pedaqoji  texnikumlarda  və  digər 

təlim-tərbiyə müəssisələrində keçirilə bilər.  

Orta  ixtisas  təhsili  məktəblərində  «İbtidai  təhsil»,  «Ailə-ev  təhsil»  ixtisasları  üzrə  I  və  II  pedaqoji 

təcrübələr I-IV siniflərdə, digər ixtisaslardan («Əmək təlimi», «Təsviri incəsənət və rəsmxət», «Musiqi təhsili» 

və s.) isə I-IX siniflərdə keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinin «Məktəbəqədər təhslin pedaqogika 

və metodikaçı» ixtisas üzrə pedaqoji təcrübə məktəbəqədər tərbiyə müəssisələrində keçirilir.  

Qiyabi şöbənin tələbələri ikinci təcrübəni yaşadıqları rayon məktəblərində də keçə bilərlər.  

3.2. İxtisasa uyğun laborator məşğələlərdə bütün tapşırıqları yerinə yetirmiş, ixtisas fənlərinin metodikası 

kursundan  müvəffəqiyyətlə  imtahan  vermiş  tələbələr  başlanğıc  konfransında  iştirak  edir  və  təcrübəyə 

başlayırlar.  

3.3.Pedaqoji təcrübənin ilk həftəsində aşağıdakı işlər görülməlidir:  

-məktəblə hərtərəfli tanış olmaq.  

-təhkim olunduğu kimi sinfin fənn müəllimlərinin təqvim-tematik planlarını köçürmək. 

-məktəbin kabinetləri və texniki imkanları ilə tanış olmaq. 

-təhkim olunduğu sinfin jurnalı ilə tanış olmaq. 

-fənnin proqramı, dərslik, dərs vəsaiti və didaktik materialları ilə tanış olmaq. 

-şagirdlərin yoxlama yazı dəftəri ilə tanış olmaq. 

-pedaqoji təcrübə müddətində deyiləcək dərslərin cədvəlini köçürmək. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə