Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   2   3   4   5   6   7   8   9   ...   37

 
13 
idarəetmə sistemindən miras qalmış istehsalçıların inhisar-
çılığı,  sahibkarlar  arasında  gizli  razılığa  gəlmək  və  danı-
şıqlar aparmaq meyilləri, inteqrasiya birləşmələrinə qoyu-
lacaq əlavə lüzumsuz  xərclərin artması, bazarların bölün-
məsi və qiymətlərin yüksəldilməsi ilə əlaqədar  kartel razı-
laşmaları  və  sairlər  nəinki  hər  bir  dövləti,  eləcədə  cəmi 
dünya  bazar  iqtisadiyyatını  uçuruma  –  dağıdıcı  böhrana 
aparan amillərdir. Bütün bu neqativ halların aradan qaldı-
rılması sərt dövlət tədbirlərinin görülməsini tələb edir. Di-
gər  tərəfdən,  bu  cür  şəraitdə  dövlət  qurumları  tərəfindən 
sərt  antiinhisar  və  tənzimləyici  tədbirlərin  həyata  keçiril-
məsi,  sahibkarların  ədalətsiz  olaraq  fərqləndirilməsi,  o 
cümlədən  yerlibazlıq,  korrupsiya və s. işgüzar fəaliyyətin 
inkişafı yolunda maneələr yarada bilər.  
Beynəlxalq rəqabət aləminin tətbiqi mühitinin özü və 
bu  mühitə  çıxış  da  az  ziddiyyətli  deyildir.  Bir  çox  milli 
iqtisadiyyatların rəqabətə dözümlülükləri və rəqabət qabi-
liyyətliliklərinin  aşağı  olmasını  nəzərə  almadan  xarici 
istehsalçılara bu ölkələrin bazarlarının açılması milli səna-
ye  sahələrinin  dağılmasına,  milli  sahibkarlığın  sıxışdırıb 
çıxarılmasına və əyalət səviyyəsinə endirilməsinə  gətirib 
çıxara bilər. 
Keçid  dövründə  dövlətin  tənzimləyici  tədbirlərinin 
təsiri  rəqabət  bazasının  genişlənməsində  cəmləşdirilməli-
dir. Burada əsas diqqət sahibkarlığın təşkilatı - hüquqi ba-
zasının inkişaf etdirilməsi üçün labüd  şəraitin təmin olun-
masında və kiçik müəssisələri müdafiə etməklə firmaların 
rotasiyasını  keçirməkdə,  həmçinin  istənilən  istehsal  və 
kommersiya sahələrinə girmək üçün maneələrin azalması-


 
14 
na  yönəldilməlidir.  Bu  inzibati  maneələrin  götürülməsi, 
güzəştli  kreditlərin  verilməsi  və  investisiya  siyasəti  yolu 
ilə əldə edilə bilər. Yalnız müəyyən bir sahəyə daxil olma-
nın  tənzimlənməsi  onun  astana,  «qapı  ağzı»  süzgəcə  çev-
rilməsi,  hər  şeydən  əvvəl,  yeni  sahibkarlıq  strukturlarının 
meydana gəlməsinin qarşısını almaqla, eyni zamanda sivil 
və effektli sahələrdaxili və sahələrarası rəqabət sisteminin 
formalaşdirilmasına mane ola bilir. 
İqtisadiyyatda yüksək rəqabət fəallığının saxlanılma-
sının vacib aləti antiinhisar siyasətinin aparılmasıdır. Təd-
qiqatlardan  aydın  olur  ki,  iqtisadiyyatı  bazar  prinsipləri 
əsasında  (inzibati  və  iqtisadi  tədbirlərdən  başqa)  qurulan 
bütün  dövlətlərdə  müəyyən  səviyyəli  antiinhisar  tən-
zimlənməsi  sistemi  də  formalaşır.  Bu,  o  məqsədlə  həyata 
keçirilir  ki,  istehsalçıların  bazarının  inhisarlaşdırma    im-
kanları  məhdudlaşdırılsın.  Həmin  sistem  özündə  hüquqi 
tədbirlərin həyata keçirilməsini də birləşdirir. 
Beləliklə,  antiinhisar  tənzimlənmə  iqtisadi,  inzibati 
və  qanunvericilik  aktları  toplusundan  ibarət  olaraq,  bazar 
rəqabəti üçün müəyyən labüd şəraitin təmin edilməsinə və 
istehsalçıların  bazarını  inhisar  etmək,  yəni  ələ  keçirmək 
imkanlarını  məhdudlaşdırmağa  yönəldilən  dövlət  tərəfin-
dən həyata keçirilən xüsusi tədbirlər sistemidir. 
Dövlətin  antiinhisar  tənzimlənmə  tədbirləri  rəqabət 
səviyyəsinin tənzimlənməsini, istehsalın inhisarlaşdırılma-
sını və müəssisələrin bu sahədə taktikalarını, xarici iqtisa-
di  fəaliyyətlərini,  qiymət  siyasətlərini,  eləcədə  verginin 
tənzimlənməsini özündə birləşdirir. 


 
15 
İqtisadiyyatın  səmərəliliyinin  artırılması  məqsədini 
güdən  antiinhisar  qanunvericilik  sənədlərinin  yaradılması 
və istifadəsi üzrə Qərb ölkələrinin təcrübəsi bazar münasi-
bətlərinin rəqabətin səviyyəsinin və miqyasının dövlət tən-
zimlənməsinin  bu  cür  formada  olması  zəruriliyini  sübut 
edir.  Belə  ki,  inhisar  razılaşmalarını  qadağan  edən  və  bu 
gün  «iqtisadi  azadlıq  xartiyası»    kimi  tanınan,  ilk  qanun 
1889-cu  ildə  Kanadada,  sonra  isə  ABŞ-da    qəbul  edilmiş 
Şerman-qanunu olmuşdur. 
Dövlətin  antiinhisar  tənzimlənmə  tədbirləri  müvafiq 
qiymət  siyasətinin  aparılmasını,  o  cümlədən  əksər  əmtəə 
qruplarına (infrastrukturu çıxmaqla) qiymətin liberallaşdı-
rılmasını  nəzərdə tutur. Bu siyasətin əsasını rəqabətin ge-
nişləndirilməsi, onun bütün istehsal – satış və bütün müx-
təlif fəaliyyət sahələrinə yayılması amalı təşkil edir. Bura-
da  bütün  milli  bazarlarlarda  xarici  istehsalçıların  nəzarət 
altında  saxlanılması  və  lazımı  süzgəcdən  keçirərək  daxili 
bazarlara  buraxılması,  mövcud  inhisarçılara  əks  olan  baş-
qa  rəqib istehsalçıların cəlb edilməsi ilə əlaqədar tədbirlə-
rinin  işlənməsi  və  qəbul  edilməsi,  istehsalın  diversifikasi-
yasının stimullaşdırılması nəzərdə tutulur. 
İstehsalçıların ən çox rəqabət apardıqları sahə -  satış 
və istehlak bazarlarıdır. Məsələn, daxili və xarici bazarlar-
da  istehsalçı  müəssissələrin  (şirkətlərin,  firmaların)  və  s. 
strukturların təhlili göstərir ki, bir qayda olaraq onlar tərə-
findən bazar payının 10% itirilməsi 5-6% mənfəət norma-
sının azalmasına gətirir. Həqiqətən də, bazar münasibətləri 
şəraitində  cəmi  bazar  subyektlərin  və  əsasəndə  istehsalçı 
müəssisələrin bir – birlərini rəqəbətdə və rəqabət mübari-


 
16 
zəsində  qiymətləndirilməməsi  hətta  ən  iri  kampaniyaları 
və onların fəaliyyət göstədikləri obyektləri əhəmiyyətli it-
kilərə, bəzən isə böhran vəziyyətlərinə gətirə bilər. 
Müasir  şəraitdə  rəqabət  rejimi,  təşkil  edilmiş  bazar-
larda alıcı və mənfəət uğrunda  mübarizə ilə yanaşı, əsasən 
istehsalçılar və satıcılar arasında  xammal bazarları, əmək 
ehtiyatları,  kapital,  elmi-texniki  kəşvlərin  istifadəsi  hüqu-
qu uğrunda rəqabət də artır. Belə ki, son illərdə bazarların 
aparıcı  subyektləri  arasında  xüsusilə  əmək  ehtiyatları,  el-
mi-texniki  yeniliklərin  tətbiqi  uğrunda  rəqabət    daha  da 
kəskinləşmişdir.  Bu  elm  tutumlu  sahələrin  inkişaf  etməsi 
və  innovasiya  tələb  edən  istehsalların  artması  ilə  əla-
qədardır.  Hal–hazırda  vəziyyət  o  yerə  çatıbdır  ki,  inkişaf 
etmiş ölkələrin təhsil sistemləri  firmaların yüksək ixtisaslı 
kadrlara  olan  tələblərinin  artmasını  tam  ödəyə  bilmir.  Bu 
yeni yaranan problemin həlli üçün firmalar, kampaniyalar 
və bu kimi qurumlar müxtəlif üsullarla öz-özlərində təhsil 
müəssisəsi  yaratmağa,    digər  xüsusi  elmi-  tədqiqat  və  is-
tehsal sferalarından kadrları cəlb etməyə, hətta başqa ölkə-
lərdən onları dəvət etməyə qədər üsullara əl atmalı olurlar. 
Son  illərdə  informasiya  və  rabitə  texnologiyaları, 
eləcədə digər sahələrdə müşahidə edilən elmi-texniki inqi-
lab cəmi elm və texnika sahələrində rəqabət  mübarizəsini 
son  həddə  qədər  kəskinləşdirilir.  Bu  yeni  şərait  daim  
mütərəqqiləşdirilməkdə  olan  firmaların  durmadan    çi-
çəklənməsinin ayrılmaz şərtinə çevrildi. Bu günün reallığı 
göstərir  ki,  elmi  kəşvlər  və  ya  prinsipcə  yeni  əmtəələrin 
yaradılması  istənilən  kampaniyanı  bazar  iqtisadiyyatında 
qiymətləndirilən  nailiyyətlər  yüksəkliklərinə  qaldıra  bilər 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə