Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı


İXTİSAS ÜZRƏ TƏCRÜBƏ PROQRAMLARININ HƏYATA KEÇİRİLMƏSİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix08.12.2017
ölçüsü0,7 Mb.
#14612
1   2   3   4   5   6   7   8   9   ...   28

 

İXTİSAS ÜZRƏ TƏCRÜBƏ PROQRAMLARININ HƏYATA KEÇİRİLMƏSİ 



MÖVCUD PROBLEMLƏR 

 

Ekspertlərdən  biri  demişdir:  «İxtisas  üzrə  təcrübə  proqramlarına  olduqca  az  diqqət  yetirilir.  Halbuki 

müəllim  peşəsinə  yiyələnmiş  tələbələr  sonradan  dönə-dönə  qeyd  edirlər  ki,  pedaqoji  təhsil  aldıqları  müddət 

ərzində  onlar  üçün  ən  qiymətli  təxrübə  tələbə  kimi  dərs  demək  olmuşdur»  (Slik,  1955).  Aparılan  tədqiqatlar 

ixtisas  üzrə  səmərəli  təcrübə  proqramlarının  tərtib  və  tətbiq  edilməsi  sahəsində  bir  sıra  ümumi  problemlərin 

mövcud olduğunu müəyyənləşdirmişdir. Həmin problemlər aşağıdakılardır: 

İxtisas üzrə təcrübə yerlərinin seçilməsinə lazımi diqqətin yetirilməsi. Çox zaman ixtisas üzrə təcrübə və 



ya praktikum yerləri yalnız praktikumda iştirak etmək arzusu əsasında seçilir. Bu amillərin mühümlüyünü qəbul 

etməklə yanaşı, ixtisas üzrə təcrübə yerlərinin seçilməsi hansı yerlərin daha yaxşı öyrənmə təcrübələrini təmin 

edə bilməsinə əsaslanmalıdır.  

İxtisas üzrə təcrübə yerləri çox zaman təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərir. Bir çox təcrübə və 



ya praktikum yerlərində tələbə yalnız bir müəllimlə və bir qrup uşaqla işləyir. Ola bilər ki, dərs deyən tələbə heç 

məktəb  rəhbərliyinə,  digər  müəllimlərə,  kitabxana  işçilərinə,  katiblərə  və  texniki  işçilərə  təqdim  olunmasın. 

Dərs  deyən  tələbə  çox  az  hallarda  məktəbin  digər  işçilərinin  fəaliyyətini  müşahidə  etməyə  və  ya  onlarla 

ünsiyyətə  dəvət  olunur.  Yaxud  da  həmin  tələbə,  ümumiyyətlə,  müəllimlərin  hazırlanması  üzrə  proqram 

çərçivəsində öz təcrübələrini digər tələbələrlə və ya fakültə ilə bölüşməyə dəvət olunmur.  

Təlimin  sosial  aspektləri  üçün  hazırlığın  zəif  olması.  Müəllimlərin  hazırlanması  üzrə  proqramlar 



tələbələri  müəllim  olduqları  zaman  onların  daşımalı  olacaqları  hər  cür  məsuliyyətə  az-az  hallarda  hazırlayır. 

Məsələn, dərs deyən tələbə əsasən dərs planını işləyib hazırlamaq və dərs demək üçün təcrübə keçdiyindən, ona 

məktəb idarəçiliyi işlərinin öhdəsindən necə gəlmək, işçilərin təcrübə qazanması işinə necə diqqət yetirmək və 

ya ailələrlə və cəmiyyətlə səmərəli qarşılıqlı münasibətləri necə qurmaq öyrədilmir. Bacarıqlı müəllim olmaq 

üçün bu vərdişlərə yiyələnmək tələb edilir.  

Əməkdaşlıq  edən  əsas  müəllimin  fəaliyyətləri  və  ya  onun  tələbəyə  məsləhət  görə  biləcəyi  fəaliyyətlər 



üzərində düşünmək və onları əsaslandırmaq imkanlarının azlığı. Müəllimlərin hazırlanması üzrə proqramlarda 

yalnız  sinifdə  «nəyin  səmərə  verdiyi»  deyil,  həmçinin,  dərs  deyən  tələbənin  təcrübə  (həm  özünün,  həm  də 

başqalarının  təcrübəsi)  üzərində  düşünməsi  yolları  da  öz  əksini  tapmalıdır.  Əməkdaşlıq  edən  müəllim  dərs 

deyən  tələbəyə  özünün  unikal  təlim  üsullarını  tapmaqda  və  təcrübədən  keçirməkdə  kömək  etməyə  görə  əsas 

məsuliyyəti daşıyan şəxsdir. Bu işin yerinə yetirilməsi həm əməkdaşlıq edən müəllimdən, həm də dərs deyən 

tələbədən sinifdəki əsas təlim fəaliyyətləri üzərində düşünməyi və onları əsaslandırmağı tələb edir.  

Əməkdaşlıq  edən  əsas  müəllimlərə  çox  az  hallarda  dərs  deyən  tələbələrin  treninqi  üçün  əlavə 



məsuliyyətə  görə  yardım  göstərilir.  Əməkdaşlıq  edən  müəllimlərdən  çox  zaman  öz  gündəlik  işlərindən  əlavə 

dərs  deyən  tələbələrə  nəzarət  etmək  də  tələb  olunur.  Nəticədə  bu,  əməkdaşlıq  edən  müəllimlərin  dərs  deyən 

tələbələrə sərf edə biləcəyi vaxt və diqqətin məhdudlaşmasına səbəb olur.  

Müəllimlərin hazırlanması üzrə proqramlar çərçivəsində ixtisas təcrübələri üzrə yoxlayıcı (supervayzer) 



vəzifəsinin nüfuzu aşağı enməyə meyllidir. Çox yoxlayıcılar gələcək müəllimlərlə orta məktəblərdə ixtisas üzrə 

iş  aparmağa  nə  qədər  çox  cəhd  edirlərsə,  onların  ali  pedaqoji  nüfuzu  və  mövqeyi  də  bip  o  qədər  zəifləyir. 

(Qudlad,  1990).  Buna  görə  də  müəllimlərin  hazırlanması  üzrə  proqramlarda    tələbələrə  yüksək  keyfiyyətli 

yoxlayıcılıq xidmətini göstərilməsində yoxlayıcılıq fakültəsinin elə güclü marağı yoxdur.  

Tələbələrin özlərinkindən fərqli mədəni və irqi mənsubiyyətə malik uşaqlarla ixtisas üzrə iş təcrübəsinin 



çatışmaması. Müəllimlərin hazırlanması üzrə proqramlarda tələbələrin özlərindən fərqli olan uşaqlara necə təlim 

vermələrinin  öyrədilməsi işi  də  əksini tapmalıdır.  İxtisas  üzrə təcrübə  tələbələrə  öz  mədəniyyətlərindən fərqli 

olan mədəniyyətdən öyrənmək və belə mədəni mühitdə yaşamaq imkanı təklif etməlidir.  

İxtisas üzrə təcrübə proqramlarının verdiyi dərslər  

Yuxarıda göstərilən problemləri yenilikçi yollarla həll edən müəllimlərin hazırlanması üzrə proqramların 

sayı  getdikcə  artmaqdadır.  Nəticədə  bu  proqramların  əsasında  dərs  deyən  tələbələr  üçün  ixtisas  üzrə  daha 

əhəmiyyətli təcrübə proqramları yaradılmışdır. Onların uğurlu olmasını təmin edən cəhətlər aşağıdakılardır:  



Fəlsəfi əsas. Müəllimlərin hazırlanması üzrə təkmil proqram yaxşı əlaqələndirilmiş və möhkəmləndirilmiş 

elə  konseptual  və  ya  fəlsəfi  əsasa  malik  olmalıdır  ki,  müəllimlərin  hazırlanması  üzrə  bütün  kursları  bu  əsas 

üzərində  qurmaq  mümkün  olsun.  Başqa  sözlə  desək,  müəllimlərin  hazırlanması    üzrə  proqram  fakültə 

proqramında hazırlanması nəzərdə tutulan müəllim tipinin səciyyəvi xüsusiyyətlərini və belə bir müəllim olmaq 

üçün tələbələrin cavab verməli olduqları standartları müəyyənləşdirir. Buna görə də müəllimlərin hazırlanması 

üzrə  proqramın  konseptual  və  ya  fəlsəfi  əsası  bu  proqramın  məqsədlərini  və  həmin  məqsədlərə  çatmaq  üçün 

nəzəri və praktik işi əlaqələndirmək yollarını özündə birləşdirir.  

Mütəmadi öyrənənlərin hazırlanması üzrə məqsəd. Uğurlu proqramlarda belə bir cəhət qəbul olunur 

ki,  müəllimlər  öz  karyeralarına  başladıqları  zaman  heç  də  hər  şeyi  bilmədiklərindən,  müəllimlərin  hazırlan-

masının  ən  əsas  diqqət  yetirilməli  cəhəti  tələbələrə  öz  öyrənmə  prosesini  davam  etdirmək  və  «düşünən 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə