Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   2   3   4   5   6   7   8   9   ...   12

 

illərə nisbətən azalması bu səbəblərlə izah olunur. Lakin məktəb 



kitabxanasından fərqli olaraq, uşaq kitabxanasının iş prinsipi daha da 

geniş, yadda qalan, effektlidir. Çünki kitabxanaya oxucularla bərabər 

valideynlər də gəlirlər ki, bu artıq irəliyə doğru bir addımdır. Oxucunu cəlb 

etmək məqsədi ilə kitabxana işçiləri müxtəlif əlverişli üsullardan istifadə 

edir, oxucunun etik normasına cavab verən çərçivədə hərəkət edirlər. Uşaq 

kitabxanaları məktəb kitabxanalarından fərqli olaraq dərsliklərlə deyil, uşaq 

ədəbiyyatı ilə daha zəngindir.  

Oxucu cəlbinin ən əlverişli və səmərəli üsullarından biri kitabxanada 

açıq rəf üsuludur. Hesab edirik ki, açıq rəf üsulu oxucuların kitabxanada 

özlərini sərbəst aparmağına, biliklərinin və dünyagörüşlərinin 

zənginləşməsinə müsbət təsir göstərir. Xidmət şöbələrində açıq rəf üsulu 

oxucunun və valideynlərin kitabxanaya marağını artırır, oxucu gəlişinin 

çoxalmasına  səbəb olur. Burada kitablar kiçikyaşlı oxucular üçün əllərinın 

çatacağı məsafədə olacaq rəflərdə - “Nağıllar”, “Fəsillər”, “Heyvanlar 

haqqında”, “Məntiq”, “Fantastika” və s. mövzularda yığılmalıdır. Valideynlər 

üçün isə “Valideyn guşəsi” olmalıdır. “Valideyn guşəsi”ndə pedaqogikaya, 

təlim-tərbiyə problemlərinə, mütaliəyə rəhbərlik etmək üsullarına dair 

ədəbiyyat toplanmalıdır. Rusiya uşaq kitabxanalarının bir çoxu artıq adlarını 

dəyişərək “Ailəvi oxu kitabxanası” adı almışdır. Bizim kitabxanada ailəvi 

abonement işi daha yaxşı təşkil olunmuşdur. Valideynlərlə kitabxanaya 

daxil olanların hər ikisinə eyni vaxtda xidmət olunur. Valideynlər böyük oxu 

zalında onlara lazım olan ədəbiyyatı götürərək oxuyur, balacalar isə kiçik 

oxu zalı, Nağıl otağında mütaliə edərək istirahət edirlər.  

Xidmət şöbəsi yay tətillərində, şəhər ətrafında yerləşən və fəalliyyət 

göstərən uşaqların istirahət düşərgələri ilə sıx əlaqə saxlayır. Düşərgə 

işçiləri kitabxananın təqvim planı ilə tanış olandan sonra onlara lazım olan 

tədbirləri müəyyənləşdirir və tədbirlə əlaqədar materialları kitabxanadan 

əldə edir, birgə tədbir hazırlayırlar. Yay mövsümündə pansionatlarda, 




 

sanatoriyalarda, istirahət parklarında təşkil olunan “Yay oxu zalı” artıq neçə 



illərdir ki, Bakının ətraf kəndlərində yerləşən məktəbli oxuculara kitabxananı 

tanıdaraq lazım olan məqamlarda ondan istifadə etməyə yönəldir. Yay oxu 

zalında onlar kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı vasitəsilə 

kitabxanada olan yeni kitablar, kitabxananın veb.saytının ünvanını və s. 

dolğun məlumatlara yiyələnirlər.  

Ümumiyyətlə, kitabxanalarda təşkil edilən bütün məktəbdənkənar 

tədbirlər, xüsusən dərnək məşğələləri, söhbətlər, disput və müzakirələr, 

ədəbi-bədii gecələr və s. tədbirlər oxucuların asudə vaxtının səmərəli 

keçməsinə geniş şərait yaradır. 

Məlum olduğu kimi, yaradıcılıq qabiliyyəti hər bir uşaqda mövcuddur. Buna 

görə də uşaq kitabxanalarının başlıca vəzifələrindən biri oxuculara bədii 

yaradıcılıq fəaliyyətinin müxtəlif növləri ilə məşğul olmaq üçün əlverişli 

şərait yaratmaqdır. Bu şərait elə təşkil olunmalıdır ki, o, oxucuların 

yaradıcılıq qabiliyyətinin aşkara çıxarılması ilə yanaşı, onların inkişafına və 

təkmilləşməsinə təsir etsin. Məsələn, uşaqlar “Gənc müxbirlər”, 

“Ədəbiyyat”, “Bədii qiraət”, “Sağlam kitablar” dərnəkləri vasitəsilə öz 

istedadlarını, bədii-estetik zövq və mənəvi tələbatlarını, incəsənətə olan 

meyllərini üzə çıxarır, cırılmış, köhnəlmiş kitabları bərpa edərək yenidən 

“həyata qaytarırlar”. 

Yuxarıda göstərdiyimiz bütün təbliğat formalarından istifadə edərək 

uşaqları mütaliəyə cəlb etmək mümkündür. MKS-nin hər bir uşaq şöbəsi və 

filialları öz üzərinə düşən bu mühüm vəzifənin öhdəsindən layiqincə 

gəlməlidir.  

Xidmət şöbəsinin işçiləri oxucunun diqqətini cəlb etməkdən ötrü  

sandıqçanın içinə onları maraqlandıran mövzuda kitabları və ya uşaq 

yazıçılarının əsərlərini yığa bilərlər. Təqvim planına uyğun olaraq bu 

materiallar vaxtaşırı dəyişdirilə bilər. Belə mövzulardan “İdman sağlamlığın 

rəhnidir”, “Sənin maraq dünyan”, “Ekologiyamızı qoruyaq” və s. 




10 

 

Orta yaş qrup oxucuları ilə (10-13 yaş) elmi fantastik kitabların 



müzakirəsini keçirmək olar. “İntellektual səviyyəmizi yüksəldək” adlı tədbir 

kimi Reyhan Yusifqızın kitablarının sərgisi təşkil etmək, elmi fantastik 

seriyadan "Yaşıl gözlü qız"ın davamı olan “Zamanın əsirləri” kitabının 

təqdimatını, müzakirəsini keçirmək olar.  Görüşdə uşaqlar yazıçının 

“Xoşbəxt arı”, “Göylərdən gələn səs” hekayələri üzrə səhnəcik hazırlaya 

bilərlər. Tədbir iştirakçıları Reyhan Yusifqızı yaradıcılığına həsr olunmuş 

video çarxlı slaydlarıı izləyə, diskussiyada iştirak edə bilərlər.   

Bundan başqa, yuxarı sinif şagirdləri ilə də hər hansı bir yazıçının 

yubileyi ilə əlaqədar tamaşa hazırlamaq olar. Belə tədbirlərdə oxucular 

şəxsən tamaşanın quruluşunda bir rejissor, aktyor kimi iştrak edirlər. Bu 

peşəyə hələ sahib olmasalar da ilk addımlarını oxucusu olduqları 

kitabxanada atırlar. Tamaşa yüksək yaradıcılıq standartlarına cavab 

verməsə də, faktın özü təqdirəlayiqdir. Universitetlərin hüquq, sosiologiya, 

psixologiya fakultələrinin tələbələri uşaqlar arasında sorğular, sosioloji 

araşdırmalar apara bilərlər. Müxtəlif gün və xüsusi ayrılmış saatda onlar 

kitabxanaya gəlib treninglər keçirə, oxucuları, valideynləri maraqlandıran 

suallara cavab verə bilərlər. Bu sorğuda kitabxanada olan sağlam uşaqlarla 

yanaşı əlilliyi olanlar da iştirak edəcək. Bu da əlil uşaqların cəmiyyətə 

inteqrasiyasında böyük rol oynayacaqdır.  

 



Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə