Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 5,15 Mb.
səhifə15/54
tarix03.05.2018
ölçüsü5,15 Mb.
#41187
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

12.1.3. Yanğın söndürmək üçün bilavasitə su təchizatı mənbəyindən su götürmək texniki cəhətdən mümkün olmadıqda, yaxud iqtisadi cəhətdən əlverişli olmadıqda yanğın həcmi nəzərdə tutulmalıdır.

12.1.4. Rezervuarlardakı yanğın həcmləri aşağıdakıları təmin etməklə təyin edilməlidir:

5.2.2-5.2.75.2.105.2.12-5.2.14 maddələrinə əsasən xarici hidrantlar və daxili yanğın kran-larından yanğının söndürülməsi;

5.2.8 və 5.2.9 bəndlərinə əsasən xüsusi yanğınsöndürmə vasitələri (öz rezervuarları olmayan sprinklerlər, drençerlər və b.);

5.2.11 maddəsinin tələbləri nəzərə alınmaqla yanğının söndürüldüyü bütün müddət ərzində maksimal təsərrüfat-içməli və istehsalat ehtiyaclarının ödənilməsi.



Q e y d. Su I və II kateqoriya su təchizatı sistemləri ilə verildiyi hallarda rezervuarlarda yanğın həcmləri təyin edilərkən onların yanğın söndürülən müddətdə doldurulmasına yol verilir.

12.1.5. Su-basqı qüllələrindəki çənlərdə yanğın söndürməyə su həcmi digər ehtiyaclara maksimal su sərfi ilə eyni vaxtda bir xarici və bir daxili yanğını 10 dəq-ə müddətində söndürməyə hesablanmalıdır.

Q e y d. Əsaslandırma olduqda su-basqı qüllələrinin çənlərində 12.1.4 maddəsinə əsasən təyin edilmiştam yanğın həcminin saxlanılmasına yol verilir.

12.1.6. Su bir sudaşıyıcı boru ilə verildikdə tutumlarda:

sudaşıyıcı boruda baş verən qəza ləğv edilən müddətdə (maddə 11.4) təsərrüfat-içməli hesabi orta saatlıq su tələbatının 70%-ni və istehsalat ehtiyaclarının qəza qrafiki ilə ödənilməsini təmin edən qəza su həcmi;

yanğın söndürülməsinə 12.1.4 maddəsi ilə təyin edilən əlavə su həcmi nəzərdə tutulmalıdır.

Q e y d:

1. Qəza həcmini bərpa etmək üçün tələb olunan vaxt 36-48 st qəbul edilməlidir.

2. Qəza həcminin bərpa edilməsi su tələbatının azaldılması hesabına, yaxud ehtiyat nasos aqreqatlarından istifadə edilməklə nəzərdə tutulmalıdır.

3. Əhalisi 5000 nəfərə qədər olan yaşayış məntəqələrinə, həmçinin xarici yanğın söndürülməsinə su sərfi 40 l/s-yə qədər olan sənaye və kənd təsərrüfatı müəssisələrinə su, uzunluğu 500 m-ə qədər olan bir sudaşıyıcı boru kəməri ilə verildikdə yanğın söndürülməsinə əlavə su həcminin nəzərdə tutulmamasına yol verilir.

12.1.7. Su nəql etdirən, yaxud dövrü su təchizatı sistemlərinin müntəzəm işləyən nasos stansiyaları qarşısındakı çənlərdə su həcmi ən böyük məhsuldarlığa malik nasosun 5-10 dəq-lik işinə müvafiq qəbul edilməlidir.

12.1.8. Suyun reagentlərlə tələb olunan təmas müddətini təmin etmək üçün təmas həcmi maddə 9.2.17.26-a əsasən təyin edilməlidir. Yanğın və qəza həcmləri olduqda təmas həcminin onlar qədər azaldılmasına yol verilir.

12.1.9. Tutumlar və onların avadanlıqları suyun donmasından qorunmalıdır.

12.1.10. İçməli su tutumlarında yanğın vəqəza su həcmlərinin 48 st-dan çox olmayan müddətdə dəyişməsi təmin olunmalıdır.

Q e y d. Əsaslandırma olduqda tutumlarda suyun təzələnmə müddətini 3-4 günə qədər artırmaq olar. Belə hallarda məhsuldarlığı tutumlarda suyu 48 st-dan çox olmayan müddətdə dəyişdirə bilən (mənbədən suyun daxilolmasını nəzərə alaraq) dövretdirici nasoslar nəzərdə tutulmalıdır.

12.1.11. Rezervuarların və su-basqı qüllələrinin konstruksiyaları 17.3.1 maddəsinin göstərişləri əsasında qəbul edilməlidir.

12.2. Tutumların avadanlıqları

12.2.1. Su rezervuarları və su-basqı qüllələrinin çənləri aşağıda göstərilənlərlə təchiz edilməlidirlər: gətirici və aparıcı boru kəmərləri, yaxud birləşmiş gətirici-aparıcı boru kəmərləri, daşma qurğuları, buraxıcı boru kəməri, ventilyasiya qurğuları, dəmir bəndlər, yaxud pilləkənlər, avadanlığı nəql etdirmək və istismar heyəti üçün lyuk-girişlər.

Tutumun təyinatından asılı olaraq aşağıdakılar əlavə nəzərdə tutulmalıdır:

su səviyyəsini ölçmək, vakuuma və təzyiqə nəzarət üçün maddə 16.5.4-ün göstərişlərinə uyğun qurğular;

diametri 300 mm olan işıq qapaqları (içməli su keyfiyyətində olmayan su rezervuarları üçün);

yuma su kəməri (daşına bilən, yaxud hərəkətsiz);

suyun tutumdan daşmasının qarşısını alan qurğu (avtomatlaşdırma vasitələri, yaxud su verən boruda üzən bağlayıcı klapanın qoyulması);

tutuma daxil olan havanın təmizlənməsi üçün qurğu (içməli su rezervuarlarında).

12.2.2. Rezervuarlara və su-basqı qüllələrinin çənlərinə su gətirən boruların sonunda yuxarısı həcmdə suyun maksimal səviyyəsindən 50-100 mm hündürdə olan üfüqi kənarlı diffuzor, yaxud kameranın qoyulması nəzərdə tutulmalıdır.

12.2.3. Rezervuarda suaparıcı boru kəmərində konfuzor nəzərdə tutulmalıdır, boru kəmərinin diametri 200 mm-ə qədər olduqda çökəklikdə yerləşdirilmiş qəbuledici klapanın tətbiq edilməsinə yol verilir (bax maddə 10.4).

Konfuzorun yuxarı kənarından tutumun dibinə və divarlarına, yaxud çökəkliyə qədər olan məsafə suyun konfuzora yaxınlaşma sürətinin giriş kəsiyindəki sürətdən çox olmaması şərtilə təyin edilməlidir.

Konfuzorun rezervuarın dibində düzəldilən üfüqi kənarı, həmçinin çökəkliyin yuxarıtili dib beton layından 50 mm yuxarı olmalıdır.

Suaparıcı boru, yaxud çökəklikdə barmaqlıq qoyulmalıdır.

Suyu rezervuardan, yaxud su-basqı qülləsindən su aparan (gətirici-aparıcı) borularda avtosisternlər və yanğın söndürmə maşınlarının su götürməsi üçün müvafiq avadanlıq nəzərdə tutulmalıdır.

12.2.4. Daşma qurğuları tutuma verilən maksimal su sərfi ilə ondan götürülən minimal su sərfinin fərqinə hesablanmalıdırlar. Daşma qurğusunun yuxarı tili üstündəki su səviyyəsi 100 mm-dən artıq olmamalıdır.

İçməli su rezervuarları və su-basqı qüllələrində daşma qurğuları hidravlik bağlayıcı ilə təchiz olunmalıdır.



12.2.5. Suburaxıcı boru kəmərinin diametri tutumun həcmindən asılı olaraq 100-150 mm qəbul edilməlidir. Tutumun dibi suburaxıcı boru kəməri istiqamətində ən azı 0,005 mailliyə malik olmalıdır.

12.2.6. Suburaxıcı və daşma boru kəmərləri sonları suya batırılmadan birləşdirilməlidir:

içməli olmayan su tutumlarından - istənilən təyinatlı kanalizasiya xətlərinə birbaşa olmadan, şırnaq kəsintisi ilə, yaxud açıq kanala;

içməli su tutumlarından – yağış kanalizasiyasına, yaxud açıq kanala, birbaşa olmadan, şırnaq kəsintisi ilə.

Daşma boru kəməri açıq kanala birləşdirildikdə onun sonunda milləri arasında 10 mm məsafə olan barmaqlıq qoyulmalıdır.

Suburaxıcı boru kəməri ilə artıq suyun öz axını ilə kənarlaşdırılması mümkün olmadıqda bu suyu toplamaq üçün xüsusi quyu nəzərdə tutulmalı və su quyudan nasoslarla kənarlaşdırılmalıdır.

12.2.7. Tutumda su səviyyəsinin vəziyyəti dəyişdikdə ona hava daxil olması və ondan havanın xaric edilməsi, həmçinin yanğın və qəza həcmlərini saxlayan rezervuarlarda havanın dəyişdirilməsi 0,0078 bar -dan artıq vakuumun yaranmasına yol verməyən ventilyasiya qurğuları ilə təmin edilməlidir.

Rezervuarlarda suyun maksimal səviyyəsi ilə örtük lövhələrinin qabırğalarının aşağı tili, yaxud müstəvisi arasındakı hava fəzasının hündürlüyünün 200 mm-dən 300 mm-ə qədər qəbul edilməsinə yol verilir. Örtüyün bütün bölmələri arasında hava dəyişməsi təmin edildikdə lövhələrin rigel və dayaqları suya batırıla bilər.



12.2.8. Qapaqlar-girişlər su gətirən, aparan və daşma boru kəmərlərinin sonlarına yaxın yerləşdirilməlidir.

İçməli su rezervuarlarının giriş qapaqları bağlanmaq və möhürlənmək üçün tərtibatlarla təmin edilməlidir. Rezervuarların giriş qapaqları örtük istiləşdiricisindən ən azı 0,2 m yuxarıda olmalıdır.

İçməli su rezervuarlarının bütün giriş qapaqlarının tam kipliyi təmin olunmalıdır.

12.2.9. Yüksək təzyiqli yanğın söndürmə sistemlərində basqılı rezervuarlar və su-basqı qüllələri yanğın nasosları işə düşdükdə sistemdən ayrılmaq üçün avtomatik qurğularla təmin olunmalıdır.

12.3. Rezervuarlar

12.3.1. Su ilə təchiz edilən ərazidə rezervuarların yerləşməsi, yerləşmə hündürlükləri və tutumları su təchizatının sistem və sxemi işlənərkən sistemə daxil olan qurğu və avadanlıqların hidravlik və optimallaşdırma hesablamalarının nəticələri əsasında təyin edilməlidir.

Qəza ehtiyatları saxlanılan rezervuarların (çənlərin) yerləşmə hündürlükləri şəbəkədə normal sərbəst basqının qəza vəziyyətinə qədər aşağı düşdüyü hallarda onlardan şəbəkəyə su daxil olmasını təmin etməlidir. Belə rezervuarlar, yaxud çənlər onları şəbəkədən ayıran əks klapan işləmədiyi hallar üçün daşma qurğuları ilə təchiz olunmalıdırlar.



12.3.2. Bir qovşaqda eyni təyinatlı rezervuarların sayı ikidən az olmamalıdır.

Qovşaqdakı bütün rezervuarlarda yanğın, qəza və tənzimləyici həcmlərin ən aşağı və ən yuxarı səviyyə hündürlükləri eyni olmalıdır.

Bir rezervuar işdən ayrıldıqda qalanlarında yanğın və qəza su həcmlərinin ən azı 50%-i saxlanmalıdır.

Rezervuarların avadanlıqları onlardan hər birinin müstəqil olaraq işdən ayrıla bilməsini və boşaldılmasını təmin etməlidir.

Yanğın və qəza həcmləri olmayan hallarda bir rezervuarın inşa edilməsinə yol verilir.

12.3.3. Siyirtmələr yerləşən kameralar rezervuarların konstruksiyası ilə sərt əlaqəyə malik olmamalıdır.

12.4. Su-basqı qüllələri

12.4.1. Qüllənin iş rejimindən, çənin həcmindən, iqlim şəraitindən və mənbədə suyun temperaturundan asılı olaraq su-basqı qüllələrinin çənin ətrafında çadırla, yaxud çadırsız layihələndirilməsinə yol verilir.

12.4.2. Su-basqı qülləsinin lüləsindən su təchizatı sisteminin toz, tüstü və qaz ayrılması baş verməyən istehsalat otaqlarının yerləşdirilməsi üçün istifadə etməyə yol verilir.

12.4.3. Su-basqı qülləsinin çəninə sərt birləşdirilmiş boru kəmərlərinin üstündə kompensatorlar qoyulmalıdır.

12.4.4. Digər qurğuların ildırımdan mühafizə sistemi zonasına daxil olmayan su-basqı qüllələri müstəqil ildırımdan mühafizə avadanlığı ilə təchiz edilməlidir.

12.5. Yanğın rezervuarları və sututarları

12.5.1. Maddə 5.2.1-in birinci bəndində göstərilən sənaye müəssisələri və yaşayış məntəqələrində xüsusi rezervuarlarda, yaxud açıq sutuarlarda yanğın su həcminin saxlanılmasına yol verilir.

12.5.2. Yanğın rezervuarları və sututarlarının həcmi 5.2.3-5.2.7 və 5.2.14 maddələrinə əsasən yanğının söndürülməsinə hesabi su sərfi və söndürülmənin hesabi davam etmə müddətinə əsasən təyin edilməlidir.

Q e y d:

 1. Açıq sututarların həcmi suyun buxarlanması və buzlaşması nəzərə alınmaqla hesablanmalıdır. Açıq sututarın kənarı ondakı suyun maksimal səviyyəsindən ən azı 0,5 m hündürə qalxmalıdır.



2. Yanğın söndürən maşınların, 17.1.6 maddəsinə əsasən, yanğın rezervuarları, sututarlar və su qəbulu quyularına örtüklü yolla sərbəst yanaşması təmin edilməlidir.

3. Yanğın rezervuarları və sututarları yerləşən ərazilərdə DÜİST 12.4.009-da göstərilmiş istiqamətləndirici yol nişanları qoyulmalıdır.

12.5.3. Yanğın rezervuarları, yaxud sututarların sayı ikidən az olmamalıdır. Bu rezervuarların hər birində yanğın söndürülməsinə tələb olunan su həcminin 50%-i saxlanılmalıdır.

Yanğın rezervuarları, yaxud sututarlar arasındakı məsafə maddə 12.5.4-ün göstərişlərinə əsasən qəbul edilməlidir. Suyun yanğının istənilən nöqtəsinə iki qonşu rezervuar, yaxud sututardan verilməsi təmin edilməlidir.



12.5.4. Yanğın rezervuarları, yaxud digər sututarları onların xidmət etdiyi binalardan aşağıda göstərilən radiusda yerləşdirilməlidir:

avtonasos olduqda - 200 m;

motopompalar olduqda - motopompaların növündən asılı olaraq 100-150 m.

Rezervuarlardan suyun götürülmə nöqtəsindən III, IV və V odadavamlılıq dərəcəsi olan binalara və açıq yanan material anbarlarına qədər ən azı 30 m, I və II odadavamlılıq dərəcəsi olan binalara qədər isə ən azı 10 m məsafə olmalıdır.



12.5.5. Yanğın rezervuarları və sututarlar su kəməri şəbəkəsi boruları vasitəsilə verilən su ilə doldurulmalıdır; onların uzunluğu 250 m-ə qədər, Dövlət yanğın nəzarəti orqanlarının razılığı olduqda isə500 m-ə qədər olan yanğın şlanqları ilə doldurulmasına yol verilir.

12.5.6. Yanğın rezervuarları, yaxud sututarlardan suyun avtonasos, yaxud motopompalarla birbaşa götürülməsi mümkün olmayan hallarda həcmi 3-5 m3 olan suqəbuledici kameralar nəzərdə tutulmalıdır. Rezervuar, yaxud sututarı suqəbuledici kamera ilə birləşdirən boru kəmərinin diametri xarici yanğın söndürməyə tələb olunan hesabi su sərfinə hesablanmalı, lakin 200 mm-dən az qəbul edilməməlidir. Suqəbuledici quyu qarşısında içərisində çarxı qapağının altında yerləşdirilmiş siyirtmə qoyulmuş quyu olmalıdır. Sututar tərəfdən birləşdirici boru kəmərində barmaqlıq qoyulmalıdır.

12.5.7. Yanğın rezervuarları və sututarlarını daşma və buraxıcı borularla təchiz etmək tələb olunmur.

13. Sanitariya-mühafizə zonaları

13.1. Ümumi göstərişlər

13.1.1. Bütün layihələndirilən və yenidən qurulan təsərrüfat-içməli su kəmərlərində onların sanitariya-epidemioloji etibarlılığını təmin etmək üçün sanitariya-mühafizə zonaları (sonralar “zona” adlandırılacaq) nəzərdə tutulmalıdır.

13.1.2. Su kəməri zonasına suyun götürüldüyü yerdə su təchizatı mənbəyi zonası (suqəbuledici qurğular daxil olmaqla), su kəməri qurğularının (nasos stansiyalarının, sutəmizləyici qurğular kompleksinin, tutumların) zonası və sanitariya-mühafizə zolağı (sonralar “zolaq” adlandırılacaq) və sudaşıyıcı boruların sanitariya-mühafizə zolağı daxil olur.

Suyun götürüldüyü yerdə su təchizatı mənbəyi zonası üç qurşaqdan ibarət olmalıdır: birinci - ciddi rejim, ikinci və üçüncü-məhdudlaşdırma rejimləri. Su kəməri qurğularının zonası birinci qurşaqdan və zolaqdan (su kəməri qurğuları su təchizatı mənbəyinin zonasının ikinci qurşağından kənarda yerləşdikdə) ibarət olmalıdır.



13.1.3. Su kəmərinin sanitariya-mühafizə zonasının layihəsi zonalara və zolaqlara daxil edilməsi nəzərdə tutulan ərazinin sanitariya-topoqrafik göstəriciləri, həmçinin müvafiq hidroloji, hidrogeoloji, mühəndis-geoloji və topoqrafik materiallar əsasında işlənməlidir.

13.1.4. Su kəmərinin sanitariya-mühafizə zonasının layihəsində su təchizatı mənbəyi zonasının qurşaqlarının sərhədləri, su kəməri qurğularının zonaları və zolaqları, sudaşıyıcı boru kəmərlərinin zolaqları, zonaların təşkili üzrə mühəndis tədbirləri (inşaat obyektləri, tikililərin sökülməsi, abadlaşdırma və s.) təyin edilməli, zona və zolaqlarda sanitariya rejiminin izahı verilməlidir.

13.1.5. Su kəmərinin sanitariya-mühafizə zonalarının layihəsi, yerli hakimiyyət orqanları, sanitariya-epidemioloji xidmət, geologiya (yeraltı sudan istifadə edildikdə) orqanları, həmçinin digər maraqlı olan tərəflər-nazirliklər və idarələr ilə razılaşdırılmalı və qanunla göstərilən qaydada təsdiq edilməlidir.

13.1.6. Su axınları, sututarlar və sudaşıyıcı horizontların zonalarının ikinci və üçüncü qurşaqlarında, həmçinin zolaqlar sərhəddində ərazilərinin çirklənməsinin ləğvi üçün mühəndis tədbirləri bu çirklənmələrin səbəbkarları olan müəssisələrin hesabına yerinə yetirilməlidir.

13.1.7. Su kəməri zonasının layihəsi su təchizatı sisteminin gələcək inkişafı nəzərə alınmaqla işlənməlidir.

13.2. Sanitariya-mühafizə zonalarının sərhədləri

13.2.1. Yerüstü su təchizatı mənbələri

13.2.1.1. Yerüstü su təchizatı mənbələrinin, o cümlədən su gətirici kanalın zonasının birinci qurşağının sərhədləri suqəbuledici qurğulardan aşağıda göstərilən məsafədə təyin edilməlidir:

a) suaxarlar üçün (çaylar, kanallar):

axının əksi istiqamətdə - ≥ 200 m;

axin istiqamətində - ≥ 100 m;

suqəbuledici yerləşən sahildə - yay-payız fəsillərində sahil yanında suyun orta səviyyəsindən ≥ 100 m;

qarşı tərəfdəki sahil istiqamətində - suaxarın eni 100 m-dən az olduqda - bütün su sahəsi (akvatoriya) və qarşı sahildə yay-payız fəsillərində suyun orta səviyyəsindən eni 50 m olan zolaq; suaxarın eni 100 m-dən çox olduqda-eni 100 m-dən az olmayan su sahəsi;

çalov tipli suqəbuledicilərində birinci qurşağın sərhədlərinə çalovun bütün su sahəsi və onun ətrafında eni 100 m-dən az olmayan qurşaq;

b) sututarlar üçün (su anbarı, göl):

su səthinin bütün istiqamətlərində-≥100 m;

suqəbuledici yerləşən sahildə -su anbarında normal su səviyyəsindən və göldə yay-payız orta su səviyyəsindən ən azı 100 m.



13.2.1.2. Suaxarın zonasının ikinci qurşağının sərhədləri təyin edilməlidir:

 

qollar da daxil olmaqla axının əksinə yuxarı - suaxarın uzununa və eninə suyun orta su axını sürəti hesaba alınmaqla və ya onun ayrı-ayrı sahələrində qurşağın sərhəddindən suqəbuledici qurğu-ya qədər suyun axma müddəti yay-payız fəsillərində suyun orta səviyyəsində orta aylıq su sərfi 95% təmin olunduqda B və V iqlim rayonlarında 5 gün, qalan iqlim rayonlarında isə 3 gün;



axın istiqamətində aşağı - ≥ 250 m;

yan sərhədlər - yay-payız fəsillərində suyun orta səviyyəsindən - düzənlik relyefdə - 500 m, dağlıq relyefdə - birinci yamacın suaxara baxan təpəsinə qədər, az meyilli yamacda - ≤ 750 m, sərt yamacda 1000 m.

Çayda bəndlə sıxılma, yaxud əks axın olduqda ikinci qurşağın aşağı sərhəddinin suqəbuledicidən məsafəsi hidroloji və meteoroloji şəraitlərdən asılı olaraq, sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırılaraq təyin edilməlidir.

Gəmiçilik olan çay və kanallarda zonanın ikinci qurşağının sərhəddinə gəmi keçən ərazidə suqəbulediciyə yaxın su səthi daxil edilməlidir.



Q e y d. İkinci qurşağın yan sərhədlərinin ayrı-ayrı hallarda yerli şəraitdən asılı olaraq sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırılaraq artırılmasına yol verilir.

13.2.1.3. Sututarın axın qolları daxil olmaqla zonasının ikinci qurşağı suqəbuledicidən:

su səthində bütün istiqamətlərdə küləklərin 10%-ə qədəri suqəbulediciyə tərəf əsdikdə 3 km, 10%-indən çox əsdikdə 5 km;

yan sərhədlər - su anbarında normal su səviyyəsində və göldə yay-payız orta su səviyyəsində 13.2.1.2 maddəsinə əsasən.

13.2.1.4. Yerüstü su təchizatı mənbəyinin zonasının üçüncü qurşağının sərhədləri su axarın axının aşağı və yuxarı istiqamətlərində, yaxud sututarın su səthinin bütün istiqamətlərində ikinci qurşaqda olduğu kimi; yan sərhədlər - suayrıcılara görə, lakin suaxar, yaxud sututardan 3-5 km-dən çox olmamaqla.

13.2.2. Yeraltı su təchizatı mənbələri

13.2.2.1. Yeraltı su təchizatı mənbəyinin zonasının birinci qurşağının sərhədləri tək suqəbuledici qurğudan (borulu quyu, şaxtalı quyu, bulaq sularını toplayan kamera-kaptaj), yaxud qrup suqəbuledici qurğuların ən kənarında olanından aşağıdakı məsafələrdə təyin edilməlidir:

mühafizə edilən yeraltı sulardan istifadə edildikdə - 30 m;

kifayət qədər mühafizə edilməyən yeraltı sulardan istifadə edildikdə - 50 m.

İnfiltrasiyalı suqəbuledicilərin zonasının birinci qurşağının sərhədlərinə yerüstü su təchizatı mənbəyi ilə suqəbuledici arasındakı məsafə 150 m-dən azdırsa bu obyektlər arasındakı bütün sahil zonası daxil edilməlidir.

Məcraaltı suqəbuledicilər və yerüstü mənbəyin infiltrasiyalı suqəbuledicilərini qidalandıran, yaxud yeraltı su ehtiyatlarını artırmaq üçün istifadə edilən sahəsinin zonasının birinci qurşağının sərhədləri 13.2.1.1 maddəsinin göstərişlərinə əsasən yerüstü su təchizatı mənbələrində olduğu kimi təyin edilməlidir.

Q e y d:

1. Torpağın və yeraltı suların çirklənməsi mümkün olmayan obyektlərin ərazisində yerləşmiş suqəbul-edicilər üçün, həmçinin əlverişli sanitariya, topoqrafik və hidrogeoloji şəraitlərdə yerləşən suqəbuledicilər üçün zonanın birinci qurşağının ölçülərinin yerli sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırılaraq və müvafiq olaraq 15 və 25 m-dən az olmamaq şərtilə azaldılmasına yoı verilir.

2. Müdafiə olunan yeraltı sulara zonanın bütün qurşaqları daxilində, yuxarıda yerləşmiş və kifayət qədər müdafiə olunmayan laylardan qidalanmanı mümkünsüz edən bütöv su keçirməyən örtüyə malik basqılı və basqısız sudaşıyıcı layların suyu aid edilir.

Aşağıdakılar kifayət qədər müdafiə olunmayan yeraltı sulara aid edilirlər:

 

yayıldığı sahədən qidalanan yer səthinə birinci yaxın basqısız sudaşıyıcı layların suyu;



təbii şəraitdə, yaxud suqəbuledicinin istismarı nəticəsində zonadan yuxarıda yerləşmiş kifayət qədər müdafiə olunmayan sudaşıyıcı laylardan hidrogeoloji pəncərələr, yaxud keçiriciliyi olan süxurlar, örtüklər vasitəsilə, həmçinin hidravlik əlaqəyə malik olduqları suaxarlar və sututarlardan qidalan basqılı və basqısız sudaşıyıcı layların suyu.

13.2.2.2. Yeraltı suların ehtiyatı süni surətdə artırıldıqda zonanın birinci qurşağının sərhədləri bağlı tipli infiltrasiya qurğularından (borulu quyular, şaxtalı quyular) - 50 m, açıq tipli olanlardan (hovuzlar və s.) isə - 100 m məsafədə qoyulmalıdır.

13.2.2.3. Yeraltı su təchizatı mənbəyi zonasının ikinci qurşağının sərhədləri iqlim rayonlarından və yeraltı suların 100 gündən 400 günə qədər müdafiə olunmasından asılı olaraq suqəbulediciyə qədər suyun mikrob çirklənməsinin irəliləmə müddətinin hesablanması ilə təyin edilməlidir.

13.2.2.4. Yeraltı su təchizatı mənbəyi zonasının üçüncü qurşağının sərhədləri suqəbulediciyə qədər suyun kimyəvi çirklənməsinin irəliləmə müddətinin hesablanması ilə təyin edilməlidir. Bu müddət suqəbuledicinin istismarının qəbul edilmiş davametmə müddətindən çox olmalı, 25 ildən az olmamalıdır.

13.2.2.5. Sudaşıyıcı layın infiltrasiyalı qidalanmasında, həmçinin yeraltı su ehtiyatları yerüstü mənbələrdən süni surətdə artırıldıqda yerüstü su təchizatı mənbəyinin zonasının ikinci və üçüncü qurşaqları 13.2.1.2-13.2.1.4 maddələrinin göstərişləri əsasında qəbul edilməlidir.

13.2.3. Su kəməri qurğularının meydançaları

13.2.3.1. Su kəməri qurğularının zonasının birinci qurşağının sərhədləri qurğuların yerləşdiyi ərazinin hasarları ilə üst-üstə düşməli və aşağıda göstərilən məsafələrdə olmalıdır:

süzülmüş su (içməli) rezervuarları, süzgəclər, açıq səthli təmas şəffaflandırıcıların divarlarından - ≥ 30 m;

qalan qurğuların divarlarından və su-basqı qüllələrinin lüləsindən - ≥ 15 m.

Q e y d:

1. Sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırmaqla ayrıca dayanmış su-basqı qüllələri və şırnaq kəsintisi olmadan işləyən nasos stansiyaları üçün zonanın birinci qurşağının nəzərdə tutulmamasına yol verilir.

2. Su kəməri qurğuları müəssisə ərazisində yerləşdikdə göstərilən məsafələrin yerli sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırmaqla 10 m-dən az olmamaq şərtilə azaldılmasına yol verilir.

13.2.3.2. Su təchizatı mənbəyi zonasının ikinci qurşağından kənarda yerləşmiş su kəməri qurğuları zonasının birinci qurşağı ətrafındakı sanitariya-mühafizə zolağının eni 100 m-dən az olmamalıdır.

Q e y d. Su kəməri qurğuları meydançaları obyekt ərazisində yerləşdikdə zolağın eninin sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırmaqla 30 m-dən az olmamaq şərtilə azaldılmasına yol verilir.

13.2.3.3. Sənaye və kənd-təsərrüfatı müəssisələrindən içməli su təmizləyici qurğulara qədər sanitariya-mühafizə zonasını müəssisənin zərərlilik sinfindən asılı olaraq yaşayış məntəqələrində olduğu kimi qəbul etmək lazımdır.


Yüklə 5,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə