Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

51 

 

11.Təcrübənin  sonrakı  ayı  üçün  tərbiyəçi-metodistin  işlərinin  qısa  məzmununa  aid  plan  tərtib  edir  və 



tərbiyəçi metodistin, müdirin təsdiqinə verir.        

Təcrübə dövründə təcrübəçi-tələbə uşaqların sağlamlığı üçün məsuliyyət daşıyır. 

Təcrübə zamanı tələbələr aşağıdakı sənədləri hazırlayırlar (institut müəlliminin və uşaq bağçası işçilərinin 

razılığı ilə). 

1.Uşaqları  əyləndirmək  üçün  bir  vəsait:  stolüstü  teatr,  kölgə  teatrı,  baş  barmaqla  olan  teatr  (bütün 

təcrübəçi tələbələr) qrup üçün bir vəsait hazırlayırlar.  

2.Uşaq bağçasında hər hansı bir iş bölməsinə aid vəsait hazırlayırlar (təcrübə rəhbərinin göstərişi ilə). 

3.Bir  mövzunun  hərəkətinə  aid  qovluq  hazırlanır:  mməsələn,  məktəbəhazırlıq  qrupunda  –  uşaqların 

məktəbə  hazırlanması  haqqında,  böyük  qrupda  ətraf  mühit  və  nitq  inkişafı,  orta  qrupda  mədəni-gigiyenik 

vərdişlərin tərbiyəsi və s.  

4.Fəaliyyət guşəsində uşaqlar üçün zəruri materialların toplanmasında köməklik edir.  

5.«Proqram»ın tələbinə uyğun olaraq valideynlərlə birlikdə otaq bilgilərini seçirlər.  

Təcrübə hesabat sənədlərinin tərtibi və yekunkonfransı ilə bitir.  

Tələbələr praktika rəhbərinə aşağıdakı sənədləri verirlər. 

Açıq məşğələlərin protokolları ilə birikdə icmallarını: 

-Uşaq bağçası müdirinin iş planının təhlili: 

Bir uşağın pedaqoji –psixoloji xarakteristikası: 

Təcrübə haqqında hesabat.  

Təcrübənin  sonunda  uşaq  müəssisəsində  pedaqoji-şura  çağırılır,  uşaqların  işlərinin  və  tələbələrin 

sənədlərinin  sərgisi  təşkil  edilir,  sonradan  fakültəjə  yekun  konfransı  keçirilir.  Burada  tərbiyəçilər,  tərbiyəçi, 

metodistlər,  uşaq  müəssisəsinin  müdiri  iştirak  edir.  praktikaya  bütün  iş  növlərinin  yerinə  yetirilməsi  və 

sənədlərin təqdimi nəzərə alınaraq qiymət verilir.                  



Təcrübə üzrə tələbənin yekun balının hesablanması meyarları və metodikası 

-Tədris planında nəzərdə tutulan təcrübələrin nəticələrinə görə tələbənin topladığı balların yarısı təcrübəyə 

davamiyyətinə  görə,  digər  yarışı  isə  sınaq  dərslərinin  nəticələrinə,  pedaqogika,  psixologiya  və  məktəb 

gigiyenası üzrə tapşırıqların yerinə yetirilməsinə göpə verilir. 

-Təcrübəyə  davamiyyətə  görə  tələbənin  topladığı  yekun  bal  tələbənin  təcrübədə  ihtirak  etdiyi  saatların 

miqdarının  davamiyyətə  ayrılan  maksimum  (50  bal) bala  vurularaq  və  təcrübəyə  ayrılmış  saatların  miqdarına 

bölünməklə hesablanır.  

Məsələn, «İbtidai təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə IV kurs tələbəsi 15 həftə (1 gündə 6 

saat, həftədə 30 saat olmaqla, cəmi 450 saat) pedaqoji təcrübədə iştirak etməlidir. O, üzrsüz səbəbdən 3 gün (18 

saat) pedaqoji təcrübəyə gəlməyib. Tələbənin pedaqoji təcrübədə iştirak etdiyi saatların miqdarı (450-18=432) 

davamiyyətə ayrılan maksimum (50 bal( bala vurularaq və təcrübəyə ayrılmış saatların miqdarına bölünməklə 

hesablanır.  

43250  = 48 

450 

Deməli davamiyyətə görə tələbə 48 bal toplayır.  



-Davamiyyətə görə tələbənin topladığı minimum bal – 25 baldan az olmamışdır.   

--Tələbənin pedaqoji təcrübədə dediyi hər sınaq dərsi üçün 10 bal sistemi ilə bir qiymət yazılır. 

--Tələbə müəyyən olunmuş dərsdən birini və ya bir neçəsini keçə bilməyibsə, səbəbi nəzərə alınmaqla ona 

əlavə dərs verilə bilər. Əgər tələbə verilmiş əlavə dərs saatlarından da səmərəli istifadə edə bilməyibsə, həmin 

dərslər üçün «0» (sıfır) nəzərdə tutulur.   

--Tələbənin pedaqoji təcrübədə bütün sınaq dərslərindən aldığı qiymətlər toplanır «Qaydalar»da nəzərdə 

tutulmuş sınaq dərslərinin sayına bölünməklə orta bal çıxarılır. Bu, tələbənin bütün sınaq dərsləri üçün aldığı 

ümumi orta bal hesab olunur.  



Məsələn, təcrübə müddətində tələbə nəzərdə tutulmuş bütün 16 sınaq dərsini demiş və aşağıdakı ballar 

toplamışdır.  


52 

 

 

FƏNN 

Sınaq dərsində toplanan ballar  



II 


III 

IV 


Ana dili  



Riyaziyyat  





Təbiətşünaslıq  



 



 

Əmək təlimi 

10 

10 


Musiqi 





Təsviri sənət  

10 


 



Bütün ballar toplanıb (153 bal) deyilmiş dərslərin (plan üzrə nəzərdə tutulmuş) sayına bölünür (153:16) və 

orta bal (9) tapılır.  

-Tələbə birinci təcrübə zamanı ən azı 4 sınaq dərsi, ikinci təcrübə zamanı isə azı 8 sınaq dərsi aparmalıdır. 

Əks  təqdirdə  tələbəyə  müvəffəq  orta  bal  çıxarıla  bilməz.  Üzrlü  səbəbdən  sınaq  dərsləri  aparmayan  pedaqoji 

təcrübədə iştirak etməyən tələbələr təkrar kursda saxlanılır. Pelaqoji təcrübədən qeyri-müvəffəq qiymət alan və 

ya üzrsüz səbəbdən təcrübədə iştirak etməyən tələbələr ali məktəbdən xaric olunur.  

-Sınaq dərsləri üçün ümumi orta bal 4 baldan aşağı ola bilməz.  

Əks təqdirdə tələbəyə müvəffəq orta bal çıxarıla bilməz.  

-Pedaqogika, psixologiya və məktəb gigiyenasının hər birindən 10 bal sistemi ilə ayrvca bal yazılır.  

-Tələbə pedaqogika psixologiya, məktəb gigiyenası fənlərinin hər hansı birindən 4 baldan az toplayarsa, 

sınaq dərslərinin hamısından 10 bal toplasa belə, ona müvəffəq yekun bal çıxarıla bilməz.  

-Pedaqogika, psixologiya və məktəb gigiyenasının hər hansı birindən 4 baldan az toplayan tələbə fakültə 

Elmi Şurasının qərarı və ya dekanlığın göndərişi ilə auditoriya məşğələlərindən ayrılmamaqla məktəbdə həmin 

fənn    üzrə  təkrarən  pedaqoji  təcrübə  keçir.  Həmin  fəndən  yalnız  müvəffəq  bal  aldıqdan  sonra  bu,  başqa 

fənlərdən əvvəl aldıqları ballarla toplanıb ümumi bal çıxarılır və tələbəyə müvəffəq yekun bal yazılır.                  

-Sınaq  dərslərindən  alınmış  orta  balla  pedaqogika,  psixologiya  və  məktəb  gigiyenasından  alınmış  ballar 

toplanaraq orta bal çıxarılır və bu fənlər üçün ayrılan maksimum 50 bala vurularaq 10-a bölünür.  

Məsələn,  tələbə  sınaq  dərslərindən  9  bal,  pedaqogikadan  8  bal,  psixologiyadan  10  bal,  məktəb 

gigiyenasından 9 bal toplamışdır. Alınmış ballar toplanıb, orta bal çıxarılır. 

9+8+10+9 =9 

Bu bal sınaq dərsləri, pelaqogika, psixologiya və məktəb gigiyenası üçün ayrılmış 50 bala vurularaq 10-a 



bölünür. 

950 =45 

10 

Davamiyyətə görə 48 bal toplamış tələbənin yekun balı – 48+45=93 bal olur və bu bala görə ona qiymət 



kitabçasında «93-əla» yazılır (Qiymət kitabçasında tələbənin topladığı bal da göstərilir).  

-Pedaqoji təcrübənin sonunda tələbələr aşağdakı sənədləri təqdim etməlidirlər:  

-Birinci təcrübənin (III  kurs) sonunda  – görülmüş işlərə dair hesabat, psixoloji xasiyyətnamə (yaxud bir 

dərsin psixoloji təhlili), iki dərsin nümunəvi icmalı, hər fəndən dərsin təhlilinin protokolu və əyani vəsait, bir 

dərsin planı və keçirilmiş əxlaqi söhbətin mətni

-ikinci təcrübənin (IV kurs) sonunda – görülmüş işlərə dair hesabat, psixologiya və gigiyenaya aid tapşırıq 

mətni, bir dərsin icmalı və bir dərsin planı (iki ixtisalıdırsa 2 dərsin icsalı və planı), keçirilmiş tərbiyəvi tədbirin 

planı.  


-Göstərilən bütün sənədlər təhvil alınmadan təcrübəçiyə müvəffəq yekun qiyməti yazılmır.  

-Pedaqoji təcrübə qiyməti komissiya tərəfindən müəyyən edilir. Komissiyaya bütün rəhbər metodistlər və 

fənn müəllimləri daxil edilir.  

Yekun qiyməti pedaqoji təcrübənin axırıncı günü həm jurnalı, həm də imtahan vərəqəsinə yazılır. 

 

Təcrübə dövründə tələbələrin sınaq dərslərinin qiymət meyarı 

 

10 bal. Əgər dərs və ya sinifdən xaric məşğələ yüksək ideya-siyasi, elmi və təşkilati-metodik səviyyədə 

keçirilmişdirmə,  əgər  dərsin  təhsil  və  tərbiyəvi  vəzifələri  əsaslı  surətdə  irəli  sürülmüş  və  keyfiyyətli  həll 

edilmişdirsə,  təlimin  rəngarəng  metodları  səmərəli  tətbiq  edilirsə  və  şagirdlərin  fəallaşdırılması  üsulu  onların 

yaş  dərəcələri  və fərdi  xüsusiyyətləri nəzərə  alınmaqla  aparılmışsa,  yaxşı  intizam  yaradılmışdırsa, əgər tələbə 

təlim  və  didaktik  materialın  seçilməsində,  dərsin  quruluşunda,  aparılmasında  və  təhlilində  dərin  psixoloji-

pedaqoji nəzəri bilik və müstəqil yaradıcılıq göstərmişsə 10 balla qiymətləndirilir.     



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə