Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı


Təcrübəçi tələbələrin təhvil verdikləri pedaqoji təcrübə sənədləri



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   20   21   22   23   24   25   26   27   28

57 

 

Təcrübəçi tələbələrin təhvil verdikləri pedaqoji təcrübə sənədləri 



Gündəlik 

Pedaqoji təcrübə keçən hər bir tələbə fərdi iş planına əsasən gördüyü işlərin qısa məzmununu gündəliyə 

yazır.  Pedaqoji  təcrübənin  sonunda  isə  gündəlik  əsasında  hesabat  yazılır.  Gündəlik  elə  bir  sənəddir  ki,  onu 

oxuyan hər kəs tələbənin təcrübə müddətindəki pedaqoji fəaliyyəti haqqında tam təsəvvürə malik olur. Ona görə 

də  gündəlik  vahid  qaydada,  aydın  xətlə,  səliqəli  yazılmalıdır.  Gündəlik  adından  göründüyü  kimi  hər  gün 

yazılmalı və həftədə bir dəfə pedaqoq və metodist tərəfindən yoxlanıb müvafiq qeydlər edilməlidir.  

Gündəlikdə əsasən aşağıdakı məsələlər əks olunmalıdır: 

-Məktəbşünaslıq məsələləri; 

-şagirdlər üzərində aparılan müşahidələr; 

-sınaq dərslərinə hazırlıq, onun keçirilməsi və müzakirəsi

-metodist  və  fənn  müəllimləriin  nümunə  dərslərinin,  eləcə  də  təcrübəçi  tələbələrin  sınaq  və  zaçot 

dərslərinin müşahidəsi və təhlilində iştirak; 

-pedaqoji  təcrübə  rəhbərlərinin,  eləcə  də  pedaqoji  təcrübənin  gedişini  yoxlayan  əlaqədar  şəxslərin 

(kafedra müdiri, dekan, institut rəhbərliyinin nümayəndələri, nazirliyin nümayəndələri və s.) qeyd və iradları; 

-sinifdənxaric  və  məktəbdənkənar  tədbirlər  (dərnək  məşğələləri,  konfranslar,  disputlar,  gecələr, 

ekskursiyalar, divar qəzeti və bülletenlər buraxmaq, adlı-sanlı adamlarla görüşlər və s.) 

Gündəlikdə hər bir tədbirə sərf edilən vaxt üçün ən çoxu 2 saat göstərilir. Gün ərzində isə bu təcrübəçinin 

iş gününə uyğun olaraq 6 saat müəyyənləşdirilir.  

Gündəlik üç hissəyə ayrılmaqla damalı ümumi dəftərdə yazılır:  

1.Ümumi hissə, 

2.Təlim hissəsi, 

3.Tərbiyə hissəsi. 

Gündəlik yazılmağa başlanarkən əvvəlcə səhifələnir. Sonra 1-ci səhifədə iri, yaraşıqlı hərflərlə tələbənin 

soyadı, adı və atasının adı yazılır.            

2-ci səhifədə eyni qayda ilə «ümumi hissə» sözləri yazılır.  

3-cü  səhifədə  məktəbin  dəqiq  ünvanı,  telefonu,  məktəb  rəhbərlərinin  və  pedaqoji  təcrübə  ilə  bağlı  olan 

bütün məktəb işçilərinin soyadları, adları və atalarının adları yazılır.  

4-cü səhifədə məktəbin zəng cədvəli göstərilir.  

5-ci səhifədə bütün təcrübəçilərin sınaq dərslərinin cədvəli yazılır.  

Cədvəlin aşağıdakı qaydada yazılması məqsədəmüvafiqdir

1



Pedaqoji təcrübənin bütün günlərini göstərmək üçün vərəqə calaq verilir və qatlanır.    



 

 

 



 

______________ 

1

Rum rəqəmləri sinifləri, ərəb rəqəmləri dərs saatlarını göstərir.  




58 

 

 



Tələbənin 

soyadı  və 

adı 

Tarix  


Fevral  

 

10  11  12  13  14    16  17  18  19  20  21   



23  23 

1. 


 

 

 



 

 

 



 

 

 



  IV

1

   



 

IV

3



   

 

 



 

 

2. 



 

 

 



 

 

 



 

 

 



   

II

2



 

 

 



 

III


1

 

 



 

 

II



1

 

 



III

 



 

 

II



1

 

 



III1

 

 



3. 

 

 



 

 

 



 

 

 



 

   


 

 

 



 

 

 



 

 

 



6-cı səhifədə təcrübəçinin «rəhbəri» olduğu sinfin dərs cədvəli yazılır. 

7-ci səhifədə pedaqoji təcrübə rəhbərlərinin saatları yazılır. 

8-ci  səhifədə  təcrübəçinin  təhkim  olunduğu  sinfin  şagirdləri  haqqında  məlumat  yazılır.  Bu  aşağıdakı 

qaydada olur.  

 

№ 

Soyadı, adı və 



atasının adı 

Cinsi 


Doğul-

duğu 


tarix 

Ünvanı və 

telefonu 

Valideyni

n iş yeri 

1. 


2. 

 



 

 

 



 

  

Sonra  ehtiyat  üçün  bir  neçə  ağ  vərəq  saxlanılır  və  iri  yaraşıqlı  hərflərlə  «təlim  hissəsi»  sözləri  yazılır. 



Növbəti  səhifədə  təcrübəçinin  özünün  sınaq  dərslərinin  cədvəli  göstərilir.  Bunun  ardınca  təcrübəçinin  dərs 

keçdiyi sinfin ixtisas fənnindən rüblük təqvim-planı verilir.  

Gündəlik aşağıdakı qaydada xətlənir və təlim işləri icra olunduqca sütunlarda qeyd olunur.  

 

№  Tarix  



Görülən işlərin məzmunu  

Saat  


Qeyd  

 

 



 

 

 



    

Təlim  hissəsi  üçün  təxminən  20  səhifə  yer  ayırdıqdan  sonra  yenə  bir  səhifədə  yaraşıqlı  iri  hərflərlə 

«tərbiyə hissəsi» sözləri yazılır. Növbəti səhifədən dəftər yenə yuxarıda göstərildiyi qaydada xətlənib sütunlara 

ayrılır ıə tərbiyə məsələləri ilə bağlı işlər yazılır.  

Təcrübənin  sonunda  gündəlik  metodistə  müəllimə  təhvil  verilir.  Yekun  konfransından  sonra  gündəlik 

nümunə üçün kafedrada saxlanılır, yaxud təcrübəçinin özünə qaytarılır.  

  



59 

 

Fərdi plan 

 

Təcrübənin başlanğıcında pedaqoqun yaxından köməyi ilə tərtib olunur və tələbə təcrübə keçdiyi dövrdə 



onun  əsasında  fəaliyyət  göstərir,  orada  icrası  nəzərdə  tutulmuş  bütün  məsələlər yerinə  yetirilir.  Fərdi  plan 12 

vərəqli  şagird  dəftərinə  yazılır.  (Qeyd.  Fərdi  plan  gündəlikdə  bir  dəftərdə  də  yazıla  bilər).  Onun  forması 

aşağıdakı  kimi  olur.  Dəftərin  1-ci  və  axırıncı  vərəqinə  toxunulmamaqla  yerdə  qalan  vərəqlər  3-4  sm  kəsilir. 

Vərəqlərin baş tərəfləri içəridən aşağıdakı qaydada xətlənir və yazılır.  

 

№  Görüləcək işlər 



Tarix  

İcraçı  


Qeyd  

   


Sonra dəftərin bütün vərəqləri hər iki tərəfdən bu qaydada xətlənir. İcraçı üçün ayrılmış sütunda təcrübəçi 

özündən başqa işi birlikdə gördüyü şəxsin soyadını və adını yazır.  

Fərdi planda təxminən aşağıdakı kimi məsələlər yazılır: 

-məktəblə,  o  cümlədən  məktəbin  müəllim  və  şagird  kontingenti  ilə,  fənn  kabinəsi  ilə,  ixtisasa  aid  əyani 

vəsaitlərlə və s. tanışlıq; 

-sinif  rəhbəri  kimi  təhkim  olunduğu  sinfin  şagirdləri    ilə  yaxından  tanışlıq,  o  cümlədən  sinif  jurnalı  və 

şagirdlərin şəxsi işləri, tibb vərəqələri əsasında onların öyrənilməsi;    

-məktəb rəhbərliyinin, uşaq birliyi təşkilatının, sinif rəhbərinin işi ilə tanışlıq; 

-pedaqoji şuranın, direktoryanı şuranın və kollegial orqanların işi ilə tanışlıq; 

-sınaq və zaçot dərslərinin, eləcə də sərbəst dərslərin keçirilməsi. Bu dərslərə hazırlıq; icmal və planların 

tərtib edilməsi, əyani vəsaitlərin seçilib müəyyənləşdirilməsi, hazırlanması və s. 

-başqa təcrübəçilərin dərslərinin dinlənilməsi və müzakirəsi

-sinifdənxaric və məktəbdənkənar tədbirlərdə (ekskursiya, konfrans, lisput, tarix gecəsi, bülleten və divar 

qəzeti  buraxmaq,  geridə  qalan  şagirdlərlə  əlavə  məşğələ  keçmək  və  s.)  iştirak  və  onların  müstəqil  yerinə 

yetirilməsi. 

-sinif rəhbərlərinin, fənn metodbirləşmələrinin iclaslarında, yığıncaqlarında iştirak; 

-buraxılış işi və kurs işi yazmaq məqsədilə eksperiment aparmaq və s.  

Təcrübəçi tələbələrə fərdi planın başqa bir nümənusəini təqdim edirik. Fərdi plan hər həftə üzrə aşağıdakı 

sxem üzrə də tərtib edilə bilər.  

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə