Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   20   21   22   23   24   25   26   27   28

55 

 

         



«Məktəbəqədər təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə aparılacaq məşğələlər 

 

Fənn  



Əyani  

III kurs  

IV kurs 

Nitq inkişafının metodikası 



Sadə  riyazi  təsəvvürlərin  inkişafı 



metodikası  



Savad təlimi  

 



Ətraf aləmlə tanışlıq metodikası  

 



Təsviri fəaliyyətin metodikası  

 



Musiqi tərbiyəsinin metodikası  

 



Fiziki tərbiyənin metodikası  

 



Əmək tərbiyəsinin metodikası  

 



CƏMİ: 

4 məşğələ  

14 məşğələ 

İkiixtisaslı  qruplarda  yarıvmqrupun  tələbələri  ilk  yarıyadək  bir  ixtisasdan,  sonra  digər  ixtisasdan  dərs 

aparırlar.  Məsələn,  «Riyaziyyat  və  fizika»  ixtisası  üzrə  birinci  yarımqrup  riyaziyyatdan,  ikinci  yarımqrup 

fizikadan dərs aparır, sonra isə əksinə… 

Tərbiyə işlərini yerinə yetirmək üçün hər ğir sinfə ı və 2 tələbə təhkim olunmalıdır. III kurs tələbələri bu 

dövrdə  sinif  rəhbərinin  müavini  kimi  fəaliyyət  göstərir  və  sinifdənkənar  tədbirlər  keçirir.  IV  kursda  isə  sinif 

rəhbərinin bütün vəzifələrini müstəqil olaraq yerinə yetirir.  

IV kursda təcrübəçi tələbələr məktəb giigyenası və psixologiyadan tapşırıq yerinə yetirirlər.  

Təcrübəçi tələbələrə rəhbərliyi mümkün qədər bu kursda dərs aparan müəllimlər etməlidirlər.  

 

IV.Təcrübəçi tələbələrin vəzifələri 



 

-pedaqoji  təcrübənin  başlanğıc  və  yekun  konfranslarında,  həmçinin  məktəbdə  keçirilən  müşavirələrdə, 

pedaqoji və direktoryanı şuralarda, metodbirləşmə iclaslarında iştirak edirlər; 

-təcrübə  müddətində  məktəbin  daxili  nizam-intizam  qaydalarına  riayət  edir  və  şagirdlərin  bu  qaydalara 

əməl etmələri üçün iş aparırlar; 

-pedaqoji təcrübə rəhbərinin və məktəb rəhbərlərinin bütün tapşırıqlarını yerinə yetirirlər; 

-təcrübəçilərdən bir nəfər qrup başçısı seçilir. O, metodistin köməkçisi kimi təcrübəçilərin davamiyyətinə, 

onların tapşırıqları yerinə yetirmələrinə nəzarət edir, jurnalı və başqa sənədləri saxlayır; 

-pedaqoji təcrübə gün ərzində 6 saat davam edir: I növbə saat 8-dən 14-dək; II növbə saat 12-dən 18-dək. 

Bu müddət ərzində təcrübəçilər məktəbdə olur, təlim-tərbiyə prosesini öyrənirlər; 

-təcrübəyə başlayanda fərdi iş planı tutulur və bu icra olunduqca gündəlikdə qeyd edirlər; 

-müəyyən olunmuş miqdarda nümunə dərsi keçirlər

-yoldaşlarının nümunə dərslərində iştirak edir, dərslər haqqında öz fikirlərini qeyd dəftərində yazır və bu 

əsasla müzakirələrdə rəylərini bildirirlər; 

-ekskursiya, disput, səhərcik, gecə və görüşlər keçirilməsinin təşəbbüsçüsü və iştirakçısı olurlar; 

-qeyri-müvəffəq qiymət alan şagirdlərlə əlavə məşğələ keçirlər

 -tələbə xəstələndikdə və ya başqa üzürlü səbəbdən təcrübədə iştirak edə bilmədikdə bu barədə metodistə 

xəbər verir.   

 

V.Tələbələrin pedaqoji təcrübələrinin hesabatı 

 

-pedaqoji  təcrübəni  başa  vuran  tələbələr  aşağıdakı  sənədləri təhvil  verirlər:  III  kurs  tələbələri-  görülmüş 

işlərə dair hesabat, psixoloji xasiyyətnamə (yaxud bir dərsin psixoloji təhlili), iki dərsin nümunəvi icmalı, Ana 

dili, riyaziiyat, bədən tərbiyəsindən (hər fəndən bir dərsin) təhlilinin protokolu və əyani vəsait, bir dərsin planı, 

keçilmiş əxlaqi söhbətin mətni; 

-IV kurs tələbələri – görülmüş işlərə dair hesabat, psixologiya və gigiyenaya aid tapşırıq mətni, bir dərsin 

icmalı, bir dərsin planı (iki ixtisaslıdırsa 2 dərsin icmalı və planı), təcrübə müddətində deyilmiş sınaq dərslərinin 

təhlilinin protokolları (hər fəndən 1 protokol) – cəmi 6, keçirilmiş tərbiyəvi tədbirin planı.  

«Məktəbəqədər təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə təcrübəçi tələbələr aşağıdakı sənədləri 

verirlər: 




56 

 

-III  kurs  tələbələri  –  görülmüş  işlərə  dair  hesabat,  psixoloji  xasiyyətnamə,  bir  əxlaqi  söhbətin  mətni,  2 



məşğələnin  (Nitq  inkişafı  metodikası-1,  riyazi  təsəvvürlərin  inkişafı  metodikası-1)  icmalı,  məşğələlərin 

təhlilinin protokolu – hər fəndən  1 protokol – cəmi – 2.  

-IV  kurs  tələbələri  –  görülmüş  işlərə  dair  hesabat,  1  dərsin  icmalı,  1  dərsin  planı,  nümunə  məşğələləri 

üçün  hazırlanmış  1  əyani  vəsait,  təcrübə  müddətində  aparılmış  sınaq  məşğələlərinin  təhlili  protokolu  –  (hər 

fəndən 1 protokol) – cəmi 6.  

Təcrübənin  yekununda  hər  bir  təcrübəçiyə  xasiyyətnamə  yazılır.  Xasiyyətnamə  uşaq  bağçasının  müdiri 

tərəfindən təsdiq olunur.  

 

Qiyabi şöbə tələbələrinin pedaqoji təcrübələrinin təşkili və keçirilməsi 

Pedaqoji təcrübənin keçirilməsindəki məqsəd və vəzifələrə aid yuxarıda deyilənlər əyani və qiyabi şöbə 

tələbələrinə eynilə şamil edilir.  

Pedaqoji təcrübəni yaşadığı rayonda keçmiş buraxılış kurs tələbələri sessiyaya azı iki gün tez gəlməli və 

özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər.  

-təsdiq edilmiş 4 ədəd geniş dərs icmalı və 2 ədəd dərs planı, yaxud bir sinifdə dediyi dərslərin bir aylıq 

dərs planları; 

-keçilmiş dərslərə aid 2 ədəd əyani vəsait

-şagirdin və sinfin psixoloji xarakteristikası; 

-əxlaqi söhbətin yazılı mətni və görülmüş işlərə dair yazılı hesabat; 

-məktəb rəhbərinin verdiyi «Arayış-xasiyyətnamə».  

Qiyabiçi  tələbələrin  fəaliyyəti  bütün  növlərdən  görülmüş  işlərin  nəticələrinə  görə  və  sənədlər  əsasında 

«əla», «yaxşı», «kafi», «qeyri-kafi» qiymətləndirilir (Çoxballı sistem qiyabi şöbə tələbələrinə şamil edilmir).  

Qiyabi  şöbədə  ixtisas  metodistinə  bir  tələbəyə  10  saat,  pedaqoq  və  psixoloqun  hərəsinə  1  saat  yük 

hesablanır.  Qiyabi  şöbədə  məktəb  rəhbərinə  və  müəllimlərə  veriləcək  saathesabı  yük  (hər  tələbəyə  görə) 

aşağıdakı kimi hesablanır.  

Məktəbin direktoruna – 1 saat 

Direktor müavininə – 1 saat 

Fənn müəlliminə – 4 saat  



 

Sinif rəhbəri və fənn müəlliminin hüquq və vəzifələri 

Sinif rəhbəri 

-təcrübəçiləri sinif rəhbərinin iş planı ilə tanış edir;  

-təcrübəçiləri  sinif  jurnalı  ilə,  şagirdlərin  müvəffəqiyyət  faizi,  dərsə  davamiyyəti  və  davranışı  ilə  tanış 

edir, şagirdlərin valideynləri haqqında, ev şəraiti haqqında onlara məlumat verir; 

-təcrübəçilərə  sinfin  şagirdləri  ilə  mədəni-kütləvi  tədbirlər  keçirməkdə  kömək  edir,  onun  müzakirəsini 

keçirir; 

-məktəbdə pedaqoji təcrübəyə aid keçirilən müşavirələrdə iştirak edir.  

 

Fənn müəllimi 

-pedaqoji təcrübənin başlanğıc və yekun konfranslarında, məktəbdə keçirilən müşavirələrdə iştirak edir

-təcrübəçilərin dərs apardıqları siniflərin rüblük təqvim-planını yazdırır;       

-təcrübəçinin iştirakı ilə açıq dərslər deyir və sinifdənkənar məşğələlər vəsaitlərlə təcrübəçiləri tanış edir; 

-dərslərə  hazırlaşmaqda,  uyğun  əyani  vəsaitin  seçilməsində,  dərsin  icmalının  və  planının  tərtib 

edilməsində təcrübəçilərə kömək edir; 

-tələbələrin əksər nümunə dərslərində, onların müzakirələrində iştirak edir, öz rəyini bildirir; 

-tələbələri dərnək məşğələləri, əlavə məşğələlər keçirməyə, dəftərlərini yoxlamağa cəlb edir; 

-təcrübəçilərin qeyri-müvəffəq qiymət alan şagirdlərə əlavə iş aparmalarına kömək edir.  

 

 

 



 

 

 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə