Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   20   21   22   23   24   25   26   27   28

66 

 

Yekunda  təcrübəçi  tələbə  emosional  şəkildə  mövzuya  aid  nümunələr  göstərir,  görkəmli  şəxsiyyətlərdən 



sitatlar gətirir, həyati faktarla şagirdləri həyəcanlandırır və inandırır.  

Tərbiyəvi söhbətlərin belə hazırlanması və aparılması tələbələrin şablonçuluqdan, hər hansı bir tərbiyəvi 

söhbətin  mətnini  yazıb  şagirdlərə  oxumaqdan  uzaqlaşdırır  və  onun  təsirli  olmasına  səbəb  olur.  Buna  görə  də 

belə söhbətlərə məsuliyyətlə yanaşmaq lazım gəlir.  

Seçilən  mövzunun  müasirliyi,  onun  məqsədinin  aydın  dərk  olunması,  şagirdlər  arasında  iş  bölgüsünün 

düzgün aparılması, mənbələrin onlara çatdırılması bu prosesdə xüsusi əhəmiyyət kəsb edir.  

Bu  gün  məktəbimizdə  təlim,  tərbiyəni  yeni  istiqamət,  yeni  məzmun  üzərində  qurmaq  sahəsində  geniş 

axtarışlar, tədqiqatlar aparılır. Bu baxımdan da şagirdlərdə milli mənlik şüurunun formalaşmasına, milli ləyaqət, 

dəyanət,  düşmənə  nifrət  tərbiyəsinə,  öz  soy-kökünə  qayıdışa,  islam  dəyərlərinə  münasibətə,  milli  iftixar 

tərbiyəsinə geniş yer verilməlidir. Aparacağımız tərbiyəvi tədbirlərdə bu mövzularda olan söhbətlərə daha çox 

yer verməyimiz bu cəhətdən aktualdır və faydalıdır.  

Mövzunun  seçilməsində  tələbə  müəyyən  qədər  sərbəstdir.  Lakin  sinfin  xüsusiyyətlərini,  şagirdlərin  yaş 

səviyyələrini nəzərə almamaq olmaz.  

 



67 

 

ŞAGİRD ŞƏXSİYYƏTİNİN PSİXOLOJİ XARATERİSTİKASININ TƏRTİBİ METODİKASI 



 

Siz  təcrübə  müddətində  təhkim  olunduğunuz  sinfi  və  həmin  sinifdə  bir  şagirdi  psixoloji  cəhətdən 

müşahidə  etməli,  öyrənməli  və  ona  geniş  xarakteristika  tərtib  etməlisiniz.  Bunun  üçün  şagird  şəxsiyyətinin 

bütün xarakteristik cizgilərini öyrənmək tələb  olunur. Müşahidə və öyrənmə aşağıdakı sxem üzrə aparılmalıdır.  



 

Şagird şəxsiyyətinin psixoloji xarakteristikasının tərtibi üçün plan-sxem

1

 

I.Şagird haqqında ümumi məlumat: 

 

-Adı  və  soyadı,  doğulduğu  tarix,  oxuduğu  sinif,  ümumi  fizika  hazırlığı,  sağlamlıq  vəziyyəti,  ailədə 

şagirdin sosial inkişaf şəraiti, ailə tərbiyəsinin xüsusiyyətləri.   

 

II.Şagirdin təlim fəaliyyəti:   

1.Təlim  və  müvəffəqiyyəti  (müxtəlif  fənlərdən  aldığı  qiymətlər,  üstünlük  təşkil  edən  fənlərə  görə 

qiymətlər). 

2.Ümumi əqli inkişafı (ümumi dünyagörüşü, əqli keyfiyyətləri, həyata baxışı). 

3.Nitqin inkişafı (lüğət ehtiyatı, nitqinin obrazlılığı, emosionallığı, öz fikrini yazılı və şifahi şəkildə ifadə 

etmə bacarığı). 

_________________ 

1.Şagird  şəxsiyyətinin  psixoloji  xarakteristikasının  tərtibi  sxemi.  Dos.  S.F.Şabanov  tərəfindən 

hazırlanmışdır. 



68 

 

4.Təlimə qabilliyi: 



-diqqətin  xüsusiyyətləri  (ixtiyari  diqqətin  inkişaf  səviyyəçi,  onun  mərkəzləşməsi,  keçirilməsi,  həzmi  və 

paylanması); 

-təlim materialının mənalı qavranılması, müşahidəçilik xüsusiyyətləri; 

-niyyətli  və  sözlü-məntiqi  hafizənin  xarakteri  və  səviyyəsi,  yaddasaxlama  üsullarından  istifadə, 

yadasalmada asanlıq və ya çətinlik

-təfəkkürün  inkişafı:  predmet  və  hadisələrin  mühüm  və  ya  ikinci  dərəcəli  əlamətlərinin  fərqləndirilməsi, 

ümumi  və  ya  mücərrəd  anlayışların  mənimsənilmə  səviyyəsi,  fikri  məsələni  həll  etmək  bacarığı,  müqayisə 

etmək, ümumiləşdirmək və təsnif etmək bacarıq və vərdişləri, nəticə çıxarmağa meyilliyi; 

-təxəyyülün inkişafı, bərpaedici və yaradıcı meyilli olması.  

5.Tədris işində çalışqanlığı.      

6.Biliklərə  qarşı  maraq  və  təlimə  münasibəti:  hansı  fənlərə  qarşı  maraq  göstərir,  maraqla  dərslərinə 

hazırlaşması,  dərslərindən  aldığı  qiymətlərə  necə  münasibət  bəsləyir,  valideyn  və  müəllimlərin  tərif  və  ya 

tənqidi iradlarına münasibəti, mütəşəkkilliyi, kitab üzərində işi, özünənəzarəti, müxtəlif plan və konspektlərdən 

istifadə və s.  

 

III.Şagird şəxsiyyətinin istiqaməti, sosial fəallığı və xüsusi qabiliyyətləri 

1.Maraqları.     

2.Hər hansı fəaliyyət (musiqi, rəsm və s.) sahəsində xüsusi qabiliyyəti, bu istiqamətdə arzusu, gələcəyə 

münasibəti.  

3.Sinif (qrup) daxilində ictimai fəallığı, referent qrupu.  

4.Sosial ictimai hadisələrə maraq və münasibəti.  

5.İctimai vəzifəsi, ümumi davranışı.  

6.Sinif (qrup) daxilində mövqeyi,  müəllim və sinif (qrup) yoldaşlarına münasibəti, dostluq və yoldaşlığı 

necə  başa  düşməsi,  ünsiyyət  dairəsi  və  ünsiyyət  mədəniyyəti,  məktəb  rejiminə  və  yaşlıların  tələblərinə 

münasibəti.  

 

IV.Temperament və xarakter xüsusiyyətləri. 

1.Temperamentin əsas xüsusiyyətləri. 

2.Emosiya və hisslərinin davranışda özünü göstərməsi.  

3.Davranışda  qabarıq  üzə  çıxan  xarakter  keyfiyyətləri  (əməyə,  insanlara,  təlimə  və  özünə  qarşı 

münasibəti) və iradi keyfiyyətləri.  

 

V.Ümumi psixoloji nəticələr. 

 

1.Şagird  şəxsiyyətinin  formalaşmasındakı  üstün  və  çatışmayan  cəhətlər:  daxili  və  xarici  səbəblər,  ailə 



tərbiyəsinin  qoyuluşu,  xəstəlik,  davranışındakı  qüsurlar,  iş  vərdişlərinin  olmamağı,  xüsusi  qabiliyyətinin 

olmaması və s.  

2. Şagirdlə psixoloji-pedaqoji işin planlaşdırılması 

 



69 

 

MƏKTƏB GİGİYENASI ÜZRƏ TAPŞIRIQLARIN YERİNƏ YETİRİLMƏSİ METODİKASI 

Pedaqoji  təcrübə  müddətində  təcrübəçilər  həm  də  gigiyena  üzrə  tapşırıqları  da  yerinə  yetirməlidirlər. 

Gigiyena üzrə aparılan işlər aşağıdakı istiqamətləri əhatə etməlidir.  

 

I.Dərs cədvəlinin gigiyenik qiyməti və şagirdlərin iş görmə qabiliyyəti 

1)Sinif  cədvəlinin  gigiyenik  qiymətini  vermək  (həftənin  günlərində  dərslərin  miqdarı,  dərs  bölgüsünün, 

çətin  fənlərin  növbələşməsi,  qoşa  suallar  və  şagirdlərin  həftəlik,  yaxud  bir  günlük  iş  qabiliyyəti  nəzərə 

alınıbdırmı). Cədvəldə əmək və bədən tərbiyəsi dərslərinin tutduğu yer.      

2)Dərsprosesində şagirdlərin işgörmə qabiliyyətlərini qiymətləndirmək. (Özlərini aparmalarını müşahidə 

etmək,  şagirdlərin  bədən  vəziyyətinə  diqqət  yetirmək,  yorğunluğun  birinci  və  ikinci  fazasının  vaxtını  təyin 

etmək).  

3)Tənəffüsün təşkilinə gigiyenik qiymət vermək.  

 

II.Məktəbyanı torpaq sahəsinin və məktəb binasının gigiyenik qiyməti 

 

1)Məktəbyanı  torpaq  sahəsinə  sanitar-gigiyenik  qiymət  vermək.  Onun  hasarlanması,  aqrobiologiya, 

coğrafi  və  idman  meydançalarının  olub-olmaması  və  onlardan  pedaqoji  məqsədlər  üçün  istifadə  edilməsi. 

Məktəb binasının mərtəbəliliyi, yerləşdirilməsi; 

2)Sanitar-texniki qovşağın gigiyenik qiyməti və istifadə sistemi. Məktəb binasının su ilə təchizatı.                                              

 

III.Tədris otaqlarının gigiyenik qiyməti 

 

1)Tədris otaqlarına (sinif otaqları, kabinetlər, laboratoriyalar) gigiyenik qiymət vermək. Otaqların sahəsi, 



mebellərin yerləşdirilməsi, müəllim tərəfindən havanın dəyişdirilməsinə nəzarət, sinfin təbii işıqlandırılmasının 

qiyməti.  Tədris  otaqlarının  işıqlandırma  rejimi.  Sinif  otağının  pəncərəsinin  yerləşdirilməsi,  işıqlılıq  əmsalı, 

divarın, mebelin rəngi, habelə ağaclarla, pərdələrlə, güllərlə və qonşu binanın kölgəsilə otağın qaranlıq olması.  

2)Süni işıqlandırmanın qiyməti. Süni işıqlandırmanın qiyməti. Süni işıqlandırmanın tiip, işıq mənbəyinin 

qüvvəsi və miqdarı, işığın bərabər yayılması.  

Havadəyişdirici (ventilyasiya) sisteminin qiyməti.  

Tədris binasının istilik rejimi.  

 

IV.Sinif mebellərinin və şagirdlərin oturmalarının gigiyenik qiyməti 

 

1)  Sinfə  lazım  olan  və  stol  nömrələrinin  miqdarı,  onların  şagirdlərin  boyuna  müvafiqliyi  və  səliqəsi. 



Paltarın gigiyenik qiyməti (distansiya və diferensiya).  

2) Şagirdləri sinifdə yerləşdirərkən onların sağlamlıq xüsusiyyətləri nəzərə alınırmı? 

3) Yazı və oxu zamanı şagirdlərin hamısı düzmü oturur? Əgər belə deyilsə, onda düzgün oturmamağın, 

qamətə, görməyə və şagirdərin işgörmə qabiliyyətinə təsirinin səbəblərini analiz etmək.   

 



70 

 

V.Şagirdlərin fiziki tərbiyəsinin gigiyenik qiyməti 

 

1) Dərs üçün olan tədris materialları bazası mövcud idman meydançası, onun təchizatı, idman zalı.  



2) İdman dərsi üçün şagirdlərin qruplara bölünməsi. 

3) İdman və bədən tərbiyəsilə məşğul olan şagirdlərin sağlamlığına sistematik olaraq nəzarət edilirmi? 

4) Şəhər gimnastikası və tədris zamanı idman dəqiqələri keçilirmi? 

 

VI.Şagirdlərin əmək tərbiyəsinin gigiyenik qiyməti 

 

1)  Bina  emalatxanasının  gigiyenik  tələblərə  müvafiqliyi.  Onun  kub  hesabı  sahəsi,  işıqlandırılması  və 



havasının  dəyişdirilməsi.  Emalatxananın  dülgər,  çilingər  dəzgahlarının  şagirdlərin  boyuna  müvafiqliyi. 

Şagirdlərin  əmək  gigiyenasının  qaydaları  və  təhlükəsizlik  texnikası  ilə  tanış  olmaları.  Emalatxanada  olan  ilk 

yardım dərman qutusu (apteçkası).  

2) Əmək tərbiyəsinin və şagirdlərin özünəxidmətinin gigiyenik qiyməti.  



 

VII.Bir məktəblinin gün rejimi və onun gigiyenik qiyməti 

 

1) Soyadı, adı, yaşı, sinfi, növbəsi.       



2) Səhər yuxudan durduğu vaxt. 

3) Özünəxidmətə və səhər yeməyinə sərf etdiyi vaxt.  

4) Evdən məktəbə getməsinə sərf etdiyi vaxt. 

5) Günorta yeməyinin vaxtı (həmişəmi eyni saatda yeyir). 

6)  Təmiz  havada  olduğu  vaxtın  müddəti.  Günün  hansı  vaxtında  və  sistematik  olaraq  təmiz  havada 

olurmu? 


 7)  Ev  tapşırıqlarının  yerinə  yetirilməsinin  vaxt  və  müddəti.  Həmişəmi  eyni  vaxtda  tapşırıqlarını  yerinə 

yetirir?  

Ev tapşırıqlarını yerinə yetirərkən iənəffüs edirmi? 

8) Ev təsərrüfatına kömək edirmi, buna nə qədər vaxt sərf edir? 

9) Axşam yeməyinin vaxtı. 

10) Axşam təmizliyinə nə qədər vaxt gedir? 

11) Nə vaxt yatır! Yuxunun vaxtı. Axşam yuxusunun şəraiti: yatacaq paltarının ayrı olması. 

12) Məktəblinin gün rejiminə gigiyenik qiymət vermək. 

 

VIII.Təhkim olunmuş sinifdə şagirdlərin sağlamlığı və fiziki inkişafı haqqında məlumat 

 

1) Təhkim olunmuş sinifdə zəif səhhətli şagirdləri aşkara çıxarmaq. 



2) Şagirdlərin fiziki inkişafı haqqında məlumat toplamaq. 

3) Tibbi müayinənin nəticələri valideynlərə çatdırılırmı? 

4) Şagirdlərin sağlamlığı üçün məktəbdə bu məlumatlardan necə istifadə olunur?  

 

 



 

 

 

TƏCRÜBƏÇİ TƏLƏBƏNİN HESABATI  

Pedaqoji təcrübənin sonunda  görülmüş  işlərə  yekun  vurmaq,  müvafiq  kafedralar  və  dekanlıq qarşısında 

görülmüş işlərə dair hesabat vermək lazımdır. Bəs hesabat necə tərtib edilir? 

Hesabatın yazılış forması standartlaşdırılmır. Təcrübəçi tələbə hesabatın başlığını müxtəlif varantda tərtib 

edir, görülmüş işləri təsvir edir və sonda imza deyərək tarixi göstərir. Məsələn, başlıqlar aşağıdakı variantlarda 

yazıla bilər: 

 

I variant: 



Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının Pedaqoji fakültəsinin IV kurs 214 saylı qrup 

tələbəsi Məhərrəmova Rəna Bayram qızının 15 nömrəli şəhər orta məktəbində 9 fevral 2007-ci ildən 24 

may 2007-ci ilə kimi keçdiyi pedaqoji təcrübədə görülmüş işlər haqqında 

 

HESABAT 

II variant: 




71 

 

15 nömrəli şəhər orta məktəbində 9 fevral 2007-ci ildən 24 may 2007-ci ilə kimi keçirilmiş pedaqoji 



təcrübədə görülmüş işlər haqqında 

 

HESABAT 

 

Sonra aşağıdakı yaddaş əsasında görülmüş işlər təsvir edilir. 



1.Keçilmiş dərslərin miqdarı (o cümlədən, icmal və plan ilə). Dərslərin tipləri üzrə dərs növləri. Dərslərdə 

müvəffəqiyyətli cəhətlər və nöqsanlar, bunların səbəbləri.  

2.Fənn üzrə sinifdənkənar keçirilən tədbirlər – dərnək məşğələləri, ekskursiyalar, əlavə məşğələlər, maraq 

dərsləri və s.              

3.Sinifdənkənar tərbiyəvi işlər, onların mövzusu, məqsədi, tərbiyəvi təsir qüvvəsi.  

4.Şagirdlərlə aparılan fərdi işlər, onların nəticəsi.  

5.Məktəbə  və  təhkim  olunduğu  sinfə  göstərdiyi  əməli  köməklik  (əyani  vəsaitlər  hazırlanması,  fənn 

kabinetindəki avadanlıqların təmiri və s.). 

6.Valideynlərə aparılan işlər, onların mahiyyəti, forma və metodları.  

7.Təcrübə  müddətində  metodistin,  pedaqoqun,  psixoloqun,  gigiyena  müəlliminin,  həmçinin  məktəbin 

pedaqoji  kollektivinin  –  direktorun,  onun  müavinlərinin  fənn  müəllimlərinin,  sinif  rəhbərinin  köməyinin 

məzmunu və forması.  

8.Şəxsi bacarıq və vərdişlərin qiymətləndirilməsi: dərsin icmalının (planının) tərtibi, dərs üçün lazım olan 

ədəbiyyat və əyani vasitələrin seçilməsi; dərsdə təlimin prinsip , üsul və priyomlarının düzgün seçilməsi; təlimin 

texniki vasitələrdən istifadə səviyyəsi; laboratoriya məşğələlərinin və praktik işlərin aparılması; ev tapşırıqları 

üzərində nəzarətin olması; biliklərin cari hesabının aparılması; fənn üzrə tapşırıqlar və digər çalışmaların yerinə 

yetirilməsi; yazı işlərinin aparılması, yoxlanılması və qiymətləndirilməsi; dərsdə şagirdlərin idrak fəaliyyətinin 

fəallaşdırılması; siniflə işdə tərbiyə məqsədinin müəyyən edilməsi; sinif rəhbərinin işinin planlaşdırılması; uşaq 

və  gənclər  təşkilatları  ilə  iş;  kütləvi  tərbiyəvi  tədbirlərin  keçirilməsi  (konfrans,  disput,  görüş,  gecə,  səhərcik, 

kitab  müzakirəsi  və  s.);  divar  qəzetinin  buraxılması;  sinif  kollektivinin  və  ayrı-ayrı  şagirdlərin  psixoloji 

xarakteristikasının tərtibi, dərsin və sinifdənkənar tədbirin təhlili; pedaqoji təcrübə gündəliyinin aparılması.  

9.Yerinə yetirilməyən tapşırıqlar və onun səbəbi. 

10.Pedaqoji təcrübənin təkmilləşdirilməsi üçün təkliflər.            

 

 



 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



72 

 

ƏDƏBİYYAT 



 

1.«Müəllimlik təcrübəsi keçən tələbələr üçün uğurlu praktikum proqramının yaradılması»  

(Açıq Cəmiyyət İnstitutu – Yardım fondu). 

«Yeni nəsil» nəşrlər evi. Bakı-2003. 

2.Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  «Ali  və  orta  ixtisas  təhsili  məktəbləri  tələbələrinin 

müəllimlik fəaliyyətinə hazırlanması işini tənzimləmək haqqında müvəqqəti qaydalar» 01.05.2002-ci il 394 №-

li əmr  

3.Davis, Barbara Gross. 1993. Tools for Teachinq. San Francisco: Jossey-Bass. 

Dewey,  John.1933.  How  We  Think:  A.Restatament  of  the  Relation  of  Reflective  Thinkinq  to  the 

Educative Process. Boston: D.C.Heath. 

D’Youville Colleqe. Field Experince Manyal: Student Edition. 

Glatthorm, A. and C.Coble. 1955. “Leadership for Effective Student Teachinq.” In Gloria Appelt Slick. 

Ed. The Field Experience: Cretinq Successful Proqrams for New Teachers. Chapter 3. 

Machado, Jeanne M. 1993. Student Teachinq:Earlu Childhood Practicum Guide. 2 nd Ed.Albany: Delmar. 

4.New  York  University.School  of  Education.  Department  of  Teachinq  and  Leaminq.  Handbook  for 

Student Teachers: Early Childhood and Elementaru Education. Sprinq 1995. 

Pelletier,  Carol  Marra.  1995.  A.  Handbook  of  Techniques  and  Strateqiec  for  Coachinq  Student 

Teachers.Needham Heiqhts, MA: Allyn and Bacon.  

5.Posner, George. 1996. Field Experience: A Guide to Reflektive Teaching. White Plains, NY: Longman 

Publihers. 

Roe,  Bettu  and  others.  1989.    Student  Teaching  and  Field  Experiences  Handbook.  2  nd  Ed.New  York: 

Merrill. 

Slick,  Gloria  Appelt.  Ed.  1995.  The  Field  Experience:  Creting  Successful  Proqrams  for  New  Teachers. 

Thousand Oaks, CA: Corwin Press.  

6.State University College at Buffalo. Elementary Student Teaching. 

Thought  and  praktice:  The  Jourmal  of  the  Graduate  School  of  Bank  Street  Colloge  of  Education.  Vol. 

3(1): 1991.   

University  of  Colorado  at  Denver.  School  of  Education.  Early  Childhood  Education  Focus:    Early 

Childhood Practicum Handbook. 

University of  Maryland-Baltimore Campus. Post Baccalaureate Teacher Education Proqram. Supervisinq 

Teacher Guidelines for Providinq Internship Experiences.        

University of Wisconsin –Stout. School of Home Economics. Field Experiences Proqram.  

7.Vanderbilt  University.  Peabodu  Colloge.  Handbook  for  Elementary/  Early  Childhood.  Student 

Teachers.March 1996. 

8.Wheelock Colloge. Children and Their Environments: Field Manual.     

Wheelock Colloge. Human Growth and Development Field Manual.     

Wheelock  Colloge.  Undergraduate  Student  Teaching  handbook:  Early  Childhood  Education/Elementaru 

Education. 1995. 

Wheelock  Colloge.  Graduate  Proqram  Guidebook:  Early  Childhood  Education/Elementaru  Education. 

1995. 


9.Zeichner,  Kenneth  M.September  1992.  Beyond  Inguiru-Oriented  Teacher  Edication:  Rethinking  the  

Practicum. Monograph No 17. Sashatoon College of Education: 

10.Zeichner, Kenneth M.November 1993. “Designing Educative Practicum Experiences for Prospektive 

Teachers.”  Keynote  address  at  the  annyal  meeting  of  the  Massachusetts  Association  of  Collegec  for Teacher 

Education  

11. Açıq Cəmiyyət İnstitutu – Yardım fondu. 

«Addım-Addım uşaqlar və ailələr üçün proqram» 

«Yeni nəsil» . Nəşrlər evi. Bakı – 2003.   

12.  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  «Tələbələrin  biliyinin  qiymətləndirilməsinin  çoxhədli 

sistemi haqqında Əsasnamə»nin təsdiqi barədə 15.05.2003-cü il tarixli 420 saylı əmr. 

 

 

 



 

 

 



 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə