Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 254,09 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix17.01.2018
ölçüsü254,09 Kb.
#21064
1   2   3   4   5   6   7   8

 

                                             Biomüxtəliflik nədir?

  

 

Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər 



su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı orqanizmlərin növ 

müxtəlifliyi  deməkdir.2000-ci  il  dekabrın  20-də  BMT-nin  Baş  Assambleyası  55/201 

nömrəli  qətnaməsi  ilə  22  may  tarixini  Bioloji  müxtəliflik  üzrə  Konvensiyanın  qəbul 

olunması,  həmçinin  ―Beynəlxalq  bioloji  müxtəliflik  günü‖  elan  etmişdir.  Əvvəllər  19 

dekabr  1994-cü  il  tarixli,  44/119  nömrəli  qətnamə  ilə  həmin  gün  dekabrın  29-da  qeyd 

olunurdu. Azərbaycan isə biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur.

 

    Bizim  taleyimiz  ekosistemin  məhsuldarlığından  və  saglamlığından  asılı  olduğundan 



dünyada  Biomüxtəlifliyin  qorunması  irqindən,  dinindən,  rəngindən  asılı  olmayaraq  hər 

birimizin borcudur. Bu baxımdan təbiətdə canlıların qorunması təbliğinə istiqamətlənmiş 

22 may Beynəlxalq biomüxtəliflik gününü Avropanın bir çox ölkələri qeyd edirlər.1992-ci 

ildə  BMT-nin  təşəbbüsü  ilə  Rio-de-Janeyro  şəhərində  keçirilmiş  konfransda  qeyd 

olunduğu kimi:  ―Dünyanın gələcəyi, inkişafı ekoloji problemlərin necə həll olunmasından 

asılı olacaqdır‖.    

                                        Azərbaycanda biomüxtəliflik: 

Azərbaycan  Respublikası  Qafqaz  regionunda  ən  zəngin  təbii  sərvətlərə  malik 

ölkədir.  Bioloji  müxtəlifliyinə  görə  Azərbaycan  dünyada  özünəməxsus  yerlərdən  birini 

tutur.  Burada  zəngin  bitki  və  heyvan  növləri  cəmlənmişdir.  Müasir  Azərbaycan  faunası 

18000 canlıdan ibarət olub məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə 

və  39  cinsə  daxildir.  Təkcə  onurğalılar  faunamızda  700  növlə  təmsil  olunmuşdur. 

Respublikanın  quş  faunası  357  növ  və  yarımnövü  əhatə  edən  17  dəstəni  təmsil  edir.  

Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və 

yarımnövü  yaşayır.    Azərbaycanın  həşəratlar  aləmi  də  son  dərəcə  zəngin  olub  25  minə 

yaxın növü əhatə edir. 

Azərbaycan    florasının  biomüxtəlifliyinə  isə  dərman,  efiryağlı,  dekorativ,  meyvə, 

texniki  və  digər  faydalı  bitkilər  daxildir.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  insanın 

uzunmüddətli  düşünülməz  təsərrüfat  fəaliyyəti  nəticəsində  respublikamızın  bitki 

örtüyünün  bioloji  müxtəlifliyi  deqradasiyaya  məruz  qalmış,  dəyişilmiş,  kasatlaşmış, 

azalmış, bəzən məhv edilmişdir. Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya 

məhv  edilməsi  ilə  əlaqədar  respublikamızın  bəzi  regionlarında  müasir  bitki  örtüyünün 

bioloji  müxtəlifliyi  müasir  iqlimə  uyğun  gəlmir.  Bunu  aşağıdakı  misallarla  izah  etməyə 

çalışaq. 



Keçiriləcək tədbirlər

:

HƏR KƏS ÜÇÜN KİFAYƏT  QƏDƏR,  TƏMİZ   SU.

  

Təbiətdə 

biomüxtəlifliyin 

tarazlığının 

qorunub 

saxlanmasında 

müəyyən 

təbliğat 

işlərinin  xüsusi  rolu  var.  Bir  kitabxana  sistemi 

olaraq  gənclərlə  işlədiyindən  kitabxanalarda  ilk 

öncə  ekoloji  tərbiyənin  düzgün  qurulması  əsas 

götürülür. 

Yuxarıda qeyd etdiyimiz kimi, bioloji müxtəliflik 

dedikdə bütün yaşayış mühitlərində, o cümlədən 

quruda, dənizdə və digər su ekosistemləri və 

ekoloji komplekslər də daxil olmaqla, bütün canlı 




 

orqanizmlərin növ müxtəlifliyi nəzərdə tutulur. Bu da o deməkdir ki, təbiətdə 



biomüxtəlifliyin qorunması insanlar üçün daha vacibdir. Bunun üçün  təbiətlə düzgün 

davranmalı, onu sevməliyik. Əyani təbliğat formalarından olan mövzuyla bağlı 

bukletlərin, kitab əlfəcinlərin hazırlanması oxucular üçün  təbiəti sevmək, onu necə 

qorumaq lazım olduğunu öyrənməyə kömək olan vasitələrdən olar. Mütəmadi bukletdə 

mövzuyla bağlı ədəbiyyat siyahısının verilməsi  oxucuların bu mövzuda  mütaliəyə 

marağının artması, onların kitabxanaya cəlbinə də yaxından köməklik göstərir. 

 

Məktəbəqədər yaşlı oxucular uşaqların ekoloji tərbiyəsində ilk növbədə uşaqların 



gözəllik, estetik zövqünün daha üstün olduğunu nəzərə alaraq, təbiətin gözəlliklərindən 

danışmaqla təbiəti onlara sevdirmək lazımdır. Ekoloji tərbiyənin düzgün qurulmasında yaş 

həddi nəzərə alınaraq kitabxanaya gələn oxucularla təbii sərvətlərin və heyvan növlərinin 

insanların düzgün olmayan fəaliyyəti nəticəsində məhv edilməsinin nəticəsi haqqında 

müxtəlif söhbətlər, filmlər, nağıllar. CD formasında nümayiş etdirilir. 

  

Bioloji müxtəlifliyin qorunması üçün görülən işlərdən biri kimi  oxuculara təbiət 



haqqında yazılan şeir və hekayələrlə tanış etməyin də xüsusi əhəmiyyəti var. M.Ə Sabirin 

―Ağacların bəhsi‖; N. Gəncəvinin ―İlin fəsilləri‖ şeiri fəsil dəyişiklikləri haqqında uşaqlara 

müəyyən məlumatlar verir, onlarda təbiətə sonsuz sevgi oyadır.Bu işin daha bir 

formalarından biridə təbətsevər şairlərin, yazıçıların dəvəti ilə kitabxanada keçirilən 

görüşlərdir. 

 

 Kitabxanada keçirilən viktorinalar da biomüxtəlifliyin qorunmasında uşaqlara 



təbiəti sevdirməyə xüsusi kömək edir. Kiçikyaşlı uşaqlar üçün zalda təşkil edilən sərgidə 

qoyulan şəkillər:1.Quşlar qəfəsdə 

                           2.Quşlar heyvanxanada 

                           3.Quşlar təbiətdə 

 Kitabxanaçı:    Uşaqlar sizcə bu şəkillərdən hansı düzgündür? 

                                          Uşaqlar kitabxanaçı ilə öz fikirlərini bölüşür 

 Kitabxanaçı:   Uşaqlar gəlin bir hekayəyə qulaq asaq və düzgün nəticə çixardaq:  

                          Bir gün bir oğlan suyun kənarındakı gölməçədə balaca bir qurbağa gördü.   

                          Ona yazığı gəldi.Onu götürüb evə gətirdi. Evdə onu pambığa büküb               

                          qutuya qoydu. 

 Oğlan:             Hə, qurbağa indi mənim evimdə isti bir yerdə yatacaqsan. 

Kitabxanaçı:    Qurbağa  bundan heç sevinmədi. Balaca oğlan qutunu açanda gördü ki,   

                         qurbağa az qalır ölsün. O, güclə nəfəs alır. Oğlan tez qurbağanı gölməçəyə   

                         atdı, qurbağa dirildi. 

 

                 Uşaqlar sizcə qurbağa balası nə üçün ölümcül halda idi? 



Çünki hər bir canlının yeri onun doğulduğu evidir. Qurbağalarıda sudan ayırmaq olmaz. 

 

Güllü-çiçəkli bağça. Çiçəklər baş-başa verib oxuyurlar:



 

Aparıcı:  Mayın çiçəkləriyik, 

                 Gözəl-göyçəkləriyik. 

                 Necə xoş ətrimiz var! 

                 Hər yanda xətrimiz var! 

                 Kim tanımır kim bizi? –  

                 Mixəkgülü, incigülü, 

                 Qızılgülü, nərgizi.                                                                                                                                                                                                               



Yüklə 254,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə