Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   2   3   4   5   6   7   8   9   ...   12

18 

 

iki kitab dolabı,divan və yaxud arxası olmayan yumşaq oturacaqlı skamya, 



rəngli printer aparatı olmalıdır. Yerə uşaqlar üçün xalça salınmalı, xalçanın 

üstündə yumşaq mütəkkələr qoyulmalıdır. Nağıl otağında kiçik yaşlı uşaqlar 

üçün oturacaqlar müxtəlif rənglərdə olsa daha yaxşı olar. Yaxşı olar ki, 

nağılı söyləyən kitabxanaçı hər dəfə qrimlənsin, özünü nağıl danışan nənə 

obrazına oxşatsın. Uşaqlar bu geyimdə onu tanımasınlar, yalnız nağıl 

danışan nənə kimi qəbul etsinlər. Kənd filiallarında bu işi nənələri 

kitabxanaya dəvət etməklə həyata keçirmək olar. Bu otaqda ən fəal nənə 

uşaqları ətrafına yığıb corab toxuya-toxuya, cəhrədə yun əyirə-əyirə, və 

yaxud xalça toxuyaraq nağıl söyləyər.   

Informasiyalaşdırılmış cəmiyyətə keçidlə əlaqədar olaraq 

kitabxanaların əhaliyə xidmət formaları zamanın tələbinə uyğun dəyişdirilir. 

Xüsusilə də bu məsələyə uşaq kitabxanalarında böyük diqqət yetirilir. Belə 

demək olar ki, inkişaf etmiş dövlətlərdə təşkil olunan uşaq kitabxanaları, 

eləcə də kütləvi kitabxanaların uşaq şöbələrində məkana daha çox 

üstünlük verilir. Kiçik yaşlı oxuculara xidmət şöbəsinin uşaqların estetik 

zövqünə uyğun gözəl tərtibatı xüsusi əhəmiyyət kəsb edir. Burada 

uşaqların təkcə mütaliə yox, həm də gözəl istirahətləri üçün hər bir şey 

nəzərə alınmalıdır.  

Uşaqlarda təfəkkürün və digər şəxsi keyfiyyətlərin formalaşması məhz 

mütaliə prosesi zamanı baş verir. Yəni uşaq kitabxanalarında mütaliə 

sistemli və ardıcıl təşkil edilməlidir. Bu da onların təfəkkür tərzinin 

formalaşmasına müsbət təsir göstərir. Uşaq təfəkkürü hələ tam 

formalaşmamış olduğundan onların mütaliəsinə nəzarət, rəhbərlik etmək, 

istiqamətləndirmək zəruridir. Uşaqlıq dövründən yeniyetməlik dövrünə və 

digər yaş dövrünə keçiddə uşaqlar qarşılarına çıxan müxtəlif  problemləri 

həll etmək üçün tələb olunan vərdiş və təcrübəni kitabxananın bilavasitə 

iştirakı ilə təşkil edilən mütaliənin köməyi ilə qazanırlar. Buna görə də 

uşaqlarda mütaliə mədəniyyəti tərbiyəsi formalaşdırılması ilə həm ailədə, 




19 

 

həm də pedaqoji qaydada məktəblərdə və kitabxanalarda məşğul 



olunmalıdır. Çünki bu günün uşağı gələcəkdə bu resurslarının istifadəçisidir 

və uşağın gələcəkdə bu resurslardan necə istifadə etməsi kitabxanaçıdan 

bilavasitə asılıdır. Bu zaman uşaqlara fərqli yanaşmaq vacibdir. Çünki onlar 

kitabxanaçının köməyinə həmişə dərin ehtiyac duyurlar. Kitabxanaçı 

uşaqların mütaliəsinə rəhbərlik edərkən üç əsas məsələyə diqqət 

yetirməlidir.  

Kitab seçməkdə uşağa kömək etmək; 

Seçilən kitabın oxunmasına həvəs yaratmaq; 

Seçilən kitabın səmərəli mütaliəsi üçün düzgün istiqamət vermək 

Ümumiyyətlə, kitabxana faktorunda valideyn əsas, aparıcı rollardan birini 

oynayir. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müxtəlif yaş 

qrupuna uyğun dərnəklər fəaliyyət göstərir. Bunun bariz nümunəsi nağıl 

otağıdır. Xüsusi təyin olunmuş günlərdə Nağıl saatı keçirilir. Valideyinlərlə 

birlikdə, məktəbəqədər uşaqlar üçün nağıl otağında kitabxanaçı hər hansı 

bir ölkənin və ya yazıçının nağılını söyləyir. Nağılı nəql edən kitabxana 

işçisi o qədər maraqlı uşaq anlamına yaxın dildə danışır ki, ətrafında 

toplaşan uşaqlar, valideynlər, məktəbliləri müşaiyət edən sinif müəllimləri, 

həmin aləmin sehrinə daxil olaraq bilavasitə nağılın iştrakçısına çevrilirlər. 

Nağıl nəql olunan zaman uşaqlara söz azadlığı verilir. Uşaqları ələ almağı 

bacaran psixoloq onlara heç nəyi irad tutmur, çünki son nəticədə verilən 

suallar o qədər məntiqli və sadədir ki, uşaqların verdikləri cavab 

valideyinləri sevindirir. Nağıl bitəndən dərhal sonra məktəbəqədər uşaqlar 

valideyinləri ilə birgə əl işləri üzrə xüsusi ayrılmış dərnək otağına keçirlər, 

bu otaqda uşaqlar nağıldan aldıqları təəssüratı öz təfəkkürləri, fantaziyaları 

toplumu çərçivəsində ağ kağız üzərində valideyinlərinin koməkliyi ilə təsvir 

edirlər. Bu uşaqlar ilə birlikdə nağıla qulaq asan I-V sinif şagirdləri elə 

buradaca qalaraq daha geniş şəkildə “dahiyanə” nağılı təhlil edir, nağılın 

müsbət və mənfi təsirini heyrətamiz, idraklı, ağıllı fikirlərlə analiz edirlər. Bu 




20 

 

zaman onları gətirən sinif müəllimləri əllərindəki konvertdən kvadrat 



şəklində kəsilmiş və üzərində müxtəlif meyvələr və nağıl qəhramanları 

çəkilmiş kağızlarla uşaqların bilik əmsallarını qiymətləndirərək, ağıllı, 

müdrikcəsinə cavab verən uşağa təqdim edir. Nağıl bitəndən və təhlil 

olunandan sonra kitabxanaçı uşaqlarla fiziki elementlərlə dolu psixoloji 

oyun aparır. 

Nağıl otağında hər dəfə bir ölkənin yazıçısı, nağılı haqda məlumat verilir. 

Məlumatlar daha çox konkret, uşaqlar üçün maraqlı faktlar əsasında 

toplanmalıdır. Məsələn, “Yapon xalq nağılları” kitabı üzrə ilk növbədə 

kitabxanaçı həmin dövlətlə bağlı maraqlı məlumatlar verməli, onların 

bildikləri cizgi filmlərinin adlarını çəkməli, sonra isə nağılı oxumalıdır. 

Növbəti dərsdə “Yaponiya – möcüzələr diyarı haqqında nə bilirik?-  adlı 

uşaqlar arasında diskussiya aparmaq olar.  (Məsələn: Yaponiya (Şərqi 

Asiyadakı arxipelaqda yerləşən və 6852 adadan ibarət olan dövlət: dörd 

böyük adası - Hokkaydo, Hönsü, Sikoku və Küsü; eləcə də kiçik adaları. 

Paytaxtı 1868-ci ildən Tokio şəhəridir. Dövlət quruluşu konstitusiyalı 

monarxiyadır. Ölkə konstitusiyası 1947-ci ildə qəbul olunmuşdur. Daimi 

hərbi qüvvəsi yoxdur. Əhalinin sayına görə Yaponiya dünyanın birinci on 

ölkəsi sırasına daxildir) Belə diskussiyaların köməyi ilə uşaqlar həmin 

ölkələr haqqında danışmaqla dünyagörüşlərini inkişaf etdirəcək, maraqlı 

məlumatlar əldə edəcəklər.  

“Yaponiya möcüzələr diyarı haqqında nə bilirik?” adlı rəsm, əl işləri 

müsabiqəsi keçirmək olar. Müsabiqədə oxucular bildiklərini  şəkil, kollaj, 

aplikasiya və s.formada təqdim edirlər. Onlardan ən yaxşıları seçilərək 

müsabiqənin qalibi olmaqla mükafat əldə edir. Müsabiqədə 5-15 yaş 

arasında uşaqlar iştirak edir.  

Müsabiqənin şərtlərindən ən başlıcası odur ki, yaradıcılıq işləri öz fərdiliyi, 

originallığı ilə seçilməlidir və Sən Yaponiyanı necə görürsən? sualını 

iştirakçı tam əhatə etməlidir.  




Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə