Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   2   3   4   5   6   7   8   9   ...   37

 
21 
firmalar əlavə mənfəət götürmək imkanı əldə edir, texniki 
və  təşkilatı  cəhətcə  geri  qalan  müəssisələr  isə  əksinə, 
istehsal  etdikləri  məhsulun  fərdi  dəyərinin  bir  hissəsini 
itirirək  və,  təbii  olaraq,  müflisləşmə  və  iflasa  uğramaq 
qarşısında qalırlar. 
Sahədaxili  rəqabət  müəssisələrdə  elmi-texniki  tərəq-
qinin  inkişafını  həvəsləndirərək,  müəyyən  üstünlük 
qazanmağa imkan verir. 
  Sahələrarası  rəqabət  faktiki  olaraq  milli  iqtisadiy-
yatların  və  fəaliyyət  sferalarının  içində,  onların  tərkibinə 
daxil olan müxtəlif müəssisələr, təşkilatlar, firmalar  və s. 
arasında və daxilində gedən rəqabət yox, bu sahə və sfera-
ların biri – birləri arasında bir o qədər nəzərə çarpmayan, 
lakin  daha  böyük  və  kəsgin  rəqabət  formasıdır.  Bu  cür 
rəqabətdə kapital mənfəət norması aşağı olan və azalmağa 
meyl  edən  sahələrdən  mənfəəti  artmaqda  və    mili  iqtisa-
diyyatda  əhəmiyyəti  və  xüsusi  çəkisi  yüksəlməkdə  olan 
sahələrə  axır.    Beləliklə,  sahələrarası  rəqabətdə  daha 
mənfəətli sahələrə can  atan  yeni kapitallar, ölkələr və on-
ların  cəmiyyətləri  üçün    daha  çox  əhəmiyət  daşıyan  icti-
mai istehsalın sferalarını inkişaf etdirməyə, eləcədə ən zə-
ruri  məhsulların  istehsalının  genişlənməsinə    təkan  verir. 
Bütün  bunların  nəticəsində  daha  mütərəqqi  bazarların, 
məhsulların  və  xidmətlərin  yaradılması  üçün  yeni  şərait 
yaranır,  məhsul  və  xidmətlərə  qiymətlər  aşağı  enir  və 
müəyyən  bir  məhsula  mənfəət  norması  azalsada,  ümumi 
mənfəətin məbləğini artırmaq imkanı əldə edilir. 
Kapitalların  aşağı  mənfəətli  sahələrdən  digər,  daha 
yüksək  gəlirli  sahələrə  axması  əks  nəticəyə  gətirir, 


 
22 
məcmui  ictimai  (yəni  cəmi)    istehsalın  həcmi  aşağı  enir, 
əmtəəyə  tələb  onların  təklifini  üstələməyə  başlayır, 
nəticədə  qiymətlər  qalxır  və  onunla  bərabər  mənfəət  nor-
ması da yüksəlir. Hələ burada istehlakçıların alıcılıq qabi-
liyyətləri  üzrə  zövqlərinin,  texnologiyanın  və  digər  amil-
lərin dəyişməsinə cavab olaraq, resurslarının təkrar bölgü-
sünü təmin edən iqtisadi alətə çevrildiyini göstərir. Bütün 
bunların nəticəsində, sahələrarası rəqabət, obyektiv olaraq, 
qoyulmuş  bərabər  kapitala  nisbətən,  müəyyən  sahələrdən 
asılı  olmayaraq,  bərabər  mənfəət  götürməyi  təmin  edən, 
həmçinin  elmi-texniki  tərəqqini  stimullaşdıra  bilən,  bütün 
iqtisadiyyatda  dinamik  tarazlığı  formalaşdıran  xüsusi 
idarəetmə alətinə çevrilir. 
Rəqabətin  müxtəlif  növləri,  formaları  və  səviyyə-
lərinin təsnifatı bazarda istehsalçıların sayından və xüsusi 
çəkilərindən  asılıdır.  Müvafiq  olaraq,  mükəmməl  (azad) 
və qeyrimükəmməl olmayan rəqabətlər də  fərqləndirilir. 
Mükəmməl (azad) rəqabət şəraitində bazarlarda isti-
rakçılarının  sayı  məhdudlaşdırılmır,  eləcədə  bazara  giriş 
və çıxış tam sərbəst olduğundan, hər bir kəsin sahibkarlıq-
la məşğul olmasına və ya bu cür fəaliyyətin dayandırılma-
sı  təmin  edilir.  Bütün  bunları  müxtəlif  cür  etmək  olar: 
əməkdə birbaşa iştirak etməklə öz işinin -  biznesinin açıl-
ması;  K.  Marksın  qeyd  etdiyi  nəzəriyyəsinə  görə,  kapita-
listə  çevrilərək,  muzdla  işləyən  işçiləri  tutmaq;  qiymətli 
kağızlar bazarında iştirak edərək, səhmləri və dövlət istiq-
razlarını əldə etmək; sonra onları satmaqla,  pulları banka 
qoymaqla  və  nəticədə  onları  daşınmaz  əmlaklara  yönəlt-
məklə -  investitsiyalaşdırmaqla və s. Qeyd etmək lazımdır 


 
23 
ki,  azad  bazara,  dövlət  fəaliyyətindən  başqa,  istənilən 
fəaliyyət  növü  uyğun  gəlir  və,  buna  görə,  hər  bir  insan 
istənilən fəaliyyət növü və sahəsini seçməkdə azaddır. 
Azad  rəqabət  sistemi  istehlakçıların  hüquqlarının  
pozuntusunun  heç  bir  formalarını  qəbul  etmir.  Bununla 
yanaşı,  azad  rəqabət  şəraitində  pul  gəlirlərinə  malik  olan 
və öz təlabatlarını həyata keçirməyə hazırlaşan hər bir şəx-
sin ona lazım olan əmtəələri və xidmətləri almağa ixtiyarı 
çatır. 
Beləliklə, material, əmək, maliyyə və digər resursla-
rın mütləq mobil hala gətirildiyi bir yox, məhz gəlirlərinin 
artması,  yüksək mənfəət vəd edən şəraitdə sürətlə rəqabət 
iştirakçıları  öz  pullarını  misal  üçün  səhmlərə  elə  belə 
sahələrə  və fəaliyyət sferalarına qoyurlar (yəni xərcləyir-
lər).  Bu  əməliyyatı  onlar  yalnız    o  vaxt  həyata  keçirirlər  
ki, kapital qoyduqları istehsal və satış sahələrində inkişaf - 
genişlənmə  baş  verir.  Bütün  bunlar  isə  istehsala  əlavə 
resurslar  cəlb  edildikdə,  onların  daha  səmərəli  kombina-
siyalarından  istifadə  edildikdə,  qabaqcıl  texnologiyalar 
mənimsənildikdə, əvvəl dondurulmuş istehsal güclərindən 
istifadə edildikdə mümkün olur. 
Rəqabətin  hər  bir  iştirakçısının  tələb,  təklif,  qiymət-
lər,  mənfəət  norması  və  s.  (məsələn  insanların  ev  almaq, 
səhmləri əldə etmək və mənfəət gətirən sahələrə yerləşdir-
mək və s.)  haqqında tam məlumatlandırılması onların fik-
rinə  görə  daha  düzgün  seçim  və  risk    edib  qazanmağa 
imkan verir. Məhz bu cür məlumatlandırmanın nəticəsində 
səhmlərin alış - verişi ilə məşqul olan brokerlər və dilerlər 


 
24 
yüksək dəqiqliklə hesablayırlar hansı səhm ona maksimal 
gəlir gətirə biləcəkdir. 
Azad rəqabət şəraitində eyni addan, növdən, təyinat-
dan və s. olan  məhsulların ticarət  markaları,  əmtəə nişan-
ları, eləcədə müəyyən keyfıyyət xarakteristikaları olmadan 
nümayiş  edilməsi  bu  malların  satışında  və  onların 
istehsalçılarının təqdimatında  bərabər şərait yaradır. Mal-
larda əmtəə markalarının olması isə satıcını inhisarçı kimi 
üstün  vəziyyətdə  təqdim  edir.  Bu  isə  azad  bazar 
olmadığından xəbər verirl. 
Azad  rəqabət  iştirakçısının  heç  biri  digər  iştirakçı 
tərəfindən  istədiyi  qərarların  qəbul  edilməsinə  təsir  edə 
bilmir,  çünki  həmin  iştirakçıların  sayı  çox  olduğundan, 
onların ayrı – ayrılıqda istehsal və təklifin - satışın ümumi 
həcminə  təsiri  və  töhfəsi  cüzi  olur  və,  bu  səbəbə  görə, 
həmin  iştirakçıların  əmtəələrini  satmaq  üçün  təyin  etdiyi 
qiymətlər  bazar  qiymətinə  elə  də  ciddi  təsir  etmir.  Belə-
liklə,  real  bazar  qiymətlərinin  səviyyələri  iqtisadiyyatın 
ayrı-ayrı  subyektlərinin  arzusundan  az  asılı  olur  və  hər 
hansı  «görünməz  əl»  tərəfindən  bazar  mexanizmi  vasitə-
silə təyin edilir. 
Azad rəqabət şəraitində tələb və təklifin vaxtaşırı də-
yişməsi və tərəddüd etməsi daima  bir sahədə ifrat dərəcə-
də  izafi  məhsul  istehsalına,  başqa  birində  isə,  əksinə, 
istehsalın  azalmasına  gətirirdi.  Bütün  bu  prosesin  nəticə-
sində  isə  birneçə  firmanın  gəlirlərinin  artması,  başqa-
larının  var  yoxdan  çıxması  müşahidə  edilirdi.  Beləliklə, 
kiçik  müəssisələr  daha  iri  müəssisələr    tərəfindən  udulur-
du,  inhisarçı  qurumların  dirilməsi,  təmərküzləşməsi  və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə