Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 254,09 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix17.01.2018
ölçüsü254,09 Kb.
#21064
1   2   3   4   5   6   7   8

 

Qızılgül:       A!.. Eşidənlər elə bilərlər ki, lovğalanırıq. 



Nərgiz:         Doğurdan a, mənim lovğalıqdan acığım gəlir. 

Mixəkgülü:  Mənimdə. 

İnciçiçəyi:    Elə mənimdə 

                                               Kəpənək səhnəyə gəlir: 

Kəpənək:      Salam. 

Çiçəklər:       Salam ay kəpənək. 

Kəpənək:      Bayaqdan sizə qulaq asırdım, siz heç lovğalanmırdınız. 

Çiçəklər:       Sağ ol kəpənək. Sən doğurdanda göyçəksən. 

Kəpənək:      Xoş sözlər üçün sağ olun. (uçub gedir) 

Çiçəklər:      Yaxşı yol! 

Arı:               Öz nəğməm var mənimdə 

                      ZZZI......zzzzzzz.... 

                      Heç vaxt düşməz dilimdən 

                      Vızhavızla, uçaram, 

                      Kim toxunsa sancaram. 

                      Xortumluyam fil kimi. 

                      Əlvan güldən, çiçəkdən 

                      Bol şirə çəkərəm mən. 

 

 

 



Bioloji müxtəlifliyin qorunması üçün lazım olan əsas şərtlərdən biridə insanların 

təbiətlə düzgün davranış qaydalarını bilmələridir. Uşaq kitabxanası olaraq bu qaydalarla 

kiçikyaşlı oxucuları tanış etmək üçün kitabxanada təşkil edilən mövzu günlərinin də 

xüsusi əhəmiyyəti vardır. Mövzu günü ilə bağlı oxuculara təbiətlə davranış qaydaları 

haqqında əyani söhbətlər aparılır, sərgilərlə tanış edilir, təbiətlə davranış qaydalarından  

bəhs edən müxtəlif  slaydlar, nümayiş  etdirilir. 

 

 

 



 

 

 



 

 

 




 

“Su  təmiz  həyatdır”  adlı  söhbətdə  onlara  suyun  həyat  əhəmiyyətindən  danışırıq:  Su 

olmasaydı şübhəsiz  hər  yan  səhralardan   ibarət  olardı.  Dənizlərin  yerində  dibsiz  və  

ürpədici    çuxurlar    qalardı.  Göy    isə buludsuz   və    çox   əcaib    şəkildə   görünərdi.  Su o 

nemətdir ki, həyatın yaranması və var olmağımızın əsas səbəbidir.

 

Yer  üzündəki  həyatın  



təməli  olan  suyun  yaranması  əslində  çox  çətin  bir  prosesdir. Suyu  yaradan hidrogen 

və    oksigen    molekullarının    reaksiyaya    girməsi  üçün    yüksək    tempratur    lazımdır. 

Planetdə  mövcud  olan  su  buxarlanaraq  atmosferə  yüksəlir, oradan da  yağıntı  halında  

yenidən    yerə    qayıdır.  Yəni    onun    miqdarı      dəyişmir,  sadəcə    olaraq    dövr    edir. 

Dünyamızın  üçdə  iki  hissəsi    həyat    üçün    özəl    olaraq    seçilmiş  bir    maye  –  su    ilə  

örtülüdür.    Yer    üzündə    yaşayan  bütün    canlıların    bədənləri  isə  50  –  95%    nisbətində  

sudan ibarətdir. Suyun  qaynama  tempraturuna  yaxın  istiliyə  malik  bulaqlarda  yaşayan   

bakteriyalardan    tutmuş,    əriməkdə      olan    buzların    üzərindəki    bəzi    yosunlara    qədər  

suyun    olduğu    hər    yerdə      və    hər    tempraturda    həyat  vardır.    Yağışdan    sonra  

yarpaqların  üzərində   qalan   su  damcılarında  da  minlərlə  mikroskopik  canlı  yaşayır, 

çoxalır  və    ölür.    Burada  gənc  nəslə  çirkli  suyun  insan    üçün  zərərindən,  təmiz  suyun 

sağlamlıq üçün qiymətindən danışılır. Əsasən, su, su sərvətlərindən olan balıq, su quşları 

və s. heyvanların yaşam mənbəyidir. Onlarsa insanların əvəzsiz qida mənbəyi hesab edilir. 

Suyun çirklənməsi isə su heyvanlarının zəhərlənməsi ilə insanların sağlamlığı üçün böyük 

təhlükə sayılır. 

 

Sonda belə nəticəyə gəlinir ki, suyun təmizliyinin qorunması ilə isə bütün dünya 



xalqları məşğul olmalıdır.

 

Gəlin  yaşadığımız  ərazini  layiqincə  qoruyaq, ana  təbiəti  



sevək,  onu  qiymətləndirək, Allahın  bizə  bəxş  etdiyi  gözəllikləri  layiqincə  

qiymətləndirək. Onsuzda  bir tərəfdən  çirklənən  təbiətimizi  biz  daha  da  korlamayaq.  

Yaradanın  bizə  nəsib  etdiyi  gözəllıkləri  duyaq, anlayaq və  ona  daim  şükr   edək.   Və  

bir  şeyi  anlayaq  ki,  susuz  həyat  olmayıb,  olmayacaqdırda.  Odur  ki,  bu  təbii  

resursların  əsasən  də  suyun  mahiyyətini  anlayaq  onu  düzgün  qiymətləndirməyi  və  

düzgün  istifadə  etməyi  bacaraq.  Allah  heç  kimi  susuzluqdan sınağa  çəkməsin.İnsan  

ömrü  susuz  beş  gün  belə  yaşaya  bilməz. 

Kitabxanada rəsm müsabiqələrinin keçirilməsi-nin də xüsusi əhəmiyyəti vardır.  



“Əgər  su  olmasaydı  yer  üzü  necə   görünərdi?”  Belə bir başılıq altında kitabxanada 

təşkil olunan, rəsm müsabiqəsinin məqsədi iştirakçı 

olan  hərbir  yeniyetmənin  susuz  dünyanı  necə 

təssəvvür etdiyini öyrənməkdir. Həmçinin müsabiqə 

suyun  həyati  əhəmiyyəti,  su  və  su  ekosistemlərinin 

qorunmasının  vacibliyini  uşaqlara  aşılayacaqdır. 

Müsabiqənin 

keçirilməsi 

üçün 

kitabxanada  



müsabiqənin  keçirilmə  vaxtı yazılmış elan vurulur. 

Elan 


istifadəçilərin 

daha 


çox 

olduğu 


kitabxananımızın  internet  saytında    yerləşdirilir.  Xidmət  şöbəsinin  işçiləri  oxucuları  bu 

müsabiqə  haqqında  məlumatlandırıb,  iştirak  etməyə  həvəsləndirir.  Ən  maraqlı  rəsm 

müəllifi isə sonda kitabxana tərəfindən mükafatlandırılır. 

  

Kiçikyaşlı  oxucularla  təbiətdə  müxtəlif  dərman  bitkilərin  faydasından  bəhs  edən 



səhnəciyin hazırlanması məqsədəuyğundur. 

İlk öncə kitabxanaçı suallarla başlayır 




 

Kitabxanaçı:   Uşaqlar hansı bitkiləri tanıyırsınız? 

                         Bitkilərin insan üçün nə faydası var? 

                         Onlar bizə lazımdırmı? 

                         Bitkilər məhv olsa nə baş verər? 

 

Sual-cavabdan sonra kitabxanaçı uşaqlara bitkilər haqında geniş məlumat verilir. 



―Bitkilər bizim həyatın bəzəyidir. Onların əhatəsində yaşamaq çox insanlara böyük həzz 

verir.  Onlar  həmdə  bizlərüçün  oksigen  mənbəyidir.  Gündəlik  yediyimiz  çörəyidə  bizlərə 

təbiət yetişdirir. Çörək insanın yaratdığı elə bir nemətdir ki, həyatı onsuz təsəvvür etmək 

olmaz.  Əvvəlcə  yer  şumlanır,  buğda  əkilir.  Əmələ  gələn  sümbülləri  kombaynla  yığıb 

dəyirmanlara  daşıyırlar.  Üyüdülmüş  buğda  un  olduqdan  sonra  çörək  zavodlarında 

bişirilməyə göndərilir. Xalq şairi Səməd Vurğun çörək haqqında belə demişdir: 

                          Torpağa düşməsin havayı bir dən, 

                          Çörək bol olarsa, basılmaz Vətən.  

Ona görədə çörəyin qədrini bilmək lazımdır. 

 

Bitkilər  insanları  müalicə  etmək  üçün  də  çox  faydalıdır.  Dünyada  olan  bütün 



xəstəliklərin  dərmanı  təbiətdə  var.  Məktəbəqədər  uşaqlarla  bitkilərin  faydası  haqqında 

səhnəcik təşkil etmək daha maraqli olar. 



Kitabxanaçı: Heç xəstələndiyiniz zaman dərman içmisiniz? Bilirsiniz bu dərmanların   

                       çoxu təbiətdə var. Sən demə hər bir xəstəliyin müalicəsi üçün öz bitkisi   

                      var. Təbiət həmdə şəfaverici qüvvəyə malikdir. Gəlin Doktor Aybolit    

                      həmin dərman bitkiləri ilə bizi tanış etsin.  



                         ( Həkim Aybolit  əlində bitkilərin şəkilləri səhnəyə çıxır. ) 

Aybolit:             İştahan pisdir zəncirotu ye. 

                          Mədən ağrıyır bağayarpağı dəmlə iç. 

                          Soyuqdəymən varsa, bağayarpağı dəmlə iç. 

                          Əlində yara varsa yenə bağayarpağı qoy. 

                          Boğazın ağrıyırsa gülxətmi dəmlə iç. 

                          Dazıotu isə yanığa dərmandır. 

       Kitabxanada  aparılan  tövsiyə  xarakterli  icmallar  da  böyük  önəm  daşıyır.  Şagirdlərlə 

işləyən orta məktəb müəllimləri ilə icmal zamanı  məlumat-biblioqrafiya şöbəsi tərəfindən 

hazırlanmış  biomüxtəliflik  mövzusunda  biblioqrafik  məlumatlardan,  bu  mövzuda 

hazırlanmış ədəbiyyat siyahılarından istifadə edilir, onlara   “təbiətin qorunması”, 



“sağlamlıq və biz”, “ətraf mühitin mühafizəsi yolları” mövzusunda tovsiyə 

ədəbiyyatları verilir. İcmal zamanı həmçinin biomüxtəliflik və onun qorunması 

haqqında qəbul edilmiş dövlət qanunları  və proqramları ilə də onları tanış edə 

bilərik. Bu qanunlar  - 

2000-ci ilin yanvarında  Monrealda Bioloji Müxtəliflik  haqqında Konvensiyaya 

Əlavə Protokolun qəbul edilməsi

1998-ci ilin iyun ayında Danimarkanın Orhus şəhərində qəbul edilmiş 

Orhus konvensiyası, 

2000-ci il dekabrın 20-də BMT-nin Baş  Assambleyasının 55/201 nömrəli 

qətnaməməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyasının qəbul 

olunması, Azərbaycanda isə bu sahədə:  

 ―Bitkilərin genetik ehtiyatlarına dair‖ Dövlət Proqramı,  




Yüklə 254,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə