Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 
25 
mərkəzləşdirilməsi  və  onların  bazarda  hakim  mövqe 
tutması baş verirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Mütərəqqi rəqabətin iqtisadi nəticələri
 
Qeyri  mükəmməl  rəqabət  bazarı  xalis  -  sırf  inhi-
sarların, inhisarçı rəqabətlərinin və oliqopoliyaların möcüd 
olmalarını nəzərdə tutur. 
Xalis  (mütləq)  inhisarçılıq  o  zaman  müşahidə  elilir 
ki, hər- hansı bir firma yaxın  əvəzediciləri belə  olmayan 
məhsulun yeganə istehsalçısı olsun. Bu modelin aşağıdakı 
dörd xarakterik cəhətləri vardır: 
-  firmanın  yeganə  olduğu  üçün  sahə  bu  firmanın 
sinoniminə  çevrilir  və  bazarda  həmin  firma  vahid  satıcı 
kimi çıxış edir;  
Яvvяlляр 
иstehsal 
olunmayan 
qabaqcыl 
mяhsulларын 
mяnиmsяnиl- 
mяsи 
Bюhranлар вя  
hяrcmяrc- 
lикляр 
Йениляшдир-
илмиш 
mяhsulларын 
иstehsalы 
Yцksяk 
keyfиy- 
yяtlи 
mяhsul-
ларын 
иstehsalы 
Xяrcляриn 
аzalдылmasы 
иlя йанашы 
иstehsalын 
hяcmиnиn 
artmasы 
Mцкяммял rяqabяtиn иqtиsadи nяtиcяlяrи 
Mяhsuldar 
qцvvяlяrиn 
бюлцшдцрцлмяси 
Cяmиyyяtиn  
тябягяляшмяси 


 
26 
-  realizə  edilən  məhsul  nadirdir,  daha  doğrusu  onun 
yaxşı və ya yaxın əvəzediciləri mövcud deyil (bu vəziyyət 
bəzi xammal sahələri,  eləcədə firmalar tərəfindən əsasən 
yeni  məhsulların  bazarlara  çıxarılması  halları  üçün 
xarakterikdir;  inhisarçı  bazar  hökmranlığına  malikdir, 
qiymətələr və bazara malların göndərilməsinə nəzarət edir; 
-  inhisarçı  bazarına  çıxış  yollarında  rəqablər  üçün 
keçilməz təbii və süni sədlər, maneələr qoyulur. 
Birinci  halda  söhbət  təbii  inhsarlardan  gedır.  Bura 
əsasən  ictimai  istifadədə  olan  elektrik  və  qaz  hasilatı  ilə 
məşqul  olan  şirkətlər,  su  təminatı  müəssisələri,  rabitə 
xətləri  və  nəqliyyat  müəssisələri  kimi  qurumlar  daxildir. 
Həqiqətən  də,  misələn  Bakı  metropoliteni  kimi  bir  quru-
mun rəqibinin  yaranacağına  inanmaq   və təsəvvür etmək 
çətindir. Bir qayda olaraq bazar iqtisadiyyatı bərqərar olan 
ölkələrində belə təbii inhisarlar dövlətə məxsus olurlar və 
ya  onun  ciddi  nəzarəti  altında  fəaliyyət  göstərirlər.  Bəzi  
firmalara  süni  sədlərəri  və  maneələri  aradan  qaldırmağa 
imkan verən, eləcədə müəyyən bazarlarda onlara müstəsna 
fəaliyyət  hüququnu  təmin  edənlər  bir  qayda  olaraq 
patentlər  və  lisenziyalardır.  Misal  üçün,  ixtira  edilmiş 
texniki  vətexnoloji  yeniliklərin  patent  qeydiyyatına  alın-
ması  və  lisenziyalaşdırılması,  hər  hansı  bir  fırmaya 
müəyyən zaman kəsiyində yeni əmtəəni istehsal etmək və 
bazarda satmaq üçün müstəsna imkan yaradtmaq, rəqabəti 
tamamilə «kənarda» qoyur. 
İnhisarçı  rəqabəti  –  istehsalçıların  böyük  əksəriyyə-
tinin  oxşar,  lakin  eyni  olmayan  məhsul  təklif  etdiyi  bazar 
vəziyyətidir.  Bu  halda  mükəmməl  rəqabətdə  olduğu  kimi 


 
27 
bazarda  minlərlə  və  ya  hətta  yüzlərlə  firmaların  iştirak 
etməsi  tələb  olunmur.  Xalis    rəqabət  şəraitində  firmalar 
standart  və  ya  mənşəli  və  təyinatlı  -  eynicins  məhsul 
istehsal  edirlər,  inhisar  rəqabətində  isə  -  differensiallaş-
dırılmış.  Differensiya  hər  şeydən  əvvəl  məhsulun  və  ya 
xidmətlərin  keyfıyyətinə  toxunur  ki,  nəticədə  istehsalçıda 
qeyri  qiymət  üstünlükləri  formalaşır.  Məhsul  həmçinin 
uzun  müddət  istifadə  edilən  əmtəələr  üzrə  satışdan  sonra 
xidmət  şərtlərinə,  alıcılar  tərəfindən  fərqləndirildiyinə  və 
onların seçiminə uyğyn, reklamın intensivliyinə və s. görə 
differensialaşdırıla  bilər.  Buradan  belə  çıxır  ki,  inhisarçı 
rəqabət  bazarında    fırmalar  yalnız  qiymət  və  hətta  sairlər 
vasitəsi ilə yox, həmçinin məhsulun və xidmətlərin ümum-
dünya  differensasiyası  vasitəsi  ilə  biri  –  birləri  arasında 
yarışa rəqabətə girirlər. Elə bu əlamət - bazarın bu modeli 
üçün əsasdır. 
İnhisarçı  rəqabət  bazarının  daha  bir  vacib  əlaməti 
vardır  ki,  oda    bazara  müdaxilənin  -  girməyin  nisbətən 
asan olmasıdır.  Bu bazar üçün işləyən istehsalçılar,adətən 
bir  qədər  nəhəng  (iri)  olmurlar,  odur  ki,  onların  bərqərar 
olması üçün tələb olunan ilkin kapital elədə çox olmur. Bu 
modelin  inhisarçılığı  ondan  ibarçtdir  ki,  hər  bir  fırma 
məhsulun  differensiasiyası  şəraitində  öz  əmtəəsi  üzərində 
müəyyən  dərəcədə  inhisarçı  hökmranlığına  malik  oldu-
ğuna görə rəqablərin təsirindən asılı olmayaraq o əmtəəyə 
qiyməti artıra və ya azalda bilər, baxmayaraq ki, bu hökm-
ranlıq analoji və biri – birini əvəz edə bilən əmtəələrin is-
tehsalçılarının  varlığı,  həmçinin  sahəyə  daxil  olmanın 
nisbətən  azadlığı  ilə  məhdudlaşdırılır.  Bundan  başqa 


 
28 
inhisarçı bazarında kiçik və orta firmalarla yanaşı daha iri 
fırmalar  da  fəaliyyət  göstərə  bilərlər.  Tədqiqatlar  göstərir 
ki,  qərb  ölkələrinin  müasir  bazar  strukturlarında  məhz 
inhsarçı rəqabət bazarları üstünlük təşkil edir. 
Oliqopolis  sahənin  əsas  fərqləndirici  cəhəti  yeni 
rəqabət  iştirakçılarının  çox  saylı  olmamasıdır.  Müəyyən 
əmtəə  və  xidmətlər  bazarlarında  nisbətən  az  sayda 
(təxminən  ona  qədər)  firmalar  hökmranlıq  edir  və  bu 
sahənin oliqopolist sahəsi olduğunu etiraf etmək gərəkdir. 
Əlbəttə, müxtəlif bazarlar arasında qoyulmuş dəqiq sərhəd 
yoxdur,  odur  ki,  xalis  inhisardan  inhisarçı  rəqabətinə 
qədər  uzanıb  gedən  oliqopoliya  modeli  daha  çox  sahəni 
əhatə  edir.  Klassik  oliqopoliyalar  təxminən  üç-beş  isteh-
salçılar  tərəfindən  yaradılır.  Məsələn,  ABŞ-nın  avtomobil 
sənayesində  «böyük  üçlük»  kimi  tanının  «Ceneral  mo-
tors»,  «Ford»  və  «Kraysler»  korporasiyaları    hökmranlıq 
edir. 
Oliqosahələr həm eynicins, həm də differensiallaşdı-
rılmış  məhsullar  istehsal  edə  bilərlər.  Eynicinslilik  xam-
mal, material və  yarımfabrikatlar bazarlarında, diferensia-
siya  isə  istehlak  məhsulları  bazarlarında  üstünlük  təşkil 
edir. 
Firmaların  çoxsaylı  olması  onların  inhisarçılıqla 
əlaqədar qarşılıqlı razılaşmalarına şərait yaradır. Beləliklə, 
məhdud sayda qalmış firmalar, bazarların hər hansı üsulla 
təyin  edilməsi  aralarında  bölüşdürülməsi  və  məhdudlaş-
ması  üzrə  sövdələşmələr  nəticəsində  müxtəlif  üsullardan 
və  alətlərdən  istifadə  edərək,  cəmi  rəqabətin  məhdud-
laşmasına nail olurlar. Nəticədə isə oliqopoliya inhisarlaş-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə