Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə11/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

darlığının yüksəldilməsi,  kənd təsərrüfatı  işlərinin normaları, 
onlann  qiymətləri,  əsas  və  əlavə  əmək  haqlan  verilməsi 
qaydalan  və  digər  vacib  məsələlərin  tədqiqi  ilə  intensiv 
məşğul olmuşdur.
1955-1956-cı  illərdə  A.K.Ələsgərov  SSRİ  EA-nın 
İqtisadiyyat  İnstitutunda  ölkənin  ən  məşhur  nəzəriyyəçi  və 
aqrarçı  alimləri  ilə  birlikdə  ilk  dəfə  iqtisadiyyat  elmində 
kolxozlarda  maya  dəyəri  kateqoriyasmm  obyektiv  olaraq, 
zəruriliyini  və  hesablanması  üsulunun  işlənməsinin  müm- 
künlüyünü  isbat  etmişdir.  O,  1957-ci  ildə  nəşr  etdirdiyi 
"Kolxozlarda  pambığm  və  taxılm  maya  dəyərinin  hesab- 
lanması  məsələləri"  əsərində  maya  dəyərinin  hesablan- 
masının  elmi  baxımdan  iqtisadi  əsasını  və  prinsiplərini 
göstərmişdir.  Sonra problemin ən ağır və mürəkkəb məsələsi 
olan əmək haqqı xərclərinin müəyyənləşdirilməsi üçün əmək 
günlərinin 
sistemlə 
dəqiq 
hesablanması 
və 
onlann 
qiymətləndirilməsini  işləmişdir.  M üəllif  problemin  həllinə 
nail  olmaq üçün  istehlak edilmiş  istehsal vasitələrinə  çəkilən 
xərcləri  müəyyənləşdirmək  məqsədilə  təsərrüfatm  özünün 
istehsal  etdiyi  məhsullardan  sərf  edilən  hissənin  qiymət- 
ləndirilməsi  üsulunu  tədqiq  edərək,  maşm-traktor  stansiya- 
lannın gördüyü işlər üçün sərf edilən xərcləri aydmlaşdırmış, 
toxum,  iş  heyvanlarına  yem  xərcləri,  pul  məsrəfləri, 
amortizasiya 
fondunun 
hesablanması 
və 
yaradılması 
yollarmı  göstərməklə  yanaşı,  təsərrüfatlarda  başa  çatdınlmış 
istehsalı  müəyyənləşdirdikdən  sonra  kolxozlarda  maya 
dəyərinin  hesablanması  metodikasının  respublikada  ilk  dəfə 
işlənməsini  başa  çatdıraraq,  bu  vacib  iqtisadi  kateqoriyanm 
(göstəricinin) tərkibi və kalkulyasiyasım vermişdir.
44
1960-cı  ildə  onun  "Kolxozlarda  pambığın  maya  dəyə- 
rinin  aşağı  salmması  yolları",  1963-cü  ildə  "Kənd təsərrüfatı 
məhsullarınm  maya  dəyəri  və  onun  aşağı  salmması  yolları" 
və başqa kitablan nəşr edilmişdir.
A.K.Ələsgərov respublikada ilk dəfə kolxozlarda istehsal 
vahidlərinə  (briqadalarda,  fermalarda,  yardımçı  müəssisələr- 
də  və  digər  təsərrüfat  bölmələrində)  daxili  təsərrüfat 
hesabınm tətbiqi  üçün göstərilən sahədə tədqiqat işləri  apanr 
və  bir  sıra  elmi  əsərlər  çap  etdirir.  Onlardan  "Kolxozlarda 
təsərrüfat  hesabının  tətbiq  edilməsi  və  maddi  maraq 
prinsipinin bəzi məsələləri",  "Azərbaycan SSR kolxozlarmda 
daxili  təsərrüfat  hesabına  dair  nümunəvi  əsasnamə  və  onun 
tətbiq  edilməsi  üzrə  metodiki  göstərişlər"  və  başqalannı 
göstərmək olar.
Müəllif  müəssisədaxili  təsərrüfat  hesabınm  konkret 
vəzifələrini  müəyyənləşdirmiş,  təsərrüfat  hesablı  bölmələrin 
tərkibini  vermiş,  təsərrüfat  hesablı  istehsal  vahidlərinin 
qarşılıqlı  münasibət  qaydaları  və  kolxozun  idarə  heyəti  ilə 
onlann  əlaqəsi,  məhsul  çıxımınm  artırılması  üzrə  əsas 
təşkilat-texniki  tədbirlər  planınm  tərtibi  qaydalarmı  və 
istehsalat  vahidlərinə  məsariflərin  limitinə  dair  təsərrüfat 
hesabı tapşırıqlarmm verilməsi metodikasmı işləmişdir.
İstehsal  vahidlərində  daxili  təsərrüfat  hesabının  konkret 
olaraq  tədqiq  edilməsinin  tam  təmin  edilməsi  məqsədilə 
A.K.Ələsgərov  respublikanm  bir  sıra  aqrar  sahədə  çalışan 
alimləri  ilə  birlikdə  "Azərbaycan  SSR  kolxozlarmda  əsas 
kənd 
təsərrüfatı 
işlərinin  təxmini 
normaları, 
onların 
qiymətləri,  əsas  və  əlavə  əmək  haqqı  verilməsi  qaydaları"nı 
işləyib  təsərrüfatlarda  tətbiq  etmişlər.  (Bu  əsər  Azərbaycan
45


KP  MK-nın  kənd  təsərrüfatı  istehsalına  rəhbərlik  üzrə 
bürosunun  1963-cü  il  fevralın  25-də  keçirilmiş  iclasmda 
bəyənilmiş  və  1963-cü  ildən  tətbiq  olunması  kolxozlara 
tövsiyə edilmişdir).
Müəllifın  bu  problemə  həsr  etmiş  olduğu  "Kolxozlarda 
təsərrüfat  hesabmm  tətbiq  edilməsi  və  maddi  maraq 
prinsipinin  bəzi  məsələləri"  adlı  digər  kitabında  isə  prob- 
lemin  elmi  tərəfləri  ətraflı  açıqlanmışdır.  A.K.Ələsgərovun 
60-70-ci  illərdə  diqqətini  cəlb  edən  məsələlərdən  biri  də 
respublikamızda 
pambıqçılığın 
iqtisadi 
səmərəliliyinin 
yüksəldilməsi  idi.  Belə  ki,  "Azərbaycan  SSR-də  pambığın 
tədarük  qiymətinin  yaxşılaşdınlması  məsələləri"  adlı  elmi 
əsaslandmlmış  tövsiyə  1962-ci  ildə  Azərbaycan  KP  MK  və 
Nazirlər  Sovetinə  təqdim  edilmişdir.  Həmin  il  Daşkənd 
şəhərində  pambığın  dövlət  tədarükü  qiymətlərinə  həsr 
edilmiş  Ümumittifaq  müşavirəsində  bu  məsələ  müəllif 
tərəfmdən  yenidən  əsaslandınlmış  və  SSRİ  hökuməti 
tərəfındən  nəzərə  alınmışdır.  1963-cü  ildə  ilk  dəfə  respub- 
likada  nəşr  edilmiş  "Azərbaycan  SSR-in  pambıqçılıq 
təsərrüfatlarmda  əmək  məhsuldarlığı  və  onun  yüksəldilməsi 
yolları"na  həsr  edilmiş  kollektiv  monoqrafıyada  "Canlı  və 
əşyalaşmış  əməyə  qənaət  və  əmək  məhsuldarlığı"  adlı 
mürəkkəb  fəsildə  istehsal  xərclərinin  formalaşmasının 
anatomiyasını  tədqiq  edərək,  ayn-ayrı  maddələr  üzrə  zəruri 
proporsiyaları  göstərməklə  onların  səmərəli  aşağı  salınması 
yolları  və  bu  prosesin  əmək  məhsuldarlığınm  yüksəldil- 
məsinə təsiri səviyyəsinin mexanizmi verilmişdir.
1965-ci  ildə  Azərbaycanda  A.Ə.Ələsgərovun  iştirakı  ilə 
ilk  dəfə  müəlliflər  kollektivi  tərəfmdən  "Kolxoz  və  sovxoz
46
iqtisadçısının  məlumat  kitabı"nm  nəşr  edilməsi  mühüm 
əhəmiyyət kəsb etmişdir.
İqtisadi  biliyin  və  qabaqcıl  təcrübənin  yayılması  üçün 
A.K.Ələsgərov  Azərbaycanm  görkəmli  iqtisadçı  alimləri  ilə 
birlikdə  bir  sıra  mühüm  əhəmiyyətə  malik  əsərlər  hazırlayıb 
nəşr  etdirmişdir.  Bunlann  arasmda  "İqtisadi  bilik  sosialist 
təsərrüfatçılığmda mühüm vasitədir",  "Qabaqcıl  təcrübə bol və 
ucuz məhsulun mənbəyidir" və başqalannı göstərmək olar.
"Azərbaycan 
SSR 
iqtisadiyyatmm 
çiçəklənməsi" 
monoqrafıyasında  kənd  təsərrüfatı  bölməsini  işləyərək, 
müəllif  ən  vacib  sahədə  baş  vermiş  müsbət  kəmiyyət  və 
keyfıyyət  dəyişikliklərinin  dinamikasını  kompleks  təhlil 
edərək  göstərməklə  yanaşı,  həll  edilməsinə  çox  böyük 
ehtiyac  olan təxirəsalınmaz problemlərə  də  diqqəti  cəlb  edir. 
Həmin illərdə məsələlərin bu formada qoyulmasına rəhbərlik 
tərəfındən  heç  də  müsbət  münasibət  bəslənilmədiyi  bir 
şəraitdə A.K.Ələsgərov obyektivliyi ön plana çəkir.
Onun elmi  rəhbərliyi  və bilavasitə  iştirakı  ilə çap  edilmiş 
"Müasir  dövrdə  Azərbaycan  sovet  kəndində  ictimai-iqtisadi 
irəliləmələr" monoqrafıyası respublikada bu problem üzrə ilk 
əsər  idi.  Əsərdə  şəhərlə  kənd  arasındakı  əkslik  və  fərqlərin 
mahiyyəti,  onların  aradan  qaldırılması  yolları  tədqiq 
edilmişdir.
"Kənd  təsərrüfatı  istehsalının  səmərəli  ixtisaslaşdırılması 
məsələləri",  "Azərbaycan  SSR-nin  Qərb  zonasında  kənd 
təsərrüfatının  ixtisaslaşdınlması"  və  1969-cu  ildə  nəşr 
edilmiş  "Kənd  təsərrüfatının  ixtisaslaşması  və  onun  iqtisadi 
effektivliyi"  əsərlərində  bu  problemin  metodoloji,  metodik 
və konkret məsələlərini kompleks işləmişdir.
47


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə