Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   2   3   4   5   6   7   8   9   ...   28

 

1



Bu cür imkanlardan biri həssas praktika seminarıdır. Bu cür seminarlar vasitəsilə dərs deyən tələbələri, 

əməkdaşlıq edən müəllimləri və müəllimlərin hazırlanması üzrə proqramın yoxlayıcılarını dəqiq cədvəl əsasında 

məşğələlərə  cəlb  etmək  olar.  Bu  məşğələlərin  məqsədləri  sırasına  vidolentlərə  baxmaqla,  səmərəli  təlimin 

mahiyyətinin  təhlili,  tələbələri  və  müəllimləri  öz  tədris  prosesi  üzərində  düşünməyə  dəvət,  praktikum  və  ya 

digər  ixtisas  təcrübələri  daxilində  problemlərin  həlli  yollarının  müəyyənləşdirilməsi  və  mübadiləsi,  təlim  və 

tədrisin cari məsələlərinin müzakirəsi daxildir. 

 

 

6.Müntəzəm əlaqə və nəzarət prosesini təmin etmək. 



7.Proqramın durmadan yaxşılaşdırılması üçün rəy sorğularını keçirmək.  

Perspektivin işlənib hazırlanması  

Yuxarıda  təsvir  olunduğu  kimi,  proqramın  yaradılmasını  və  reallaşdırılmasını  istiqamətləndirəcək 

perspektivin və gözlənilən nəticələrin işlənib hazırlan-ması ixtisas üzrə uğurlu təcrübə və ya praktikum proqram 

üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Aşağıdakı proses ilkin layihənin işlənib hazırlan-masında faydalı ola 

bilər.  

Perspektivin işlənib hazırlanmasına cəlb ediləcək əsas professor-müəllim heyətini, o cümlədən mümkün 



olduqca təcrübə yerləri üzrə nümayəndələri müəyyənləşdirmək. 

Prosesə cəlb olunan bütün şəxsləri asudə surətdə müzakirələrin aparıla biləcəyi bir yerə toplamaq. Onları 



5-6 nəfərlik kiçik qruplara bölmək.  

Hər bir qrupa öz təqdimatını belə bir ifadə ilə başlamağı təklif edin: «Bizim ixtisas üzrə təcrübə və ya 



praktikum proqramımız var, yəni…» 

İştirakçılardan əvvəlcə fərdi qaydada işləməyi xahiş edin. Hər bir iştirakçı perspektivin mahiyyətini əks 



etdirən 5 əlaməti müəyyənləşdirir. Məsələn, onlardan biri «Əlaqələndirilmiş» sözünü yaza bilər. Həmin şəxs bu 

sözün ardınca həmin əlaməti izah edən bütöv cümləni qeyd edir. Misal üçün: «Əlaqələn-dirilmiş: ixtisas üzrə 

təcrübə  və  ya  praktikum  proqramı  məktəblər  üzrə  kurs  işi  ilə  əlaqələndirilmiş  olacaq  və  bu  işi  təbii  şəkildə 

genişləndirəcək».  

Kiçik  qruplara  bölündükdən  sonra  ayrı-ayrı  iştirakçılar  öz  yazdıqları  ilə  bir-birini  tanış  edir  və  beş 



əlamət və cümlə haqqında razılığa gəlirlər.  

Kiçik qrupların gəldiyi nəticələr kollektiv bir perspektiv kimi bir yerə toplanır.  



Perspektivdən  proqramın  spesifik  məqsədlərini  və  tələbələrin  yiyələnəcəkləri  səriştələri  müəyyən 

etməkdən ötrü pedaqoji təhsil standartları ilə bağlı istifadə etmək olar.  



Siyasət və prosedurların müəyyənləşdirilməsi 

İxtisas üzrə təcrübələrin tətbiqində başlıca məqsəd nəzəriyyə və birbaşa təcrübənin əlaqələndirilməsi yolu 

ilə tələbələrin təlim prosesinə yardım etməkdir. Bu məqsədə çatmaq üçün planlaşdırma, struktur və monitorinqlə 

yanaşı  bir  çox  siyasət  və  prosedurlar  da  tələb  olunur.  İxtisas  üzrə  təcrübə  proqramını  tərtib  etməzdən  əvvəl 

müəyyənləşdirilməli olan siyasət və prosedurlardan bəziləri aşağıdakılardır: 

müəllimlərin hazırlanması proqramının fəlsəfəsi və perspektivi; 



akademik proqramın təsviri; 

müəllim şəhadətnaməsi üzrə tələblər



təlim konsentrasiyaları və xüsusi dərəcələr haqqında informasiya; 

ixtisas üzrə təcrübə yerlərinin seçilməsi prosesi; 



dərs deyən tələbənin, əməkdaşlıq edən müəllimin və yoxlayıcının məsuliyyətləri; 

praktikumun akademik təqvimə uyğunlaşdırıl-ması cədvəli; 



konfrans, nəzarət və qiymətləndirmə prose-durları; 

tələbələrin və müəllimlərin iştirak etməməsi, ixtisası üzrə ekskursiyalar, tədris proqramları üzrə kurslar 



və fövqəladə hallarla bağlı müəllimlərin hazırlanması üzrə proqramlarda nəzərdə tutulan siyasətlər

informasiya məqsədləri və əməkdaşlıq edən müəllimlərə kompensasiya verilməsi üçün vəsaitlərin təmin 



edilməsi.  

Həmin  informasiyanın  müəllimlərin  hazırlanması  üzrə  proqramlarda  nəzərdə  tutulmasının  bir  yolu  da 

ixtisas təcrübəsi və ya praktikuma dair məlumat kitabçasının hazırlanmasıdır. Bütün iştirakçılar bu kitabı oxuya 

və hər hansı bir problem meydana çıxarsa, ona istinad edə bilərlər.  



İşçilərin seçilməsi və onlarla treninqin keçirilməsi 

İşçilərin diqqətlə seçilməsi ixtisas üzrə təcrübə və ya praktikum proqramının uğur qazanmasında başlıca 

rolu  oynaya  bilər.  Təəssüf  ki,  dərs  deyən  tələbələrə  nəzarət  kimi  çox  mühüm  bir  vəzifəyə  müəllimlərin 

hazırlanması  üzrə  proqramlarda  iştirak  edən  professor-müəllim  heyəti  tərəfindən  lazımi  əhəmiyyət  verilmir. 

Əmək haqqı, iş yükü və statusla bağlı köklü dəyişikliklər gözləmək qeyri-real bir iş olduğundan, müəllimlərin 

hazırlanması  proqramı  ixtisas  üzrə  təcrübə  proqramının  yoxlayıcısını  seçmək  məsələsinə  də  istənilən  vəzifə 

sahibinin seçilməsində olduğu kimi, eyni qayğı və diqqətlə yanaşılmalıdır.  



10 

 

Praktikum üçün əməkdaşlıq edən müəllimlərin seçilməsi də sühüm əhəmiyyət kəsb edir; həmin şəxs bir 



neçə  illik  tədris  təcrübəsinə  malik  olmalı  və  proqramın  tələblərini  reallaşdırmağa,  məsuliyyəti  üzərinə 

götürməyə  və  bir  komandanın  üzvü  kimi  yoxlayıcılarla  birlikdə  çalışmağa  həvəs  göstərməlidir.  Əməkdaşlıq 

edən pedaqoqlar müəllimlərin hazırlanması üzrə proqramın sponsorluğu ilə treninqə cəlb edilməlidirlər ki, dərs 

deyən tələbələrə daha səmərəli nəzarət etmək və onları qiymətləndirmək yolları barədə ətraflı məlumata malik 

olsunlar.  

Təcrübə yerlərinin seçilməsi 

Müəllimlərin  hazırlanması proqramları ixtisas  üzrə təcrübə  və  praktikumun  başlanmasından  xeyli  əvvəl 

təcrübə  yerlərinin  seçilməsi  üçün  qaydalar  müəyyən  etməlidir.  Qərar  müəllimlərin  hazırlanması  proqramının 

məcburi tələbləri çərçivəsində tələbələr üçün ən münasib yerlər əsasında verilməlidir. Seçim meyarları yerləşmə 

yerindən,  təcrübə  yerində  işçilərin  təcrübəsindən  və  uyğun  treninq  keçməsindən,  təcrübə  yerinin 

lisenziyalaşdırılması və akkreditasiyasından, hüquqi məsələlərdən, məktəb rəhbərliyi və müəllimlərin prosedur 

və  akkreditasiyasından,  hüquqi  məsələlərdən,  məktəb  rəhbərliyi  və  müəllimlərin  prosedur  və  məsuliyyətləri 

həyata  keçirmək  arzusundan,  həmçinin  digər  amillərdən  asılı  ola  bilər.  Hər  şeydən  öncə,  təcrübə  və  ya 

praktikum yerləri barədə qərar qəbul etməzdən əvvəl müəllimlərin hazırlanması proqramının yoxlayıcısı təcrübə 

yerlərinə baş çəkməli və tələbələri oraya göndərməzdən qabaq həmin yerlərlə yaxından tanış olmalı, o yerlərə 

uyğunlaşmalıdır.  

Rol və məsuliyyətlərin müəyyən edilməsi 

Üçlüyün hər bir üzvünün rol və məsuliyyətləri aydın şəkildə müəyyən edilməlidir. Tədqiqat göstərir ki, 

rollar  aydın  müəyyən  edilmədikdə  üçlük  daxilində  ciddi  çətinliklər  yaranır  (Qayton  və  Makintaye,  1990). 

Aparılan  tədqiqat  müəllimin  inkişafı  ilə  praktikumun  qiymətləndirilməsi  arasında  aydın  fərq  qoymağı  və  bu 

vəzifələri müxtəlif şəxslərə tapşırmağ tövsiyə edir. Məsələn, əməkdaşlıq edən müəllim dərs deyən tələbə üçün 

yoxlayıcılıq  edir  və  onun  inkişafına  yardım  göstərir,  müəllimlərin  hazırlanması  proqramının  yoxlayıcısı  isə 

ixtisas  üzrə  təcrübəni  qiymətləndirir.  Bu  zaman  dərs  deyən  tələbənin  rolu  əməkdaşlıq  edən  müəllimin  sıx 

nəzarəti altında birinci il dərs deyən müəllimin təcrübəsini mümkün qədər tam təqlid etmək və tam müstəqilliyə 

doğru uğurla irəliləməkdən ibarətdir. ixtisas üzrə təcrübənin və ya praktikanın başlanğıcında tələbə, əməkdaşlıq 

edən  müəllim  və  yoxlayıcının  öz  birgə  rollarını  və  gözlədikləri  nəticələri  müzakirə  etmək  üçün  görüşməsi 

xüsusilə faydalıdır.  

Əlaqə  

Müəllimlərin  hazırlanması  proqramı  ilə  ixtisas  üzrə  təcrübə  yerinin  işçiləri  arasında  əlaqənin  mühüm 

əhəmiyyəti  var.  Xüsusilə  də  əməkdaşlıq  edən  müəllim  kurs  işində  hansı  təlimatı  strategiyalara  və  fəlsəfəyə 

üstünlük verildiyini bilməli, yoxlayıcı isə sinifdə meydana çıxan məsələlərdən xəbərdar olmalıdır. Praktikum və 

ya  ixtisas  üzrə  iş  təcrübəsinin  başlanğıcında  əməkdaşlıq  edən  müəllimin,  müəllimlərin  hazırlanması  üzrə 

proqramın yoxlayıcısının və tələbənin təcrübəni planlaşdırmaq üçün bir araya gəlməsi mümkündür. Praktikum 

və ya ixtisas üzrə təcrübə zamanı tələbə və əməkdaşlıq edən müəllim həm formal, həm də qeyri-formal qaydada 

əlaqə saxlamalıdırlar. Müəllimlərin hazırlanması üzrə proqramın yoxlayıcısı tələbəni sinifdə və ya digər təcrübə 

yerində müşahidə etməkdən ötrü həmin yerlərə bir neçə dəfə baş çəkməlidir. Nəhayət, üçtərəfli ünsiyyət ixtisas 

üzrə təcrübənin gedişində və sonunda da zəruridir.                                      



Rəy sorğusu  

Təlim  prosesini  istiqamətləndirmək  və  ona  yardım  etmək  üçün  ixtisas  üzrə  təcrübə  müddətində  həm 

formal, həm də qeyri-formal rəy sorğularından istifadə oluna bilər. Qeyri-formal rəy sorğusu əməkdaşlıq edən 

müəllimlərə və tələbələrə qərar qəbul etmək, öz rəylərini ifadə etmək və öz labüd səhvlərindən ibrət götürmək 

imkanı  verən  əlverişli  bir  mühitin  yaranması  üçün  olduqca  vacibdir.  Öz  işlərinə  daha  tənqidi  yanaşmaq 

hisslərinin  inkişafı  üçün  tələbələrə  öz  fəaliyyəti  üzərində  düşünməkdən  ötrü  geniş  imkanlar  yaradılmalıdır. 

Müəllimlərin  hazırlanması  üzrə  proqrama  cəlb  olunmuş  professor-müəllim  heyətinin,  əməkdaşlıq  edən 

müəllimlərin,  digər  tələbələrin  və  başqa  şəxslərin  öyrənilmiş  rəylər  və  tələblərə  öz  fəaliyyəti  üzərində 

düşünməkdə yardım edir. 

Dərs  deyən  tələbənin,  əməkdaşlıq  edən  müəllimin  və  müəllimlərin  hazırlanması  üzrə  proqramın 

yoxlayıcısının praktikumla bağlı məsuliyyətləri 

Aşağıda praktikum üçlüünü təşkil edən əsas üç şəxsin – dərs deyən tələbənin, əməkdaşlıq edən müəllimin 

və müəllimlərin hazırlanması üzrə proqramın yoxlayıcısının əsas məsuliyyətləri təsvir olunur. Onların hər biri 

praktikum proqramının uğurla həyata keçirilməsinin təmin edilməsində mühüm rol oynayır.  



Dərs deyən tələbə  

Dərs deyən tələbələr praktikum təcrübəsinə peşəkar inkişafın müxtəlif mərhələlərində olmaqla yiyələnən 

və  müxtəlif  tələbat  və  maraqları  ilə  fərqlənən  fərdlərdir.  Onların  bəzisi  təcrübəyə  başlayarkən  öz  üzərinə 

bacardığından daha çətin vəzifələr götürür və buna görə də əməkdaşlıq edən müəllimin köməyinə ehtiyac hiss 

edir. Başqaları isə dərs demək məsuliyyətini öz üzərinə götürməkdə tərəddüd edirlər və müəllim rolunda çıxış 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə