Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 254,09 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix17.01.2018
ölçüsü254,09 Kb.
#21064
1   2   3   4   5   6   7   8

17 

 

oyatmaqdan ibarətdir. Sağlamlıq günü, şagirdlərlə ―Sağlam həyat tərzi nədir?‖, ―Sağlamlıq 



və  fiziki  mədəniyyət‖,  ―Şəfalı  bitkilərin  əhəmiyyəti‖,  ―Dərman  bitkiləri  ilə  səyahət‖, 

―Təbiətdə  olan  güllərin  insanın  sağlamlığında  rolu‖,  ―Ekologiya  və  insan  sağlamlığı‖ 

mövzularında  viktorina,  dəyirmi  masa,    tibb  işçiləri  ilə  görüşlərin  keçirilməsi 

məqsədəuyğundur.  Oxuculara  həm  də  insan  tərəfindən  yaradılan  elektromaqnit 

sahələrinin,  şüalanmanın,  mobil  telefonların,  kompyuterlərin,  peyk  ötürücülərinin  canlı 

orqanizimlərə,  təbiətə  xüsusilə    ətraf  mühitə  su  ekosistemlərində  yaşayan  canlılara 

insanların sağlamlığına ziyanı barədə məlumatlandıra bilərik. 

 

Bioloji müxtəliflik günü ilə əlaqədar təşkil edilən tədbirlərdə təbliğatla məşğul olan 



hər  bir  kitabxana  işçisi  “Davamlı  inkişaf  konsepsiyası”nın  tarixi  mahiyyəti  və  əsas 

məqsədi,  BMT-nin,  RİO-92  konfransında  qəbul  edilmiş  “XXI  əsrin  gündəliyi”  adlı 

sənəd və onun bölmələri, ətraf mühitin mühafizəsinə aid Beynəlxalq Konvensiyalar, 

“Ümumdünya  mədəni  və  təbii  irsin  qorunması  hüquqları”,  “1994-cü  il  BMT-nin 

iqlim dəyişməsi üzrə çərçivə konvensiyası”, 1996-cı il “Ozon qatının qorunması” üzrə 

konvensiya, 1998-ci il “Səhralaşmaya qarşı mübarizə”, 1999-cu il “Ətraf mühitə aid 

məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı və informasiyanın 

alınması”  barədə  Orxus  konvensiyası,  2001-ci  il  “Bioloji  müxtəliflik”  üzrə 

konvensiya, ümumiyyətlə ətraf mühitin mühafizəsinə aid Beynəlxalq Konvensiyalar, 

Ekologiya sahəsində Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiya 

haqqında məlumatlı olmalıdır. 

 

Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılsı uzunsürən, bərpaolunmaz bir 



tarixi  prosesdir

.

Təbiətdə  Bioloji  müxtəlifliyin  düzgün  istifadə  edilməməsi  mədəni  irsin 



məhv olmasına gətirib çıxardır. Bu sahədə tədbirləri gücləndirmək məqsədi ilə  2001-ci il 

21  dekabr  tarixli  Azərbaycanda  biomüxtəlifliyin  qorunması  haqqında  sərəncam 

imzalamışdır. 

Azərbaycan  Respublikası  Prezidentinin  2001-ci  il  21  dekabr  tarixli,  848  nömrəli 

Sərəncamı  ilə  bu  Konvensiyaya  uyğun  olaraq,  bitkilərin,  heyvanların  və 

mikroorqanizmlərin    genetik  ehtiyatlarının  yox  olması  təhlükəsinin qarşısını  almaq  üçün 

kompleks  tədbirlərin  həyata  keçirilməsini  təmin  etmək  məqsədi  ilə  Bioloji  müxtəlifliyin 

genetik  ehtiyatları  üzrə  Dövlət  Komissiyası  yaradılmışdır.  Azərbaycan  Respublikasında 

bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət 

Planı bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi sahəsində səmərəli tədbirlərin 

həyata  keçirilməsi  və  konkret  müsbət  nəticələrin  əldə  edilməsinə  yönəldilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  24  mart  tarixli  sərəncamı  ilə  təsdiq 

edilmiş    ―Azərbaycan  Respublikasında  bioloji  müxtəlifliyin  qorunması  və  davamlı 

istifadəsinə  dair  Milli  Strategiya  və  fəaliyyət  Planına‖  əsasən  bioloji  müxtəlifliyin 

qorunması  bütün yaşayış mühitlərində  - quruda, dəniz və digər su ekosistemləri də daxil 

olmaqla  canlı  orqanizmləri  əhatə  edir.Hazırda  dünyada  15  milyondan  çox  canlı  növlər 

mövcuddur  və  hər  gün  onların  yüzə  yaxını  bərpa  olmadan  müxtəlif  səbəblərdən    məhv 

olur,  və  bu  bir  çox  hallarda  bu  hiss  olunmur.  Lakin  bəşəriyyətə  belə  itkilərdən  olduqca 

böyük ziyanı dəyir. Bu gedişlə Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır. Ona görə 

də indiki və gələcək nəsillər üçün bioloji müxtəliflik misilsiz milli sərvətdir. 

Son  illərdə  Azərbaycanda  bioloji  müxtəliflik  həlli  vacib  problem  kimi  müəyyən 

edilmiş  və bu sahədə  ciddi səylər göstərilir.  Belə  ki, bu  problemlərin  həlli  istiqamətində 




18 

 

xeyli işlər görülmüş, “Bitkilərin genetik ehtiyatlarına dair” Dövlət Proqramı, “Ətraf 



mühitin  mühafizəsi  üzrə”  Milli  Fəaliyyət  Planı,  «Ekoloji  cəhətdən  dayanaqlı  sosial-

iqtisadi  inkişafa  dair»  Milli  Proqram  və  digər  proqramlar  qəbul  edilərək  həyata 

keçirilməkdədir.  Orhus  Konvensiyası  isə  1998-ci  ilin  iyun  ayında  Danimarkanın  Orhus 

şəhərində  qəbul  edilmişdir.  Ölkəmiz  isə  1999-cu  ildə  bu  Konvensiyaya  qoşulmuşdur. 

Orhus  Konvensiyası ətraf  mühit  hüquqları  ilə  insan  hüquqlarını  birləşdirən  bir  müqavilə 

olub  əhalinin  bioloji  müxtəliflik  haqqında  məlumatlandırılmasına  əlverişli  şərait 

yaratmışdır. 



 

Bizim "Qırmızı kitab"ımız... 

 

Azərbaycan  Respublikasının  "Qırmızı  kitab"ı  -  ölkə  ərazisində  nadir  və  nəsli 

kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi 

dövlət  sənədidir.  O,  ölkənin  bütün  ərazisində,  o  cümlədən,  Xəzər  dənizinin  Azərbaycan 

Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və 

mühafizəsi  tədbirləri  haqqında  məlumatları  özündə  əks  etdirir.  6  hissədən  ibarət  olan 

"Qırmızı kitab"da nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 

balıq  növü,  13  amfibiya  və  reptiliya  növü,  40  həşərat  növü  və  140  bitki  növü  haqda 

məlumat cəmləşib."Qırmızı kitab"a fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: 

yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. 

Azərbaycanda "Qırmızı kitab"ın tərtib olunması hələ 1977-ci ildə qərarlaşdırılıb. O 

zamandan  sonra  bitki  və  heyvanların  kitaba  salınması  onların  məhv  olmasının  qarşısını 

müəyyən  qədər  alıb.  Çünki  bu  bitki  və  heyvan  növləri  ciddi  qorunmağa  başlanılıb. 

Dünyada  20  mindən  çox  bitki  növünün  yığılması  qadağan  edilib.  Azərbaycana  gəlincə, 

Milli Elmlər Akademiyasının məlumatına görə, respublikamızın "Qırmızı kitab"ının ikinci 

nəşrinə 338 ali bitki, 12 göbələk və 23 ibtidai bitki növləri daxil edilib. Ekologiya və Təbii 

Sərvətlər  Nazirliyi:  "Xüsusi  müdafiə  olunan  ərazilər  890  min  hektara  çatdırılıb" 

Azərbaycanda  2002-ci  ilin  əvvəllərində  xüsusi  müdafiə  olunan  ərazilər  475  min  hektar 

idisə, bu gün bu, təqribən 2 dəfə artaraq 890 min hektara çatıb: "Bu rəqəm ölkə ərazisinin 

10,2  faizini  təşkil  edir.  Bunlar  əsasən  nadir  və  nəsli  kəsilməkdə  olan  fauna  və  flora 

növlərinin  yerləşdiyi  ərazilərdir.  Həmin  ərazilər  xüsusi  olaraq  müdafiə  edilir.  Bu  günə 

kimi  8  milli  park,  11  təbiət  qoruğu  və  24  təbiət  yasaqlığı  yaradılıb,  xüsusi  mühafizə 

olunur". Heyvanların qorunması ilə bağlı aparılan işlər arasında vəhşi heyvanların istirahət 

mərkəzlərindən  yığılıb  təbiətə  buraxılması  da  var:  "Qanunsuz  tutulmuş  heyvanlar 

yığıldıqdan  sonra  Altıağac  Milli  parkının  nəzdində  "Vəhşi  heyvanların  reabilitasiyası  və 

bərpası"  Mərkəzində  reabilitasiya  edilir  və  yenidən  təbiətə  buraxılır.  Eyni  zamanda, 

burada nadir və nəsli kəsilməkdə olan heyvanların çoxaldılması işləri də həyata keçirilir. 

Bütün görülən işlər öz növbəsində nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması 

və  artırılması  üçündür.  Onu  da  deyək  ki,  "Qırmızı  kitab"ın  II  hissəsi  də  artıq  nəşrə 

hazırdır. Bura nadir və nəsli kəsilməkdə olan növlər daxil edilib. 



İnsan və biomüxtəliflik: 

• Yer kurəsində hər il 50 000 bioloji növ yoxa cıxır.. 

•  Rutubətli  tropik  meşələr  və  başqa  təbii  ekosistemlər  yeni-yeni  ərazilərin  kənd 

təsərrufatına  cəlb  edilməsi,  nəqliyyatın  və  ona  bağlı  olan  infrastrukturun  inkişafı, 




Yüklə 254,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə