Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

49 

 

4-cü gün. Tələbələr müstəqil olaraq uşaqlarla iş aparır (yarımqruplarla məşğələ aparılır). Pedaqoqun planı 

üzrə  təhkim  olunduqları  uşaqların  müşahidəsi,  onlarla  ünsiyyət  yaratmaq  və  məşğul  olmaq,  onların  nitqinin, 

hərəkətinin  və  fəaliyyətinin  müşahidəsi.  Xronometrajın  nəticəsinin  müzakirəsi,  uşaq  həyatının  ikinci  yaq 

qrupunda  işin  xüsusiyyəti,  fərdi  rejim  prosesinin  yerinə  yetirilməsi.  Müşahidə  olunan  uşaqlarda  vərdiş  və 

davranışın  inkişaf  səviyyəsinin  proqramda  tələb  olunan  qaydada  müzakirəsi.  Uşaqlarla  aparılan  müstəqil  iş 

prosesində qarşıya çıxan çətinliklərin təhlili.  

5-ci gün. Gimnastika məşğələlərinin müşahidəsi və təhlili.  

Müxtəlif  yarımqruplarda  müstəqil  hərəkətli  oyunlar  və  əyləncələrin  keçirilməsi.  Uşaqlarda  müsbət 

qarşılıqlı  münasibətlərin  təşkil  edilməsi,  fərdi  məşğələlərdə  uşaqlarla  ünsiyyəti  möhkəmləndirmək,  onların 

inkişafına dair xarakteristika tərtib etmək. Təkliflər əsasında qrupda görüləcək iş planını tərtib etmək.   

 Uşaqlara xarateristika tərtib etmək üçün aparılan müşahidəyə əsasən valideynlərlə fərdi söhbət keçirməli.  

İki həftəlik oyun və məşğələ planının tərtibi və müzakirəsi. Stendlər düzəltmək.  

 

3 yaşlılar qrupunda  

 

1-ci  gün.  Proqram  tələbinin  yerinə  yetirilməsibaxımından  tərbiyəçinin  iş  planının  təhlili.  Bacı-

tərbiyəçinin,  dayənin  işinin  müşahidəsi.  Pedaqoji  prosesin  (avadanlığın  yaşa  uyğun  yerləşdirilməsi, 

oyuncaqların və vəsaitlərin seçilməsi) işıqlandırılması və təhlili.  

2-ci  gün.  Gimnastika  priyomlarının  və  möhkəmləndirilmənin  müşahidəsi  ıə  təhlili.  Dayənin,  tibb 

bacısının gün ərzində gördüyü işin təhlili. Rejim prosesini (qida, gəzinti) müstəqil keçirmək, həmin qrupda və 

paralel qruplarda müstəqillik vərdişinin tərbiyə edilməsi. Gəzintidə aparılan müşahidə və onun sonradan təhlili.  

3-cü gün. Qəbulu fəal keçirmək, uşaqların fəaliyyətində müstəqilliyi təşkil etmək. Qruplar üzrə məşğələ 

növlərinin müşahidəsi və təhlili.   

(Məşğələdə əyani təsir prinsipinə xüsusi diqqət yetirməli). Uşaqlarda nitqin, hərəkətin inkişaf səviyyəsini 

təmin  etmək  məqsədilə  quraşdırma  fəaliyyətində,  oyunlarda  və  rejim  prosesində  onlarla  ünsiyyət  yaratmaq. 

Uşaqları müstəqil məşğələlər keçməyə hazırlamaq. 

4-cü  gün.  Bacı-tərbiyəçinin  keçdiyi  məşğələni  müşahidə  və  təhlil  etmək,  müstəqil  olaraq  gəzintiyə 

getmək,  gəzintidə  müşahidəni  və  hərəkətli  oyunu  təşkil  etmək.  Qrupa  rəhbərlik  işini,  sənədləri  öyrənmək 

haqqında müdir və pedaqoqla söhbətlər keçirmək.  

5-ci  gün.  Müxtəlif  yaş  qruplarında  təcrübəçinin  açıq  məşğələsini  qoymaq  və  orada  bütün  tələbələrin 

iştirakını təmin etmək.  

İki həftəlik məşğələ planı tərtib etmək (uşaqların inkişafını nəzərə alaraq). 

Qeyd: Hər hansı bir zəruriyyəğ ucundan işin təşkili ardıcıllığında bəzi dəyişiklik etmək olar.  

Körpələr evində təcrübə sənədləşdirmə və yekun konfransı ilə tamamlanır.  

 

Tələbələr aşağıdakı sənədləri verməlidirlər: 



 

1.İki  uşağa  (1  yaşlı,  2  yaşlı,  yaxud  3  yaşlı  –seçmə  yolu  ilə)  tibbi,  pedaqoji  məsələləri  nəzərə  almaqla 

xasiyyətnamə. 

2.Bu məşğələnin (açıq) icmalı.  

3.Hesabat. Məşğələnin keçirilməsinə dair, yaxud uşaqlarla aparılan işə dair.  

 

Pedaqoji təcrübənin vəzifələri, məzsunu və təşkili 

 

1.Tələbələrə təlim-tərbiyəyə aid institutda aldıqları nəzəri biliyi uşaq bağçasında tətbiq etməyi öyrətmək.  



2.Tərbiyə işini, uşaq həyatının təşkilində bütün fəaliyyət növünə rəhbərliyi (oyun, əmək, məşğələ, məişət) 

müşahidə və təhlil etməyi öyrətmək.  

3.Uşaq  bağçasının  tərbiyə  proqramının  tələbləri  əsasında  tərbiyə  işini  planlaşdırmağı,  uşaqların  yaş  və 

fərdi  xüsusiyyətlərini  nəzərə  almaqla  onların  hazırlığını,  ətraf  mühitin  xüsusiyyətlərini,  fəsillərdə  təbiətin 

dəyişməsini müşahidə etməyi öyrətmək. Tələbələrin uşaqlarla müstəqil tərbiyə işi aparmağa öyrətmək.  

4.Uşaq texnologiyasınjan, məktəbəqədər pedaqogika- sından, uşaq fiziologiyasından, metodikalardan əxz 

edilmiş metodlardan istifadə edərək uşaqların hərtərəfli inkişafını yaradıcılıqla yerinə yetirmək.  

5.Məktəbəhazırlıq qruplarında tərbiyə işləri prosesində, uşaqları məktəb təliminə hazırlayan, onların əqli 

qabiliyyətlərinin inkişafını fəallaşdırmağın məzmunu və metodlarına xüsusi diqqət yetirmək.  

6.Tələbələrdə  uşaqlara  qayğı  ilə  yanaşmaq,  onların  sağlamlığına  qayğılı  münasibət bəsləməyi  formalaş- 

dırmaq. Praktika müddətində tələbələri uşaq bağçası müdirinin, metodistin (baş tərbiyəçinin) işi ilə tanış etmək.  

7.Uşaq  bağçası  kollektivində  tələbələrin  ictimai  və  metodiki  (ictimai-siyasi  məlumatların  verilməsində) 

işlərdə iştirakı.  



50 

 

8.Müxtəlif  metod  və  formalardan  istifadə  edərək  müntəzəm  olaraq  valideynlərlə  iş  aparmaq  (valideyn 



iclasları, kollektiv və fərdi məsləhətlər, uşaqların evlərinə getmək).  

9.Tələbələrdə  pedaqoji  sənəti  uşaqlara  məhəbbət  tərbiyə  etmək,  pedaqoji  bilikləri  drinləşdirmək  və 

pedaqoji qabiliyyətləri təkmilləşdirmək, uşaq bağçasına hamiliyi təşkil etmək.  

10.Kurs işləri ilə əlaqədar olaraq müəyyən vərdişlərin formalaşması naminə pedaqoji təcrübə aparmaq.  

III  kursda  tələbələrin  uşaq  müəssisələrində  pedaqoji  praktikası  iki  mərhələdə  aparılır.  1-ci  hazırlıq 

mərhələsi  semestrin  əvvəlindən  başlayıb  təlim  məşğələlərindən  ayrılmaqla  VI  semestrdə  aparılan  pedaqoji 

təcrübənin 2-ci həftəsinə kimi davam edir.  

Bununla  da  laborator  təcrübənin  vəzifələrini  yerinə  yetirir.  Uşaq  bağçasını  əhatə  edən  pedaqoji 

kollektivlə,  texniki  işçilərlə  tanış  olur,  uşaq  bağçasında  yaş  qruplarına  görə  yerləşdirirlər.  Təhkim  olduqları 

uşaqlarla  onların  valideynləri  ilə  ailədə  uşaqların  tərbiyə  şəraiti  ilə  (5-6  uşaq)  tanış  olurlar.  Yaş  qruplarında 

tərbiyəçinin işini  müşahidə  edir,  uşaq  kollektivini,  onun  inkişaf səviyyəsini,  ətrbiyəsini,  fərdi  xüsusiyyətlərini 

öyrənirlər.  Tərbiyəçilərlə  birlikdə  qruplarda  təlim-tərbiyə  işini  müşahidə  edir,  təhlil  və  müzakirə  aparırlar. 

«Uşaq  bağçasının  tərbiyə  proqramının»  tələblərinə  uyğun  qısa  təhlil  verir  və  nəticə  çıxarırlar.  Kurs  işləri 

mövzuları  üzrə  eksperimental-sınaq  işləri  apardıqlarına  görə  fəallıqla  pedaqoji  işə  müdaxilə  edir,  tələbə  elmi 

dərnəklərində  məruzə  etmək  üçün  material  toplayır,  məktəbəqədər  pedaqogikanın,  uşaq  psixologiyasının, 

metodikaların tələblərini yerinə yetirirlər.  

Psixoloji-pedaqoji xarakteristikası yazman üçün uşaqların üzərində müşahidə aparırlar.  

Qrupda tərbiyəçinin iş planı ilə, onun hesaba alınması ilə tanış olurlar.  

Uşaq bağçası müdirinə və metodistin (baş tərbiyəçinin) işi ilə tanış olurlar.  

III  kursda  təlim  məşğələsindən  ayrılmaqla  təşkil  edilən  pedaqoji  təcrübənin  birinci  həftəsində  uşaq 

bağçasına getməyi davam etdirməklə təcrübəçi, tərbiyəçi kimi işləyəcəyi sənədləri hazırlayır:  

-Qrup tərbiyəçisinin aylıq və təqvim planını; 

-Məşğələnin icmalını.  

Hftənin sonunda plan və icmalları qrup tərbiyəçisi, uşaq bağçasının metodisti, institut metodisti təcrübədə 

olan qrupun rəhbəri təsdiq etdikdən sonra tələbəyə müstəqil işləməyə icazə verilir.  

-«Valideyn guşəsi» yaxud divar qəzeti üçün material hazırlayırlar. Məşğələ və oyun üçün əyani vəsaitlər 

hazırlayırlar.  

Təcrübəçi-tərbiyəçi və tərbiyəçi metodist kimi müstəqil iş aparır.  

Hər müəssisədə 4-8 tələbə 2 qrupa bölünərək iş aparır.  

2  həftə  tələbələr  tərbiyəçi  kimi  həm  birinci,  həm  də  ikinci  növbədə  işləməklə  bir-birini  əhatə  edirlər. 

Qalan 3 həftəni tərbiyəçi metodist kimi müdirin, tərbiyəçinin və institut metodistinin rəhbərliyi altında işləirlər. 

 

II mərhələdə tələbələr aşağıdakı işləri görürlər:  

1.Qrupun tərbiyə-təlim işinin planını tərtib edirlər. 

2.Uşaqlar üçün ümumi tədbirlər təşkil edirlər (ekskursiyalar, axşam və səhər, boş vaxtlarda böyük və kiçik 

yaşlı uşaqlarla ümumi iş və s.) 

3.Metodkabinetin işinin məzmunu ilə tanış olurlar.  

4.Kabinetin  təchizinin  pedaqoji  prosesin  tələblərinə  necə  cavab  verdiyini,  uşaqlarla  iş  zamanı  onlardan 

necə  istifadə  olunduğunu  müəyyən  edirlər.  Kabinetin  təchizatı  üçün  təkliflər  hazırlayırlar  və  bu  təkliflərin 

həyata keçirilməsində fəal iştirak edirlər. Təcrübəçi tələbələr ixtisasını artırmaq üçün açıq məşğələlərdə və onun 

müzakirəsində,  məsləhətlərdə,  söhbətlərdə,  pedaqoji  müşavirələrdə,  metodik  ədəbiyyatın  müzakirəsində  fəal 

iştirak edirlər.     

5.Uşaq müəssisəsinin sənədləri ilə, illik və aylıq planla, pedaqoji müşavirənin protokolları ilə, yoxlama 

aktları, smeta, əmr və sərəncamlar kitabı ilə, uşaqların siyahısı və şəxsi işləri ilə, tibb işçilərinin sənədləri ilə 

tanış olurlar.  

6.Uşaq  bağçasının  planına  əsasən  təcrübəçi  qrupun  valideyn  iclasını  çağırır.  Qrupda  tərbiyə  işlərində 

qarşıda duran növbəti vəzifələr, tərbiyə işində tələbələrin vahidliyinin gözlənilməsi. Bağça ilə ailənin əlbir işi, 

valideynlərin pedaqoji maarifinə aid məsələlər kimi müasir uşaq bağçası üçün aktual olan məsələlər haqqında 

çıxış edir.  

7.Həmçinin müstəqil təcrübə dövründə material toplayır və laboratoriya  işinin yazılmasınida istifadə edir.  

8.Uşaq bağçasında pedaqoji şuranın işini öyrənir, (laboratoriya işinə aid eksperiment təcrübə işi, qrupun 

tərbiyə  işini, tərbiyəçi  kollektivinin  tərbiyə  işini təkmilləşdirmək  bacarığına  aid)  öz  işinin  nəticələri  haqqında 

çıxış edir.  

9.Divar qəzetinin buraxılması və valideyn guşəsində (yazılı məsləhət, kitab sərgisi, uşaqların əl işlərindən 

sərgi və s.) iş aparır.  

10.Müəssisə müdirinin pedaqoji, inzibati-təsərrüfat işinə rəhbərlik işini müşahidə və təhlil edir.  



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə