Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   ...   4   5   6   7   8   9   10   11   12

28 

 

II Uşaqlarda mütaliə mədəniyyətinin aşılanması 



 

Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol 

oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat 

təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Uşaqlarda 

mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən 

biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. 

İki mərtəbədən ibarət olan Mərkəzi Kitabxana Sisteminin binasının 

vestibülündə uşaqlar üçün nağıl otağı təşkil etmək olar. Nağıl saatı üçün 

müəyyən günlər təyin etməklə, onları mütaliəyə cəlb etmək olar.  

Litva Milli Uşaq Ədəbiyyatı Mərkəzinə səyahət 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları 2013-cü ilin 

noyabrında Litva Milli Uşaq Ədəbiyyatı Mərkəzində olmuşdur. Onların iş 

təcrübəsindən çıxış edərək demək olar ki, həmin kitabxanada 

kitabxanaçılar nağıl qəhrəmanlarının paltarını geyinib, nağıl saatına gələn 

oxucuları qarşılayaraq onları ikinci mərtəbədə yerləşən nağıl otağına 

aparırlar. Bəzən kitabxanaçılar elə qrimlənirlər ki, oxucular onların 

kitabxanaçı olduğunu belə bilmir.  

Şəkildə gördüyünüz kimi,  uşaqlar ilk dəfə kitabxanaya qədəm qoyanda 

onları nağıl qəhrəmanları salamlayır. Sonra isə balacalar kitabxananı gəzib 

tanış olur, abonement, oxu zalından istifadə edirlər. 




29 

 

Litva Uşaq Ədəbiyyatı Mərkəzində olarkən, biz kənd kitabxanalarında da 



olduq. Litvanın Uşpaley kənd kitabxanasında olduğumuz vaxtda əl işləri 

müsabiqəsi ilə bağlı tədbir  gözlənilirdi: İstifadəsiz kişi qalstuklarından nə 

düzəltmək olar?  Təxminən 30-a yaxın əl işləri pərdə altında lövhədən 

asılmışdı. Çox maraqlı güllər, başa taxmaq üçün çalma, kəmər və s. 

düzəldilmişdi. Kənd icra nümayəndəliyi biz kitabxananı tərk edəndə əlində 

böyük bir bağlama kitab, digər hədiyyələrlə kitabxanaya daxil oldu. 

Kitabxanada uşaqlarla tolerantlıq, diyarşünaslıqla bağlı çox maraqlı işlər 

görülür. Biz onlardan bu birləşmənin mənfi və müsbət cəhətlərini soruşduq. 

Kənd kitabxanasında işləyən cavab verdi ki, əvvəllər mənim işim çox sakit 

şəkildə olurdu, indi isə məktəb kitabxanasında səs-küy, zəngin səsi və s. 

bunlara öyrəşmək lazımdır. Amma istifadəçilərin sayı çoxdur. Bu da 

tədbirlərin maraqlı, yəni onların maraqlarına uyğun şəkildə 

keçirməyimizdən asılıdır. Kitabxanadan uşaqları ilə bərabər valideynlər də 

iştirak edirlər. Tamamilə tənha qocalar üçün xüsusi günlərdə, yəni bazar 

günləri bələdiyyənin köməyi ilə tədbirlər təşkil edirik. Onlara internetdən 

istifadə qaydaları, yaxınları ilə əlaqə qurmaq imkanı, banka getmədən 

kommunal xərclərin (işıq, telefon, su və s.)ödənilməsi kimi xidmətləri həyata 

keçiririk. Kitabxanada uşaqlar üçün Barmaqcıqlı və kukla teatrı fəaliyyət 

göstərir. Teatr personajlarını uşaqlar və valideynlər hazırlayır. Uşaqların 

mütaliəsi üçün hər bir şərait vardır.  

 

  

 



 


30 

 

Balaca oxu zalında 3 kompüter uşaqlara xidmət üçün yerləşdirilmişdir. 



Kitabxanaya daxil olanda internetin pulsuz olması, WI-FI olması barədə hər 

bir oxucuya məlumat verilir. 

 

 

 



 

“Kitabxanaya kitablar hədiyyə etsən, bu kitabları gələcəkdə özünə 

hədiyyə etmiş olarsan” yazısı  altında kitablar toplanaraq ucqarlarda 

yerləşən kitabxanalara hədiyyə edilir.  

Litva Uşaq Ədəbiyyatı Mərkəzində apardığımız müşahidələrdən 

məlum oldu ki, oxucu və mütaliə problemini Elektron kitabxana, kütləvi 

tədbirlər və yaradıcılıq dərnəkləri, görkəmli şəxslərlə maraqlı görüşlər, ən 

əsası isə kitabxanaların yeni nəşr olunan uşaq ədəbiyyatı, cari nəşrlərlə 

mütamadi olaraq təchiz olunması yolu ilə  aradan qaldırmaq mümkündür.  

 Yuxarı sinif şagirdlərinin, xüsusilə yeniyetmələrin kitabxanadan az 

istifadə etməsi və yaxud heç istifadə etməməsi məqsədilə ilə apardığımız 

monitorinqlərə, müxtəlif rəy sorğularına əsasən nəticələri təhlil edərkən 

aşağıdakıları müəyyənləşdirməyə bizə imkan verdi:   



31 

 

Uşaqların və yeniyetmələrin ədəbiyyata marağı azalmışdır, asudə 



vaxtlarda oxunan mütaliənin səviyyəsi aşağı enmişdir; 

Mütaliə fərdi və  səthi xarakter daşımağa başlamışdır; 

Ancaq məktəb proqramı üzrə kitab oxuyan uşaqların sayı artmışdır; 

Əyləncə xarakterli mütaliəyə daha çox üstünlük verilməlidir; 

Aşağı səviyyəli kütləvi informasiyanın təsiri özünü göstərir;  

Jurnallar, qəzetlər  kitablara nisbətən daha çox mütaliə edilir; 

Klassiklər, xarici və yerli yazıçıların əsərlərinə maraq azalmışdır.  

Bütün bunlara modernləşdirmə ilə bağlı  xarakterik iqtisadi  problemlər də 

əlavə olunmuş və kiçik yaşlı uşaqların və yeniyetmələrin  inkişafına  öz  

təsirini göstərmişdir.  

Bütün kitabxanalar sosioloji obyekt kimi daim uşaqların mütaliəsində 

yeniliklər etməli, qarşıda duran maneləri vaxtında aradan qaldırmalıdırlar. 

Həmçinin uşaq şöbələrində aliləvi oxu abonementinin daha da maraqlı 

olması üçün mütləq valideyn, hüquq mərkəzləri yaradılmalıdır. Kitabxanalar 

icra nümayəndəliyindən ərazisində olan əlillərin ünvanlarını, təhsil aldıqları 

məkanları öyrənməklə onlara kitabxana xidməti göstərməlidirlər. Əlillərlə 

işləyən kitabxanaçılar müəyyən tədbirlərə, məsələn əl işləri, rəsm və inşa, 

esse müsabiqələrinə onları cəlb etməlidirlər. Hər bir kitabxanaçı əlillərlə 

işləmək üçün kitabxanada müvafiq şəraiti yaratmalıdırlar.  

 

 Oxucuların informasiya mədəniyyəti 



İnsan zəkası da kainat kimi nəhayətsizdir, sonsuzdur. Zaman-zaman 

sərhədlərini genişləndirir, yeni-yeni üfüqlərə can atır. Dünən əlçatmaz 

görünən arzuları, xəyalları əsrlər keçdikcə insan zəkası pillə-pillə, addım-

addım gerçəkliyə çevirir; dünənki möcüzə bu gün adiləşir. Elə buna görə də 

biz: “Dünyanın ən böyük möcüzəsi insan zəkasıdır” - deyəndə, səhv 

etmərik. Çünki o durmadan inkişaf edir. 




Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə