Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   ...   4   5   6   7   8   9   10   11   12

32 

 

Kitabxanaların avtomatlaşdırılması kitabxana-biblioqrafiya proseslərinin 



inkişafı və oxucuların bu prosesdə lazımınca bəhrələnməsi deməkdir və bu 

proses istər kitabxanaçıların istərsə də kitabxanadan istifadə edən 

oxucuların işini asanlaşdırır. İlk növbədə bu iş Elektron kataloqun (EK) 

yaradılmasından başlayır. Bu sistemin tətbiqi kitabxana işçilərinin kompüter 

savadlılığını bir daha təkmilləşdirir. Ona görə də 2005-ci ildən F.Köçərli 

adına Respublika Uşaq Kitabxanasında İRBİS-64 avtomatlaşdırılmış 

proqram sistemi qoyulanda hər bir kitabxana işçisi təlimlərdə  iştirak edərək 

sistemdə işləmək üçün hazırlandı. Avtomatlaşdırılmış kitabxana 

İnformasiya sisteminin “İnzibatçı” “Kataloqlaşdırıcı” və “Oxucu” 

avtomatlaşdırılmış işçi yerlərinin tətbiqi kitabxananın informasiyaşma işini 

daha da sürətləndirdi. Bu proqram Mədəniyyət və Turizm Nazirliyi 

tərəfindən dəstəkləndi, bu sahədə yeniliklərin tətbiqi ilə bağlı böyük işlər 

görüldü. Hazırda kitabxana fondunun 70%-dən çox hissəsi elektron 

kataloqa daxil olmuşdur. Kitabxana işinin avtomatlaşdırılması sahəsində bir 

sıra uğurlu layihələrin həyata keçməsində daha maraqlıdır, bunun oxucu 

cəlbində  əhəmiyyətini daim hiss edir.  

Müasir elm, elə müasir dünya bütünlükdə informasiya mübadiləsi 

aparmadan keçinə bilmir. Daha dəqiq desək, bu gün elmin vüsətini də, 

sürətli inkişafını da informasiya mübadiləsi təmin edir. Bu gün təkcə alimlər 

yox, hər bir adi insan dünyanın ən ucqar yerində oturub kompüterini 

İnternet şəbəkəsinə qoşmaqla maraqlandığı sahə ilə bağlı külli miqdarda 

informasiya əldə edə bilər. Eləcə də İnternet sistemi vasitəsilə hər hansı bir 

məlumatı qısa müddətdə istənilən məntəqəyə ötürə bilər. Beləliklə, bu gün 

düşünən dünyada, əgər belə demək mümkünsə, vahid “ailə”yə çevirmiş 

müasir bir elm mövcuddur. Bu elmin adı “İnformatika” dır.  



33 

 

2005-ci ildən başlayaraq artıq neçə illərdir 



ki, kitabxanamız “Biləyən ” multimedia 

zalında ümumi məcburi ibtidai təhsil 

formasında kitabxana-biblioqrafiya 

biliklərinin əsasları proqramı ilə işləyir. 

Buna uyğun olaraq şagirdlər kataloq və 

kartotekalarla,  kitablar, dövri və soraq 

nəşrləri ilə işləmək bacarıqlarını əldə 

edirlər. Elektron kataloqların və 

kartotekaların yaradılması, bu proqramda yeni bazaları əlavə etmək 

cəhdləri proqramdan istifadənin artmasına, virtual oxucuların sayının 

çoxalmasına gətirib çıxardı.  Bu -  müasir texniki vasitələrdən istifadə 

etməklə onun yerindən asılı olmayaraq istənilən növdə lazımlı 

informasiyanı tapmaq bacarığıdır. Kitabxanada maraqlı mövzular üzrə 

informasiya saatları və dərsləri keçirildi. Məsələn "Kitabxanada kompüterlə 

ilk tanışlıq", "Uşaq kitabxanasında Elektron kataloq və kartotekalar", 

"Ensiklopediyanın Elektron multimediaları", "Axtarışın təşkili və metodları", 

"Elektron referatlar" və s. Qruplar üzrə  məşğələlərdə oxucular yeni 

məlumat daşıyıcılarıyla tanış olmaqla yanaşı, onun axtarışı metodlarını da 

öyrəndilər, İnternetdə düzgün axtarış etməklə əlavə bilik əldə etdilər. 

Oxucuların informasiya mədəniyyəti tədricən belə formalaşır: 

informasiyanın düzgün axtarışı, onun əldə edəndən sonra ədəbiyyatı 

oxumaq bacarığı, informasiyanın qiymətləndirilməsi, yaradıcılıq işi və s. 

Oxucunun informasiya savadlılığı kitabxanada saxlanılan sənədlərin 

tipləri haqqında biliklərin əldə edilməsi ilə yanaşı, lazımlı mənbələrin 

sərbəst axtarışı və kitabxana fondlarının effektiv istifadəsinə kömək edir. 

İnternetlə işə daha çox diqqət ayrılır. İstifadəçilərə İnternet haqqında 

məlumat verməklə yanaşı etiket qaydaları da öyrədilir.   



34 

 

Tədris prosesində  multimediaların imkanlarından istifadə. Müxtəlif 



mövzular üzrə təqdimatların, carxlı slaydların hazırlanması və s.  

Təcrübə göstərir ki, bütün bunlar yeni biliklər əldə etməklə yanaşı, 

məktəblilərdə bilik və bacarıqları formalaşdırır, intellektual qabiliyyətlərini  

inkişaf etdirir. Bu məsələlərin həllində böyük imkanlar bizə multimediaların 

vasitəsi ilə verilir. Belə ki, insan obrazlarla düşünür, təqdiqatçıların fikrincə 

hər bir insan10 % oxuduqlarını,  20% eşitdiklərini və 30 % gördüklərini və 

eyni zamanda görüb və eşitdiklərinin  50-70%.-ni  yadda saxlayır,   

Kitabxanalarda yaradılmış  Multimedia mərkəzləri  audio və video 

məhsullarından  başqa uşaqlar üçün  ensiklopediyalar və öyrədici  

proqramlar əsasında hazırlanmış disklərlə təmin olunmalıdır. Bu fond 

oxucuların maarifləndirici fəaliyyətinin dəstəyi üçün istifadə olunmaqla 

kitabxanada istifadəçilərin əlavə təlimatlanmasında böyük rol oynayır. 

CD-lərdə olan tədris materilallarından Məs: informatika, tarix, 

incəsənət, müsiqi və s. geniş istifadə olunur. 

Tarix dərsliyi ilə əlaqədar müxtəlif dövrləri əhatə edən ensiklopediyalar: 

Tarix – qədim dövr, Azərbaycan tarixi,  Tarix. XX əsr; Riyaziyyat, fizika, 

coğrafiya, rus və ingilis dilləri üzrə  öyrədici proqramlar; informatika 

kurslarının dərindən öyrədilməsi baxımından  multimedia öyrədən 

proqramlar ; Addım-addım; Windows2010; Internet və s. 

Kitabxana məktəb proqramına köməklə əlaqədar uşağın ümumi 

mədəniyyətinin formalaşması üzrə iş aparır, əlavə təhsil proqramları üzrə 

aktiv mədəni sahənin yaradılmasına nail olur. Məsələn: "İnformasiya 

texnologiyaları", "Nitq . Mədəniyyət. Ünsiyyət", "Rənglərin, fikirlərin və 

hislərin ahəngində".  

Kitabxanada uşağın məntiqi düşüncəsi, onun yaradıcılıq qabiliyyətini 

inkişaf etdirmək məqsədilə müxtəlif interiaktiv oyunları özündə əhatə edən 

disklərin, flashkartların olması da nəzərdə tutulur. Belə proqramlar oyun 

formasında yerinə yetirilir. Multimedia mərkəzində interaktiv nağıllar, cizgi 




Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə