Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   20   21   22   23   24   25   26   27   28

63 

 

2.Təhlükəsiz  vərdişlərinin,  öyrənmə  bacarığının,  digər  qrupların  baxışların,  yaxud  nöqteyi  –nəzərinin 



başa düşülməsi.    

3.Davranış tənzimləyiciləri kimi dəyərlərin formalaşdırılması.  

Qiymətləndirilmə meyarları bütün sinifdə müzakirə edilə bilər.  

Qiymətləndirmənin üsul və formaları. 

1.Müəyyən konkret cavabı olanlar (Testlər). 

2.Açıq suallar. 

Şagirdin özünüqiymətləndirməsi çox vacibdir.  

Bu  onlara  öz  davranışına  daha  məsuliyyətlə  yanaşmağa  sövq  edir,  onlarda  obyektivliyin  tərbiyə 

edilməsinə yardımçı olur. münasibətlərin düzlük və qarşılıqlı anlaşma prinsipləri əsasında qurmağı öyrədir.  

 

Dərsin geniş planı, 



Dərsin planı 

Təcrübəçi  tələbələr  təkcə  icmalla  deyil,  həm  də  geniş  planlı  dərslər  keçməlidirlər.  Bəs  geniş  plan  necə 

tərtib edilməlidir?    

Burada da hazırlıq üçün icmala verilən tələblər əsas götürülür. Lakin müəyyən  fərqlər vardır. İcmaldan 

fərqli olaraq geniş planda müəllimin şərhinin mətni; həmçinin şagirdlərin suallara verdikləri cavablar yazılmır.  

Sonuncu kursda isə dərslərin çoxu icmalla və geniş planla yox, sadəcə planla tədris olunur. Müəllim kimi 

fəaliyyətə başlayanda dərslərin hamısını planla deyəcəksiniz. Dərs planı geniş plandan fərqli olaraq daha qısa və 

sadə  tərtib  edilir  və  burada  şagirdlərə  verilən  suallar  da  yazılmır.  Yalnız  mövzu  məqsəd,  təchizat,  istifadə 

ediləcək üsullar, ev tapşırıqlarının yoxlanılması, keçmiş dərsin soruşulması, yeni materialların şərhi, yeni dərsin 

möhkəmləndirilməsi və ev tapşırıqlarının verilməsi qısaca qeyd edilir.  



 

DƏRSİN DİNLƏNİLMƏSİ (MUŞAHİDƏSİ) VƏ TƏHLİLİ 

Məktəbdə  həyata  keçirilən  bütün  təlim-tərbiyə  işlərinin  mərkəzində  dərs  dayanır.  Müəllimin  pedaqoji 

fəaliyyətinin əsasını dərs təşkil edir. şagirdlərin biliklərinin dərinliyi və möhkəmliyi, malik olduqları ideya və 

mənəvi keyfiyyətlər bilavasitə onlara keçilən dərslərin səmərəliliyi, məzmunluğu, dərinliyi ilə və s. əlaqədardır. 

Buna  görə  də  hər  bir  təcrübəçi  tələbənin  dərsin  dinlənilməsi  və  təhlili  üzrə  də  müəyyən  biliklərə  yiyələnməi 

olduqca  mühüm  əhəmiyyət  kəsb  edir.  bəs  dərsin  dinlənilməsində  hansı  cəhətlərə  xüsusilə  ciddi  fikir 

verilməlidir? 

 

1.MÜƏLLİM DƏRSƏ NECƏ HAZIRLAŞMIŞDIR

Onun dərs planı, tematik işləri, didaktik materialları və s. varmı? Materialı nə dərəcədə bilir? Bu vəziyyət 

dərsin gedişində, onun dolğunluğunda, səmərəliliyində, şagirdlərin fəallığında aşkara çıxarılır.  

             



64 

 

II.DƏRSİN MÖVZUSU 

Onun mövzu üzrə dərslər sistemində yeri. Mövzunun xüsusiyyətləri.  

III.DƏRSİN MƏQSƏDİ VƏ ONUN TƏLİM-TƏRBİYƏVİ VƏZİFƏSİNİN QOYULUŞU 

Dərsin qarşısında hansı məqsəd qoyulmuşdur. Müəllim onu nə dərəcədə yerinə yetirir? Dərsin (təlimin) 

öyrədici, inkişafetdirici və tərbiyəvi funksiyaları.  

 

IV.DƏRSİN TƏŞKİLİ 

Sinif  otaqlarının  dərsə  hazırlanması.  Onun  təmizliyi,  sanitar  gigiyenik  tələblərə müvafiq  olması.  Dərsin 

strukturu, vaxt bölgüsü. Dərsdə intizam. Şagirdlərin məşğələyə hazırlıq səviyyəsi və s.    

V.DƏRSİN MƏZMUNU 

Dərsdə materialın elmi şərhi, onun tərbiyəvi istiqaməti. Materialın həcmi və s.  



VI.KEÇİLMİŞ MATERİALIN TƏKRARI 

Təkrardan dərsin hansı hissəsində istifadə olunmuşdur və müəllim buna nə dərəcədə nail olmuşdur? 

 

VII.NƏZƏRİYYƏ İLƏ TƏCRÜBƏNİN ƏLAQƏSİ 

Öyrənilən  biliklərin  müəllim  və  şagirdlər  tərəfindən  müasir  istehsalatın,  ətraf  mühitin  və  məişət 

hadisələrinin  izahına  tətbiq  olunması,  şagirdlərin  biliklərini  öz  şəxsi  təlim  təcrübəsinə  tətbiq  etməsi,  təcrübə 

aparmaq və s.  

 



65 

 

VIII.DƏRSİN METODİK CƏHƏTİ 

Şagirdlərin bilik, bacarıq və vərdişlərinin yoxlanılmasının məzmunu və metodikası. Yeni materialın şərhi 

üçün müəllimin tətbiq etdiyi metodlar və priyomlar. Bunlardan istifadənin keyfiyyəti.   

 

IX.ŞAGİRDLƏRİN MÜSTƏQİL İŞLƏRİ  

Şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi. Şagirdlərin fəallığı. Əks-əlaqənin mövcudluğu. Texniki 

vasitələrdən istifadənin keyfiyyəti.  

 

X.ŞAGİRDLƏRİN BİLİK, BACARIQ VƏ VƏRDİŞLƏRİNİN KEYFİYYƏTİ 

Şagirdlərin  cavablarının,  sual-cavabın  nəticələ-rinin,  təcrübə  və  yoxlama  işlərin  dərinliyi.  Şagirdlərin 

kitablarla, cihazlarla işləmək, konspekt, mətnlər yazmaq, məruzə və məlumatlarla çıxış etmək bacarığı. Onların 

biliyinin qiymətləndirilməsinin obyektivliyi.  

Öyrənilmiş materialların möhkəmləndirilməsinin məzmunu və metodikası.   

 

XI.DƏRSİN PSİXOLOJİ CƏHƏTİ 

Şagirdlərin diqqəti, təfəkkürü və qabiliyyətlərinin inkişafı. şagirdlərin nitqi üzrə iş. Dərsdə psixoloji mikro 

mühit. Dərsdə emosionallığın təmin edilməsi.          

 

XII. MÜƏLLİMİN XARAKTERİSTİKASI VƏ PEDAQOJİ KEYFİYYƏTLƏRİ 

Sinfi  ələ  almaq  bacarığı,  emosionallığı,  pedaqoji  aktı,  şəxsi  mədəniyyəti,  obyektivliyi,  xeyirxahlığı, 

tələbkarlığı, fərdi yanaşma qabiliyyəti, nitqi, geyimi və s.  

 

TƏRBİYƏVİ SÖHBƏT İCMALININ TƏRTİBİ METODİKASI 

 

Pedaqoji təcrübənin ilk mərhələsində (birinci ilində) Siz əsasən aşağı siniflərdə – uşaq və yeniyetmələrlə 



işləməli olacaqsınız. Bu dövrdə uşaqların tərbiyəvi söhbətlərə-tərbiyəçi sözünə xüsusi ehtiyacları vardır. Sözün 

gücü  isə  onun  necə  deyilişindən,  hansı  tərzdə  söylənilməsindən  çox  asılıdır.  Faktlara  əsaslanmaqla,  yüksək 

emosional  şəkildə  aparılan  söhbətlər  şagirdləri  sanki  ovsunlayır,  onların  mənəviyyatına  güclü  təsir  göstərir. 

Buna  görə  tərbiyəvi  mövzuda  söhbətlərin  aparılması  təcrübəçidən  ona  ciddi  surətdə  hazırlaşmağı  tələb  edir. 

Yadda saxlayın ki, təcrübə müddətində apardığımız belə tərbiyəvi söhbətlərdən birinə icmal tərtib etməlisiniz. 

Aşağıda  tanış  olacağınız  material  söhbəti  hazırlamaq  və  onun  icmalının  tərtibində  sizə  yaxından  istiqamət 

verəcəkdir.     

Tərbiyəvi söhbətlərin təşkili və onun aparılması söhbətə hazırlıqdan başlayır. Hazırlıq iki mərhələni əhatə 

edir:  a)müəllmin  (təcrübəçinin)  özünühazırlıtı  və  hazırlığı;  b)şagirdlərin  söhbətə  hazırlanması.  Hazırlıq  işləri 

tamamlandıqdan sonra söhbətin aparılması həyata keçirilir.   

 Tələbələrin özünühazırlığına aşağıdakılar daxildir: söhbətin məqsədinin aydınlaşdırılması; Sinifdənkənar 

oxu  üçün  ədəbiyyatların  seçilməsi;  söhbətə  müvafiq  plakat  və  digər  əyani  vəsaitlərin  hazırlanması;  söhbətin 

planının  tərtibi;  giriş  üçün ediləcək  söhbətin,  veriləcək  sualların  və  nəticənin  sisteminin  müəyyənləşdirilməsi, 

valideynlərin və digər qonaqların gəlişi və nəhayət, ümumi nəticənin hazırlanması. 

Bundan sonra hazırlığın ikinci mərhələsi, yəni tələbənin hazırlığı başlayır. Onun məzmununa aşağıdakılar 

daxildir:       

a)mövzu üzrə tələbənin söhbəti

b)nağıl, hekayə, şer, püblisistik yazılardan parçaların oxunuşu; 

v)aparılacaq söhbətin mövzusu üzrə inşa yazı yazdırılması; 

q)aparılacaq söhbətin mövzusu ilə əlaqədar olaraq şagirdlərin özünün müstəqil olaraq  şerlər, hekayələr, 

atalar sözləri, zərb tapması və s.  

Bütün bu hazırlıq işləri görülüb qurtardıqdan sonra söhbətin vaxtı dəqiqləşdirilir və söhbət həmin vaxtda 

aparılır.  

Tərbiyəvi söhbətin aparılması üç hissədən ibarətdir: 

1.Təcrübəçi tələbənin giriş sözü.  

2.Şagirdlərlə müsahibənin aparılması. 

3.Tələbənin gəldiyi nəticə.  

Giriş sözündə aparılacaq söhbətlə bağlı bədii əsərlərdən parçaların oxunması söhbətin daha emosional və 

cəlbedici  olmasına  real  zəmin  yaradır,  müvafiq  parçaların  tələbə  tərəfindən  oxunuşundan  sonra  mövzunun 

mahiyyəti ilə bağlı bir neçə məsələlərə toxunulur, onların əhəmiyyəti qeyd edilir. Sonra şagirdlərin yazdıqları 

inşalar təhlil edilir, onlara ümumi nəticə verilir. Nəhayət bu mərhələdə inşalardan seçilmiş 2-3 ən yaxşı nümunə 

oxunulur, onların əhəmiyyəti qeyd edilir.  

İkinci hissədə tələbənin verdiyi suallara şagirdlər cavablar verir, tələbə həmin cavabları tamamlayır.  



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə