Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   2   3   4   5   6   7   8   9   ...   37

 
17 
(məsələn Sony firmasının ən müasir tələblərə cavab verən 
audio - video qurğuları), lakin, bununla yanaşı, uyğun ola-
raq rəqiblərin elmi-texniki kəşvləri və texnoloji yenilikləri 
fırmanın çox illik cəhtlərini heç edə bilər. 
Təcrübədə  rəqabət  həmişə  mübarizə  ilə  bağlı  olmur 
və daha tez-tez o, bazara təsir edir. Buna misal İBM kor-
porasiyasının özünün şəxsi İBM PC tipli kompüteri və on-
ların xarakteristikası haqqında məlumatların dərc edilməsi 
ola bilər. Belə ki, bu kompyuter istehsalçısı həmin  məlu-
matları təqdim etdiyi komüterləri bazara çıxarmazdan əv-
vəl dərc etdikdə, alıcıları və tərəfdarlarını proqram təmina-
tı ilə yanaşı psixoloji və s. baxımdan istismara hazırlamaq 
məqsədi güdüb. 
Bununla yanaşı İBM özünün əsas rəqiblərindən biri-
nə  hətta  bir  neçə  inteqral  sxem  də  verdi  və  beləliklə  öz 
məhsulunun  dərk  edilməsi  (qəbul  olunması)  üçün  bazarı 
hazırladı və son nəticədə şəxsi kampüter sahəsində müəy-
yən  etdiyi  elmi-texniki  yeniliklər  və  qaydalar  bütün  dün-
yada standart xarakteri aldı və qəbul edildi. 
Belə hallar tək deyil.  Hələ 1979-cu ildə, «Krausler» 
avtomobil şirkətinin böhranı vaxtı onun nəhəng rəqiblərin-
dən  biri  kimi  tanınan  «Ceneral  motors»  «Krausler»ə  bö-
yük  məbləğdə  kredit  verməyə  razılaşdı.  Belə  «əli  açıq-
lığın»  səbəbini  «Kraysler»  korporasiyasının  prezidenti  Li 
Yakokka  özü  açıqlayarkən  qeyd  etmişdir  ki,  gözlənilmə-
dən  kiçik  qabaritli  avtomobillərə  bu  qədər  əhəmiyyətli 
dərəcədə tələbin artmasını yalnız idxal ödəyə bilərdi. Odur 
ki, birincisi, «Kraysler» firmasının məhvi nəinki Amerika-
ya  belə  avtomobillərin  ixracını  artırmağa,  həmçinin  avto-


 
18 
mobil sənayesində iş yerlərinin ixtisara salınmasına gətirə 
bilərdi;  ikincisi,  əgər  «Kraysler»  müflisləşsəydi  Amerika 
üçün onlarla iş yerlərinin itirilməsi baş verərdi və bu yeni 
yaranacaq iş yerləri əvəzində Yaponiyadan keçərdi. 
Bir  çox  ölkələrdə  təşkil  edilən  dövlət  inhisarları 
nəinki  reqional,  eləcədə  beynəlxalq  səviyyədə  rəqabət 
azadlıqlarını məhdudlaşdırmaqla yanaşı, hətta onun xarak-
terini  xeyli  dərəcədə  dəyişdirərək  sərtləşdirməyə  nail 
olurdu.  Dünya  iqtisadiyyatının  təcrübəsi  göstərir  ki,  son 
illər  istehsalatda  əhəmiyyətli  texnoloji  irəliləyişlər  iri  se-
riyalı  istehsalın  üstünlüyünü  azaltdı,  lakin  çevik  və  dina-
mik  dəyişən  bazara  uyğunlaşma  bacarığı  hesabına  kiçik 
müəssisələrin  rentabelliyi  əhəmiyyətli  dərəcədə  artdı.  Ki-
çik və orta firmalarda riskə meyillilik daha güclü olduğuna 
görə,  onlar  texniki  yeniliklərə  daha  həssas  olmaqla, 
xərclərin tez ödənilməsini təmin edirlər. Onlarda müvəfə-
qiyyətliklərin  və  itkilərin  dəyərlikləri  daha  yaxşı  qiymət-
ləndirdiyindən təsərrüfatçılıq və maliyyə - iqtisadi motiva-
siyaları  daha    güclü  olur.  Nəticədə  kiçik  biznesin  dünya 
kapitalist  sistemində  xüsusi  çəkisinin  əhəmiyyətli  artması 
iri  və  həddən  artıq  nəhəng  inhisarçılar  arasında  rəqabət 
orta  və  kiçik,  hətta  ən  xırda  firmaların  mübarizəsinə  təsir 
edir. 
Müasir şəraitdə hər bir ölkədə rəqabət daha çox bey-
nəlxalq xarakter almaqla yanaşı, meydana yeni firmalar və 
rəqabət  mübarizəsi  formaları  çıxır.  Məsələn,  yeni,  daha 
mütərəqqi əmtəə, daha müxtəlif xidmət təklifi, daha geniş 
və yaraşıqlı reklama əsaslanan qeyri qiymət rəqabəti inki-
şaf edir. İnkişafın indiki  mərhələsində bütün bunlar  rəqa-


 
19 
bətə xüsusi kəskinlik gətirir. 
Müasir  şəraitdə  rəqabətin  rolu  həmçinin  investisiya 
fəaliyyətində də artır. Burada iri investisiya lahiyyələrinin 
antiinhisar  ekspertizası  vacib  rol  oynayacaqdır.  Tədqiqat-
lardan  aydın  olur  ki,  bazar  mövqeyinin  möhkəmləndi-
rilməsinə və üstəlik götürülən mənfəətin saxlanmasına və 
artırılmasına  yönəldilmiş  rəqabət  perspektivdə  daha  çox 
müəssisə  və  birliklərin  hər  şeydən  əvvəl  nailiyyətlərini 
birləşdirən yeniliklərin tətbiqi, yeni bazar sığınacaqlarının 
axtarışı,  dəyişən  iqtisadi  mühitə  uyğunlaşma  bacarığı  ilə 
sıxışdırılacağı gözlənilir. 
Bazar  iqtisadiyyatında,  rəqabət  və  rəqabət  mübari-
zəsinin  dahada  kəsginləşdiyi  bir  şəraitdə,  mülkiyyət  for-
masından  asılı  olmayaraq,  istehsal  edilən  məhsulun  yük-
sək  keyfıyyətdə  olması,  onun  çeşidinin  tez-tez  dəyişməsi 
müəssisələrin və onların məhsullarının rəqabət qabiyyətli-
liklərinin təmin edilməsinin vacib şərtidir. 
 
1.2.
 
Rəqabətin və rəqabət mübarizəsinin müxtəlif 
səviyyələri və əhatə dairələri 
 
Bazar  iqtisadiyyatı  dediyimiz  ictimai-iqtisadi  müna-
sibətlər sistemində rəqabətin əsas məzmunu  istehlakçı uğ-
runda gedən mübarizədən və onun təlabatlarının tam ödə-
nilməsindən  ibarətdir.  Bu  bazar  payı  uğrunda  aparılan 
mübarizədə əldə olunacaq nailiyyətlər təklif edilən  əmtəə  
və  xidmətlərin  qiymətlərindən  və  keyfıyyətlərindən  bila-
vasitə  asılıdır.  Təcrübədə  rəqabət  istehlakçını  sahibkarlıq 
fəaliyyətinin  indikatoruna  çevirir.  Bu  isə  öz  növbəsində, 


 
20 
birincisi, müxtəlif istehsalçı və ixrac edən firmalar arasın-
da yarış- rəqabət  şəraitinin yaradılması deməkdir, ikincisi
bazarda  əmtəələrin  konkret  növlərinin  rəqabətinə  gətirib 
çıxarır;  üçüncüsü,  qarşılıqlı  tam  əvəz  oluna  bilən,  eyni 
təyinatlı  məmulatların  müxtəlif  növlərinin  rəqabətini  tə-
min  edir;  dördüncüsü,  oxşar  istehlak  xüsusiyyətli  məhsu-
lun  həmcins  növlərinin  yarışması  sistemini  formalaşdırır. 
Bütün  bunlar  potensial  rəqabətin  bərqərar  edilməsı,  daha 
doğrusu yeni fırmaların milli iqtisadiyyat sahələrinə və ba-
zarlara  daxil  olmasına  gətirib  çıxarır,  baxmayaraq    ki, 
həmin sahələr və bazarlarda potensial rəqabət buna qədər 
kənardan  yeni  firmaların  cəlb  edilməsi  hesabına  təmin 
edilirdi. 
Rəqabət əmtəə istehsalı ilə eyni vaxtda yaransada, o, 
yalnız  kapitalizmdə  ictimai  istehsalın  əsas  tənzimləyici 
alətinə  çevrildi.  Əsasən  XIX  əsrin  təxminən  ortalarında 
dövlət tərəfindən tənzimlənməyən azad rəqabət bazarı ge-
niş inkişaf  etməyə başladı. Belə bazar əmtəə istehsalçıla-
rına  bilavasitə  tələb  və  təklif  mexanizmi,  eləcədə  qiy-
mətlərin  tərəddüd  etməsi  və    dəyişməsi  vasitəsi  ilə  isteh-
lakçılara  təsir  edərək,  daim  onların  təlabatları  ilə  hesab-
laşmağa,  keyfiyyəti  yaxşılaşdırmağa,  əmək  məhsuldarlı-
ğını  yüksəltməyə,  istehsalı  genişləndirməyə  və  xərcləri 
azaltmağa məcbur edirdi. O dövrlərdə rəqabətin iki əsas - 
sahə  daxili  və  sahələrarası  -  forması  dəqiq  fərqləndirilib 
təyin edilmişdir. 
Sahədaxili  rəqabət  -  eyni  sahəyə  daxil  olan  əmtəə 
istehsalçıları  arasında  gedən  rəqabətdir.  Bu  halda  əmək 
məhsuldarlığı  orta  əmək  məhsuldarlığından  yüksək  olan 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə