23
Elektronika istehsal dəyəri 1968-ci ildə 5166 milyon dollara çatmışdır.
Yaponiyada 1969-cü il üçün rəngli televizor istehsalı 4 milyon ədəd və satış həçmi 1111
milyon dollar, ağ-qara televizor istehsalı 6- 7 milyon ədəd olmuşdur. 1970-ci il üçün
ümumi televizor istehsalı 12 milyonu keçmişdir. Radio istehsalı isə eyni il üçün 40
milyon ədədə çatmışdır. Yaponiya elektronika sektoruna "əksinə, mühəndislik" adlanan
xüsusən ABŞ məhsullarının təqlidi ilə girmişdir.
Sıx C.Koreya rəqabəti Yapon firmalarını "süni zəka" məsələsində kütlə
məhsullarından daha yaradıcı tədqiqatlara, daha yeni material araşdırmalarına üz tutdular.
Bir çox Yapon firmaları ABŞ-lı rəqiblərinə qarşı fərqli strategiyalar izlədilər. Məsələn,
ABŞ-lı firmalar məhsullarını texnoloji sərhədləri məcbur şəkildə istehsal edərkən, Yapon
firmaları yüksək gəlirli və aşağı dəyərli istehsala yönəldilər. Həmçinin 1986-cı ildə qurğu
və avadanlığa çox böyük investisiyalar etdilər, daha çox avtomatlaşdırmaya tətbiq etdilər.
Nəticədə obyektlərinin 2/3-ni 2 mikron altında genişliyə malik çiplər istehsal etmək üçün
təşkil etdilər. Halbuki ABŞ-dakı firmaların təkcə 50%-i bu məsələ ilə məşğul olurdu.
Böyük Yapon istehsalçılar yüksək nisbətdə fərqləndilər. Yapon yarımkeçirici istehsalının
50%-ni ixrac edilməyə başlandı.
Yaponiyanın ümumi elektronika satışlarının 60%-nı əlində saxlayan və ABŞ-nın
məşhur elektronika firması General Elektrik ilə tez-tez müqayisə edilən beş mühüm
elektronika firması: NEC (Nippon Electric Co.) , Toşiba, Hitachi və Fujitsudur. Hitachi,
dünyanın ən böyük dram istehsalçısıdır. ABŞ elektronika firmaları Motorola, Texas
Instruments, Olivetti kimi firmalarla lisenziya müqavilələri bağlamışdır.
Cənubi Koreya
C. Koreyada elektron sənayenin inkişafı 1967-ci illərə rast gəlir. 1980-ci illərdə
Cənubi Koreya Yaponiya və ya ABŞ mənşəli firmalar lisenziya və ya əksinə,
mühəndislik (reverse incinirinq) sayəsində bu ölkələrə rəqib halına gəlməyə başladı.
Yüksələn Yen, dövlət dəstəyi, aşağı xərclər və ucuz əmək kimi müsbət amillərdən
istifadə etdilər. 1987-ci ildə Koreya tutum olaraq, dünya yarımkeçirici istehsal gücünün
6-7% -nə çatdığı halda bazar payı sektordakı dünya bazarının ancaq 2-3%-nə çatırdı.
24
Beş böyük Koreyalı elektronika firması: Samsung, Hyundai, Gold Star, Korean
Electronics və Daewoo "dan heç biri bütün gücü ilə işləmirdi. 1986-cı ildə Koreya,
"Yarımkeçirici Əməkdaşlığı 1 Tədqiqat Layihəsinə" başladı. Layihə böyük ölçüdə dövlət
fondları ilə maliyyəyə edildi. Layihə 119 Milyıon dollarlıq 4 megabaytlık Dram istehsal
etməyi qarşısına məqsəd qoyurdu. Koreyada dünyanın ən müasir zavodlarına malik
olduğu və son illərdə sektorun dünyada 10%-ni əllərində saxladıqları təxmin edilir.
1988-ci ildə ABŞ-a ixrac edilən və içərsində Daewoo kompyuterlərinin olduğu
C.Koreyanın məhsullarının dəyəri 59 milyarda çatmışdır. C.Koreya, ABŞ-ın TV və video
cihazı bazarını Yaponiyanın əlindən almışdır. 1987-ci ildə Koreyanın elektronik
məhsullarının istehsalı 17. 4 milyard dollara çatdı. Bu rəqəm 1986-ci ildə bu yana 44%-
lik bir artım mənasını verməkdədir. İxracat isə 11.2 milyardı catdı. Koreyanın elektron
Texnologiya İnstitutuna görə elektron sənayesi, avtomobil və ya maşın sənayesini geridə
buraxaraq, Koreyanın, ən böyük istehsal sektorunu meydana gətirə bilər.
Tayvan
Tayvanda ilk televiziya sənayesi xarici kapitalın sayəsində yaradılmışdır. 1962-ci
ildə Tayvanda 41 televiziya istehsalçısı var idi. Bunlardan biri də ABŞ mənşəli
kompyuter firması Aınpex idi. İqtisadi İşlər Nazirliyi yerli firmaları xarici firmalarla
plastikdən, elektronikaya qədər bütün sahələrdə ortaq investisiyalar etmə istiqamətində
məcbur etmişdir. Lakin 1979-cu ildə bunların 21-i ayaqda qala bildi. Ayaqda qalan
firmalardan 7-si xarici, 4-ü Çin firması idi. 1960-1973-cü illər arasında ixracat mənşəli
sənayeləşdirmədə ilk böyük xarici investisiyalar Koachsiungdaki İxrac İşləmə Bölgəsinə
(EPZ = Export ProcessZone) gəldi. Tayvanın elektron sənayesi bu şəkildə başlamıştır.
Daha kiçik investorlar tarif əngəllərini aşmaq və riski yaymaq üçün yerli iş
adamları ilə müştərək investisiyalara getdilər.
1982-ci ildə Tayvan 1.8 milyard dollarlıq kompyuter hissələri ixrac edib. Bu rəqəm
ümumi ixracının 9% idi. ABŞ-dakı rəqiblərindən 30% daha ucuz elektronika istehsalını
həyata
keçirirdi.
Tayvanın
ixrac
müvəffəqiyyətində
hökumətin
təşkilati
tənzimləmələrinin də payı böyükdür. İlk ixrac zonaları (export zones) 1966-ci ildə
Koahsiung, Nantze və Taichungda yaradılıb.
25
Xarici sərmayənin də inkişafda payı böyük oldu. 1961-1970-ci illər arasında uzun
müddətli sərmayə axını 2 qat artdı, 1970 -1980-ci illər arasında isə 9 qat artmışdır. Bunun
nəticəsi olaraq da 1997-ci ildə Tayvan hökuməti sahil bankacılığını (off shore Banking)
təşviq etməyə çalışırdı.
Sinqapur
ABŞ-da istifadə edilən kompyuter diski sürücülərinin 2/3-ü Sinqapurda istehsal
edilir. Ancaq istehsal daha çox xarici kapitala əsaslanır. IBM, Conson və bunun kimi
600-ə yaxın şirkət Sinqapurun ucuz əməyindən və açıq liman olmasından istifadə edərək
istehsalını burada həyata keçirirdi. Ancaq Sinqapur yerli investisiyanı təşviq edərək yerli
sənaye müəssisələrini artırmağa çalışır.
7. Region ölkələrində elektronika sənayesinin inkişafı
Türkiyə
Türkiyədə elektron sənayesi son bir neçə ildir ki, sabit bir şəkildə böyüyür. 2012-ci
ildə sektordakı istehsal 4,1% artaraq 12,4 milyard ABŞ dollarına, ixrac isə 5,2% artaraq
6,8 milyard ABŞ dollarına çatmışdır. Yenə həmin ildə idxal 3,7% azalmayla 16,1 milyard
ABŞ dollarına düşübdür.
Elektronika sektoru idxal, istehsal və ixracın həcmi, 2009-2012
0.0
2.0
4.0
6.0
8.0
10.0
12.0
14.0
16.0
18.0
2009
2010
2011
2012
12.2
14.5
16.7
16.1
9.5
11.3
12.0
12.5
4.9
5.6
6.5
6.8
İdxal
İstehsal
İxrac
26
Türkiyə elektronika sektorunda 2000-dən çox istehsalçı şirkət fəaliyyət
göstərərkən, 30.000-dən çox adam işlə təmin edilmişdir. Ümumi ÜDM-nin 2%-ni təşkil
edən Türkiyənin elektronika sektoru, investorlar üçün böyük potensial yaradır.
Türkiyənin Avropa ilə MENA ölkələrini (Orta Şərq və Şimali Afrika) bir-birinə
bağlayan bir baza olaraq sahib olduğu geostrateji mövqeyi və rəqabətə davamlı təşviqlər,
ölkə həm istehsal, həm də müəssisə əməliyyatları baxımından olduqca cazibədar hala
gətirir. Türkiyə, regional miqyasda iqtisadi inkişaf üçün möhkəm bir platforma təklif
etdiyindən, Microsoft, Intel və General Electric kimi bir çox transmilli şirkət istehsal
bazasını burada qurmuş və ya ümumiyyətlə mərkəzini buraya daşımışdır.
İstehlakçı elektronika, 2012-ci ildə 4,4 milyard ABŞ dollarına çataraq 34,8% ilə
Türkiyə elektronika bazarındakı ən böyük paya sahib olarkən, bunu 19%,
telekommunikasiya avadanlıqları, 17% ilə digər peşəkar qurğular, 15%, kompyuter
avadanlıqları, 9% ilə müdafiə elektronika və 5% ilə komponentlər alt sektoru izləmişdir.
İstehsalatda ikinci ən böyük alt sektor olan telekommunikasiya avadanlıqları 2012-
ci ildə 1,7% artaraq 2,3 milyard ABŞ dollarına çatmışdır. Telekommunikasiya cihazları
2,62 milyard ABŞ dolları həcmi ilə elektron məhsulların ixracında böyük paya malik olsa
da, 5,4 faizlik böyümə nisbəti ilə istehlakçı elektronika alt sektorundakı ixracat böyümə
nisbətinin arxasında qalmışdır.
Türkiyə, Ar-ge araşdırma və inkişaf etdirmə mərkəzlərinə olduqca əhəmiyyət verir.
Ar-ge təhsil, elm və texnologiyanın inkişafını təmin edəcək yeni məlumatları əldə etmək
və ya mövcud məlumatlarla yeni material, məmulat və vasitələr istehsal etmək, biliyə
əsaslanan sistematik olaraq yeni layihələr hazırlamaq, proses və xidmətlər yaratmaq və
ya mövcud olanları təkmilləşdirmək məqsədi ilə aparılan ardıcıl işlər kimi xarakterizə
olunur. Günümüzdə, innovativ texnologiya layihələrini inkişaf etdirmək üçün sənaye ilə
akademiya dünyasını bir araya gətirən 16 dəstə və elektron sektoru ilə əlaqəli cəmi 35
Ari-Gər mərkəzi vardır.
Elektronika sektorunda davam edən böyümə, Türkiyəyə güclü bir birbaşa xarici
sərmayə (DYY) axını olmasını təmin edir. 2011-ci ildə Türkiyənin elektronika sektoruna
422 milyon ABŞ dolları DYY daxil olmuş və Türkiyə Almaniya, Belçika və Danimarka
27
kimi Avropa ölkələrini geridə qoyaraq elektronika sahəsində ən çox investisiya çəkən
ölkələrdən biri olmuşdur.
Rusiya
Rusiyanın Sənaye və Ticarət Nazirliyinin 2011-ci ildə fəaliyyətinə dair açıqladığı
hesabatda bildirilirki 2002-ci illə müqayisədə 2011-ci ildə elektron məhsullar bazarı 3,7
dəfə böyümüşdür.
Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, bütün bu illərdə elektron
məhsullar bazarında əhəmiyyətli dərəcədə artım tempi müşahidə olunmuşdur. 2009-cu il
istisna olmaqla. Qeyd olunan ildə elektron məhsullar bazarı 2008-ci illə müqayisədə 35%
azalmışdır. Ən yüksək artım tempi 2010-cu ildə müşahidə olunmuşdur 32,4% artaraq
1480 mln ABŞ dolları olmuşdur.
MarketLine analitik şirkətinin məlumatina görə dünya elektron məhsullar və
yarımkeçiricilər bazarı 2010-cu ildə 430 mlrd dollar olmuşdur. Burada Rusiyanın payı
təqribən 0,5% olmuşdur. Hoovers analitiklərinin sözlərinə görə, eyni zamanda ABŞ-ın
dünya bazarındakı payı təxminən 100 milyard dollar idi.
Sənaye və Ticarət Nazirliyinin məlumatına görə 2006-2011-ci illərdə Rusiyya
bazarında yerli istehsalın payı 40%-ə çatmışdır. Sənaye və Ticarət Nazirliyinin
hesabatında 2015-ci ildə yerli istehsalın payının 50%-ə çatacağını təxmin edirlər.
Rusiyanın elektron məhsullarının təxminən 80%-i mülki sahədə istifadə olunur. 2011-ci
0
500
1000
1500
2000
2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011
496
649
786
935
1138
1480
1720
1118
1480
1830
Elektron məhsullar,
mln ABŞ dollar
28
ildə bazara çıxarılan elektron komponentlərin 53% yarım keçiricilərin payına düşmüşdür
ki, buda dünyada müşahidə olunan tendensiyaya uyğundur. O ki, qaldı elektron
məhsulların istehlak sahələrinə görə bölgüsünə bunların içərisində ən böyüyü rabitə
avadanlıqlarının payına düşür (24%). Sənaye elektronikasında elektron məhsulların payı
19%, hərbi texnikanın payı 18%, istehlak elektronikasının payına isə 6% elektron məhsul
düşmüşdür.
Qazaxıstan
Qazaxıstanda informasiya texnologiyaları sektoru son dövrlərdə sürətlə inkişaf
edir. Belə ki, 2005-ci ildə 195 milyon dollar olan bazar böyüklüyü 2010-cu ildə 1
milyard dolları keçmişdir. Həmin dövrdə 100 nəfərə düşən GSM abunəçilərinin sayı 35-
dən 119-a, internet abunəçilərinin sayı 2-dən 6-ya yüksəlmişdir. 2005-ci ildə hər 100
Qazaxıstan vətəndaşının 2-si kompyuter sahibi ikən, 2010-cu ildə bu rəqəm 7-ye
çıxmışdır.
İnformasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətlər kompyuter
hissələri və avadanlıqları istehsal edərək satan və kompyuter proqramları istehsal edən və
informasiya texnologiyaları xidməti təqdim edən şirkətlər kimi təsnif edilir. Qazaxıstanın
informasiya texnologiyaları sektorunun ümumi dövriyyəsinin böyük hissəsini kompyuter
və müvafiq ləvazimat satışları təşkil edir. Lakin proqram məhsulları bazarı böyük bir
sürətlə böyüməkdə olub, investorlar üçün cəlbedici imkanlar saxlamaqdadır.
Ölkədə informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssis
hazırlanması və universitetlərin müvafiq fakültələrində təhsil keyfiyyətinin dünya
standartlarına yüksəldilməsi üçün daha çox vəsait ayrılması və təhsil proqramının
beynəlxalq standartlara əsasən yenidən təşkil olunması üçün addımlar atılır.
Digər tərəfdən, sektorun texnoloji proseslər və beynəlxalq standartlar əsasında
yenidənqurma işlərinin aparılması və yekun istehlakçıya xidmət infrastrukturunun
genişləndirilməsi planlaşdırılır.
Almatı yaxınlığında "Alatau" informasiya texnologiyaları parkı sektora sərmayə
qoymaq istəyən sahibkarlar üçün cəlbedici imkanlar açır.
29
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, daimi böyümələri, vətəndaşlarına
məşğulluq imkanı təmin etmələri üçün, rəqabət edə bilən bir sənaye yaratmaq və inkişaf
etdirmək məqsədilə yaratdıqları strategiyalarında, elektrik və elektronika sektoru əsas
faktor kimi önə çıxır.
30
İstifadə edilmiş ədəbiyyat siyahısı
http://fins.az/site/news/883316?title=iPhonelar_artiq_Samsunga_chatib#.VTYfSCGeDA
E
http://xeberler.az/new/details/41,8-milyon-ton-elektron-ve-elektron-avadanligi-
zibilliye-atilib--9326.htm
http://techpress.az/meqale/274-komputerlrin-inkaf-tarixi-maraql-mlumat.html
http://risk.gtb.gov.tr/data/52c53691487c8eca94a7c66a/Bilgisayar%20ve%20Elektronik
%20Sekt%C3%B6r%20Raporu.pdf
http://www.bilgiustam.com/dunyanin-ilk-bilgisayari-ve-bilgisayarin-tarihcesi/
https://www.biliste.com/en-iyi-10-laptop-markasi-2015/2/
http://www.careercornerstone.org/industries/compelecmanu.htm
https://www.electronics.ca/growth-in-electronics-production-by-country.html
http://arsiv.mmo.org.tr/pdf/10669.pdf
http://risk.gtb.gov.tr/data/52c53691487c8eca94a7c66a/Bilgisayar%20ve%20Elektronik%
20Sekt%C3%B6r%20Raporu.pdf
http://birimler.dpu.edu.tr/app/views/panel/ckfinder/userfiles/17/files/DERG_/1/177
-204.pdf
http://www.tadviser.ru/index.php/
http://www.dailycomm.ru/
http://www.invest.gov.tr/tr-TR/sectors/Pages/Electronics.aspx
Dostları ilə paylaş: |