Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   2   3   4   5   6   7   8   9   ...   12

11 

 

 



 

Uşaqlara körpəlik dövründən kitabı sevmək, kitabxananın əhəmiyyətini 

anlamaq, diqqət , öz fikrini, rəyini ifadə etmək kimi bilik və bacarıqlar 

aşılanmalıdır. Uşaq kitabların onun gələcək həyatına olan təsirini 

anlamalıdır. Uşaqların əksəriyyəti kitabxanada özlərini düzgün apara bilmir

orada bərkdən danışır, bəzən kitabın üstündə yemək yeyir, kitabı yazır və 

istədikləri materialı kəsib götürürlər. Kitabxanadan istifadə qaydalarını 

bilmədikləri üçün ona lazım olan ədəbiyyatı yerinə qoymaq, tapmaq yorucu 

olur. Bəzi uşaqlar xüsusi fitri istedada malik olur və onların istedadlarını 

genişləndirmək üçün dərnəklərin təşkili vacibdir. Təəssüflər olsun ki, uşaq 

kitabxanalarında belə dərslərin keçirilməməsi səbəbindən uşaqların 

əksəriyyəti kitabxananın sirlərinə yiyələnə bilmir, kitaba və başqa əşyalara 

qayğı ilə yanaşmır, lazım olan materialı və ya kitabı düzgün axtarma 

metodunu bilmirlər.. 

Kitabxana dərslərinin, məşğələlərinin keçirilməsində məqsəd odur ki, 

uşaqlar kitabxana qaydalarına yiyələnsin, kitabxanadan özləri sərbəst 

istifadə etsin. Bu dərslərin köməyi ilə biz uşaqlara kitab, onun yaranması, 

kitabların rəflərdə düzülüşü, kitabı axtarma metodları haqqında məlumat 

verməli, kitabxanada oxucuların özlərini necə aparması qaydalarını 

öyrətməliyik. Belə dərnəklərin köməyi ilə uşaqlar  özü kitab düzəldir, ona ad 




12 

 

verir, illüstrator özü olur. Beləliklə onlar öz səyləri nəticəsində yaratdıqları 



hər bir şəklin, kitabın və digər əşyaların əziyyətlə düzəldiyini anlayacaqlar. 

Bu dərslərdə uşaqlar sərbəst olaraq fikirlərini ifadə edərək qavrayış və 

bacarıqlarını genişləndirəcəklər. MKS-nin uşaq şöbələrində barmaqcıqlı, 

kukla teatrının olması uşaqlara nağıl qəhrəmanlarını tanıtmaq, görmək, 

duymaq imkanı verir. Bunun üçün şirma arxasında uşaqların öz 

düzəltdikləri və səsləndirdikləri nağıl personajlarından istifadə etmək olar. 

Həmçinin dərnəklərdə uşaqlar barmaqcıqlı və kukla teatrı üçün 

qəhrəmanlar düzəltmək imkanı əldə edəcəklər. Bu dərslərin keçirilməsi 

biliklərə yiyələnməkdən yorulmamaq, daim yeniliklər aşkar etmək, hər bir 

şeyə qayğı ilə yanaşmaq, ətrafda estetik zövq yaratmaq kimi prinsipləri 

aşılamaq məqsədi daşıyır. 

 

 



Kitabxanada   keçirilən dərsləri aşağıdakı mövzular üzrə təşkil etmək 

olar:  


Kitabxana nədir, nə üçün lazımdır? Nə üçün orada bərkdən danışmaq, 

qaçmaq, kitabın üstündə yemək  olmaz? 

Kitab haqqında məlumat. Kitab necə yaranıb, necə təşkil olunub və 

rəflərdə necə düzülür? 

Kitabların ünsürləri haqqında məlumat. 



13 

 

Kitabın üzü ilk baxışdan bizə nə məlumat verir? (kitabın üzünü çək və 



kitabın nə haqda olacağı barədə öz fikirlərini yaz) 

Başlıq nədir? (Şəklə bax və başlığı fikirləş. Şəkilləri rənglə) 

İllüstrator kimdir? (Siz illüstrator olacaqsınız və hekayənin məzmununa 

uyğun şəkil çəkəcəksiniz) 

Müəllif kimdir? 

Şəkilli kitab kimlər üçündür? (Hekayəni dinlə, həmin hekayəyə uyğun 

şəkil çək) 

Diskli nağıl kitabı. (Dinlədiyin nağılda  xoşuna gələn nağıl 

qəhrəmanının şəklini çək) 

 Səsli nağılı dinlə, onun qəhrəmanları haqqında fikir yürüt. Nağıla ad 

qoy. 

 

Dərnəklərin təşkili: 



Uşaqları maraqlı həyat aləminə aparmaq, ziyanlı işlərlə məşğul 

olmaqdan qorumaq, onların əsl şəxsiyyət kimi yetişməsinə kömək etmək 

məqsədilə təşkil olunan dərnəklərin işini səmərəli qurmaq kitabxanaçının 

əsas vəzifəsidir. Bu dərnəklərdə aşağıdakı ìstìqamətlərdə ìşlər aparıla 

bilər:  

—  müasìr uşaq və yazıçılarının tanıdılması baxımından bədii qiraət;  

— yenì yazmağa başlayan gənc  şaìrlərìn şerlərìnìn dìnlənìlməsì və 

müvafìq tövsìyələrìn verìlməsì;  

— musìqì və poezìya nümunələrìndən vəhdətdə ìstìfadə edìlməsì;  

— tarìxì günlərìn və bayramların, habelə görkəmlì elm və sənət 

adamlarının yubìleylərìnìn keçìrìlməsì;  

— müxtəlìf mövzularda ədəbì-bədìì kompozìsìyaların hazırlanması və 

ìfası;  

— uşaq şaìr və yazıçıları, əmək və müharìbə veteranları , bəstəkar və 

alìmlərlə görüşlər.  



14 

 

Bu ìşlər kitabxananın özündə və filliallarının tərkìbìndə fəalìyyət göstərən 



aşağıdakı dərnəklər və klublar vasìtəsìlə həyata keçìrìlìr:  

1) bədìì qìraət və bədìì ìfaçılıq dərnəyì;  

2) şahmat dərnəyì;  

3) rəsm dərnəyì;  

4) bədii tikmə, “Qızıl əllər” dərnəyì;  

5) gənc tərcüməçilər klubu;  

6) ədəbì-bədìì kompozìsìyaların hazırlanması və ìfaçılığı dərnəyì;  

7) ekologiya klubu;  

8) şən və hazırcavablar klubu. 

 

Valideynlər uşaqlarını dərnəklərə yazdırmaqla onların asudə vaxtını 



düzgün təşkil edir. İstedadlı uşaqlar məhz bu yaradıcı klub və dərnəklərin 

köməyi ilə üzə çıxır.   

 Dərnəklərdə dərslərin möhkəmləndirilməsi və dərslərə marağın 

genişləndirilməsi üçün aşağıdakı bilik və bacarıqlar öyrədilməlidir: 

Kağızdan müxtəlif fiqurların düzəldilməsi 

Xüsusi karton kartların hazırlanması 

Müxtəlik formalı kitabların hazırlanması 

Barmaqcıqlı nağıl qəhrəmanlarının düzəldilməsi 

Əlfəcinlərin düzəldilməsi 

Kitabxananın planının çəkilməsi 

Toxuma bacarıqlarnın aşılanması 

Müxtəlif tədbirlər üçün emblemlərin hazıranması 

 

Oxucuların diqqətini cəlb etmək üçün uşaq kitabxanalarının saytları 



rəngarəng dizaynda olmalı, cizgi filmi və nağıl qəhrəmanlarının 

şəkillərindən istifadə edilməlidir. Saytdakı məlumatlar vaxtaşırı 

dəyişdirilərək yenisi ilə əvəz edilməlidir. Kitabxana eyni zamanda Elektron 



Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə