Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 254,09 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix17.01.2018
ölçüsü254,09 Kb.
#21064
1   2   3   4   5   6   7   8

10 

 

 ―Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı‖,  



 ―Ekoloji cəhətdən dayanaqlı sosial - iqtisadi inkişafa dair Milli Proqram‖  

və digər qəbul  edilmiş  proqramlar   haqqında  məlumatlandırırıq.  Onları  Dünya  Mühafizə 

İttifaqına biomüxtəlifliyin sürətlə azalma  səbəbləri ilə tanış edirik: 

Ətraf mühitin çirklənməsi 

Qlobal iqlim dəyişikləri 

• Səhralaşma 

• Əhalinin artımı ilə əlaqədar istehlakın çoxalması 

• Tələsik təbii ehtiyatlardan istifadə 

 

Şifahi  təbliğat  formalarının  kitabxanada  geniş  yayılmış  fоrmalarından  biri  olan 



―Sual-cavab gеcələri‖ və disskusiyaların gənc oxucularda təbiət və biomüxtəliflik,  onun 

qorunması  haqqında biliklərinin genişləndirilməsində əvəzsiz rolu var. Qoyulan sualların 

əhatəli  şəkildə  işıqlandırılmasının  təmin  edilməsi  üçün  bu  sahə  üzrə    mütəxəssislər  cəlb 

olunan sual-cavab gecəsində, təbiətdə biomüxtəlifliyin məhv olmasının qarşısının alnması 

yolları haqqında danışılır,  “Təbiət canlılara nə üçün lazımdır ”,“Təbiəti qorumaq nədir”. 

“Hazırda  təbiəti  hansı  rəngdə  görürük”,  və  s.  suallar  ətrfında  müzakirələr  edilir. 

Biomüxtəliflik qlobal əhəmiyyətli bir mövzu olduğu üçün ―Sual-cavab‖ gecələrinin təşkili 

prosesi  zamanı  ilk  öncə  sual-cavab  gеcəsinin  keçiriləcəyi  yеr  və  vaхt  göstərilən  еlan 

hazırlanır.  Vеrilən  suallara  daha  məzmunlu  cavab  vеrmək  üçün  sual-cavab  gеcələrində 

əyani, illüstrasiyalardan istifadə edə, həmçinin bəzi məsələlərin geniş daha aydın izahını 

tapmaq  üçün  iştirakçıları“Azərbaycanda  ev  heyvanlarının  biomüxtəlifliyi”,“Xəzər 



dənizinin  və  sahilyanı  ərazilərin  ekologiyası”,tövsiyyə  xarakterli  ədəbiyyatlarla  tanış 

edirik.  Bu  məsələlərin  gеniş  izahı  vеrilmiş  ədəbiyyatı  dinləyicilərə  tövsiyə  еtmək  çох 

faydalıdır. Cavabların gеcədə iştirak еdənləri nə dərəcədə qanе еtdiyini öyrənməklə, gələn 

sual-cavab gеcəsini bu işdə hansı mövzuya həsr еtmək lazım gəldiyini öyrənməklə tədbiri 

yekunlaşdırırıq. 

 

Konkret  mövzuya,  tarixi  günlərə  həsr  edilən  divar  qəzetlərinin  təşkilinin  də 



kitabxanalarda  uşaqların  əyani  məlumatlandırılmasında  böyük  əhəmiyyəti  vardır. 

Kitabxanada  Biomüxtəliflik  günü  və  onun  qorunması  haqqında  hazırlanan  divar 

qəzetlərində keçən əsrdən nəşr olunmağa başlayan, mətbuatımızın əsasını qoyan ―Əkinçi‖ 

qəzetinin  səhifələrindən  də  istifadə  edə  bilərik.  Çünki  təbiəti  sevmək  onun  qorunması 

keçən əsrdə də aktual mövzulardan biri olub. Təbliğat məqsədi ilə ilk nəşrlərimizdən olan 

Əkinçi qəzetinin nömrələrində bu sahəyə geniş yer ayrılırdı. Şəkillərin və illiüstrasiyaların 

maraqlı olmasının da divar qəzetinin tərtibində cəlbedici rolu var. Onlar təbliğatın təsirli 

vasitəsi  olub  qəzeti  bəzəyir  və  daha  canlı  edir.  Öz  inandırıcılığı  və  təsir  gücü  etibarı  ilə 

şəkillər bir çox hallarda qəzet materiallarının başqa növlərindən üstün olur. 

 

Oxucularla    kutləvi  işin  ən  təsirli  və  geniş  yayılmış  formalarından  biri  olan 



söhbətlərdə, kiçik qrup ilə və ayrı-ayrı şəxslərlə fərdi keçirilən söhbətin əsas xüsusiyyəti 

mövzunun  qarşılıqlı  danışıq  zamanı  aydın,  çatdırılmasıdır.  Söhbətin  müvəffəqiyyəti 

mövzunun  aktuallığından,  kitabxana  işçisinin  oxucuları  həmin  mövzuya,  kollektiv 

müzakirəsinə  oxucuları  cəlb  etmək  bacarığından  asılıdır.  22  may  Beynəlxalq 

Biomüxtəliflik  günü  münasibətilə  ―Biomüxtəliflik  və  dünyanın  mədəniyyət  rəngləri‖ 

mövzusunda  söhbətə hazırlıq onun məqsədinin müəyyən edilməsindən,  materialın seçilib 

öyrənilməsindən,  əyani  materialların  toplanmasından  ibarətdir.  Bu  mövzuda  söhbətin 



11 

 

təşkili  üçün  ilk  əvvəl  oxucular  Biomüxtəliflik  anlayışı    haqqında  məlumatlandırılır. 



Söhbəti qəzet və ya jurnal məqaləsinin oxunuşundan,  hər hansı bir sualın qoyuluşundan 

başlamaq  olar.  Mövzunun  müzakirəsinə  daha  çox  dinləyici  cəlb  etmək  üçün  oxuculara 

veriləcək suallar hazırlaya bilərik.  

Suallar: 

    Artıq, hamıya  aydın oldu ki, təbiəti dağıtmaq  olmaz. Sizin  fikrinizcə nadir bitkiləri, 



kökü  kəsilməkdə olan hevvanları məhv etmək insanlara hansı ziyanı gətirir?

 

      Nəyə  görə  hətta  qoruqlarda,  milli  parklarda,  zooloji  parklarda  belə  nadir  bitki  və 



heyvan növlərini qorumaq mümkün deyil?

 

 

      Sizin  fikrinizcə,  bitki  və  heyvanların  sayının  gündən-günə  azalmasının  qarşısını 



almaq üçün müxtəlif ölkələr hansı təşəbbüsü həyata keçirməlidirlər?

 

   


Bioloji müxtəliflik dedikdə nə başa düşürsünüz ? 

 



Növlərin müxtəlifliyi nə deməkdir? 

 



Qırmızı kitaba düşmüş bitki və heyvan növlərinin qorunmasına insanlar necə kömək      

edə bilər? 

 

Bioloji müxtəlifliyi qorumaq insanlara  niyə  lazımdır? 



 

Növlərin məhv olmasına səbəb nədir? 



 

Bioloji müxtəlifliyin qorunması üçün nə etmək lazımdır? 



 

Söhbəti istiqamətləndirərkən  kitabxanaçı mövzunun   mahiyyətini əhatə etməli, 22 

may  Biomüxtəliflik  gününü  yaranması  haqqında  danışmalı,  aydın,  yadda  qalan  misallar 

gətirməli,  inandırıcı  sübutlar  göstərməli,  onu  kollektivin  işi  və  həyatının  konkret 

məsələləri ilə sıx bağlamalıdır. Biomüxtəliflik geniş və qlobal mövzu olduğundan müxtəlif 

su  ekosistemləri,  meşə  örtuyu,  dərman  bitkiləri  və  onların  faydaları  haqqında, 

biomüxtəlifliyin azalmasının qarşısının almaq üçün görülən tədbirlərin, dövlət qoruqları və 

s. haqqında, sərgilərin təşkilinin öz rolu vardır. Ümumi sərgi üçün məşhur bioloq Vilsonun 

biomüxtəliflik  haqqında  söylədiyi  fikri  başlıq  kimi  istifadə  edə  bilərik.  Mövzu  ilə  bağlı 

seçilmiş ədəbiyyatlardan,

 

müxtəlif  sitatlardan istifadə sərgini daha maraqlı edir.   



                                                     

Başlıq:

 

 



 

 

 



                                                         

 

 



      

Məşhur 

bioloq 

E.Vilson 

biomüxtəlifliyi    "

həyatın  məğzi"

 

adlandırmışdır. 

Biomüxtəliflik 

Yer 

üzərində  mövcud 

olan 

genlərdən  ekosistemlərə  qədər 

bütün  canlıların  əmələ  gətirdiyi 

müxtəlifliyin məcmusu deməkdir

 


Yüklə 254,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə