Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

13 

 

müxtəlif  müəllimləri  müşahidə  etməsi  üçün  əməkdaşlıq  edən  müəllimin  münasib  şərait  yaratması  faydalıdır. 



Əməkdaşlıq  edən  müəllim,  həmçinin  dərs  deyən  tələbəyə  tədqiqat  üçün  mövzuları,  eləcə  də  uşaq-müəllim 

münasibətləri  ilə  bağlı  qeydiyyat  aparmaq  və  sxem  qurmaq  (bunları  bəzən  sosioqramlar  adlandırırlar)  kimi 

müşahidə  üsullarını  təklif  edə  bilər.  Nəhayət,  müşahidələrlə  bağlı  müzakirə  aparılmadan  düzgün  nəticələr 

çıxarmaq çətin olduğundan, əməkdaşlıq edən müəllimlər dərs deyən tələbələri öz müşahidələri barədə məlumat 

verməyə  həvəsləndirməli  və  müşahidənin  tələbələrin  tədrisin  necə  yaxşılaşdığını  nəzərdən  keçirməlidirlər 

(Sistemli müşahidənin və özünüqiymətləndirmə qaydalarının müxtəlif formaları ilə tanış olmaqdan ötrü  Əlavə 

9 və Əlavə 10-a baxın). 

Nəzarət. Dərs deyən tələbələrə açıq və obyektiv şəkildə nəzarət edilməsi bu nəzarəti daha səmərəli edir. 

Tədqiqatlar  dərs  deyən  tələbələrin  bir  sıra  metodları  üzə  çıxarmışdır.  Buraya  yazılı  qeydiyyat  (dərs  zamanı 

diqqəti çəkən hər bir cəhətin yazıya alınması), tələbənin sinifdə necə danışması, hərəkət etməsi və vaxtdan necə 

yararlanması ilə bağlı rəy sorğusu, dərsin audio və videolentə alınması kimi üsullar daxildir. Əməkdaşlıq edən 

müəllimin müşahidədən əvvəl dərs deyən tələbə ilə xüsusi görüş keçirərək, proseslə və toplanacaq məlumatların 

tipi ilə bağlı fikir mübadiləsi aparması mühüm əhəmiyyət kəsb edir. Bu zaman dərs deyən tələbə dərsin hansı 

hissələri ilə əlaqədar rəylərin bildirilməsində maraqlı olduğunu göstərə bilər. Dərs deyən tələbə və əməkdaşlıq 

edən  müəllim  müşahidə  təcrübəsini  və  təcrübənin  tədrisə  necə  təsir  göstərdiyini  müzakirə  etmək  məqsədi  ilə 

müşahidədən sonra da xüsusi bir görüş keçirməlidirlər.  

Modelləşdirmə və himayədarlıq. Əməkdaşlıq edən müəllim dərs deyən tələbə üçün həm model, həm də 

hami rolunu oynayır. Tələbəyə müəllimliyin ilk ilində gənc müəllimin üzərinə düşən məsuliyyətləri anlamaqda 

kömək  etməyin  yollarından  biri  əməkdaşlıq  edən  müəllimin  tələbələri  öz  diqqətini  bütünlüklə  məktəbə  

yönəltməyə həvəsləndirməsidir. Əməkdaşlıq edən müəllim məktəb rəhbərinin icazəsi ilə tələbəni müəllimlərin 

yığıncaqlarında,  seminarlarda,  valideyn  komitələrinin  toplantılarında,  valideyn-müəllim  görüş-lərində  və  s. 

tədbirlərdə  iştirak  etməyə  həvəs-ləndirməlidir.  Bu,  tələbəyə  gələcək  müəllim  kimi  üzərinə  düşən  bütün 

məsuliyyətləri daha dərindən dərk etməkdə kömək göstərəcək.  

Əməkdaşlıq  edən  müəllim  onu  da  yaddan  çıxarmamalıdır  ki,  praktikumun  məqsədi  mükəmməl  bir 

müəllim  formalaşdırmaqdan  deyil,  tələbəni  öz  tədris  üslubunu  kəşf  etməyə  və  tam  potensiala  yiyələnməyə 

istiqamətləndirməkdən  ibarətdir. Mümkün  olduqca,  əməkdaşlıq edən  müəllim  tələbənin  pedaqoji  nəzəriy-yəni 

sinifdəki  tədris  təcrübələri  ilə  əlaqələndirməsi  üçün  imkanlar  yaratmalıdır.  Əməkdaşlıq  edən  müəllimin  ən 

mühüm rollarından biri onun pedaqoji sahədə müntəzəm təmasda olmağa imkan verən strategiyalar – oxumaq, 

seminarlarda iştirak etmək, peşə assosia-siyaları və ya şəbəkələrinə qoşulmaq və s. barədə öz təcrübəsini tələbə 

ilə bölüşməsidir.     



Müəllimlərin hazırlanması proqramı və yoxlayıcı 

Praktikumlarda  və  ixtisas  üzrə  digər  təcrübələrdə  iştirak  edən  tələbələrə  nəzarət  (yoxlayıcılıq)  edilməsi 

müəllimlərin  hazırlanması  üzrə  proqramın  mühüm  elementidir.  Müəllimlərin  hazırlanması  proqramı 

çərçivəsində  ixtisas  üzrə  yoxlayıcı  bu  proqramı,  sinif  otağını  və  gənc  müəllimi  əlaqələndirən  şəxsdir.  İxtisas 

üzrə  yoxlayıcı,  həmçinin  tələbələr  üçün  məsləhətçi,  təlimatçı,  qiymətləndirici,  yardımçı  və  mənbə  kimi 

funksiyalara  da  malikdir.  Əməkdaşlıq  edən  müəllimlə  yanaşı  ixtisas  üzrə  yoxlayıcı  da  tələbələrin  peşəkar 

inkişafı üçün məsuliyyət daşıyır. Yoxlayıcılar dərs deyən tələbələrin uşaqlarla işini müşahidə edir və öz rəylərini 

bildirməklə yanaşı təkliflərini də verirlər. Bundan əlavə, onlar prosesin üçüncü tərəfi (tələbə və əməkdaşlıq edən 

müəllimlə yanaşı) rolunda çıxış edirlər. Ən əhəmiyyətlisi isə odur ki, yoxlayıcı dərs deyən tələbəyə ixtisas üzrə 

müşahidələri nəzəri biliklər və əsas fənlərdən əldə edilən biliklərlə əlaqələndirməkdə kömək edir. Yoxlayıcı bu 

vəzifəni  sinifdə  obyektiv  təlim  mühiti  yaratmaq,  spesifik  hadisələrin  təhlilində  tələbələrə  yardımçı  olmaq  və 

onlara  öz  təcrübələrinin  tədqiqində  kömək  göstərən,  onların  formalaşmaqda  olan  tədris  üslubunu  və  şəxsi 

fəlsəfəsini inkişaf etdirən xüsusi ədəbiyyat təklif etməklə yerinə yetirə bilərlər.  

Müəllimlərin hazırlanması proqramı üzrə bir çox məsuliyyətlər kitabın «İxtisas üzrə təcrübə proqramının 

yaradılması»  bölməsində  artıq  təsvir  olunub.  İxtisas  üzrə  yoxlayıcının  geniş  məsuliyyətləri  sırasına  isə 

aşağıdakılar daxildir.  

müəllimlərin  ixtisas  üzrə  təcrübədə  iştirakla  bağlı  tələblərini  bu  tələblərdən  irəli  gələn  prosedurlarla 

əlaqələndirmək; 

yoxlayıcının, əməkdaşlıq edən müəllimin və tələbənin gözlədikləri nəticələrin, rol və məsuliyyətlərinin 

aydın müəyyənləşdirildiyinə əmin olmaq

tələbəyə və əməkdaşlıq edən müəllimə ixtisas üzrə təcrübələrin ümumilikdə və konkret hallarda hansı 

məqsədlər daşıdığını aydınlaşdırmaq işində kömək etmək

dərs  deyən  ayrı-ayrı  tələbələrin  xüsusi  təcrübə  və  ehtiyaclarını  spesifik  təcrübə  yerlərinə 

uyğunlaşdırmaq; 

üçtərəfli görüşlərin məqsədəuyğunluğunu təmin etmək və bu görüşlərin cədvəlini tutmaq

əməkdaşlıq edən müəllimi və tələbəni akademik təqvimlə bağlı uyğun informasiya ilə təmin etmək




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə