Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 254,09 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix17.01.2018
ölçüsü254,09 Kb.
#21064
1   2   3   4   5   6   7   8

19 

 

şəhərlərin  böyuməsi,  havanın,  suyun  və  torpağın  cirklənməsi  səbəbindən  öz  tamlığını 



getdikcə itirir. 

•  Bu  gun  dunyada  məlum  olan  quşların  bir  coxlarının  novunun  sayı  getdikcə  azalır, 

məməlilərin  4600  növunu  isə  butövlukdə  yoxa  cıxmaq  təhlukəsi  gozləyir.  Təkamul 

prosesində  bitki  və  heyvan  novləri  yaranmış  və  yoxa  cıxmış,  bəziləri  dəyişməz  qalmış, 

bəziləri  dəyişərək  yeni  novlərə,  cinslərə  və  hətta  fəsillərə  belə  başlanğıc  vermişdir. 

Təhlukəli təbiət hadisələri zamanı (vulkan puskurməsi, zəlzələ və s.) baş verənlər istisna 

olmaqla,  bir  növun  yoxa  cıxması  və  onların  yerinə  yenilərinin  əmələ  gəlməsi  nisbətən 

uzun illər ərzində bərpa olunur. 

 

 ―Mədəniyyət  və  biomüxtəliflik  anlayışları  bir-biri  ilə  sıx  əlaqədədir.  Milyonlarla 



insan  hər  il  təbiətin  gözəlliklərini  seyr  etmək  üçün  səyahətə  çıxır.  Təbiətdə 

biomüxtəlifliyin pozulması hər il səyahətə çıxmış turistlərin sayının azalması deməkdir.Bu 

da öz növbəsində iqtisadiyyata da mənfi təsirini göstərir. Səyahət isə sağlamlıq deməkdir.  

Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim  yoludur. Biomüxtəlifliyinin 

azalmasının qarşısını almaq üçün hər bir turist mədəniyyətinin olması əsas amillərdəndir. 

Hər  birimizin  Təbiəti  seyrə  çıxarkən,  təbiətdə  mövcud  olan  xırda  həşəratlardan  tutmuş 

vəhşi  heyvanlarla  davranış  mədəniyyəti  olduqca  əhəmiyyətlidir.  Onların  yuvalarını 

dağıtmamalı,  bitkiləri  əzməməliyik.  Bir  mədəniyyət  sahəsi  olaraq  kitabxanada  uşaqlara 

turstik  səfər  zamanı  bitkilərin  qorunması,  hansı  bitkillərin  qırılmasına,  hansı  heyvanların 

ovlanılmasına, icazə olması və s.barədə biliklər aşılanır. 

 

Biomüxtəlifliyin  qorunması  haqqında  görülən  tədbirlərdə  Azərbaycanda 



tərəqqipərvər  ideyaları  inkişaf  etdirən  şəxsiyyətlərdən  biri  –  görkəmli  maarifçi, 

təbiətşünas-alim  Həsənbəy  Zərdabidinin  də  fəaliyyətini  oxuculara  qeyd  etmək  olar.  O, 

peşəkar  jurnalistikanın  əsasını  yaratsada,  ekoloji  sahəni  də  inkişaf  etdirmişdir.  Onun 

meşələrin, torpağın və bütövlükdə təbiətin qorunub saxlanılması haqqında fikirləri indi də 

öz əhəmiyyətini itirməmişdi.

  O,


―Əkinçi‖ qəzetinin səhifələrində ölkəmizin təbiətini geniş 

şəkildə təhlil və tədqiq etmişdir.  

 

Əsrlərdən  yadigar  qalan  ―Kitabi  Dədə  Qorqud‖  dastanında  da  tez-tez  təbiətin 



gözəllikləri  təsvir  olunur.  Eposun  qəhrəmanlarının  həyatında  hər  bir  çiçək,  hər  bir  kol, 

hətta  daş  və  qaya  öz  məna  və  əhəmiyyətini  kəsb  edir.  Bu  mövzuda  məktəbli  oxucularla 

biblioqrafik icmal, söhbət zamanı məlumat verə bilərik.  mədəniyyət – insanın bu dünyada 

öz  mövqeyini,  bu  dünyaya  öz  münasibətini  bildirməsidir.  Hazırda  insan  nəsli  ―qlobal 

ekoloji  böhran‖  problemi  ilə  üzləşdiyinə  görə,  ekoloji  mədəniyyətin  olması  da  qlobal 

xarakter  daşımalıdır.  Yer  üzündə  həyatın  məhv  olma  təhlükəsi  istinasız  olaraq,  bütün 

insanları düşündürməlidir. İnsanın təbiətə düzgün münasibətinin tərbiyə edilməsinə diqqət 

ayrılmalıdır.  Ekoloji  mədəniyyət  –  insana  öz  həqiqi  mövqeyini  və  vəzifəsini  düzgün 

aşılamaqdır;  insan  canlı  təbiəti  olduğu  kimi,  yəni  bütün  gözəlliyi  və  rəngarəngliyini 

qoruyub  saxlamaq  şərtilə  təbliğ  etməkdir.  Onun  vəzifəsi  həm  də  ondan  ibarətdir  ki, 

insanda özünə və bütövlükdə dünyaya münasibət dəyişilsin. Təbiət insan üçün yaradıcılıq 

mənbəyidir.Təbiət incilərinin insan üçün estetik baxımdan əhəmiyyətli olub-olmamasının 

müəyyən  edilməsi  çox  vacibdir.  Ekoloji  etika  –  təbiətlə  insanın  etik  münasibətləri 

haqqında bir təlimdir. Burada, bütün canlıların bərabərhüquqlu və bərabərdəyərli olması, 

insanların  hüquq  və  tələbatlarının  məhdudlaşdırılması  nəzərdə  tutulur.  Təbiətlə 

münasibətlərin  əxlaqi  tərəfini  bir  çox  tədqiqatçılar  təhlil  etmişlər.  Buda  bütün  digər 




20 

 

canlılara  zərərin  vurulmaması  prinsipini  irəli  sürərək,  böyük  bir  dini  cərəyanın  banisi 



Pifaqor  və  Plutarx,  heyvanlara  qarşı  xeyirxah  olmaq  keyfiyyətini,  insanların  əxlaqi 

davranışının  əsası  kimi  qiymətləndirirdilər.  Assizli  Fransisk  təbiəti  Yaradanın  inikası 

olduğunu  qeyd  etmişdir.  Tomas  Mor  və  Mişel  de  Monten  insanları,  heyvanlara  qarşı 

mərhəmətli olmağa çağırırdılar. 



       Rusiyalı akademik D.S.Lixaçov qeyd etmişdir ki,  ―təbiət və insan münasibətləri – iki 

mədəniyyətin  münasibətləridir;  onlardan  hər  biri  özünəməxsus    olaraq  davranış 

qaydalarına  malikdir.  Hər  iki  mədəniyyət  –  tarixi  inkişafın  məhsuludur.  Məhz 

biomüxtəliflik  insan fəaliyyətinin rəngarəngliyini, ayrı-ayrı ölkələrin müxtəlif sahələr üzrə 

ixtisaslaşmasını,onların  mədəniyyət  üzrə  inkişaf  tempi  müəyyən  edir.Onların 

ixtisaslaşması  və  səmərəliliyi  bilavasitə  mədəniyyətin    iqlim,  ərazinin  su  rejimi  ilə 

bağlıdır.  

 

Mədəniyyət və təbiət 

 

Əsas məsələlərdən biri də mədəniyyətlə təbiətin qarşılıqlı münasibətləridir. Müasir 

dövrdə  bu  münasibətlərin  əhəmiyyəti  çox  aktualdır.  Hər  ikisi  insan  həyatının  ayrılmaz 

hissəsidir.Mədəniyyət  insanın  fəaliyyəti  nəticəsində  təbiətin  bir  qədər  dəyişilməz 

formasıdır.  Bu  bir  tərəfdən  təbiəti  nizamlasa  da,  digər  tərəfdən  təbiətin  nizamlanmış 

qaydasında ciddi dəyişikliklərə aparıb çıxarır. Mədəniyyət "iknci təbiət" də adlana bilər. 

İnsanın  təbiətlə  əməkdaşlığı  hər  iki  subyektə  sərfəlidir.  İnasn  təbiətdən  maddi  sərvət 

götürür, ideyalar alır, ondan öyrənir. Bu düşünülmüş olduqda təbiəti daha da zənginlşdirir. 

Təbiətə  ziyan  vuran  hərəkətlər  isə  ilk  növbədə  insanın  özünə  ciddi  problem  yaradır.  Bu 

hərəkət  mədəniyyət  anlayışına  zidd  sayılır.  Mədəniyyətlə  təbiət  vahid  təsəvvür  edilməli, 

bir-brindən yararlanmalıdır. 

 

 

Sonda kitabxanaçı bioloji müxtəliflik mövzusu ilə bağlı məktəblilərə suallar verir. 

Sualları    ən  yaxşı  cavablandıran  məktəbli  kitabxananın  rəhbərliyi  tərəfindən 

mükafatlandırılır. ) 

 

Biomüxtəlifliyin  qorunub  saxlanmasının  zəruriliyini  bu  zərurətin  hansı  nöqteyi-



nəzərdən  qiymətləndirilməsindən  asılı  olaraq  hər  hansı  bir  obyektiv  üsulla 

müəyyənləşdirmək  olduqca  çətindir.  Lakin,  bütün  bunlara  baxmayaraq,  biomüxtəlifliyin 

saxlanmasını zəruri edən üç əsas səbəb mövcuddur:

 

Utilitar nöqteyi-nəzərdən, biomüxtəliflik elementləri artıq bu gün insan üçün real faydaya 

malik və  ya  gələcəkdə  faydalı olacaq  resursdur.Biomüxtəliflik  həm  iqtisadi,həm  də  elmi 

(məsələn,yeni dərman pereparatlarının və ya müalicə üsullarının axtarımında) fayda verir. 

Çünki,təbiət  insan  üçün  əbədi  və  əvəzolunmaz  dəyərdir.  Bu  tərif  qanun  nöqreyi-

nəzərindən  rəsmi  tərif  kimi  qəbul  olunmüş  və  BMT-nin  biomüxtəliflik  məslələri  üzrə 

konvensiyasına  daxil  edilmişdir.  BMT-nin  bu  konvensiyası  Andorra,  Bruney,Vatikan, 

Somali və ABŞ istisna olmaqla dünyanın bütün ölkələri tərəfindən qəbul olunmuşdur. 

Yəqin  ki,Qlobal  biomüxtəliflik  strtegiyasında  iştirak  edən  hər  bir  insan  və  təşkilat  üçün 

aşağıda qeyd olunan 10 prinsipi dərk etmək olduqca vacibdir: 

1. Bütün canlı varlıqlar unikaldır və bəşəriyyət üçün vacibdir. 

2.  Biomüxtəlifliyin  saxlanması  həm  lokal  və  milli,həm  də  qlobal  ümumbəşəri  miqyasda 

resursların qorunması üçün zəruri və faydalıdır. 



21 

 

3.  Biomüxtəlifliyin  qorunub-saxlanması  üçün  zəruri  olan  məsrəflər  və  bu  fəaliyyətin 



verdiyi  və  ya  gələcəkdə  verəcəyi  gəlir  və  qazanc  müxtəlif  millətlər  arasında  və  eləcə  də 

ayrı-ayrı ölkələr daxilindəki insanlar arasında daha bərabər bölünməlidir. 

4. Bəşəriyyətin dayanıqlı inkişafına nail olmaq üçün aparılan irimiqyaslı fəaliyyətin tərkib 

hissəsi  kimi,biomüxtəlifliyin  qorunub-saxlanması  bütün  dünyada  iqtisadiyyatın 

struturkturuna və inkişafına düzgün yanaşma tələb edir 

5. Dövlətlərin biomüxtəlifliyin qorunub-saxlanmasına çəkilən xərclərin həqiqətən səmərəli 

olmasını təmin edən siyasət və reformaları (qanunvericilikdə,təbiəti mühafizə fəaliyyətinin 

strukturunda və s.). 

6. Müxtəlif səviyyələrdə biomüxtəlifliyin saxlanması sahəsində prioritetlər fərqlənir.Belə 

ki,yerli  və  lokal  proritetlər  ümummilli  və  ya  qlobal  prioritetlərlə  üst-üstə  düşməyə  də 

bilər.Lakin,yerli  prioritetlər  qlobal  prioritetlərdən  heç  də  az  əhəmiyyət  daşımır.Bütün 

bəşəriyyət  çərçivəsində  biomüxtəlifliyin  saxlanması  üzrə  işlər  yalnız  növlərlə  xüsusilə 

zəngin  bəzi  ekosistemlərin  (məsələn,tropik  meşələr  )  mühafizəsi  ilə  məhdudlaşdırıla 

bilməz. 


7. Perspektivdə biomüxtəlifliyin saxlanması yalnız o zaman dayanıqlı proses ola  bilər ki, 

cəmiyyətin  narahatlığı  və  bu  istiqamətdə  fəaliyyətin  zəruriliyinə  inamı  daim  artacaqdır. 

Əsaslandırılmış  seçim  etmək  və  uyğun  qərarlar  qəbul  edilməsi  üçün  siyasətçi  və 

məmurların bu sahədə zəruri məlumatlara malik olması olduqca vacibdir. 

8.  Biomüxtəlifliyin  saxlanması  üzrə  fəaliyyət  və  sosial  prioritetlər  bərabər  dərəcədə 

planlaşdırılmalı  və  həyata  keçirilməlidir.Yəni,bu  fəaliyyətin  mərkəzində  təkcə  qorunan 

təbiət əraziləri (qoruqlar,yasaqlar, bu və ya digər nadir növün 

məskunlaşdığı yer və s.) deyil,həm də insanların yaşadığı və işlədiyi yerlər də olmalıdır. 

9. Mədəni müxtəliflik təbiət müxtəlifliyi ilə sıx bağlıdır.Bəşəriyyətin təbiətin müxtəlifliyi, 

onun  əhəmiyyəti  və  istifadəsi  haqqında  təsəvvürləri  xalqların  mədəniyyət  müxtəlifliyinə 

əsaslanır  və  əksinə,biomüxtəlifliyin  saxlanması  üzrə  fəaliyyət  əksar  hallarda  mədəni 

inteqrasiyanı gücləndirir. 

10. İctimaiyyətin iştirakının artırılması,əsas insan hüquqlarına hörmət,insanların  məlumat 

və  təhsil  əldə  etməsinin  asanlaşdırılması,  siyasətçilərin,  nazirlik  və  idarələrin  cəmiyyət 

qarşısında hesabatlılığının gücləndirilməsi biomüxtəlifliyin qorunub-saxlanması sahəsində 

müvəffəqiyyətli fəaliyyətin zəruri şərtləridir. 

Bəli təbii sərvətlərin qorunması və davamlı istifadəsi XXI əsrin ən mühüm və qlobal 

problemlərindən biridir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik nəhəng, 

lakin  hələ  də  tam  qiymətləndirilməmiş  zəngin  ehtiyat 

mənbəyidir.  O, 

mikroorqanizmlərdən başlamış ən iri heyvanlara və ali bitkilərə qədər bütün formalar və 

onların məxsus olduğu ekosistemləri əhatə etməklə həyatın mövcudluğunun əsasını təşkil 

edir.  Ona  görə  də  indiki    və  gələcək  nəsillər  üçün  bioloji  müxtəliflik  misilsiz  milli 

sərvətdir.  

Son illərdə Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli 

vacib  olan  prioritetlər  kimi  müəyyən  edilmiş  və  bu  sahədə  ciddi  səylər  göstərilir.  Orxus 

Konvensiyasının  qəbul  edilməsi  isə  əhalinin  ekoloji,  o  cümlədən  bioloji  müxtəliflik 

haqqında məlumatlandırılmasına, əlverişli şərait yaratmışdır.  

Fəaliyyət  planının  vəzifələrindən  biri  də  Konvensiya  tərəfindən  qəbul  edilmiş  22 

may Beynəlxalq Biomüxtəliflik Gününün Respublikada hər il keçirməsidir.  




22 

 

         Hər birimizin sağlam, təhsilli, dünyagörüşlü gənclər olması və təmiz, gözəl dünyada 



yaşaması lazımdır. Əgər biz sağlam bir cəmiyyət yaratsaq bu dünya da sağlam olacaqdır. 

Əlbəttə ki, təhsilli gənclər Azərbaycanın və dövlətin inkişafına təkan verəcəkdir. Biz artıq 

dünyanın  çirklənməsinə,  ekoloji  problemlərə,  milli  sərvətlərin  tükənmisinə,  flora  və 

faunanın  yox  olmasına  yol  verməməliyik.  Gələcək  həyat,  gözəl  həyat  bizim  çox 

yaxınımızdadır - öz əllərimizdədir.  

     

         ( Tədbirdən öncə Biomüxtəliflikdən bəhs edən slayd nümayiş edilir. ) 

 I Aparıcı:   Salam əziz  uşaqlar və qonaqlar. Hamınızı 22 May Beynəlxalq Biomüxtəliflik      

                   günü ilə bağlı hazırladığımız tədbirdə xoş gördük. 



II Aparıcı: Təbiət — İstirahət, insan  sağlamlığın qorunması və bərpası, mədəni  

                  sortların əmələ gəlməsi, formalaşması və yaşaması üçün yer, elmi axtarış                      

                  sahəsidir.Bunun üçün də insanların yaşayış tərzi, maddi rifahı təbiətlə, təbii   

                  sərvətlərin zənginliyi ilə bağlıdır. Biz hər birimiz bilməliyik ki, insanların  

                   sağlam, şən və firavan yaşaması üçün təbiəti sevməklə yanaşı onu qorumalı,       

                  canlıların məhvinə, su sistemlərinin çirklənməsinə yol verməməliyik.  



I Aparıcı:   Elə bu günkü tədbirimizdə sizlərə təbiəti qorunmaq, onu sevdirmək üçün     

                   təşkil olunub.Təbiətin bir hissəsi olan  gözəl bahar çiçəklərindən bəhs edən   

                   təbirimizdə salamlayırıq sizləri. Bizim hər birimiz böyükdən kiçiyə bu   

                   çiçəkləri çox sevirik.İndi görək uşaqların sevimli dostu Cırtdan meşədə  

                   gəzərkən hansı güllərlə tanış olacaq. 

                                  ( Cırtdan Səhnədə görünür.Əyilib Novruzgülünü dərir. ) 

 Cırtdan: Novruzgülü. Mən bu gülü tanıyıram. Bu gülü baharın ilk kəşfiyyatçısı   

                adlandırırlar. Hələ qar əriməmiş göy güllərini  qarın üstünə səpələyir. Onu şaxta   

               belə qorxutmur. Geridə qalan qışın qarının üstündə novruzgülləri çox gözəl   

               görünür. 

 II Aparıcı: Cırtdanın verdiyi məlumat xoşunuza gəldimi? Gəlin Cırtdan təzə güllər   

                   axtarsın biz isə şeirləri dinləyək. 



 

 Qar çiçəyi                                                Bənövşə 

Meşədə qar çiçəyi                                   Yazda açırsan, 

Üşüyür qar çiçəyi.                                  Ətir saçırsan. 

Şaxta onu dondurar,                              Yerin bağ meşə, 

Ləçəklərin don vurar                              Gözəl bənövşə. 

Çıxıb qarın altından,                              Zərif ətrin var, 

Kömək edin ay aman!                            Sənin bənövşə. 

O yaşamaq istəyir.                                 Sevir uşaqlar, 

Qoymaz onu donmağa,                          Səni həmişə... 

Sığınıbdı torpağa...                                                   M. Seyidzadə 



                      M. Namaz                          

              

             Lalə 

Qonağısan yaylağın, 

Hər çəmənin, hər bağın. 



23 

 

Alov kimi yanırsan, 



Xallı olur yanağın. 

Adındır bahar qızı, 

Donun olur qırmızı. 

Açanda bəzəyirsən  

Sevimli yurdumuzu. 

                     M. Seyidzadə 

                (  Uşaqlar səhnədən gedirlər. Cırtdan əlində dəvədabanı səhnədə görünür. ) 

Cırtdan:  Dəvədabanı dörd yaxud altı saplaqlı olur. Çox qəribə güldür. Səhər günəşlə     

                  çıxır, axşam gizlənir. Yarpağının birtərəfi isti, birtərəfi soyuq olur. Zəncirotu  

                 isə günəş altında şara bənzəyir. Çəmənlik qızılı rəngdə olur. O, günəşi çox  

                 sevir, həmişə üzünü günəşə tutur. Arılar da zəncirotunu çox sevir. Axı  

                 zəncirotundan çəkilən bal dadlı və ətirli olur. Onun vasitəsi ilə hətta saatı da  

                  öyrənmək olar. Axı səhər saat 5-6-da açılır, gündüz 2-də yumulur. Biz insanlar  

                 bahar güllərini qorumalıyıq. Axı onların ömrü az olur. 

 I Aparıcı: Uşaqlar indi isə zəncirotu haqda şeirə qulaq asaq. 



                                         Zəncirotu 

  Oxucu:                       İstədim qıram 

                                     Zəncirotunu. 

                                     Düşdü başından 

                                     Papağı onun 

                                     Dedim yavaşdan  

-

 



Al papağını 

                                    Qorun yağışdan. 

                                                            M. Quluzadə. 



 

 II Aparıcı : Qırmızı kitaba düşən güllər haqqında bilirsiniz nə yazılıb? ― Gülləri dərmək   

                      və tapdalamaq olmaz. Onları qoruyaq ki onlar inkişaf etsin.‖ Gözəl şairimiz   

                      Əli Kərimin  bu haqda gözəl bir şeiridə var:‖  

                                                  

                                                ―Gülün şikayəti” 

                                           Yerim bağça- bağ mənim, 

                                            Rəngim ağappaq mənim. 



                                            Bir ətirli güləm mən

                                            İstəyirəm güləm mən. 



                                            Ay yoldan ötən oğlan 

                                            Məni incidən oğlan 

                                            Neyləmişəm mən sənə? 

                                            Yolunu düz keçsənə! 

                                             Gəl dəcəllik etmə sən, 

                                             Yoxsa ki, bilməyirsən 

                                             Yarpaqlarım incədir? 



                                             Yaram məni incidir. 

                                             Sən məni döymə-döymə




24 

 

                                             Xətrimə dəymə - dəymə.         



 I Aparıcı:   Hazırda Vətənimizdə bir çox heyvanlar, bitkilər və bəzi quşlar təbiətdə az               

                     sayda qaldığına görə onların adları ―Qırmızı kitaba‖ düşmüşdür. Məs: maral,   

                     dağ keçisi, qaban; bitkilərdən: dəmirağacı, qarağac, və s. Vətənimizdə yetişən   

                     yeganə bitki olan Xaıbülbülümüz də artıq dünyada qırmızı kitaba salınmışdır.   

                   Gəlin bu bitkini yaxından tanıyaq: 

II Aparıcı:  Xarıbülbül -  Bu çiçək haqqında yəqin ki, hamımız eşitmişik, çünki, bu   

                     gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın diri rəmzidir. Bəli,   

                     hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə bilirik? Deyilənə   

                     görə bu gül yalnız Şuşada bitir. Lakin, mən onun Laçında, Gədəbəydə, Xızı   

                     dağlarında da bitdiyini eşitmişəm. O zaman mənə bu gül haqqında gözəl bir  

                     əfsanə danışdılar: Gəlin indi mən də sizə danışım.―Biri varmış biri yoxmuş,   

                     bir dənə bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun   

                     başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir   

                     günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül   

                     arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını   

                     kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür,  

                    onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə –   

                    Xarıbülbülə döndərir. 

I Aparıcı:    Başqa bir əfsanə də var ki, Qarabağ xanı öz qızını İran şahına veribmiş. Xan   

                   qızı İranda darıxır, sıxılır və şah onun ürəyini açmaq üçün sarayda ―Vətən     

                     bağının‖ salınmasını əmr edir. Bağ salınır və Qarabağda bitən bütün güllər,   

                     bitkilər gətizdirilib, bu bağda əkilir. Bu bitkilərin hamısı kök vurub, gül açır,   

                   bircə Xarıbülbül yad torpaqda bitmir, solur. 

II Aparıcı: Bitkiləri, heyvanları, suyu Allah bir vəhdət şəklində yaratmışdır. Onlardan   

                  biri olmasa o biri də yaşaya bilməz. Ona görədə təbiətdə olan hər bir şeyin   

                  qədrini bilməli, ona qulluq etməlisiniz. 

              (  Sonda  Xarı bülbül haqqında rejissor  İqbal Məmmədəliyevin, Hafiz Nəzərlinin  



ssenarisi əsasında çəkdiyi “Xarıbül”filmi nümayiş edilir. )                              

 

                                 İstifadə edilmiş ədəbiyyat: 

Babayev İ. Bioloji müxtəliflik: Xəzərin Azərbaycan hissəsinin sudaüzən    

 quşları - Bakı : Nurlar, 2007. – 136s.  

Orhus konvensiyası . - Bakı, 1998. - 32 s.  

Azərbaycanda ev heyvanlarının biomüxtəlifliyi - Bakı : Elm, 2004. - 308 s. 

İsmayılov Ç. Xəzər dənizinin və sahilyanı  ərazilərin ekologiyası.  - Bakı : Ayna   Mətbu 

Evi, 2005. - 117 s.  

Təbiət haqqında hekayələr. - Bakı : Çaşıoğlu-Multimedia, 2010. - 96  s.  

Məmmədova X. Uşaq bağçalarında ekoloji tərbiyə : Metodik vəsait. - Bakı : Çaşıoğlu-     

 Multimedia, 2009. - 120 s.  



Novruz Z. Vəhşilər arsında. – Bakı: ―Azərbaycan Ensiklopediyası‖ Nəşriyyat-Poliqrafiya 

Birliyi,1998. – 264 s. 



Yusifov E. Bioloji müxtəliflik : Abşeron yarımadasının təbiət abidələri .  - Bakı : Nurlar, 

2007. - 424 s.  



Yüklə 254,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə