Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 218,37 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.05.2018
ölçüsü218,37 Kb.
#44034
1   2   3   4   5   6   7   8

8

 

 



I nəsil kompyuterlər 

Bu  mərhələ  ENIAC  (Electronic  Numerical  Integrator  and  Computer) 

kompyuterinin  yaradılması  ilə  başlayır  və  1946-1958-ci  illəri  əhatə  edir.  Birinci  nəsil 

kompyuterlərin  element  bazası  çoxsaylı  elektron  lampalar  idi.  Onlar  elmi-texniki 

məsələlərin  həlli  üçün  istifadə  olunurdu.  Həddən  artıq  baha  olduğundan  əsasən  hərbi-

sənaye kompleksində və dövlət təşkilatlarında istifadə olunurdu. Bu kompyuterlər böyük 

həcmə və kütləyə malik idi. Elektron lampalar böyük həcmli elektrik enerjisi sərf edirdi 

və  tez  qızırdı.  Buna  görə  də  əlavə  soyutma  sistemindən  istifadə  olunurdu.  Məsələn, 

ENIAC  (ENIAC  kompyuteri  9  il  –  1955-ci  ilə  qədər  fəaliyyət  göstərmişdir) 

kompyuterində  178468  elektron  lampa,  7200  kristallik  diod,  4100  maqnit  elementləri 

istifadə  olunmuşdur  və  o  30  ton  ağırlığında  olub,  200  kvadrat  metr  sahəni  tuturdu,  150 

Kvt  elektrik  enerjisi  sərf  edirdi.  Birinci  nəsil  kompyuterlər  yalnız  saniyədə  10-20  min 

əməliyyat  yerinə yetirə bilirdi. Belə ki, adicə loqarifmik və triqonometrik funksiyaların 

hesablanması üçün bir dəqiqədən artıq vaxt tələb olunurdu. Əməliyyatlar yalnız ardıcıl – 

bir  əməliyyat  qurtardıqdan  sonra  digər  əməliyyat  yerinə  yetirilirdi.  Elektron  lampaların 

istismar  müddəti  qısa  olduğundan  kompyuterlər  texniki  cəhətdən  də  etibarlı  deyildi. 

Kompyuterlərin operativ yaddaşı zəif olub, 512-2048 bayt təşkil edirdi. Operativ yaddaş 

qurğusu  olaraq  ilk  vaxtlar  civə  doldurulmuş  kiçik  diametrli  borulardan,  sonra  isə 

ferromaqnitlərdən  istifadə  olunmuşdur.  Birinci  nəsil  kompyuterlər  üçün  proqramlar 

konkret  kompyuter  üçün  unikal  olan  “maşın  dilində”  tərtib  edilirdi.  Bu  proqramlar 

həddən  artıq  mürəkkəb  olub,  onları  yazmaq  üçün  proqramlaşdırıcıdan  kompyuterin 

arxitekturasını dəqiq bilməyi tələb edirdi. Proqramın daxil olunması və yerinə yetirilməsi 

idarəetmə blokunun açarları vasitəsilə həyata keçirilirdi. Bu proses mürəkkəb olduğundan 

və  proqramda  meydana  çıxan  səhvlərin  aradan  qaldırılması  zərurəti  proqramın  daxil 

edilməsi və yerinə yetirilməsi prosesinin proqramlaşdırıcı tərəfindən yerinə yetirilməsini 

tələb  edirdi.  Bu  nöqsanlara  baxmayaraq  birinci  nəsil  kompyuterlər  o  dövr  üçün  elmi-

texniki  tərəqqinin  ən  böyük  nailiyyəti  hesab  olunur  və  mürəkkəb,  əvvəllər  həlli 

mümkünsüz hesab edilən elmi, mühəndis məsələləri həll etdi. Bunun nəticəsində bir sıra 

elm və sənaye sahələrində fundamental nəticələr əldə olundu. Xüsusilə, atom fizikası və 

energetikası,  riyaziyyat,  astronomiya  və  hərbi-sənaye  kompleksi  sürətlə  inkişaf  etməyə 




9

 

 



başladı.  Qərb  dünyası  ilə  müqayisədə  kecmiş  SSRİ-də,  o  cümlədən  Azərbaycanda 

kompyuterlər  bir qədər  gec, keçən əsrin  50-ci  illərinin əvvəllərindən başlayaraq istifadə 

edilmişdir. Sovet sənayesi MESM, BESM, Strela, M-1, M-2, M-3, Minsk-1, M-20, Ural-

1, Razdan və s. birinci nəsil kompyuterlər istehsal etmişdir. 

MESM  (Малая  Электронная  Счетная  Машина)  1950-ci  ildə  S.A.Lebedevin 

rəhbərliyi  altında  Ukrayna  Elmlər  Akademiyasının  Elektrotexnika  İnstitutunda 

hazırlanmışdır və SSRİ-də yaradılan ilk komputer hesab edilir. 

 

II nəsil kompyuterlər 

Bu  mərhələ  1955-1967  –ci  illəri  əhatə  edir.  İkinci  nəsil  kompyuterlər  element 

bazası  əsasən  yarımkeçiricilərdən  ibarət  olan  kompyuterlərdir.  Bu  kompyuterlərdə 

elektron  lampaları  Bell  Laboratories  (ABŞ)  firmasında  Nobel  mükafatı  laureatları 

Uilyam  Şokli,  Uolter  Bratteyn  və  Con  Bardin  tərəfindən  yaradılmış  tranzistorlar  əvəz 

etdi. Tranzistorlar kiçik ölçüyə  malik olub, daha davamlı, elektrik enerjisinə az tələbkar 

idi  və  təqribən  40  ədəd  elektron  lampanı  əvəz  edə  bilirdi.  Bunun  nəticəsində 

kompyuterlərin həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə tələbat azaldı, maya 

və  istismar  dəyəri  ucuzlaşdı.  Eyni  zamanda  məhsuldarlığı,  funksional  imkanları, 

etibarlığı on dəfələrlə yüksəldi. Məsələn, Mark-1 adlı birinci nəsil kompyuter 2,5×17m 

ölçüyə malik olub, maya dəyəri 500 min dollar idisə, PDP-1 ikinci nəsil kompyuteri artıq 

məişət soyuducusu həcmində olub 20 min dollara satılırdı. 

İkinci  nəsil  kompyuterlərdə  displeylərdən  istifadə  edilməyə  başlandı.  Bu 

informasiyanın  etibarlı  qorunmasını  təmin  etməklə,  informasiyanın  daxil  və  xaric 

olunmasını xeyli asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq minimum 32 kbayt oldu. 

İkinci  nəsil  kompyuterlər  üçün  xüsusi  sistem  proqram  təminatı,  o  cümlədən 

informasiyanın  paket  emalı  sistemləri,  sonralar  əməliyyat  sistemləri  yaradıldı. 

Kompyuterin  arxitekturasından asılı  olmayan  yüksək səviyyəli  alqoritmik  dillərin  (Fact, 

MathMatic, Algol, Fortran, Kobol və s.) yaranması və onlar üçün müvafiq kompilyatorun 

və  standart  altproqramlar  kitabxanasının  yaradılması  ilə  proqramlaşdırılma  olduqca 

asanlaşdı və həll olunan məsələlərin əhatə dairəsi genişləndi. 




10

 

 



Kompyuterlərin  ucuzlaşması  və  proqram  təminatının  inkişafı  onların  tətbiq 

sahəsini  xeyli  genişləndirdi.  Kompyuterlər  artıq  elmi-texniki  hesablamalar  aparmaqla 

yanaşı  maliyyə-iqtisadi,  istehsal-texnoloji  proseslərin  avtomatlaşdırılması  üçün  tətbiq 

edilməyə başlandı. Artıq onlar daha çox biznes müəssisələrində, təhsil və layihələndirmə 

mərkəzlərində  geniş  istifadə  olundu.  Azad  kompyuter  bazarı  formalaşdı,  kompyuterin 

stehsalı sürətlə artdı. Bir sıra böyük firmalar, məsələn, IBM, CDC, DEC və s. kompyuter 

istehsalına başladı. 

Keçmiş SSRİ-də BESM-3, BESM-4, Ural-11, Ural-14, Ural-16, Minsk-22, M-222, 

Mir,  Nairi  ikinci  nəsil  kompyuterlər  istehsal  olunmuş  və  istifadə  edilmişdir.  Onların 

məhsuldarlığı saniyədə 50-100 min əməliyyat olmuşdu. 

 

III nəsil kompyuterlər 

Bu  mərhələ  1964-1975-ci  illəri  əhatə  edir.  Üçüncü  nəsil  kompyuterlərin  element 

bazalarını  inteqral  sxemlər  və  ya  mikrosxemlər  təşkil  edirdi.  İlk  mikrosxemlər  1958-ci 

ildə Cek Kilbi və Robert Noys tərəfindən yaradılmışdır. Mikrosxemlər təqribən 10 мм2 

ölçüyə  malik  olub,  on  min  tranzistoru  əvəz  etməyə  qadirdir.  Bu  isə  kompyuterlərin 

sürətlə  miniatürləşməsini  və  ucuzlaşmasını  təmin  etdi.  Bununla  yanaşı  üçüncü  nəsil 

kompyuterlərin  məhsuldarlığı  kəskin  yüksəldi.  Artıq  kompyuterlərdə  100  kilobaytlarla 

ölçülən  operativ  yaddaşlar  tətbiq  olunurdu,  onlar  saniyədə  10  milyon  əməliyyat  yerinə 

yetirə  bilirdi.  Miniatürləşmə  ilə  paralel  olaraq  kompyuterlərin  arxitekturasında  köklü 

dəyişiklik  baş  verdi. Xarici  yaddaş  qurğusu  olaraq  maqnit disklərindən  və  diski oxuyan 

qurğulardan,  diskovodlardan  istifadə  edildi.  Bir  sıra  xüsusi  təyinatlı  kompyuterlər 

məsələn,  kosmik  raketlərdə,  aviasiyada  və  gəmilərdə  istifadə  edilən  bortkompyuterlər 

meydana  gəldi.  Bununla  yanaşı  az  –  təqribən  4  kilovat  enerji  sərf  edən  mini 

kompyuterlərin  istehsalına  başlandı.  Məsələn,  ABŞ-da  RDR,  VAX  mini  kompyuterləri 

və  SSRİ-də  isə  onların  analoqu  olan  CM-1/2/3/4/1420  və  s.  istehsal  olundu.  Mini 

kompyuterlər  sənayedə  texnoloji  proseslərin  idarə  edilməsində,  məlumat  banklarının 

yaradılmasnda və informasiyanın idarə edilməsində geniş istifadə olunurdu. Üçüncü nəsil 

kompyuterlər  seriya  şəklində  istehsal  olunurdu.  ABŞ-da  İBM  360,  SSRİ  və  Şərqi 

Avropanın  keçmiş  sosialist  ölkələrində  EC  seriyalı  kompyuterlər  istehsal  olunurdu. 



Yüklə 218,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə