Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 254,09 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix17.01.2018
ölçüsü254,09 Kb.
#21064
1   2   3   4   5   6   7   8

12 

 

                                                 SİTATLAR: 

―Təbiət  və  insan  münasibətləri  –  iki  mədəniyyətin  münasibətləridir;  onlardan  hər  biri 

özünəməxsus  olaraq davranış qaydalarına malikdir. 

                                                                                   

Akademik D.S.Lixaçov

 

 

 Mədəniyyətlə təbiət vahid təsəvvür edilməli, bir-brindən yararlanmalıdır. 



                                                        R

us ziyalısı Nikolay Berdyayev 

 

Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı  mühafizə  etsək, o da bizə o 



qədər qida və şəfa  verəcəkdir. 

                                                                                  



Akademik Həsən Əliyev 

 

 



 

 

  



 

 

 



   

 

                                                        



 

 

  



       

 

 



 

 

 



 

 

 



 

            




13 

 

 

Kitabxanalarda  İnsan  və  ekologiya‖,  ―Biosfer  və  insan‖,  ―Əhali  və  ətraf  mühit‖, 

―Ekoloji  mədəniyyət‖  adlı  xüsusi  dərnəklərin  təşkili  uşaqlarımızın,  gənclərimizin  bu 

mövzuda biliyinin artmasına səbəb olar. 

 

 



Biomüxtəliflik – dünyanın mədəniyyət rəngləri:

 

 

 

Bir  anlıq  səmanı  quşlarsız,  torpağı  gülsüz,  dənizləri  balıqlarsız  və  nəhayət 



 

planetimizi  uşaqlarsız  təsəvvür  edə  bilərsiniz?  Necə  də  dəhşətdir!!!  

 

Təbiəti qorumaq bizim əlimizdədir. Gəlin bu gözəlliklərə biganə qalmayaq! 

 

F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası  Beynəlxalq  Muğam  Mərkəzində 



Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşkilati  dəstəyi  ilə 

Respublika Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan Uşaq 

və  Gənclər  Yaradıcılıq  Mərkəzləri  arasında  22,  26  may  2014-cü  il  tarixində  Beynəlxalq 

Biomüxtəliflik  gününə  həsr  olunmuş  ―Dünyanın  mədəniyyət  rəngləri‖  adlı  yarışma 

keçirdi.  Yarışmada  Böyük  Britaniya,  Türkiyə,  Hindistan,  Rusiya,  Gürcüstan,  Tatarıstan, 

İran,Yunanıstan,  Hollandiya,  Hindistan,  İtaliya,  İspaniya  dövlətləri  təmsil  olunurdu. 

Yarışma 5 nominasiya üzrə nəzərdə tutulmuşdu: 

1. Təmsil olunan dövlət haqqında təqdimat-slaydların (video və ya foto) hazırlanması 

2. Milli rəqs 

3. Milli geyim (seçilən dövlətlərə mənsub kuklalara) 

4. Milli kuklanın hazırlanması 

5. Şirma nağıl 

 

Tədbiri  keçirməkdə  əsas  məqsəd  uşaqları  dünya  xalqlarının  mədəniyyəti,  adət  və 



ənənəsi,  ədəbiyyatı,  musiqisi  ilə  tanış  etmək,  dostluq  əlaqələrini  möhkəmləndirmək, 

onlarda  tolerantlıq  hisslərini  aşılamaqla  istedadlı  uşaqları  üzə  çıxarmaq,  sağlam 

gələcəyimiz  naminə  ekologiyamızı  qorumaqla  uşaqları  maarifləndirmək  idi.  Yarışmanın 

açılışı 22 may saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçirildi. Münsiflər heyətini 

Mədəniyyət və Turizm Nazirliyi kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova, 

Respublika  Xoreoqrafiya  Akademiyasının  əməkdaşı,  sənətşünas  Gülşən  xanım  Kəngərli, 

Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyinin  əməkdaşı  -  Məlumat  Hesablama 

Mərkəzi, WEB texnologiyaları şöbəsinin sektor müdiri Knyaz Yaqubov, Azərbaycan Xalq 

rəssamı  Arif  Hüseynov,  arxitektor,  rəssam  və  Azərbaycan  kuklaçılarının  koordinatoru 

Pərviz  Hüseynov,  filologiya  elmləri  doktoru,  professor,  uşaq  yazıçısı  Zahid  Xəlil  təmsil 

edirdi.  Tədbirdə  təmsil  olunan  12  dövlətin  səfirliklərindən  nümayəndələr,  YUNİSEF-in 

Azərbaycan  nümayəndəliyi,  Ombusdman  nümayəndəliyi,  Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyi,  Təhsil  Nazirliyinin  əməkdaşları,  uşaq  yazarları, 

məktəblilər iştirak edirdi. 

Tədbir iştirakçıları bunlar idi: 

1. Nəsimi rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi(Türkiyə) 

2.Sabunçu rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Böyük Britaniya) 

3.Yasamal rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Hindistan) 

4. Səbail rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Gürcüstan) 

5. Binəqədi rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Özbəkistan) 

6. Xətai rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (İran) 

7. Nərimanov rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (İspaniya) 




14 

 

8. Qaradağ rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Rusiya) 



9. Xəzər rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (İtaliya) 

10.Suraxanı rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Tatarıstan) 

11.Pirallahı rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Yunanıstan

12.Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Hollandiya

 

Yarışmanın  açılışı  C.Hacıyev  adına  3  saylı  musiqi  məktəbinin  xor  kollektivinin 



ifasında  Uşaq  himni  ilə  başladı.  (sözləri  İsmayıl  Dadaşov,  musiqisi  Səyavuş  Kərimi) 

Tədbir  ssenari  üzrə  davam  etdi.  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 

Nazirliyinın  Aparatının  rəhbəri  Firudin  Qurbanov  çıxış  etdi.  Çıxışında  22  may  tarixinin 

bizim  üçün  necə  önəmli  olmasından,  uşaqlar  arasında  aparılan  belə  işlərin  onların 

dünyagörüşünün  artmasında,  tolerantlıq  hislərinin  güclənməsində  rolundan  danışdı. 

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord çıxışında qeyd etdi 

ki,  belə  tədbirlərin  keçirilməsi  həqiqətən  də  onu  daha  çox  sevindirir.  Çünki  ana  və 

uşaqların sağlamlığının qeydinə qalan bir təşkilat kimi, gələcəyimiz olan uşaqların sağlam, 

hərtərəfli  böyümələri  üçün  keçirilən  tədbirə  görə  Mədəniyyət  Nazirliyinə,  kitabxana 

işçilərinə  öz  dərin  minnətdarlığını  bildirdi.  Tədbir  iştirakçılarının  3  nominasiya  üzrə  əl 

işlərinə  (Kuklaların  hazırlanması,  şirma  nağılın  təqdimatı  və  milli  geyimin  düzgün 

seçilməsi) Muğam Mərkəzinin foyesində, 2 nominasiya üzrə isə (çarxlı video və ya foto 

slaydın  nümayişi,  milli  rəqsin  təqdimatı)  zalda  qiymət  verildi.  Ən  yüksək  qiymət  5  bal 

olmaqla  qiymətləndirildi.  Yarışmanın  yekun  konserti,  qaliblərin  mükafatlanması  mayın 

26-da  saat  11:00-da  Beynəlxalq  Muğam  Mərkəzində  keçirildi.  Tədbirdə  qaliblərin 

mükafatlanması təntənəli şəkildə qeyd olundu. 

 

―Tamaşaçı rəğbəti‖ nominasiyasının qalibi Nəsimi rayon Çingiz Mustafayev adına 



25 saylı Uşaq Yaradıcılıq Mərkəzi oldu. Nominasiya qalibinə diplom və hədiyyəni təqdim 

etmək  üçün  səhnəyə  Bakı  şəhər  Təhsil  İdarəsinin  nümayəndəsi  Rövşən  Əliyev  dəvət 

olundu.  Yekun  mərhələsində  onlar  Türk  rəqsini  oynadılar.  Azərbaycanın  Türkiyədəki 

səfirliyinin  müşaviri  Əhməd  bəy  uşaqları  təbrik  etdi,  onlara  uğurlar  dilədi.  Yarışmanın 

əsas nominasiyalından biri olan ―Milli kukla‖ nominasiyasının qalibi Səbail rayon 20 saylı 

Uşaq  Yaradıcılıq  Mərkəzinin  üzvləri  oldu.  Nominasiya  qalibinə  diplom  və  hədiyyəni 

təqdim  etmək  üçün  səhnəyə  arxitektor,  rəssam,  Azərbaycan  kuklaçılarının  koordinatoru 

Pərviz  Hüseynov  dəvət  olundu.  Onlar  da  yekun  konsertdə  gürcü  rəqsi  ilə  çıxış  etdilər. 

―Kuklalara  milli  geyimin  düzgün  seçilməsi‖  nominasiyasının  qalibi  26  saylı  Binəqədi 

rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri oldu. Nominasiya qalibinə diplom və 

hədiyyəni  təqdim  etmək  üçün  səhnəyə  Azərbaycan  xalq  rəssamı  Arif  Hüseynov  dəvət 

olundu.  Onlar  özbək  rəqsi  ilə  yekun  konsertinə  daha  əlvan  rəng  qatdılar.  ―Şirma  nağıl‖ 

nominasiyasının  qalibi  Qaradağ    rayonu  33  saylı  Uşaq  Yaradıcılıq  Mərkəzinin  üzvləri 

oldu.  Nominasiya  qalibinə  diplom  və  hədiyyəni  təqdim  etmək  üçün  səhnəyə  uşaqların 

sevimli  yazıçısı  Reyhan  Yusifqızı  dəvət  olundu.  ―Çarxlı  video  və  ya  foto  slaydın 

hazırlanması‖  nominasiyasının  qalibi  24  saylı  Yasamal  rayon  Uşaq  Yaradıcılıq 

Mərkəzinin  üzvləri  oldu.  Onlar  yekun  konsert  proqramında  hind  rəqsi  ilə  çıxış  etdilər. 

Nominasiya  qalibinə  diplom  və  hədiyyəni  təqdim  etmək  üçün  səhnəyə  Rabitə  və 

İnformasiya  Texnologiyaları  Nazirliyi,  VEB  texnologiyaları  şöbəsinin  sektor  müdiri 

Knyaz Yaqubov dəvət olundu. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi 

hədiyyəsi  (notbuk)  Pirallahı  rayon  29  saylı  UYM-nin  üzvlərinə  verildi.  Təmsil  olunan 



Yüklə 254,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə