Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   2   3   4   5   6   7   8   9   ...   37

 

3)  Rəqabətin  və  rəqabət  mübarizəsinin  sivilizasiyalı   
fəaliyyətini  formalaşdıran  və  təmin  edən  qanunlar  paketi 
qəbul edilir. 
4)  Rəqabəti  biznesin  bütün  subyektlərinin  gündəlik 
reallığı edən bazar infrastrukturu yaranır. 
5)  Bütün  qanunların  realizəsini  təmin  edən  daha 
doğrusu,  sivilizasiyalı  rəqabəti  təmin  edən  icra  orqanları 
yaradılır. 
6)  İcra  və  dövlət  hakimiyyəti  orqanlarının  fəaliyyət-
ləri üzərində nəzarət edən strukturlar yaradılır. 
7)  Bu  kitabda  bazar  iqtisadiyyatı  haqqında  iqtisadi 
nəzəriyyə  təlimi  əsasında  rəqabətin  və  rəqabət  mübari-
zəsinin marketinq aspektləri diqqətlə açıqlanır. Mövzunun 
çox  cəhətliliyini  və  hərtərəfli  istiqamətliliyini  nəzərə  ala-
raq  bu  kitabda  əsas  yer  əmtəələrin  istehsalı  və  realizəsi 
vaxtı firmalararası rəqabətin və rəqabət mübarizəsinin qiy-
mətləndirilməsinin nəzəri və praktiki cəhətlərinə verilib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

FƏSİL I. RƏQABƏT VƏ RƏQABƏT  
MÜBARİZƏSİNİN MAHİYYƏTİ VƏ 
TƏSNİFLƏŞDİRİLMƏSİ 
 
1.1.
 
Bazar iqtisadiyyatı şəraitində rəqabətin və rəqabət 
mübarizəsinin iqtisadi mahiyyəti və məzmunu 
 
      
Rəqabət  (latınca    concurrere  –  toqquşmaq)  öz  məh-
sullarını satmaq üçün ən əlverişli imkanların təmin edil-
məsi,  alıcı  tələblərinin  ödənilməsi  və  ən  yüksək  mən-
fəətin alınması məqsədilə bazarda çıxış edən müəssisələr 
arasında qarşılıqlı əlaqə, qarşılıqlı fəaliyyət və mübarizə-
nin iqtisadi prosesidir. 
 Bazar  münasibətləri  şəraitində  rəqabət  milli  iqtisa-
diyyatın  və  insanların  fəaliyyətlərinin  bütün  sahələrini 
əhatə  edərək  qaçılmaz  xarakter  alır.  Rəqabətin  bu  cür  ol-
ması  üçün    insan  azadlıqları  elan  edilib  dövlət  orqanları 
tərəfindən  təmin  edilir,  iqtisadiyyat  siyasətdən  ayrılır  və 
iqtisadi  maraqlar  daxili  və  xarici    siyasətin  əsasını  təşkil 
edir,  din  dövlətdən  ayrılır,xüsusi  qanunlar  paketi  qəbul 
edilir və s. 
Rəqabəti  labüd  edən  əsas  qanunlar  bunlardır:  mül-
kiyyət haqqında qanun; antiinhisar fəaliyyəti haqqında qa-
nun;  müflisləşmə  və  iflas  haqqında  qanun;  sahibkarlıq 
fəaliyyəti haqqında qanun; tender haqqında  qanun və s. 
Rəqabət təbiətdə, iqtisadiyyatda və insan cəmiyyətin-
də  flora  və  faunalar,  mülkiyyət  formaları  və  milli  iqtisa-
diyyat  sahələri,  ölkələr,  millətlər,  xalqlar  arasında  və  
daxilində həyat üçün  ümdə olan resurslar və imkanlar uğ-


 

runda gedən açıq və  gizli yarışdır - mübarizədir. 
Bazar  iqtisadiyyatının  bərqərar  olması  və  fəaliyyə-
tinin alıcılara və perspekivə marketinq prinsipləri və tələb-
lərinə  uyğun  istiqamətləndirilməsində  rəqabətin  rolu  bö-
yükdür. İnkişaf etmiş ölkələrin coxillik təcrübələri göstərir 
ki,  rəqabət  bazar  mühitini  labüd  edən  əsas    şərtlərdən  və 
elementlərdən  birincisidir,  sahibkarlığın  inkişafının  başlı-
ca zəruri şərtidir. Yaxın keçmişdə – cəmi 22 il bundan əv-
vəl  Azərbaycanın  bazar  münasibətləri    və  təsərrüfatçılığı 
sisteminə  keçməsi  ilə  əlaqədar    ictimai  həyatda  rəqabətin 
rolu dönə – dönə artmağa başladı. Bütün inkişaf etmiş öl-
kələrdə  olduğu  kimi,  Azərbaycanda  da  rəqabət  mühitinin 
qorunub saxlanılması, müdafiə edilməsi, saflaşdırılması və 
sivill səviyyəyə qaldırılması dövlət qurumlarının iqtisadiy-
yatı  tənzimlənməsi  istiqamətində  mühüm  vəzifələrindən 
biri  oldu.  Bütün  bunlar  ölkəmizdə  rəqabəti  firmanın  mar-
ketinq mühitinin vacib elementi və amili kimi qəbul etmə-
yə şərait yaratdı. Hal – hazırda, yəni Azərbaycanın iqtisadi 
reallığında,  rəqabətin  tədqiqinə  və  təhlilinə  tələbatın 
artması  bazarda  fəaliyyət  göstərən  müəssisələrin,  firmala-
rın, şirkətlərin, kompaniyanın və s. gündəlik  həyatlarında 
rəqabət  mübarizəsinin  kəsginləşməsi  və  mənfəətin  aşağa 
düşməsi  meyilləri  ilə  izah  olunur.  Bununla  əlaqədar  ola-
raq.  rəqabətin  tədqiqinin  aparılması  ölkəmizdə  fəaliyyət 
göstərən  və  göstərmək  istəyən  hər  -  hansı  bir  firmanın 
marketinq xidmətinin əsas vəzifələrinin birinə çevrilir. Bu 
gün  bazarda  rəqabətin  tədqiq  edilməsinin  vəziyyəti,  zəru-
riliyi  və  vacibliyi  yalnız  bazarda  fəaliyyət  göstərən 
müəssisələrin  marketinq  şöbələri  rəhbərləri  tərəfindən 


 

yox,  həmçinin  elmi  əsərlərdə  və  müasir  tədqiqatçıların 
marketinq üzrə nəzəri işlərində qeyd olunur. 
Rəqabət  -  iqtisadi  inkişafın,  məhsulun  keyfiyyətinin 
yüksəlməsinin, elmi texniki tərəqqinin sürətlənməsinin, is-
tehsal  xərclərinin  və  qiymətin  aşağı  enməsinin  güclü  sti-
muludur. Cəmiyyət üçün səmərəsiz, çox məsrəfli və mən-
fəətsiz  istehsalın  ləğvini  tələb  edən  rəqabət,  ictimai  is-
tehsalın səmərəliliyinin intensiv artmasına şərait yaradır. 
Təcrübədə  rəqabət,  məhsul  istehsalçılarını  bazar 
tələblərinə istiqamətləndirərək, əmtəə və xidmətlərin alıcı-
lar  tərəfindən  geniş  seçiminə,  istehsal  ehtiyaclarının  daha 
tam ödənilməsinə şərait yaradır. 
Əmtəə  istehsalçılarının  arasında  rəqabətin  yaradıl-
ması hamı üçün sərfəli  olan  bazar iqtisadiyyatına keçidin 
vacib  şərtidir.  Hər  bir  sahibkarın  başlıca  məqsədi  mən-
fəətin  maksimallaşdırılmasına  gətirib  çıxaran  təsərrüfat 
fəaliyyətinin genişləndirilməsidir. Bu,  sahibkarları  mütləq 
istehsalın  ən  əlverişli  şəraiti  və  şərtləri  uğrunda  qarşılıqlı 
mübarizəyə gətirir və onlar bir-biri ilə  münasibətdə rəqib, 
yəni    rəqabətə  qoşulan  tərəf    kimi  çıxış  edirlər.  Təcrübə 
göstərir  ki,  hər  hansı  bir  əmtəə  üzrə  təklif  tələbdən  çox 
olduqda  satıcılar  arasında  rəqabət  mübarizəsi  güclənir. 
Onların hər biri öz əmtəələrini satmaq üçün qiyməti aşağı 
salmağa məcbur olur, təbii ki, bu da, bir qayda olaraq, bu 
əmtəənin  istehsalının  azalmasına  gətirib  çıxarır.  Əgər 
tələb təklifdən çoxdursa, yəni onu üstələyirsə, alıcılar bir-
biri  ilə  rəqabət  aparmağa  məcbur  olurlar.  Bu  halda,  təklif 
edilən    və,  ola  bilsin,    nisbətən  qıt  olan  məhsulu  almaq  
imkanı  əldə  etmək  üçün  alıcıların  hər  biri  maliyyə  -  iq-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə