Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   2   3   4   5   6   7   8   9   ...   37

 

tisadi  vəziyyətini  nəzərə  alaraq,  rəqiblərinə  nisbətən  daha 
yüksək qiymət təklif etməli olurlar. Bunun nəticəsində  isə 
qiymətlər artır və bu da həmin məhsulun təklifinin artma-
sını stimullaşdıraraq, onun istehsalı və satışına təkan verir. 
Rəqabət  bazar  mexanizminin  zəruri  elementi  olaraq 
cəmi bazar iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.  Bu-
nunla belə, rəqabətin xarakteri müxtəlif olduğu üçün o, ba-
zar  tarazlığının  əldə  edilməsi  üsulları  və  sisteminə  əhə-
miyyətli təsir edə bilir. 
İnkişaf
  
etmiş ölkələrin təcrübəsi göstərir ki,
  
 bazar 
mexanizmi azad və ya mütərəqqi rəqabət şəraitində və re-
jimində daha efektli  işləyir, reallıqda bazarda şərait alıcı-
ların və satıcıların çoxluğu, istehsal olunan məhsulun eyni 
növlüyü,  firmanın  bazara  sərbəst  daxil  olması  və  çıxması 
ilə xarakterizə olunur.  Bu cür mütərəqqi rəqabət şəraitin-
də  satıcılar  və  ya  alıcıların  heç  biri  özlüyündə  bazar 
qiymətlərinə təsir etməyə qadir olmur. 
Bu  günün  acı  həqiqəti  budur  ki,  mütərəqqi  rəqabət 
sistemi  və  rejimi  xalis    formada  heç  yerdə  və  heç  vaxt 
mövcud  olmamışdır.  Bu  elmi  və  praktiki  fenomenə  elmi 
fərziyyə  (abstraksiya)  kimi  baxmaq  və  etalon  kimi  qəbul 
etmək  olar.  Bununla  belə  onun  ideal  və  real  rəqabət  sis-
temləri  və  rejimlərinin  təhlili  bazar  mexanizminin  fəaliy-
yətinin  prinsiplərini  aydınlaşdırmaq  üçün  ilk  addım  kimi 
zəruridir. 
İqtisadiyyatda  rəqabət  mühitini  yaratmaq,  sivil  sə-
viyyəyə  qaldırmaq  və  formalaşdırmaq  çətin  və  uzunmüd-
dətli  prosesdir.  Rəqabət  mühiti  müxtəlif  (iqtisadi,  texniki, 
sosial)  məhdudiyyətlərin  təsirinə  məruz  qaldığı  üçün, 


 
10 
onun  müasir dövrün tələblərinə uyğun formalaşdırılması, 
yalnız mərhələlər üzrə həyata keçirilə bilər. Birinci mərhə-
lədə  dövlət  müəssisələrinin  müxtəlif  məramlı  dövlət  mə-
murları  tərəfindən  mənsubiyyət  tabeçiliklərinə  uyğun 
kammersiyalaşdırılmasının  ləğv  edilməsi  və  şəxsi  sekto-
run  inkişafını  daxil  etməklə  iqtisadiyyatın  inhisarlaşdırıl-
masının  qarşısının  alınması  və  dövlətsizləşdirilməsi  zəru-
ridir. İkinci  mərhələdə əsas diqqət bazar infrastrukturunın 
formalaşdırılmasında, az xərc tələb edən işlək bazar mexa-
nizmlərinin  yaradılmasında  və,  sosial  proqramların  real-
laşdırılması  məqsədilə,  xalq  istehdakı  və  s.  məhsulların 
qiymətlərinin  subsidləşdirilməsinin  mərhələlərlə  dayan-
dırılmasında  cəmləşdirilməlidir.  Üçüncü  mərhələdə  isə 
normal  rəqabət  rejimi  və  müasir  tələblərə  cavab  verən 
bazar  mühitinin  yaranması  və  formalaşdırılması  mümkün 
olur.  
Müasir  tələblərə  uyğun  sivill,  beynəlxalq  qanunlara 
və  antiinhisarçılıq  prinsiplərinə  uyğun  bazarların  yaradıl-
ması  üçün  hökmran  rol  satıcıya  yox,  alıcıya  verilməli,  
təklifin  tələbi  üstələməsi,  yəni  istehsalçı  -  satıcı  bazarının 
yox, alıcı bazarının formalaşdırılması zəruridir. Yalnız be-
lə bazarlarda cəmi bazar subyektləri,o cümlədən, istehlak-
çılar – alıcılar arasında kəskin rəqabət mübarizəsi üçün is-
tənilən  məkan  yaradıla və təklif olunan əmtəələrə  yüksək 
tələb ola bilər. 
Nəhəng müəssisələr az olan yüngül və yeyinti sənaye-
si  sahələrində,  kənd  təsərrüfatında,  tikintidə  rəqabəti  təşkil 
etmək üçün ilkin - başlanğıc tədbirləri görmək asandır. Bu 
gün  hər  hansı  bir  ağır  sənaye  sahəsinin  qəbul  edilmiş 


 
11 
anlamda  hansısa  rəqabətdən  danışmaq  qeyri  mümkündür, 
çünkü, bu sferalardan ölkənin hərbi – strateji təhlükəsizliyi 
baxımdan,  burada dövlətin maraqları və sifarişlərini nəzərə 
almamaq, eləcədə inhisarçılara sərbəstlik vermək və onların 
istənilən fəaliyyətlərinə yol açmaq qorxuludur. 
Rəqabətin özünün,  bazar münasibətlərinin qurulma-
sı və işləməsinin təmin edilməsi üçün bir element və şərt 
kimi kifayət qədər deyil. Ümümiyyətlə,  bazar iqtisadiyya-
tının fəaliyyət mexanizmi ziddiyyətlidir. Belə ki, bu mexa-
nizm  istehsalçılar  arasında  təsərrüfatçılığın  ən  yüksək 
nəticələri  uğrunda  mübarizəyə  şərait  yaradaraq,  onlardan 
ən güclüsünün əlində rəqabət hakimiyyətini cəmləşdirmə-
yə  birbaşa  yol  açır.  Bundan  başqa,  elə  bazar  iqtisadiyyatı 
dediyimiz  kapitalist  təsərrüfatçılığı  sisteminin  özü  firma-
nın  gizli  danışıqlara  girməsi  üçün  həmişə  güclü  maliyyə 
stimulu  formalaşdırır.  Bütün  bunlar  rəqabət  fəallığının 
azalması və bazarın fəaliyyətinin səmərəliliyinin aşağı en-
məsi ilə əvəz olunur. Odur ki, rəqabətin müdafiə edilməsi, 
mükafatlandırılması  və  sivil  səviyyədə  saxlanılması  üçün 
daim dövlətin qayğısı olmalıdır.  
Rəqabətin  dövlət  tənzimlənməsinin  mahiyyəti  və 
özəyi  bazar  münasibətlərində    işgüzar  fəallığın stimullaş-
dırılması  üçün  bərabər  imkanlar  prinsipinin  və  şəraitin 
yaradılması    və  gözlənilməsinin    təmin  edilməsindən  iba-
rətdir. Bu məsələlərin həlli iqtisadi  linglər sistemi vasitə-
silə, həmçinin qanunvericilik xarakterli tədbirlərin köməyi  
ilə  həyata  keçirilir.  İqtisadi  xarakterli  tədbirlər  özündə 
büdcə - vergi və pul - kredit siyasətinin alətlərini birləşdi-
rir.  Beynəlxalq təcrübə göstərir ki, güzəştsiz vergi rejimi-


 
12 
ni  pozmadan,  xüsusilə  də  yeni  meydana  gələn  və  inkişafı 
nəzərdə  tutulan    sahibkarlıq  strukturları  sahələrində  və 
dövlət  tədarükü  formalarında,  mütərəqqi  maliyyələşdiril-
mə  sistemi    və  güzəştli  kreditləşdirmə  təcrübəsi  olmadan 
keçid  iqtisadiyyatı  mərhələsində  olan  ölkələrdə,  o  cümlə-
dən,  keçmiş  postsovet  məkanında  yeni  meydana  gəlmiş 
dövlətlərdə,  yüksək  işgüzar  fəallığı  şəraitinin  yaradılması 
mümkün  deyil.  Həmin  ölkələrin  əksəriyyətində  korrupsi-
yaya  qurşanmış  inzibati  –  idarəetmə  strukturları  sivill, 
beynəlxalq  qanunvericiliyə  cavab  verən  rəqabət  rejimini 
formalaşdırmaq  əvəzinə,  özlərinə  və  ətraflarında  olanlara  
daha  əlverişli  olan  «Oyun  qaydalarını»  təyin  edərkən, 
özlərinin  haqsız rəqabət mühitlərinin formalaşdırılması və 
inhisarçılığın biruzə verilməsinin qarşısının alınması məq-
sədilə hakimiyyətlərindən istifadə edərək, hüquqi tədbirlə-
rin qəbul edilməsinə əl atır, istədikləri «yeni  bazar və rə-
qabət  oyunları»  qaydalarını  təyin  edirlər.  Belə  ki,  birinci 
mərhələdə  «ədalətli  özəlləşdirilmə»  sisteminin  tədbiqi  ilə 
ən gəlirli və nüfuzlu istehsal – kommersiya sahələrinin ələ 
keçirilməsi,  güc  strukturlarında  öz  nümayəndələrinin  rəh-
bər vəzifələrdə olmasını təmin etmək, ikinci mərhələdə isə 
tədricən  əsas  sahələrdə  inhisarçılıq  rejiminin  reallaşdırıl-
ması və s. müşahidə edilir.  
Bununla  belə,  qeyd  edək  ki,  keçid  iqtisadiyyatı  şə-
raitində  rəqabət  siyasətinin  həyata  keçirilməsi-  dövlət 
fəaliyyətinin  ən  məsuliyyətli  və  çətin  tədbirlərindən  biri-
dir.  Bu  proses  həm  inzibati  -  amirlik  sistemindən  qalan 
mirasla,  həm  də  transformasiya  proseslərinin  xüsusiyyət-
ləri  ilə  bilavasitə  bağlıdır.  Bir  tərəfdən,  mərkəzləşdirilmiş 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə