Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   2   3   4   5   6   7   8   9   ...   12

15 

 

kataloqunu tərtib etməlidir ki, oxucular bu kataloqun köməyilə özlərinə 



lazım olan ədəbiyyatı tapa bilsinlər. Saytda hətta balacalar üçün “Bacarıqlı 

əllər” dərnəyi rubrikası da açmaq olar. Burada uşaqlara kvilinq, aplikasiya, 

toxuma, oriqami  və s.texnikalarından istifadə qaydaları göstərilərək 

kitabxanada oxucuların düzəltdikləri gözəl əşyalar nümayiş oluna bilər. 

Bunlar da oxucuların İnternetdən faydalı istidadə etmələrinə kömək edər. 

Elektron nəşrlər bölməsində isə kiçik oxucular üçün bir-birindən maraqlı 

nağıl kitablarının Elektron versiyalarını yerləşdirmək olar.      

Viktorinaların və oyunların təşkili: 

 

Uşaqları mütaliəyə cəlb etmək üçün daha münasib və onların 



diqqətlərini cəlb edəcək üsullar seçmək lazımdır. Bildiyimiz kimi insan 

diqqəti ixtiyari və qeyri-ixtiyari olmaqla iki yerə ayrılır. Kitabxanaçılar hər iki 

istiqamətdə hərəkət edərək uşaqlarda mütaliəyə maraq yaratmalıdırlar. 

Bunun üçün kitabxanaçılar öz bilik və bacarıqlarına əsaslanmalıdırlar.  

Kiçik yaşlı  uşaqlarda mütaliəyə həvəs yaratmaq üçün mütaliəni onlara 

əyləncəli üsullarla aşılamaq lazımdır. Uşaqlar aparılan işin gedişindən zövq 

almalı, təbliğatın fərqinə belə varmamalıdırlar. Bu məqsədə nail olmaq 

üçün kitabxanaçılar uşaqlar üçün düşünülmüş oyunlar, viktorinalar 

hazırlamalıdırlar ki, uşaqlarda mütaliəyə qarşı sevgi və maraq yaratsın.  

Orta və yuxarı sinif şagirdləri üçün daha fərqli düşünülmüş oyunlar 

tətbiq etmək lazımdır. Bu yaş qrup oxucular arasında intellektual yarışlar 

keçirmək olar. Bu kimi oyunlarla uşaqlarda daha çox öyrənmək və bilmək 

rəqabəti yaratmaqla onları mütaliə etməyə cəlb etmək olar. Bundan başqa 

uşaqlar üçün müxtəlif fənnlər üzrə bilik yarışmaları da təşkil etmək 

mümkündür. Riyaziyyat, kimya, fizika və s. gecələrdə  şagirdlər müxtəlif 

fənlərlə əlaqədar olan kitablarla maraqlanır, onları əldə etməyə çalışırlar. 

Intellektual oyunlar zamanı iştirakçılar üçün maraqlı suallar hazırlanır.   



16 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iş təcrübəsində belə 



tədbirlər keçirilir. Ən maraqlı tədbir kimi bunu göstərə bilərik:  “Ən nümunəvi 

oxucu” adlı oxucu komandaları arasında yarış. Komandanın tərkibində 

müxtəlif yaş qrupları olur. Həmin yarışmanın I turunda iştirakçılar yalnız 

əldə olan məlumat nəşrlərindən (ensiklopediya, lüğətlər, soraq kitabları və 

s.) verilən informasiyanı axtarıb tapırlar. II turda kataloq, kartotekalardan 

istifadə etməklə, III turda isə yalnız İnternet axtarış saytları, virtual arayış,  

Elektron kartotekaların köməyindən istifadə etməklə yarışmada iştirak 

edirlər. Bununla da tez və düzgün tapmaqla qalib komanda müəyyənləşir 

və onlar kitabxananın fəxri diplomu olan  “Fəxri oxucu” adına layiq 

görülürlər. Həmin komanda üzvlərinin şəkilləri və onlar haqqında məlumat 

kitabxananın girəcəyində  “Bizi əvəz edən oxucularımız” başlığı altında 

divara vurulur.  

Kitabxanada “Bacarıqlı əllər” adlı dərnəkdə təkcə uşaqlar deyil, onların 

valideynləri də iştirak edirlər. Bu da uşaqları gördükləri işə valideynlərinin 

köməyi ilə daha da maraqla yanaşmalarına kömək edir. Onların 

düzəltdikləri gözəl əşyalar müxtəlif müsabiqələrdə, sərgilərdə nümayiş 

etdirilir.  

Kitabxanalarda viktorinalar biliklərin və bacarıqların qiymətləndirilməsi 

üçün təşkil olunur. Viktorinalar daha çox geniş kitab sərgilərində, kitab 

bayramlarında, kitab festivalında və mütaliə həftəsində uşaqların diqqətini 

cəlb etmək məqsədilə təşkil olunarsa faydalı olar. Bu tipli məşğələlərdə 

daha çox kitablar, müəlliflərlə bağlı suallar qoyulmalıdır.  

Kitabxana plakatlarında da viktorina- tapmacalardan da istifadə etmək 

olar. Hər hansı bir yazıçının yubileyi və ya mövzu üzrə hazırlanmış  bu 

plakatlarda uşaqlar məzmunu bildirən kitabdakı şəkillər, sitatlar, kiçik 

dialoqla hansı yazıçıya məxsus olması və ya hansı kitabdan olması 

cavabını tapıb sərginin yanında yerləşdirilmiş poçt qutusuna ata bilərlər. Ən 

çox düzgün cavab tapan oxucunu  qiymətləndirməklə oxucuları 




17 

 

həvəsləndirmək olar. Məsələn: F.Köçərli adına Respublika Uşaq 



Kitabxanasında Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar “Hikmət 

xəzinəsi” adlı kitabxana plakatını buna misal göstərmək olar.  

Yazıçılarla görüşlərdə, Kitab bayramlarında kiçik yaşlı uşaqlar 

arasında keçirilən “Boxçadan suallar”, “Sandıqçadan suallar” kimi maraqlı 

viktorinalar nağıl qəhrəmanları tərəfindən keçiriləndə uşaqlarda daha çox 

maraq doğurur. Cırtdan öz torbasından hədiyyələr çıxarıb düzgün cavab 

tapanı qiymətləndirir.  

 

Nağıl otağı 



 

Uşaqlara kiçik yaşlarından kitabı sevmək, kitabxananın əhəmiyyətini 

anlamaq kimi mühüm   bacarıqlar aşılanmalıdır. Onlar kitabxanada olarkən 

artıq kitabların onların həyatında necə müsbət rol oynadığını, daha çox 

biliklərə malik olduqlarını anlayacaqlar. Bu məqsədlə Mərkəzi Kitabxana 

Sistemlərinin uşaq şöbələri və bütün filillarında Nağıl otağının olması 

zəruridir. Nağıl otağında onlar özlərini nağıllar aləmində olduqları kimi hiss 

edəcək, sərbəstlik, asudə vaxtlarından düzgün istifadə etməklə təkcə öz 

nağıllarımızı deyil, müasir dünya xalqlarının nağılları haqqında informasiya 

əldə edə biləcəklər. 

MKS-in uşaq şöbə və filiallarında Nağıl otağının yaradılması 

kitabxanaya kiçik yaşlı oxucuların cəlb olunması istiqamətində daha uğurlu 

addım ola bilər. Yerlərdə yaradılacaq Nağıl otaqlarında folklorumuzun ən 

yaxşı nümunəsi olan nağıllarımızı yaşatmaqla kiçik yaşlıları kitabxanaya 

cəlb etmək, onlarda mütaliə mədəniyyətinin formalaşmasına nail olmaqdır. 

Nağıl otaqlarının yaradılması və onların ən zəruri avadanlıqlarla təmin 

olunması əsas şərtlərdən biridir. Təşkil olunan Nağıl otağını “Bacarıqlı əllər” 

dərnəyinin, fəal oxucuların köməyi ilə bəzəmək olar. Nağıl otağında 

uşaqların səsli nağıl disklərini dinləmək üçün DVD maqnitafonu, kompyuter, 



Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə