Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   20   21   22   23   24   25   26   27   28

53 

 

9  bal.  Əgər  dərs  və  ya  sinifdən  xaric  məşğələ  yüksək  ideya-siyasi,  elmi  və  təşkilati-metodik  səviyyədə 

keçirilmişdirsə,  əgər  dərsin  təhsil  və  tərbiyəvi  vəzifələri  müvəffəqiyyətlə  həll  edilmişdirsə,  təlim  metodları 

səmərəli tətbiq edilirsə və şagirdlərin fəallaşdırılması üsulu onların yaş dərəcələri və fərdi xüsusiyyətləri təlim 

və  didaktik  materialın  seçilməsində,  dərsin  quruluşunda,  aparılmasında  və  təhlilində  yaxşı  psixoloji-pedaqoji 

nəzəri bilik və yaradıcılıq göstərmişsə, 9 balla qiymətləndirilir.  



8 bal. Əgər dərs və ya sinifdənxaric məşğələ yüksək ideya-siyasi elmi səviyyədə aparılmışsa, əgər təhsil 

və  tərbiyə  vəziələri  müvəffəqiyyətlə  həll  edilmiş,  lakin  şagirdlərin  fəallaşdırılmasında  bəzi  metodik 

priyomlardan  kifayət  qədər  səmərəli istifadə  edilməmişsə,  əgər  tələbə  psixoloji-pedaqoji  nəzəri  bilik  nümayiş 

etdirmişsə,  dərs  və  didaktik  material  seçməkdə  müstəqildirsə, lakin  dərsin  təşkilində  və  aparılmasında  nəzərə 

çarpmayan dərəcədə səhvlər buraxılmışsa, 8 balla qiymətləndirilir.  

7  bal.  Əgər  dərs  və  ya  sinifdənxaric  məşğələ  yüksək  ideya-siyasi  və  elmi  səviyyədə  aparılmışsa,  əgər 

təhsil  və  tərbiyə  vəzifələri  müvəffəqiyyətlə  həll  edilmiş,  lakin  şagirdlərin  fəallaşdırılmasında  bəzi  metodik 

priyomlardan  kifayət  qədər  səmərəli  istifadə  edilməmişsə,  əgər  tələbə  psixoloji-pedaqoji  nəzəri  bilik  nümayiş 

etdirmişsə,  dərs  və  didaktik  material  seçməkdə  müstəqildirsə,  lakin  dərsin  təşkilində  və  aparılmasında  bəzi 

səhvlərə yol verirsə, 7 balla qiymətləndirilir.  

6  bal.  Əgər  tələbə  tədris-tərbiyə  vəzifələrinin  şərhində  cüzi  səhv  buraxılmışdırsa,  psixoloji-pedaqoji, 

nəzəri  təlim  priyomunu  kifayət  qədər  səmərəli  təşkil  etmişsə,  şagirdlərin  idrak  fəaliyyətini,  kifayət  qədər  

fəallaşdırmışsa,  onlarla  müntəzəm  əlaqə  yarada  bilmişsə  və  dərsin  təhlili  zamanı  buraxdığı  nöqsaqlarını 

görmüşsə, 6 balla qiymətləndirilir.  



5  bal.  Əgər  tələbə  tədris-tərbiyə  vəzifələrinin  şərhində  cüzi  səhv  buraxılmışdırsa,  psixoloji-pedaqoji, 

nəzəri təlim priyomunu kifayət qədər səmərəli təşkil etmişsə, şagirdlərin idrak fəaliyyətini zəif fəallaşdırmışsa, 

onlarla  müntəzəm  əlaqə  yarada  bilmişsə  və  dərsin  təhlili  zamanı  öz  nöqsaqlarını  görməmüşsə,  5  balla 

qiymətləndirilir.  



4 bal. Əgər tələbə məşğələlərdə təhsil-tərbiyə vəzifələrini zəif yerinə yetiribsə, təlim materiallarının şərhi 

zamanı səhvlər buraxılıbsa, şagirdlərin intizamı yaxşı təmin edilməyibsə, əgər tələbə psixoloji-pedaqoji, nəzəri 

biliyində zəiflik göstərir, lakin öz işinə tənqidi yanaşmağı bacarırsa, 4 balla qiymətləndirilir.  

3 bal. Əgər tələbə məşğələlərdə təhsil-tərbiyə vəzifələrini yerinə yetirməyibsə, təlim materiallarının şərhi 

zamanı  səhvlər  buraxılmışsa,  şagirdlərin  intizamı  təmin  edilməyibsə,  əgər  tələbə  psixoloji-pedaqoji,  nəzəri 

biliyində zəiflik göstərir, lakin dərsin təhlili zamanı buraxdığı nöqsanları görür və  öz işinə tənqidi yanaşırsa, 3 

balla qiymətləndirilir.  



1-2  bal.  Əgər  tələbə  məşğələlərdə  təhsil-tərbiyə  vəzifələrini  yerinə  yetirməyibsə,  təlim  materiallarının 

şərhi zamanı səhvlər buraxılmışsa, şagirdlərin intizamı təmin edilməyibsə, əgər tələbə psixoloji-pedaqoji, nəzəri 

biliyində zəiflik göstərir  və  öz işinə tənqidi yanaşmırsa (və ya bəzi səhvlərini görür, işinə tənqidi yanaşmağa 

çalışır). 



0  bal.  –  tələbə  üzrsüz  səbəbdən  sınaq  dərsini  keçməmişsə  və  ya  ona  verilmiş  əlavə  dərs  saatından  da 

səmərəli istifadə edə bilməmişsə0 balla qiymətləndirilir.          

       

      


 

TƏLƏBƏLƏRİN PEDAQOJİ TƏCRÜBƏSİNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİNƏ DAİR 

TÖVSİYƏLƏR  

 

I.Ümumi vəzifələr  

-tələbələrdə pedaqoji işə, pedaqoji sənətə məhəbbəti möhkəmləndirmək və inkişaf etdirmək

-pedaqoji ustalıq, pedaqoji işgüzarlıq və pedaqoji peşəkarlıq bacarığı aşılamaq; 

-tələbələrdə  pedaqoji  təfəkkür,  pedaqoji  qabiliyyət  formalaşdırmaq,  pedaqoji  səriştəni  vərdiş  halında 

möhkəmləndirmək; 

-tələbələri bir mütəxəssis kimi həm pedaqoji, həm psixoloji, həm də metodik cəhətdən flormalaşdırmaq; 

-ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin müasir vəziyyəti və qabaqcıl pedaqoji təcrübə ilə tanışlıq; 

-tələbələrə  sinif  rəhbərinin  vəzifəsini  yerinə  yetirməyi,  məktəbin  kollektivi  ilə,  gənclər  təşkilatı  ilə  iş 

aparmağı, habelə fərdi tərbiyəvi iş aparmağı öyrənmək; 

-tələbələrdə müxtəlif peşə keyfiyyətlərinin və pedaqoji özünətəhsilə təlabatlarının tərbiyə edilməsi

-şagidlərin  tərbiyə  edilməsi  vəzifəsinin  yerinə  yetirilməsində  təlim-tərbiyə  müəssisələrinə  yaxından 

köməklik göstərmək; 

 

II.Pedaqoji təcrübənin növləri və müddəti  

Pedaqoji  təcrübənin  müddəti  tədris  planı  əsasında  müəyyənləşir.  Filialın  Elmi  Şurası  müəyyən 

mülahizələri rəhbər tutaraq pedaqoji təcrübənin vaxtını (müddətini, dövrünü) dəyişdirə bilər.  




54 

 

Azərbaycan  Müəllimlər  İnstitutunun  Mingəçevir  filialında  pedaqoji  təcrübə  aşağıdakı  müddətlərdə 



aparılır. 

 

 Çoxballı sistemin tətbiq edildiyi qruplar  



«İbtidai təhsilin pedaqogikası və metodikası» 

III kurs – I təcrübə, 3 həftə –9 fevral-1 mart   

IV kurs-II təcrübə 15 həftə – 9 fevral – 24 may 

«Məktəbəqədər təhsilin pedaqogikası və metodikası» 

  III kurs – I təcrübə, 2 həftə –20 aprel-1 may   

IV kurs-II təcrübə 16 həftə – 9 fevral – 31 may     

«İbtidai  təhsilin  pedaqogikası  və  metodikası»,  «Məktəbəqədər  təhsilin  pedaqogikası  və  metodikası» 

ixtisasları  üzrə  psixoloji  –  pedaqoji  fənlərin  –  «Pedaqogika»,  «Psixologiya»,  «Loqopediya»,  «Məktəbəqədər 

pedaqogika», «Uşaq psixologiyası» və s. öyrəniləməsi ilə əlaqədar olaraq I, II kurs tələbələri ictimai işlər üçün, 

habelə  təcrübi  və  laborator  məşğələlərlə  əlaqədar  tez-tez  məktəblərə,  uşaq  bağçalarına  gedir,  təlim-tərbiyə 

işlərinin  ümumi  qoyuluşu ilə tanış  olur,  müəllimlərin işini, sinif rəhbərinin  fəaliyyətini  öyrənir  və  müəllimin, 

tərbiyəçinin tapşırığı ilə müxtəlif işləri yerinə yetirirlər.  

Bütün kurslar üzrə pedaqoji təcrübə öyrədici və tərbiyəvi xarakterə malikdir.  

 

III.Pedaqoji təcrübənin təşkili və keçirilməsi 

«Məktəbəqədər təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə pedaqoji təcrübə məktəbəqədər tərbiyə 

müəssisələrində, «İbtidai təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə isə ümumtəhsil məktəblərinin I-IV 

siniflərində keçirilir.    

Digər ixtisaslar üzrə I pedaqoji təcrübə V-IX siniflərdə, II pedaqoji təcrübə V-XI siniflərdə aparılır.  

İxtisas  üzrə  fənlərin  tədrisi  metodikası,  pedaqogika  və  psixologiya  kurslarını  mənimsəmiş  tələbələr 

pedaqoji təcrübəyə buraxılır və başlanğıc konfransında iştirak edirlər.  

Pedaqoji təcrübənin ilk həftəsi ümumi tapşırıqların yerinə yetirilməsinə və aşağıdakı işlərin görülməsinə 

sərf edilir.  

-direktor və onun müavininin söhbətlərinə qulaq asmaq

-məktəblə hərtərəfli tanış olmaq; 

-təhkim olunduğu sinfin fənn müəllimlərinin təqvim planlarını alıb köçürmək; 

-məktəbin fənn kabinetləri  ilə, məktəbin texniki imkanları ilə tanışlıq; 

-təhkim olunduğu sinifdə əksər dərsləri dinləmək; 

-sinif jurnalı ilə tanışlıq; 

-ixtisas üzrə proqram, dərslik, dərs vəsaiti və didaktik materiallarla tanış olmaq; 

-məktəbin vaxt cədvəlini köçürmək

-şagirdlərin yoxlama yazı dəftərləri ilə tanış olmaq; 

-Pedaqoji təcrübə dərslərinin ümumi cədvəlini və öz dərslərinin cədvəlini köçürmək; 

-sinif rəhbərinin iş planını köçürmək, sinfin şagirdləri ilə tanış olmaq; 

-şagird toplanışlarında fəal iştirak etmək; 

-ailəsinə getmək zərurəti olan uşaqların valideynləri ilə keçiriləcək söhbətlərin məzmununa hazırlamaq; 

-təhkim olunduğu sinfin şəxsi işləri və tibb vərəqləri ilə tanış olmaq; 

-ixtisasa uyğun fakultativ məşğələlərin planı ilə tanışlıq; 

-ilk dərslərin icmallarını və bu dərslərə lazım olacaq əyani, texniki vasitələri müəyyənləşdirmək; 

-ixtisasauyğun dərnəklərin işi ilə tanışlıq; 

-ixtisasauyğun fənn metodbirləşmələrinin işləri ilə tanış olmaq; 

III kursda pedaqoji təcrübə zamanı hər bir tələbə 8, Iv kursda 16 dərs deməlidir. 



«İbtidai təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə deyiləcək sınaq dərsləri 

 

Əyani  



Qiyabi  

 

III kurs 



IV kurs 

V kurs 


Ana dili  



Riyaziyyat  





Bədən tərbiyəsi 



Təbiətşünaslıq  





Əmək təlimi 



Musiqi 




Təsviri sənət  



YEKUN  


8 dərs  

16 dərs 


11 dərs 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə