Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   ...   4   5   6   7   8   9   10   11   12

35 

 

filmlərinin də olması vacibdir.  Belə nəşrlərdən:  “Tıq-Tıq xanım”, “Cırtdan 



və div”, “Tülkü həccə gedir”, “Qız qalası” və s. Bu filmlərin köməyi ilə 

uşaqlar sevimli qəhrəmanlarına labirintdən çıxmağa kömək edir, riyazi və 

ya məntiqi məsələləri həll edir, oxu texnikasını təkmilləşdirmək üçün qaçan 

sətrin imkanlarından istifadə edirlər. 

Kompüter və uşaq yaradıcılığı. 

Uşaqlar kitabxana tədbirlərində iştirak etməklə ən yaxşı video çarxlı 

slaydın hazırlanmasına müsabiqəsinin qalibinə çevrilirlər. Həmçinin 

məktəblərdə onlara tapşırılan referatların və məruzələrin hazırlığı və 

rəsmiləşdirməsi, kompüter qrafikası və başqa yaradıcılıq işlərinın 

hazırlanması bacarığına yiyələnirlər. 

Ən yaxşı uşaq yaradıcılıq kompüter işləri müsabiqələrdə diqqətə 

çəkilir, hədiyyələr, diplomlar verilir. 

Özlərinin tərtib etdikləri “sevimli kitablar”  sərgilərdə nümayiş olunur, 

müxtəlif mövzular üzrə  hazırlanmış təqdimatlar kitabxananın saytına daxil 

edilir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



36 

 

 



                   

III. Valideynlər və uşaq mütaliəsinə rəhbərlik edənlərlə iş 

 

Uşaqları mütaliəyə cəlb etmək və  kitabla necə rəftar etmək  barədə də oxu 



zallarında divara vurulmuş belə plakatlardan istifadə etmək olar: 

 

“ Kitabları uzun ömürlü edək “ 



kitabsevərlərin devizi ) 

Kitabsevərlərin kitabla rəftarı: 

Kitabı təmiz və quru əllə götürürlər 

Səhifələrini yavaşca vərəqləyib baxırlar 

Vacib bildikləri yerə əlfəcinlər qoyurlar 

Müxtəlif frazaları sadə karandaşla qeyd edib, sonra pozanla yavaşca 

pozurlar 

Oxuduqları haqqında dostları ilə bölüşürlər 

Kitabdan lazım olan şəkil və sxemləri surətçıxarma aparatının köməyi 

ilə əldə    

edirlər. 

Lazım olan mətni konspektləşdirib yazırlar 

Oxuyub qurtarandan sonra kitabı yerinə qoyurlar 

Kitablar kitab rəfində və ya kitab dolabında saxlanılır 

Başqa yerə aparanda çantaya və ya sellofan torbaya qoyurlar. 

 



37 

 

 



 

Ulu öndər, ümummilli lider Heydər Əliyevin uşaqların sağlamlığı, 

onların yaxşı təlim və tərbiyə görməsi, vətənə və xalqa gərəkli övlad olaraq 

yetişməsi üçün gördüyü işlər bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən 

uğurla davam etdirilir. Nəzərə almaq lazımdır ki, bu gün Heydər Əliyev 

Fondunun uşaqlara göstərdiyi qayğı, bu sahədə gördüyü işlər cəmiyyətdə 

müsbət dəyərləndirilir. Hər zaman söylədiyim fikri bir daha təkrar edərək, 

demək istəyirəm ki, cəmiyyətdə, ictimaiyyətdə və şübhəsiz ki, ailələrdə 

uşaqlara olan münasibət yenilənməlidir.  

       Valideynlərin kitabxanaçılar tərəfindən maarifləndirilməsi olduqca 

mühüm amildir. Belə ki, valideynlərlə söhbət zamanı onlara bildirmək 

lazımdır ki, uşaqları mütaliəyə məcbur etməsinlər. Əksinə onlarda 

mütaliəyə  maraq yaratsınlar. Çünki uşaq psixologiyası elədir ki, uşaqlar 

onları nəyəsə məcbur etdikdə ondan daha da uzaqlaşırlar. Bilirik ki, uşaqlar 

çox vaxt böyüklərin etdikləri hərəkətləri təkrar etməyə çalışırlar. Elə bu 

səbəbdən də valideynlər boş vaxtlarında mütaliəyə vaxt ayırmalıdırlar. 

Onlar özləri mütaliə etməklə yanaşı uşaqları üçün də kiçik həcmli nağılları 

ucadan oxumalı, balacalarda mütaliəyə həvəs yaratmalıdırlar. Mütaliə 

uşaqların cəmiyyətə daha  yaxşı adabtasiyasına kömək edir. Hər bir 

valideyn ilk növbədə övladlarının oxuması üçün internetə yox, daha çox 




38 

 

kitabxanadan istifadə etməklə kitab, jurnal və qəzet almağa üstünlük 



verməlidirlər. Mütaliə mütləq vacibdir. Hər bir uşaq yaşından asılı 

olmayaraq oxumağa hazırlanmalıdır. Uşaqlar ana bətnindən oxumağa 

eşitməyə hazırlanmalıdır. Deyək ki, bir uşaq 4-5 ci sinifdə oxuyur, 

savadlıdır, zəkası əladır, amma oxumaq istəmir, ya da oxuyur amma dərsi 

danışa bilmir, bu bilirsiz nədən irəli gəlir, çünki uşaq bir başa kitabla 

kontaktda olmayıb, birbaşa jurnal oxumayıb. 

Bu məqsədlə kitabxananın kiçik oxu zalında valideyn guşəsinin olması 

məsləhətdir. Belə guşədə kitab, jurnallarla yanışı tövsiyələr də diqqətə 

çəkilə bilər. Məsələn, “Uşaqlarınızı necə mütaliəyə cəlb edə bilərsiniz” 

 

1.Hələ uşağınız dil açmamış ona kitab oxumağa başlayın. Əsasən 



“yeməkdən sonra” və “axşam yatanda oxu” yolunu tutun. 

2. Çalışın ki, seçdiyiniz kitablar kiçik həcmli – dili axıcı, sözləri sadə, 

qısa cümlələr və coxlu dialoqlarla olsun. Həm də uşağınızın marağına 

uyğun olsun. Məsələn, dinozavrlar, pişik və ya it. 

3. Uşağınıza, hətta o özü artıq oxusa da belə, kitab oxumağa davam 

edin. Yaxşı olar ki, mütaliə zamanı maraqlı bir yerdə dayanasınız və 

gedəsiniz. Sonra isə gəlib uşaqdan soruşun: “De görüm, harda qaldım?” 

4. Öz sevimli kitabınızı ona sevdirməyə çalışmayın. Yaxşı olar ki, 

həmin kitabı diqqət mərkəzində saxlayasınız. 

5. Tez-tez uşaqlarınızı kitabxanaya, böyük kitab mağazalarına aparın. 

Onların hansı kitablara marağı olduğuna fikir verin. 

6. Hətta oyun oynamağı kitab oxumaqdan daha çox sevirsə, qoy heç 

olmasa oyunun qaydalarını özü oxusun. Kompüter oyunları haqqında 

maraqlı kitablar tapın ki, oxusun. 

7. Yataqda oxumaq o qədər yaxşı olmasa belə, kitab oxumağa icazə 

verin. Uşağınıza deyin ki, yatağa müəyyən bir vaxtda uzanmalıdır: 20:30-da 




Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə