Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə25/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   68

 
86
 
Mərə Qazan!  
Dünlügi altun ban evini gətürmişiz, bizimdir!.. 
Qırq incə bellü qızla Boyı uzun Burla xatunı                                  
                                            gətürübdurur, bizimdir!.. 
Qırq yigidlən oğlın Uruzı gətürmişiz, bizimdir!.. 
Tavla-tavla şahbaz atların,  
qatar-qatar dəvələrin gətürmişiz, bizimdir. 
Qarıcıq ananı gətürmişiz, bizimdir. 
Sana verməziz, Yayxan keşiş oğlına verəriz. 
Yayxan keşiş oğlından oğlı toğar, 
Biz anı sana ğərim qoruz, -dedilər. 
Böylə digəc Qarıcıq çobanın acığı tutdı, todaqları  təbsirdi. 
Çoban aydır: 
 
Mərə, dini yoq, əqlsiz kafər! 
 Ussı yoq, dərnəksiz kafər! 
 Qarşu yatan qara qarlı tağlar 
 qarıyıbdur, otı bitməz. 
 Qanlu-qanlu 
ırmaqlar 
qurıyıbdır, suyı gəlməz. 
Şahbaz-şahbaz atlar  
qarıyubdur, qulun verməz. 
Qızı-qızıl dəvələr  
qarıyubdur, köşək verməz. 
Mərə kafər, Qazanın anası 
qarıyubdur oğul verməz. 
Dölin almaqdan səfan varsa, Şökli Məlik, qara gözlü qızın 
varsa, gətür, Qazana ver! Mərə kafər, sənin qızından oğlı 
toğsun, siz anı Qazan bəgə  qədim qoyasız, -dedi (II b., s. 48-
49). 
 
Qazanla kafərin və Qaraca çobanın yuxarıda verilmiş 
mükaliməsində formaca dialoq quruluşu yerində qalır, ancaq 
dialoji nitqə daxil olan komponentləri  əksəriyyətlə yardımçı 
informasiyalar təşkil etdiyindən (və yeganə əsas informasiyanı 


 
87
çoxluqla yardımçı informasiyalar bloku müşayiət etdiyindən) 
onlar normal ünsiyyət funksionallığını verməyə bilirlər.  
«Kitabi-Dədə Qorqud»dakı  şer mətnlər, bir qayda olaraq
özünəməxsus xüsusiyyətlərlə səciyyələnir: 
a) şeir mətnlər xüsusi forma strukturu ilə xarakterizə olunur. 
Həmin struktura görə şeirlərdə ayrı-ayrı misraların sonu fonetik 
tərkibcə bir-birinə uyğunlaşa bilir. Bu uyğunlaşma təsadüfi 
yox, sistematik şəkildə üzə çıxır. Yəni 
-qafiyələnmə adətən mətnin əvvəlini təşkil edən misra-
cümlələr içərisində və mətnin sonunda  gələn misra-cümlələrin 
arasında olur.  
 Açuq-açuq 
meydana 
bənzər sənin alıncuğın,  
 Eki 
şəbçırağa bənzər sənin gözcigəzin. 
 
Əbrişimə bənzər sənin yəlicigin.     
 Eki 
şəbçırağa bənzər sənin gözcigəzin. 
 
Əri muradına yetürər sənin arxacığın, 
 At 
diməzəm sana,  
                            qartaş deyərəm. 
 Qartaşımdan yeg! 
 Başıma iş gəldi, yoldaş deyərəm
 Yoldaşımdan yeg!  (III b., s. 60). 
-pauzalı qafiyələnmə özünü göstərir. Yəni  şerin tək və 
ya cüt sıralanan misralarının sonu fonetik tərkibcə uyğunlaşır. 
 Qarşu yatan qara tağım yıqılubdır, 
 Ozan, 
sənin xəbərin yoq. 
 Kölgəlicə qaba ağacım kəsilübdir, 
 Ozan, 
sənin xəbərin yoq. 
 Dünyəlikdə bir qardaşım alınubdır,  
 Ozan, 
sənin xəbərin yoq… (III b., s. 62) 
 
 Qara 
qıyma gözlərin cöngəlməsəydi, 
 «Ağam Beyrək» diyədəm ozan, sana! 
 
Yüzini qara saç örtməsəydi
 «Ağam Beyrək» diyədəm ozan, sana! 


 
88
 Qunt-qunt 
biləklərin solmasaydı, 
 «Ağam Beyrək» diyədəm ozan, sana! 
 Apul-apul 
yürişindən 
 Aslan 
kibi 
turışından 
 Qanrıluban baqışından  
 
Ağam Beyrəgə bənzədürəm, ozan, səni! 
 Sevindirdin, 
yerindirmə, ozan, məni! (III b., s. 62) 
b) «Kitabi-Dədə Qorqud»dakı söyləmələr (şer mətn) nəsr 
mətnlərin üzvi tərkib hissəsi olduğundan məzmunca vahid süjet 
xətti ilə bağlanır. 
…Yegnək  ardından yetdi. Hasar qapusına girmişkən 
qara polat uz qılıca ənsəsinə eylə çaldı kim, başı tob kibi yerə 
düşdi. Andan Yegnək atın döndərdi; ləşkərə gəldi. 
Tutsaq olan Qazılıq qocayı salı vermişlər. Çıqub gəldi. 
«Hay, bəg yigitlər, kafəri kim öldürdi?» deyü soylamış, görə-
lim, xanım nə soylamış, aydır:  
Qaytabanın mayasını yüklü qodum, 
Nərmidir, mayamıdır, anı bilsəm. 
Qara ayılum qoyunını yüklü qodum,  
Qoçmıdır, qoyunmıdır, anı bilsəm. 
Ala gözlü görklü həlalım yüklü qodum, 
Erkəkmidir, qızmıdır, anı bilsəm. 
Mərə, bəg yigitlər, xəbər mana
                              yaradanın eşqinə! (YII b., s. 97) 
c)  şeir mətnlər deyişmələrdə daha çox işləndiyindən  əksər 
hallarda xitabla başlanır: 
 
Hey, yigidim, bəg yigidim! 
 Qaytabanlar 
torumından dönərmi olur? 
 Qaraqucda 
Qazlıq atlar quluncığın dəpərmi olur? 
 
Ağayılda ağca qoyun quzucığın süsərmi olur? 
 Alp 
yigitlər, yeg yigitlər görklüsinə qıyarmı olur?  
                                                                          (YI b., s. 92)  


 
89
d)  şeir mətnlər xüsusi mürəkkəb cümlə formaları ilə 
əlaqələndiyindən  əksər hallarda spesifik quruluşlu sintaktik 
vahidlər - mürəkkəb sintaktik bütövlər əmələ gətirir. 
e)  şeir mətnlərin tərkib hissələrini təşkil edən ayrı-ayrı 
cümlələr arasında özünəməxsus  şəkildə uzlaşmalar müşahidə 
olunur. Belə uyğunlaşmalar təsadüfi xarakter daşımayıb, 
sistematik şəkildə üzə çıxır. Eyni bir misranın əvvəli ilə sonunu 
fonetik tərkibcə oxşar köklü sözlər müşayiət edir. 
Bin-bin ərdən yağı gördümsə, oyunum dedim. 
Yigirmi bin ər yağı gördümsə, yılamadım. 
Otuz bin ər yağı gördümsə ota saydım. 
Qırq bin ər yağı gördümsə, qıya baqdım. 
Əlli bin ər gördümsə, əl vermədüm. 
Altmış bin ər gördümsə, aytışmadım. 
Səksən bin ər gördümsə, səksənmədim. 
Toqsan bin yağı gördümsə, tonatmadım. 
Yüz bin ər gördümsə, yüzüm dönmədim.  
                                                      (XI b., s. 117) 
Nümunədə, bir qayda olaraq, misraların  əvvəlində saylar, 
sonda isə oxşar fonetik kökə malik fellər və ya tərkibi fellər 
gəlir (birinci misra kiçik istisna təşkil edir): 
yigirmi bin - yılamadım 
otuz bin - ota saydım 
qırq bin - qıya baqdım 
əlli bin - əl vermədim 
altmış bin - aytışmadım 
səksən bin - səksənmədim 
toqsan bin - tonatmadım 
yüz bin - yüzüm dönmədim 
ə) misra əvvəli leksik təkrar - anafora müşahidə edilir: 
Alan sabah, xan qızı, yerimdən turmadımmı? 
Boz ayğırın belinə binmədimmi? 
Sənin odan üzərinə sığın-keyik yıqmadımmı? 
 
Sən məni yanına qağırmadınmı? 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə