Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı


Təhsil müəssisəsi üzrə pedaqoji təcrübə rəhbəri



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

45 

 

Təhsil müəssisəsi üzrə pedaqoji təcrübə rəhbəri: 

Ali (orta ixtisas) məktəbdəki pedaqoji təcrübə işlərini təşkil edir. Pedaqoji təcrübənin planlaşdırılması və 

yekunlaşdırılması işlərinə rəhbərlik edir. Pedaqoji təcrübənin təşkili və keçirilməsi üçün plan-cədvəl hazırlayır.    

Təhsil  orqanlarının  razılığı  ilə  pedaqoji  təcrübənin  keçiriləcəyi  baza  məktəblərini  müəyyənləşdirib 

müqavilələr bağlanmasını təşkil edir.  

Pedaqoji təcrübədə iştirak edən işçilərin müqaviləsini təşkil edir və onları təlimatlandırır.  

Fakültələrdə  (şöbələrdə)  pedaqoji  təcrübəyə  rəhbərlik  edən  qrup  rəhbərlərinin,  metodistlərin  və  məktəb 

müəllimlərinin təcrübə ilə bağlı işlərinə nəzarət edir, pedaqoji təcrübənin təşkili və gedişindəki nöqsanları üzə 

çıxarıb, aradan qaldırmaq üçün tədbirlər görür.  

Pedaqoji  təcrübənin  təşkili  və  gedişinə  dair  hesabatları  toplayıb  ümumiləşdirir  və  təhsil  müəssisəsinin 

rəhbərinə təqdim edir.  

Pedaqoji təcrübə ilə əlaqədar əldə edilmiş göstəriciləri ümumiləşdirir, onun səmərəliliyini artırmaq üçün 

təkliflər verir.  

Tələbələrin pedaqoji təcrübəyə ümumi rəhbərlik fakültə üzrə pedaqoji təcrübə rəhbəri tərəfindən həyata 

keçirilir.  

6.2. Fakültədə pedaqoji təcrübəyə ümumi rəhbərlik fakültə üzrə pedaqoji təcrübə rəhbəri tərəfindən həyata 

keçirilir.  

 



46 

 

Fakültə üzrə pedaqoji təcrübə rəhbəri: 

Fakültədə  (şöbədə)  pedaqoji  təcrübənin  başlanğıc  və  yekun  konfranslarını  təşkil  edir,  təcrübənin 

nəticələrinin ümumiləşdirilməsində iştirak edir.  

Tələbələrin siniflərə təhkim olunmalarına və işlərinin düzgün təşkilinə nəzarət edir; seçmə yolu ilə onların 

dərslərinin təhlilində iştirak edir.  

Fənn üzrə rəhbər metodistlərin hesabatlarını nəzərdən keçirir, bütün metodistlərin iştirakı ilə tələbələrin 

pedaqoji təcrübə işlərinin qiymətlən-dirilməsini təşkil edir.  

Pedaqoji təcrübədə iştirak edəcək fakültə (şöbə) metodistlərini təlimatlandırır.  

Fakültədəki (şöbədəki) pedaqoji təcrübə işlərinin yekununa dair hesabat hazırlayıb təhsil müəssisəsi üzrə 

rəhbərə təhvil verir.      

6.3.İxtisas üzrə metodist (ixtisas fənninin tədrisi metodikası müəllimi): 

-başlanğıc və yekun konfranslarında, habelə son qiymətləndirmə məşvərətində iştirak edir.  

-təcrübəçilərin ixtisasa aid dərsləri demələrini, ixtisas üzrə sinifdənxaric tədbirlər keçirilməsini və onların 

təhlilini təşkil edir. 

Məktəbin  fənn  müəllimləri  ilə  birlikdə  deyiləcək  dərslərin  mövzularını  tələbələrə  paylayır  və  onların 

ixtisasa aid sinifdənxaric tədbirlərinin mövzularını müəyyənləşdirir.  

Şagirdlərin  fəallığını  təmin  edə  biləcək  metodlardan  istifadə  etməklə,  tələbələrə  müxtəlif  tipli  dərslər 

aparmasını təmin edir, tələbələrə bütün işlərində dəyərli məsləhətlər verir, onların icmal və planlarını yoxlayıb 

təsdiq edir, dərsləri təhlil edib qiymətləndirir və qiymətləri həmin gün jurnala köçürür.  

Pedaqoji  təcrübəyə  rəhbərlik  edən  metodistlər  jurnalda  mövzuları  və  dərs  saatlarını,  jurnalın  əvvəlində 

təcrübəçi tələbələrin  soyadlarını  və  adlarını,  dedikləri  dərslərin  mövzularını  və  dərslərdən  aldıqları  qiymətləri 

qeyd etməlidirlər.  

İxtisas  üzrə  metodist  yarımqrupun  işinə  xidmət  edir.  Qoşa  ixtisaslı  fakültələrdə  fəaliyyətdə  olan  iki 

yarımqrupun hərəsinə bir ixtisasın metodisti rəhbərlik edir.  

Təcrübəçi tələbələrlə iş aparan məktəb müəllimlərinə elmi-metodiki yardım edir.  

Məktəbdə pedaqoji təcrübə işləri başa çatan kimi təcrübə prosesində iştirak edən məktəb işçilərinin yerinə 

yetirdikləri  dərs  yükü  barədə  məlumatı  təhsil  müəssisəsinin  müəyyən  etdiyi  qaydada  fakültə  (şöbə)  pedaqoji 

təcrübə rəhbərinə təqdim edir.  



6.4. Pedaqogika üzrə metodist (pedaqogika müəllimi): 

-başlanğıc və yekun konfranslarında iştirak edir; 

-sinifdənkənar  tərbiyə  işlərinin  keçirilməsini  təşkil  edir  və  onların  təhlilini  aparır.  Şagidlərin  fərdi 

keyfiyyətlərini öyrənməkdə tələbələrə kömək edir. 

-ixtisas metodisti ilə hər tələbənin azı bir dərsində və onun təhlilində iştirak edir.                

-tələbələrin apardıqları tərbiyə işləri barədə fakültə üzrə pedaqoji təcrübə rəhbərinə məlumat verir.   



6.5.Psixologiya üzrə metodist (psixologiya müəllimi): 

-başlanğıc və yekun konfranslarında iştirak edir.  

-hər tələbənin bir dərsində və sinifdənkənar tədbirində iştirak edir. 

-tələbənin psixologiya üzrə tapşırıqlarına bilavasitə rəhbərlik edir. 

-digər metodistlərlə birlikdə tələbələrin pedaqoji təcrübə işlərinin qiymətləndirilməsində iştirak edir. 

6.6.Məktəb gigiyenası üzrə metodist (məktəb gigiyenası üzrə mütəxəssis): 

-başlanğıc konfransında iştirak edir. 

-ilk gündən müxtəlif məktəblərdə təcrübə keçən bir neçə qrupun tələbələrinə konkret tapşırıqların icrasına, 

başa çatmasına nəzarət edir.  

-tələbələrin işinin qiymətləndirilməsində iştirak edir.   

6.7.Məktəb direktoru və onun müavini: 

-pedaqoji təcrübənin gedişi üçün məktəbdə lazımi şərait yaradır. Bu məqsədlə məktəbin müəllim və digər 

işçiləri ilə lazımi işlər aparır.  

-tələbələri,  məktəblə,  burada  aparılan  təlim-tərbiyə  işlərinin  xüsusiyyətləri,  məktəbin  müvafiq  sənədləri, 

məktəbin  tədris-təchizat  bazası  (kabinetləri,  emalatxanaları,  kitabxanası,  idman  zalı  və  s.)  pedaqoji  şura, 

metodbirləşmə və fənn komissiyalarının, valideyn komitəsinin işi ilə tanış edir.  

-ixtisas metodisti ilə birlikdə tələbələri siniflərə təhkim edir.  

-təcrübəçilərin bəzi dərslərində və onların müzakirəsində iştirak edir.  

7.2.Pedaqoji təcrübəyə rəhbərlik edən metodistin təcrübə müddətində eyni növbədə auditoriya məşğələsi 

olmamalıdır.  

7.3.Ali və orta ixtisas təhsili məktəblərində bir tələbənin pedaqoji təcrübə işinə rəhbərlik üçün dərs yükü 

aşağıdakı kimi verilir (1 nəfərə-saat hesabı ilə): 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə