Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

43 

 

-sinif rəhbərinin iş planını köçürmək və sinfin şagirdləri ilə tanış olmaq. Sinfin şəxsi işləri ilə tanışlıq.  



-valideyn komitəsi və şagird təşkilatlarının işi ilə tanış olmaq. Sinfin şəxsi işləri ilə tanışlıq.  

-ilk dərslərin icmallarını və bu dərslərə lazım olan əyani və texniki vəsaitləri müəyyənləşdirmək. 

-məktəbdəki fənlərə uyğun dərnəklərin və fənn komissiyalarının işləri ilə tanış olmaq.  

3.4.  Birinci  təcrübə  zamanı  hər  tələbə  6/qoşa  ixtisaslıdırsa  3-3  və  ya  4-2/.    İkinci  təcrübədə  isə  8  (iki 

ixtisaslıdırsa 4-4 və ya 5-3) nümunə dərsi deməlidir.  

Ali məktəblərin «İbtidai təhsilin pedaqogika və metodikası» və orta ixtisas təhsili müəssisələrinin «İbtidai 

təhsil» ixtisasları üzrə birinci təcrübə müddətində «Ana dili» və «Riyaziyyat» fənlərinin hər birindən –2, «Əmək 

təlimi»  və  «Təbiətşünaslıq»  fənlərinin  hər  birindən-1,  ikinci  təcrübə  zamanı  isə«Ana  dili»  və  «Riyaziyyat» 

fənlərinin hər birindən –3, «Musiqi» və «Bədən tərbiyəsi» fənlərinin hər birindən –1 dərs deyilməlidir

1



Defektologiya  ixtisası  üzrə  I  təcrübə  əlahiddə  məktəblərdə,  II  təcrübə  isə  kütləvi  məktəblərdə 

keçirilmişdir. Burada ana dilindən 3-4, riyaziyyatdan 3, əmək təlimindən 1, rəsmdən 1 dərs deyilməlidir.  

3.5.Tələbələr  sinif  rəhbərinin  müavini  kimi  onun  bütün  funksiyalarını  yerinə  yetirməlidirlər.  Təcrübə 

işlərini yerinə yetirmək üçün hər sinfə iki tələbədən artıq təhkim olunmamalıdır. 

 

_______________________ 



1Ali  məktəblərdə  «İbtidai  təhsilin  pedaqogikası  və  metodikası»  ixtisası  üzrə  eksperiment  aparılan 

qruplarda pedaqoji təcrübənin müddəti 18 həft (III kursda 3 həftə, IV kursda 15 həftə) olduğundan III kursda 

ana  dili  və  riyaziyyat  fənlərinin  hər  birindən-3,  bədən  tərbiyəsindən-2,  IV  kursda  isə  ana  dili  və  riyaziyyat 

fənlərinin  hər  birindən  –4,  təbiətşünaslıq,  əmək  təlimi,  musiqi,  təsviri  sənət  fənlərinin  hərəsindən  2  dərs 

deyilməlidir.   

3.6.Tələbələr təcrübə zamanı məktəb gigiyenası üzrə tapşırıqları, bədən tərbiyəsi ixtisasının tələbələri isə 

bununla yanaşı fiziki çalışmaları da icra etməlidirlər.  

3.7.Təcrübəçi  tələbələrə  ilk  növbədə  təhsil  aldıqları  tədris  müəssisəsinin  müvafiq  fənlərdən  dərs  aparan 

müəllimləri rəhbərlik etməlidirlər.  

3.8. Tələbələr psixologiyadan üç növ tapşırıqdan birini yerinə yetirirlər: 

-Şagirdin xarakteristikasını hazırlamaq; 

-Sinif kollektivinin xarakeristikasını tərtib etmək; 

-Dərsin psixoloji xarakteristikasını yazmaq. 

 

IV.Təcrübəçi tələbələrin vəzifələri 

 

4.1.Təcrübəçi  tələbə  «Qaydalar»da  göstərilən  bütün  işləri  yerinə  yetirməli,  hər  dərsə  və  sinifdənkənar 



tədbirlərin keçirilməsinə ciddi hazırlaşmalıdır.       

4.2.  Təcrübəçi  məktəbin  daxili  intizam  qaydalarına  tabe  olmalı,  müəssisə  və  təcrübə  rəhbərlərinin 

tapşırıqlarına əməl etməlidirlər.  

4.3. Təcrübə müddətində tələbələrdən biri metodist tərəfindən yarım qrupun nümayəndəsi seçilir və onun 

tapşırıqlarını yerinə yetirir.  

4.4.Məktəbin şəraitindən asılı olaraq tələbələr həm birinci, həm də ikinci növbədə təcrübə keçə bilərlər. İş 

rejimi isə təhsil müəssisəsinin qrafikinə əsasən müəyyənləşdirilir vç 6 saatdan çox olmamalıdır.  

4.5.  Sınaq  dərslərinin  icmalları  azı  bir  gün  əvvəldən  hazırlanmalı  və  ixtisas  metodistinə  təqdim 

edilməlidir. İxtisas metodisti razılıq verdikdə I təcrübədə azı 2, II təcrübədə azı 1 dərs icmalla, qalanları planla 

deyilə bilər.  

4.6.  Hər  bir  tələbə  öz  dediyi  dərsdən  əlavə  gündə  azı  bir  dərsin  müşahidə  və  müzakirəsində  iştirak 

etməlidir.           



 

V.Tələbələrin pedaqoji təcrübələrinin hesabatı, sənədləşdirilməsi və qiymətləndirilməsi 

 

5.1. Tələbə pedaqoji təcrübə müddətində məktəbdə olduğu 6 saat ərzində gördüyü işləri gündəlikdə qeyd 

etməlidir.  

5.2.Pedaqoji təcrübənin sonunda tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər: 

-birinci  təcrübənin  sonunda  –görüdlmüş  işlərə  dair  hesabat,  psixoloji  xasiyyətnamə  (yaxud  bir  dərsin 

psixoloji təhlili), iki dərsin nümunəvi icmalı, hər fəndən bir dərsin təhlilinin protokolu və əyani vəsait, bir dərsin 

planı, keçirilmiş əxlaqi söhbətin mətni

-ikinci təcrübənin sonunda –görülmüş işlərə dair hesabat, psixologiya və gigiyenaya aid tapşırıq mətni, bir 

dərsin icmalı və bir dərsin planı (iki ixtisaslarına 2 dərsin icmalı və planı), keçirilmiş tərbiyəvi tədbirin planı; 

-ikinci təcrübəni yaşadığı rayonda keçmiş qiyabiçi tələbələr sessiyaya azı iki gün tez getməli və özləri ilə 

aşağıdakı sənədləri gətirməlidirlər; 



44 

 

-təsdiq  edilmiş  4  ədəd  geniş  dərs  icmalı  və  4  ədəd  dərs  planı (bir  ixtisaslıdırsa cəmi  6  ədəd),  yaxud  bir 



sinifdə dediyi dərslərin bir aylıq dərs planları; 

-keçilmiş dərslərə aid 2 ədəd əyani vəsait

-şagirdin və sinfin psixoloji xarakteristikası; 

-əxlaqi söhbətin yazılı mətni və görülmüş işlərə dair yazılı hesabat; 

-məktəb rəhbərinin verdiyi «Arayış-xasiyyətnamə». 

Hər iki təcrübənin sənədləri fakültə (şöbə) üzrə təcrübə rəhbərinə təhvil verilməlidir.  

5.3.Sınaq dərsləri deyilən gün müzakirə olunmalı, verilmiş qiymət isə dərhal jurnala köçürülməlidir.  

5.4.Pedaqoji  təcrübə  qiymətləri  bütün  rəhbər  metodistlərin,  fənn  müəllimlərinin  iştirakı  və  razılığı  ilə 

verilməlidir. Qiymətləndirmə meyarları ali və orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.  

Hər bir tələbənin fəaliyyəti bütün növlərdən görülmüş işlərin nəticələrinə görə və sənədlər əsasında «əla», 

«yaxşı», «kafi», «qeyri-kafi» qiymətləndiril-məlidir.  

5.5.Üzürlü  səbəbdən  pedaqoji təcrübədə  iştirak  etməyən  tələbələr  mövcud  qaydaya  uyğun  olaraq  təkrar 

kursda saxlanılır.  

Pedaqoji  təcrübədən  qeyri-müvəffəq  qiymət  alan  və  ya  üzürsüz  səbəbdən  təcrübədə  iştirak  etməyən 

tələbələr ali məktəbdən xaric olunur.  

        


VI.Adi və orta ixtisas təhsilli məktəbləri üzrə pedaqoji təcrübə rəhbərlərinin vəzifələri 

 

6.1.Tələbələrin  pedaqoji  təcrübəsinə  ümumi  rəhbərliyi  və  əlaqələndirmə  işlərinin  ali  və  ya  orta  xtisas 

təhsili müəssisələri üzrə pedaqoji təcrübə rəhbəri həyata keçirir.    

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə