Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə12/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   176

 

38 


Naxçıvanda  tunc  dövrünə  aid  Gəmiqaya  abidəsi  eramızdan 

əvvəl  I-III  minilliklərə  aid  edilir  ki,  üzərindəki  rəsmlər,  yazı, 

işarələr  insanların  bir-biri  ilə  ünsiyyət  və  əlaqə,  öyrətmə-öyrənmə 

prosesini  əks  etdirir.  Qayaüstü  təsvirlərdə  rəqs  səhnələri  o  dövrün 

estetik zövqünü bildirir, ov səhnələri, örüş sahələri, keçi, maral, quş, 

habelə əmək alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən, 

maldarlıqdan  xəbər  verir,  at,  dəvə,  ulaq,  araba  təsvirləri  insanların 

istifadə  etdikləri  nəqliyyat  növünü  göstərir.  Günəş,  ağac,  çay  kimi 

rəsmlər qədim insanlarımızın inancından xəbər verir, daşlar üzərin-

də düz xətlə çəkilmiş bir neçə xət və ya çox xət Gəmiqayalıların say 

anlayışından  xəbərdar  olmalarını  bildirir.  Gəmiqayalıların  bəbir, 

canavar,  ilan,  dəvə  kimi  rəsmlərin  müxtəlif  vəziyyətlərdə  daşlara 

döymə  üsulla  böyük  məharətlə  işləmələri  bir  tərəfdən  o  dövrün 

rəssamlığını, nəqqaşlığını göstərirsə, digər tərəfdən də şübhəsiz in-

sanlara ətraf mühiti, ərazini onun flora və faunasını öyrədir. Gəmi-

qaya rəsmlərində bir atlının baş və ayağında geyim olması o dövrün 

peşələrini  (toxuculuq,  çəkməçilik  və  s.)  təxmin  etməyə  imkan 

yaradır. Şübhəsiz böyüklər də əldə etdiyi bilik və təcrübələri, qazan-

dıqları peşələri kiçiklərə öyrətmişlər və yaxud da kiçiklər böyükləri 

müşahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə etmişlər. 

Gəmiqayanın  ilk  tədqiqatçısı  akademik  Vəli  Əliyevin  tədqi-

qatlarından  məlum  olur  ki,  Gəmiqayada  1500-ə  yaxın  yazı,  rəsm 

daş  və  metal  alətlərlə  döymə,  qazma,  sürtmə  yolu  ilə  həkk  olun-

muşdur. Onlar aşağıdakı kimi qruplaşdırılmışdır: 1) İnsan rəsmləri; 

2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif mövzulu səhnə-

lər; 5) İşarələr; 6) Qeyri-müəyyən təsvirlər. Gəmiqayalılar nəqliyyat 

vasitəsi  kimi  at,  dəvə,  ulaq  və  arabadan  istifadə  etmiş,  maldarlıq, 

ovçuluq,  əkinçiliklə  məşğul  olmuşlar.  Buradakı  araba  rəsmləri 

diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi mənbələrdən, “Oğuzna-

mə”lərdən məlum olur ki, arabanı kəşf edənlər Kanqlı tayfaları ol-

muşlar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, cüssəli, yaxşı bir kişi 

vardı.  Bu  kişi  bir  araba  çapdı...  Arabalar  gedəndə  “Kanğa,  kanğa” 

deyə  səs  çıxarırdılar.  Onun  üçün  arabaya  “Kanğa”  adı  qoydular. 

Oğuz  Kağan  kanğaları  gördü,  güldü,  ayıtdı..  Qoy  yüklü  arabaları 

əsirlər  çəksin.  Sənə  verilən  “Kanğaluğ”  adı  qoy  kanğanı  yada 

salsın”. Bu ad Dədə Qorqudda “Kanqlı Qoca” və ya başqa bir yazı-

lışda “Qanlı Qoca” kimi işlənmişdir. Gəmiqayalılar müxtəlif təbiət 



 

39 


hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çək-

miş, Günəşə sitayiş etmişlər. Gəmiqayada günəşə sitayişi ifadə edən 

dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da günəşi ifadə 

edir. 


Gəmiqaya,  Oğlanqala,  Kültəpədə,  eləcə  də  Kəlbəcər,  Zəngə-

zur, Göyəm dağlarının (indiki Ermənistan ərazisində), habelə Cənu-

bi  Azərbaycan  abidələrinin,  xüsusilə  Qaradağ  üzərindəki  qayaüstü 

təsvirlərində insanların iqtisadi, mədəni, mənəvi həyatını əks etdirən 

müxtəlif işarələr, simvollar, damğalar (dairə formalı, düz, sınıq xət, 

haçaşəkilli,  qarmaqşəkilli,  aypara  şəkilli,  “P”,  “T”  şəkilli  işarələr, 

“həyat ağacı” təsvirləri) aşkar edilmişdir ki, onlara pedaqoji yöndən 

yanaşdıqda  deyə  bilərik  ki,  onlar  qədim  insanların  bilik,  savad  və 

mədəni  səviyyəsini,  yazı  mədəniyyətini,  rəssamlıq,  heykəltaraşlıq 

bacarığını, inancını göstərən dəlillərdir. Digər tərəfdən bu işarələrin 

müxtəlif  yerlərdə  oxşarlığı  regionun  qədim  insanlarının  bir-birilə 

iqtisadi-mədəni  əlaqələrindən  xəbər  verir.  Qədim  insanlarımızın 

daşlar  üzərində  qoyduqları  müxtəlif  məzmunlu  izlər,  işarələr, 

rəsmlər  maarifləndirici,  inkişafetdirici,  tərbiyəedici  olmaqla  qədim 

insanların “öyrətmə-öyrənmə mexanizmi”ni, tərbiyə və təhsil işləri-

ni bəsit şəkildə də olsa bizə bildirir. 

Qədim  dövr-ibtidai  icma  quruluşunda  yetişən  nəslin  tərbiyə-

sinə, icmanın əxlaq normalarına əməl edilməsinə şübhəsiz qəbilə və 

tayfanın  ağsaqqalları,  ataları,  dədələri,  təcrübəli,  bilikli  insanları 

rəhbərlik  edir,  icmaya  və  onun  üzvlərinə  məsləhət  və  istiqamətlər, 

öyüd və nəsihətlər verirdi. Buna görə də atalar, dədələr, ağsaqqallar 

bir  tərbiyəçi  kimi  hörmətli  şəxs  hesab  edilir,  onlara  pərəstiş  edilir, 

hətta sitayiş ayinləri də meydana gəlmişdi ki, bunu tunc dövrünün daş 

kitabələrində görmək mümkündür. İbtidai icma quruluşunda ağsaqqal 

ata  və  babaların  qəbri  üzərində  bir  uzun  daş  şaquli  olaraq  yerə 

basdırılırdı.  Bu  cür  abidələrə  çoban  daşı  da  deyirlər.  Belə  abidələrə 

dağ  və  dağ  ətəyi  yerlərdə  rast  gəlmək  olar.  Naxçıvanın  Nehrəm 

kəndinin  aşağı  hissəsində  “Ölən  şəhər”  deyilən  yerdə  qəbir  üstü 

daşlar  məhz  dediyimiz  çoban  daşlarındandır.  Həmin  uca  daşlara 

insanlar əbədi varlıq kimi baxmış, onlar müqəddəsləşdirilmiş, arzu və 

niyyətlər,  şər  qüvvələrdən  xilas  olmaq  bu  daşlardan  istənmiş,  bu 

daşlar ağsaqqal ata və babaların ruhunu bu dünyada yaşatmaq, ondan 

yenə də kömək və məsləhətlər almaq düşüncəsini daşımışdır. 



 

40 


Ov, yürüş, qida əldə etmək, təbii fəlakətlərdən qorunmaq kimi 

həyati proseslərdə qədim insanların inancı, nəyəsə inamı formalaşır, 

get-gedə  bu  inanc  mürəkkəbləşir,  insanların  düşüncələri  inkişaf 

edir.Yetişməkdə  olan  nəsl,  uşaqlar  bütün  bunları  müşahidə  edir, 

öyrənir,  böyüklər  onlara  öyrədir.  Belə  qənaətə  gəlmək  olar  ki, 

qədim  insanlarda  tərbiyənin  aşağıdakı  məqsədləri  olmuşdur:  l) 

Qəbilə, tayfa, ailə uşaqları praktik olaraq həyata hazırlamalı, onlara 

mürəkkəb  həyat  və  təbiət  hadisələrindən  baş  çıxarmağı,  təbii  fəla-

kətlərdən,  vəhşi  heyvanlardan  qorunmağı,  qida  əldə  etməyi,  balıq 

tutmağı,  daş  alətlərdən  istifadə  etməyi  və  onu  hazırlamağı,  ov 

etməyi  və  ovlanmış  heyvanın  dərisindən  istifadə  etməyi,  heyvan 

məhsullarından müxtəlif qida məhsulları hazırlamağı, daha sonralar 

da  heyvanlardan  müxtəlif  məqsədlər  üçün    minik,  yük  daşımaq, 

nəqliyyat  vasitəsi  kimi  istifadə  etməyi  öyrətməli,  bunlara  müvafiq 

onları  lazım  olan  bilik,  bacarıq  və  vərdişlərlə  silahlandırmalı  və 

uşaqlar  da  əldə  etdikləri  bilik,  bacarıq  və  vərdişləri  əməli  işlərdə 

nümayiş  etdirməlidirlər;  2)  Uşaqlara  ilahi  qüvvəyə,  ruha,  surətə 

inanmağı,  xeyirə  sitayiş,  pərəstiş  və  ibadət  etməyi,  onlara  dua 

etməyin yollarını, formalarını öyrətmək və uşaqlar da praktik işləri 

ilə  onların  icrasını  qəbilə  başçısına,  ağsaqqala,  dədələrə  çatdırmalı 

idilər.Bütün  bunlar  tərbiyənin  məqsədləri  olsalar  da  onların  yerinə 

yetirilməsi üçün ciddi öyrətmə- öyrənmə prosesi tələb edilir, əməli 

işləri həyata keçirmək üçün ağsaqqal məsləhəti, tövsiyəsi gərəkirdi. 

Bütün  bunlar  da  onu  göstərir  ki,  qədim  dövrlərdə  də,  icma 

quruluşunda da ağsaqqallar, ata və babalar, dədələr icma üzvlərinin 

təlimi  və  tərbiyəsi  qeydinə  qalmış,  dövrün  tərbiyə  və  təlim  məq-

sədindən irəli gələrək böyüklər əldə etdikləri təcrübəni  yetişməkdə 

olan nəslə öyrətmişlər. İbtidai icma dövründə Azərbaycanın bir çox 

yerlərində  dulusçuluq,  misgərlik,  dəmirçilik  inkişaf  etmişdir.  Qa-

rabağ,  Qazax,  Naxçıvan,  Mildüzü,  Aran  rayonlarında  dulusçuluq, 

misgərlik  və  dəmirçilik  eramızdan  əvvəl  hələ  ikinci  minillikdə 

inkişaf etmişdir. Mezolit və Enolit dövrlərində ritmik və simmetrik 

anlayışların  ortaya  çıxması,  rəqs  kompozisiyalarının,  naturadan 

çəkilən  rəsmlərin mövcudluğu onu  göstərir ki,  ən qədim dövrlərdə 

belə  rəsm  və  incəsənət  mədəniyyəti  olmuş,  müxtəlif  yazılar  olmuş 

və buna müvafiq də təlim mədəniyyəti olmuşdur. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə