Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   ...   4   5   6   7   8   9   10   11   12

39 

 

ya yatmalı, ya da kitab oxumalısan. Çox vaxt uşaqlar yatmaq əvəzinə kitab 



oxumağı üstün tuturlar.  

8. Uşaqlarınızın oxumaq istədikləri kitabları heç vaxt əlçatmaz yerə 

qoymayın. Qoy kitablar onların olduqları hər bir yerdə olsunlar ki, müəyyən 

vaxt tapanda oxuya bilsinlər.  

9.Uşaqlarınızı kitabı axıra qədər oxumadığı üçün cəzalandırmayın, ola 

bilsin ki, həmin kitab onun üçün maraqlı olmasın. Həm də soruşmayın ki, 

başa düşmüsən, xoşuna nə gəldi? və s. 

10. Ən vacib və əsas yol: nümunə olmaq. Evdə televizor qarşısında 

seriallara baxmaq əvəzinə mütaliə ilə məşğul olun. Uşaq görsün ki, mütaliə 

sizin xoşunuza gəlir. Onda uşaqda sizin oxuduğunuz kitabla maraqlanmaq 

həvəsi oyanacaqdır. 

 

  Valideynlər üçün təşkil olunmuş kitab sərgilərində onların maraqlarına 



uyğun kitablarla yanaşı, rəfdə belə bir bölmə vermək olar: bu kitabları 

uşaqlarınıza oxuyun. Kitabları balacalara sevdirmək məqsədilə tövsiyə 

olunan kitablarda yaş qrupları nəzərə alınmalıdır. Sərgidə hətta 

kitabxananın abonement şöbəsində olmayan kitabların əldə edilməsi üçün 

nəşriyyatın vizit kartını da valideynlərin diqqətinə çatdırmaq olar. Bəzən 

valideynlər vaxt qıtlığı baxımından kitabları evdə oxumağa üstünlük verirlər. 

Belə olan halda nəşriyyatların, kitab mağazalarının vizit kartları onların 

köməyinə gələr.  Kitabxanaçı valideynlərə sərgidəki kitablar haqqında da 

ətraflı məlumat verməli və onları inandırmalıdırlar ki, siz özünüz mütaliə 

etsəniz, uşağınız da sizə baxıb mütaliə edər. Söhbət zamanı bu 

məlumatları onlara vermək olar:   

 

 




40 

 

  



 

“Kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət 

təsirləri var. Kitab oxuyarkən ürək döyüntüsü normallaşır. Kitab oxumağın 

orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı 

nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq 

insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə 

kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir. Sahib olduqları 

məlumatların yarıdan çoxunu oxumaqla əldə edən insan hər zaman 

yuxarıda qeyd olunmuş avantajların bir çoxuna sahib olmaqla bunlardan 

məharətli şəkildə istifadə etmiş, düşüncə, bacarıq və iş baxımından 

digərlərindən də fərqlənmiş olur. Oxuyaraq bir çox şeyin əslini öyrənən 

insanda eyni zamanda özünə inam olur, qətiyyətsizlikdən uzaq olur. Çox 

kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olmağın təsiri ilə gözəl nitq 

qabiliyyətinə malik olur, danışarkən hikmət dolu sözlərlə insanların ürəyinə 

asanlıqla yol tapa bilir. Bu da insanlarla münasibətini mükəmməlləşdirir, 

ictimaiyyətdə aktiv rol oynayan birinə çevirir. Zəngin söz ehtiyatına sahib 

olmağın başqa bir xüsusiyyəti isə sahibinə daha geniş düşünmə imkanı 

verməsidir. 

Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə 

asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan 




41 

 

həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən 



evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirən 

insan bu vaxtınının heç olmasa bir saatını kitab oxumağa ayırsa, bir 

çox  müsbət keyfiyyətlər qazanmaqla yanaşı vaxtını dəyərləndirmiş olar. Ya 

da İnternet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə 

məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının 

üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar cəmiyyətin 

ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında 

olmaqdan qurtulmuş olar.  

Kitab oxumağı alışqanlıq halına gətirmiş insanlar bunun üçün xüsusi vaxt 

ayırmaz hər fürsəti dəyərləndirərlər. Yol gedərkən, birini gözləyərkən, 

səyahətə çıxarkən və mümkün olan hər vəziyyətdə oxuyacağı kitabı 

yanından ayırmazlar.  

Kitab oxuma alışqanlıq  insanda tərbiyəvi bir xüsusiyyətdir. Bir çox məsələ 

kimi bu da insanda kiçik yaşlarından, hətta, bəzi alimlərə görə ana 

bətnindən başlayır. Uşaqlar anlamasalar belə valideyinlərin onların yanında 

uca səslə kitab oxuması körpələrdə kitablara sevgi yaradır. Xüsusən də 

uşaq zehninin ən intensiv dövrü sayılan üç-altı yaşlar arasında bunu etmək, 

təqdirə layiq bir addımdır.” 

       Oxuyanın mənəvi inkişafına fayda verəcək kitablar eyni zamanda onun 

vəsvəsəyə qapılmasını və ümidsizliyə düşməsinin qarşısını alır. 

Unudulmamalıdır ki, kitablar fikir müharibəsinin silahlarıdır. Oxuyan və 

oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir, 

fərqlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir... 



42 

 

 



Bir çox valideynlər övladlarının qətiyyən kitaba yaxın gəlmək 

istəmədiyindən şikayətlənirlər. Onlar heç cür başa düşmürlər ki, bu nədən 

irəli gəlir. Axı həm kitabın özü, həm də şəkilləri çox maraqlıdır!  

          Belə rəftarın çox sadə səbəbi vardır: uşaqlar sadəcə olaraq onlarda 

rahat alınan şeyləri xoşlayırlar və özlərini zəhmətə salmaq istəmirlər. Tez 

bir zamanda sürətli mütaliəyə alışmaq hər uşaqda alınmadığından, 

əziyyətlə hərfləri sözlərə bir-bir əlavə etməkdənsə, onlar rahatca televizor 

və kompüter qarşısında əyləşməyə üstünlük verirlər. Axı burada hər şey 

rahat anlaşılır və aydındır. Kitabda isə oxuyana qədər, maraqlı yerə çatana 

qədər... 

     Öz uşaqlarında mütaliə sevgisi yaradacaqlarına ümidlərini itirməmiş 

valideynlər mütəxəssislərin, kitabxanaçıların məsləhətlərinə qulaq 

asmalıdırlar. Biz kitabxanaçılar məsləhət görürük ki, əsas kitabın oxunma 

müddətinin uzun olması deyil, mütəmadiliyidir. Yəni mütaliə uzun müddətli 

yox, qısa fasilələrlə və tez-tez olmalıdır. Çünki insan yaddaşı uzun müddət 

gözün qarşısında duran məlumatı yox, gözün önündən çəkilən və yenidən 

görünən məlumatı daha yaxşı yadda saxlayır. Övladınıza sürətli mütaliəni 

öyrətmək üçün onunla kiçik fasilələrlə (bir məşğələni 5 dəqiqəlik hissələrə 




43 

 

bölərək) məşğul olun. Onu iki saat ardıcıl olaraq kitab arxasında oturmağa 



vadar etməyin. 

      Çox vaxt valideynlər televizor və kompüterin rolunu düzgün 

qiymətləndirmirlər. Onlar belə hesab edirlər ki, bu əşyalar öz işlərini 

görüblər və uşağın oxumaq həvəsini həmişəlik öldürüblər. Valideynlər belə 

düşünərək uşaqlarında kitab oxumaq vərdişini yaratmağa cəhd də etmirlər. 

Belə yanaşma tərzi kökündən səhvdir: səbrlə, məcbur etmədən, uşaqda 

kitab oxumağa həvəs yaratmaq lazımdır. Uşağa kitabın məzmunu barədə 

bir qədər maraqlı məlumat verib marağını oyatmaq, amma tam 

məzmununu danışmamaq yaxşı üsuldur. Əgər onda maraq oyansa, çox 

ehtimal ki, özü kitabı götürüb əvvəldən axıra qədər oxuyacaq.  

 Amma valideynlər görsələr ki, uşaq əvvəlki kimi yenə də oxumağa meyl 

göstərmir, onda qənaətli oxuma rejiminə keçmək lazımdır. Bu, o deməkdir 

ki,hər 2-3 sətirdən sonra bir qədər dincəlmək lazımdır. Burada silsilə 

şəkillərin çox xeyri ola bilər. Uşaq qısa mətni oxuyub şəklə baxar və dərhal 

növbəti mətnə keçər. Hətta qısa mətnləri valideyn və uşaq növbə ilə də 

oxuya bilərlər.  

     Uşağı sürətli mütaliəyə alışdırmaq üçün əla nəticə verən üsullardan biri 

də yatmazdan öncə kitab oxumaqdır. Məsələ ondadır ki, emosional yaddaş 

günün sonunda baş vermiş hadisələri ayırır və insan yatdığı zaman hələ də 

bu hadisələrin təsiri altında olur. Buna görə də beyin sürətli oxunuşu 

ayıracaq və tədricən ona alışacaq.  

     Uşağın nə oxuduğu da çox önəmlidir. Pis kitab uşağın zövqünü korlaya 

bilər. Halbuki bu müddətdə uşaq yaxşı kitab oxuya bilərdi. Məhz bu 

məqamda uşaqların kitab seçimində kitabxanaçının məsləhəti ilə valideyn 

nəzarəti çox vacibdir. Bu seçimi asanlaşdırmaq üçün sadəcə yay tətilində 

oxumaq üçün məlumat-biblioqrafiya şöbəsinin hazırladığı ədəbiyyat 

siyahısını əldə etmək kifayət edər. Belə siyahılarda  uşaqların yaşları, hansı 

sinifdə oxumaları nəzərə alınır. Valideynlər rahatlıqla orada qeyd olunan 




44 

 

kitablardan istifadə edə bilərlər. Kitabxanaların yay mövsümündə təşkil 



etdikləri “Yay oxu zalı”ndan da valideynlər düzgün bəhrələnə bilərlər. Belə 

ki, ailə bu istirahət məkanlarında təkcə dincəlməyəcək, həm də kitab 

oxumaqla öz dünyagörüşünü artıracaq, mütaliəyə uşaqların həvəsi 

artacaqdır. “Yay oxu zallarında” kitabxanaçılar ən gözəl ədəbiyyatları seçib 

ortaya çıxarmalıdırlar ki, oxucularda mütaliəyə həvəs yaratsınlar. Həmçinin 

“Yay oxu zalı”ndan istifadə edənlərə kitabxananın əlfəcinləri paylanır, hansı 

ki, əlfəcində kitabxananın ünvanı, əlaqə telefonu qeyd olunmuşdur.      Çox 

yaxşı olar ki, valideynlər uşaqla oxunan kitabın məzmunu barədə müzakirə 

aparsınlar. Bu iş həm nitqin inkişafına, həm də məzmunun düzgün 

anlaşılmasına kömək edir və mühüm tərbiyəvi əhəmiyyətə malikdir. 

Uşaqların sürətli oxu qabiliyyətinə yiyələnmələri və kitaba sevgi bəsləmələri 

üçün valideynlərdən böyük səbr və dözüm tələb olunur. 

“Oxumaq vərdişi ailədə qazanılmalıdır”.  

Psixoloqlar belə hesab edirlər ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə 

qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin 

etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab 

edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu 

zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. 

Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və 

maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir. 

        Almaniyalı pedaqoqlar deyir ki, nağıllara inamın öldüyü gün uşaqların 

inkişafı dayanacaq. İndi bir çox valideyn uşaqların daha nağıllara 

inanmadığından şikayətçidir. Bu inamı yaşatmaq üçün, gələcəyimiz olan 

uşaqların inkişafı naminə uşaq ədəbiyyatının nəşrini gücləndirmək, 

səmərəli təcrübələrdən yararlanmaq lazımdır.  

       MKS-in uşaq şöbələrində və filiallarında,  multimedia zalında 

kompüterin üzərində belə bir yazı qoyulmalıdır: 7 yaşına qədər uşaqlar 

yalnız valideynin icazəsi olarsa, 20 dəqiqə kompüterdən istifadə edə bilər. 




45 

 

Valideyn guşəsində kompüterin uşaqlara olan zərəri barədə də 



məlumatlar yerləşməlidir:  

Məsələn: Kompüter: Sağlamlığımıza vurduğu ziyan və onu necə aradan 

qaldırmaq olar?  

Kompüterin gözə ziyanı nə qədər təhlükəlidir? Kompüter ən çox gözə 

təsir edir. Adətən istifadəçilər bir az çox işlədikdə baş ağrısı, baş 

gicəllənməsi olur. Fasilə vermədən kompüterdən istifadə etdikdə isə görmə 

zəifləyir. Çox vaxt yaxını görmə qabiliyyətinin zəif olması irsi, qaranlıqda 

mütaliə, televizordan da asılı olur. Kompüterdən düzgün istifadə etdikdə isə 

bu halların qarşısını almaq olar: 

Monitordakı təsvirlərin tez-tez tutulması halları olarsa, ekranı 

yeniləmək lazımdır.  

Təsvirin məzmunu çox olanda göz yorulur. Göz musiqi altında statistik, 

böyük ölçülü  şəkilli təsvirləri daha asan qəbul edir. Ona görə uşaqlar 

disklərdən istifasə etdikdə şəkillər musiqili, müəəlifin danışığı ilə verilirsə 

bunun uşaqların gözünə ziyanı olmur.  

Gözü ən çox yoran kompüterdə şəkil çəkməkdir. Burada musiqi əksinə 

onların fikirlərini yayındırır, hansı ki, bütün işi göz görür.  

Görməyə daha çox təsir edən ünsürlərdən biri də mətnin kompüterdən 

oxunmasıdır. Məhz bu xüsusiyyətinə görə də İnternet- çox təhlükəlidir, ona 

görə ki, lazım gəlir ki, çox və  tez-tez oxuyasan. 

Nəhayət, gözü ən çox öldürən – kompüter oyunlarıdır. Hərəkətli 

təsvirlər, xırda elementlər – hamısı gözü yorur, hansı ki, onun dincəlməsi 

çox vaxt tələb edir.  

Uşaqların səhhətinə təsir edən ziyanlı faktorlardan biri də kompüterdə 

işləməkdir. Kompüter arxasında oturarkən ekranla onun arasında müəyyən 

məsafə (30-40 sm) olmalı, ekrana baxmaqla əlləri də eyni zamanda 

klaviatura üzərində işləməlidir. Bu hal bədəni müəyyən vəziyyətdə düzgün 



46 

 

saxlamağa xidmət etməklə, işin axırına qədər dəyişməməyə sövq edir. Bu 



səbəbdən düzgün oturuş vacib şərtlərdəndir: 

Tənəffüs sistemi. Klaviaturada yazmaqla əllərin qabağa uzanması döş 

qəfəsində tənəffüsün azadlığını pozur. Bir çoxlarında öskürək, astma 

xəstəliklərinin inkişafına səbəb olur.  

Kürək, boyun və başda ağrılar. İnsan bədəni uzun müddət eyni 

vəziyyətdə oturmağa öyrəşməmişdir. Belə halda əzələlərə qan yaxşı 

işləmir, əsəbləri gərginləşdirir.  

Ostexondroz. Uzun müddət kompüter arxasında oturmaq sümük-əzələ 

sisteminə çox təsir etməklə, onurğa sütununda əyrilik əmələ gətirir.  

Əl barmaqlarında damarların gərilməsi. Bu ən çox peşə xəstəliyidir. 

Kompüterdə işləyərkən çox yazıların yazılması, xırda şriflərlə işləmək 

həmin adamı yorur, onda xroniki xəstəliyin yaranmasına gətirib çıxarır.  

Kompüter arxasında necə oturmaq lazımdır? 

Kompüterdən istifadə edərkən oturacağ çox rahat olmalı, rahat 

vəziyyətdə oturub işləməlisən. Kürəyi oturacağa söykəyib düz oturmalısan, 

ayaqların isə mütləq döşəməyə dəyməlidir. Başını dik saxlamalı, çox 

gabağa uzatmamalısan.  Oturacağ bərk olmalı, bel hissə mütləq 

söykənməlidir. Buna dörə də kompüter alarkən mebellər düzgün 

seçilməlidir. Masa, oturacaq, digər aksesuarlar xüsusi olaraq uşaqlar üçün 

seçilməlidir.  

Oturacaq rolikdə olmalı, dirsəklər üçün söykənəcək olmamalı, stulun 

mütləq kürək üçün arxalığı, oturacağı fırlanmalıdır ki, uşaq istədiyi vaxtda 

oturduğu yerdə başqa istiqamətlərdə dönməklə, həm döş qəfəsi, həm də 

onurğa sütununu hərəkət etdirə bilsin. Belə oturacaqları hündürlüyə görə 

uzadıb kiçiltmək olur.  

Masa xüsusi olaraq kompüter üçün hazırlanmalı, aşağı siyirməsi 

diyircəklər üzərində hərəkətli  olur ki, klaviatura onun üzərində yerləşir. 

Məsələ ondadır ki, uşaq yazanda, şəkil çəkəndə, mausla işləyəndə, ona 




47 

 

hündür masa lazımdır. Çap edəndə klaviatura ilə masanın hündürlüyü 



arasındakı məsafə 7-10 sm aşağı olmalıdır.  

Ən vacib faktorlardan biri də psixi gərginlikdir. Kompüterdə işləyərkən 

diqqəti cəm etməyi bacarmalısan. Maraqlı oyunlar çox gərginlik tələb edir, 

hansı ki,  adi şəraitdə bu belə olmur. İşləyərkən mütləq arada (hər 30 

dəqiqəyə 15 dəqiqə, böyüklərə isə 10 dəqiqə) tənəffüs etmək lazımdır. 

Tənəffüs vaxtı gözün yorğunluğunu aradan qaldıran fiziki məşqlər etmək 

lazımdır. 

Uşaq kompüterdə hansı saytlardan istifadə edirsə mütləq valideyn 

nəzarət etməlidir. Çünki bəzi saytlarda əxlaqa zidd reklamlar gedir.   

Şüalanma: Kompüterin monitorundan şüalanma – həmişə valideynləri 

narahat edən məsələ olmuşdur. Müasir monitorlarda təhlükəsizlik üçün çox 

şey nəzərə alınmışdır. Belə ki, qamma və neytron şüaları ən təhlükəlidir, 

monitordan şüalanmır. Monitordan yalnız çox cüzi miqdarda ionlaşdırılmış 

şüalanma olur ki, bu da təbii radiasiya fonunda 2-3 dəfə azdır. Ona görə 

insan sağlamlığı üçün təhlükəli deyil. Amma uzun müddət fasilə vermədən 

kompüter qarşısında oturanların gözü və dərisində allergiyalar ola bilər. 

Adətən monitora müdafiə ekranı taxırlar.  

Zəngin mənəviyyata, yüksək bədii zövqə malik, kamil şəxsiyyət 

yetişdirilməsi tərbiyəçilərin, metodistlərin, pedaqoqların, kitabxanaçıların 

daim diqqət mərkəzində olduğu kimi validyenlərin də bir nömrəli işi 

olmalıdır. Hazırda uşaqların İnternetdən istifadəsi bir reallığa çevrilib: "Bu 

gün bəzi uşaqların aqressiv olmasının səbəbi nəinki sosial şəbəkələr, hətta 

televiziyada izlədikləri cizgi filmləridir. Çünki hazırda bir çox xarici cizgi 

filmlərində xeyirxahlıq, qocaya, kimsəsizə yardım etmək kimi fikirlər deyil, 

öldürmək, güc tətbiq etmək kimi kadrlar yer alıb. Bundan başqa, əyləncə 

mərkəzlərində, İnternet klublarda uşaqlar üçün tətbiq edilən oyunlar hamısı  

mənfi amillər aşılayır. Eləcə də yeniyetmələr saatlarla İnternetdə, Facebook 

kimi sosial şəbəkələrdə vaxt keçirirlər. İndiki uşaqlar uşaq həyatından kənar 




48 

 

böyüyürlər. Onlar həyətdə uşaqlarla oynamaq, dost olmaq əvəzinə sosial 



şəbəkələrdə tanımadıqları insanlarla dostluq qurmağa çalışırlar. Valideynlər 

xüsusilə uşaqlarını həmin sosial şəbəkələrin ziyanı ilə tanış etməli, 

kitabxanadan R.Əliquliyev və R.Mahmudovun“ İnformasiya   asılılığı 

problemləri və onlarla mübarizə yolları ” (Bakı, Ekspress-İnformasiya  

nəşriyyatı,  2009-cu il) kitabını mütaliə edib uşaqlarını 

maarifləndirməlidirlər. Kitabda  İnternet-asılılığın tibbi-psixoloji profilaktikası, 

uşaqların bu təhlükədən qorunması, habelə bu problemlərlə mübarizə 

sahəsində beynəlxalq təcrübə tədqiq edilir, yeni təklif və tövsiyələr irəli 

sürülür.  

Beynəlxalq Uşaq Kitabı Şurası Andersen mükafatına layiq olan 

kitabların respublikamızda tərcümə edilərək oxucuların diqqətinə 

çatdırılması daha önəmlidir. Bu kitabların müzakirəsi yeniyetmə oxucunun 

bir vətəndaş kimi yetişməsində, günün fövqündə durmasında, sabahkı 

siyasətin proqnozundan baş çıxarmasında mühüm rol oynayır. Bütün 

bunlar bu günün yeniyetməsi üçün vacibdir. Çünki bu günün yeniyetmə 

oxucusu, şagirdi sabah müstəqil respublikamızın çiçəklənib dünyanın ən 

inkişaf etmiş ölkələrdən birinə çevrilməsi işində aparıcı qüvvə olacaqdır. 

Onu bu işə hazırlamaq valideyn, müəllimlərlə bərabər həm də 

kitabxanaçının vəzifəsidir. İlk növbədə hər bir kitabxanaçı müasir 

ədəbiyyatla tanış olmalı, öyrənməli və oxucuya çatdırmalı, bu işdə 

kitabxana işinin bütün forma və metodlarından istifadə etməlidir. Kitabların 

müzakirəsi zamanı həmin kitabın elektron təqdimatı hazırlanmalıdır. 

Təqdimatda əsərlə bağlı maraqlı suallar qoyulmalıdır. Müzakirələr zamanı 

oxucular öz fikirlərini sərbəst şəkildə söyləməklə geniş informasiya əldə 

etməyə nail olurlar.  

Həyatımız yeniliklərlə, quruculuq işləri ilə zəngindir. Müstəqil 

Azərbaycanın azad övladı olan uşaqlar təkcə fantastik xəyallarla deyil, 

texnoloji reallıqlarla yaşayırlar. Bugünün uşaqlarının həyatı, romantikası, 




49 

 

düşüncələri, marağı həyatın özü qədər yenidir, cəlbedicidir. Uşaq 



yazıçılarının məhz kitabxanada birləşməsinə ehtiyac vardır. Belə ki, 

qloballaşan dünyanın tələbləri uşaq ədəbiyyatının təbliğində, yayılmasında 

özünü göstərməlidir. Dünyada şöhrət qazanan ən yaxşı uşaq əsərləri 

tərcümə edilərək uşaqlarımıza çatdırılmalı, onların dünyagörüşlərinin 

artmasında mühüm rol oynamalıdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




50 

 

MÜNDƏRİCAT 



 

 

Ön söz ..................................................................................................2 



Giriş .....................................................................................................4 

I Kitabxanada dərslərin təşkili ..........................................................7 

    Dərnəklərin təşkili.................................................................12 

    Viktorinaların və oyunların təşkili......................................14 

    Nağıl otağı..............................................................................16 

II Uşaqlarda mütaliə mədəniyyətinin aşılanması ............................27 

              Oxucuların informasiya mədəniyyəti..................................30 

               Litva Milli Uşaq Ədəbiyyatı Mərkəzinə səyahət............... 31 

               Kompüter və uşaq yaradıcılığı............................................ 34 

III Valideynlər və uşaq mütaliəsinə rəhbərlik edənlərlə iş.............. 35  

             “Kitabları uzun ömürlü edək” ............................................. 36 

 

 

 



 

Metodik vəsaiti hazırladı: F.Köçərli adına Respublika Uşaq 

Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova 

 

 



 

 

 



 

 

Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə