Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə21/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   68

 
73
Mürəkkəb sintaktik bütövdən gətirdiyimiz parçada I, II, III, 
IY, Y, YI, YII, YIII cümlələrin xəbəri felin nəqli keçmiş 
zamanında birinci şəxsin cəmi ilə, IX, X, XI cümlələrin xəbəri 
felin  əmr  şəklində ikinci şəxsin cəmi ilə, tabesiz mürəkkəb 
cümlədən ibarət olan XI cümlənin ikinci tərkib hissəsinin xəbəri 
və XII, XIII cümlələrin xəbər hissəsi  felin əmr şəklində birinci 
şəxsin cəmi ilə ifadə olunur. Sintaktik mətn komponentlərində 
hərəkət subyektlərinin eyni şəxs ilə ifadəsi xəbər formalarında 
(və deməli həm də cümlə sonluqlarında) da oxşarlığa (eyniliyə) 
səbəb olur. Bədii effekt yaradan vasitə isə I-YIII cümlələrdə 
tamamlıq-mübtəda-xəbər qəlibli konstruksiyanın 
təkrarlanmasıdır. 
Qədim türk (runik) yazılı abidələri üçün spesifik olan cümlə 
quruluşları orta əsrlər türk ədəbi dilində - «Kitabi-Dədə 
Qorqud»un mətnində  də tez-tez təkrarlanan sabit sintaktik 
konstruksiyalara çevrilir. Onlardan biri və daha geniş yayılanı 
xəbəri dedi feli ilə ifadə edilmiş iki baş cümlənin tamamlıq 
budaq cümləsini dövrəyə aldığı sintaktik quruluşdur.  
Kültiqin şərəfinə abidədə: Türk kara kamığ bodun ança timis: 
İlliq bodun ertim, ilim amtı kanı, kimke iliq kazğanurmen, -tir 
ermis (KltŞ 8-9; Tərcüməsi- Sadə türk adamları bütünlüklə eləcə 
demiş: dövləti olan xalq idim, indi dövlətim hanı, kim üçün 
dövləti qazanıram // yaradıram, -deyirmiş). 
Tonıkuk  şərəfinə abidədə: Türqis kağan ança timis: «benin 
bodunım anta erür», -timis (TonŞ. 21; Tərcüməsi- Türqis xaqanı 
eləcə demiş: «mənim xalqım oradadır», -demiş). 
Bir–biri ilə tabelilik əlaqəsi ilə birləşmiş üç cümlə vahidindən 
ibarət olan quruluş «Kitabi-Dədə Qorqud»un dilində inkişafa 
məruz qalır, ilk tərkib  hissənin dedi feli öz sinonimi - aydır feli 
ilə  əvəz olunur; «dedi - dedi» cütlüyünün yerini «aydır-dedi» 
cütlüyü tutur. Qazan aydır: «Su həq didarın görmişdir. Bən bu 
suyla xəbərləşim», -dedi (II b., s. 44). Uruz aydır: «Mərə kafər, 
aman! Tənrinin birliginə yoqdır güman! Qoun məni bu ağacla 
söyləşəyim», -dedi (II b., s. 47). Böylə digəc Qazan aydır: 


 
74
«Mənim avımı bozma, ləşkərimi tağıtma! Bən bu gün qonur ata 
qaqaram, üç günlük yolı bir gündə aluram, ev ilə olmadın 
yurdum üstinə vararam. Əgər sağdır,  əsəndir, axşam olmadın 
genə mən sana gəlürəm. Ordım sağ-əsən degil isə, başınuza çarə 
edin. Mən dəxi getdim», -dedi (II b., s. 44). 
Türk bədii mətni üçün spesifik olan sintaktik quruluşdakı 
leksik təkrarlardan birinin  (dedi feli) sinonimi ilə (aydır feli) 
əvəz edilməsi həm normativlik baxımından baş verir - dili 
ağırlıqdan xilas edir, həm də üslubi yük daşıyır. Leksik təkrarlı 
konstruksiyadan çox verilmiş quruluş tipindəki semantik təkrarlı 
konstruksiya effekt verir. Və bunlardan birincisi bədii mətnə 
bədii forma elementi kimi daxil olur. Ümumiyyətlə, «ikinci baş 
cümlə (yəni dedi sözü) burada zəruri qrammatik fakt kimi yox, 
bizcə, mətn ünsürü kimi cümlə quruluşunu tamamlayır. Eyni 
məzmuna malik bu dil vahidlərinin birincisi obrazın nitqinə, 
ikincisi müəllif təhkiyəsinə aiddir. Yəni müəllif təhkiyəsinin hər 
yerdə mətni müşayiət etməsi əsas informasiya daşıyıcısında hər 
iki tərəfi - əvvəli və sonu aydır-dedi sözləri ilə  əhatələnmiş 
cümlə formalarının işlənməsini zəruri edir. Odur ki, bu cür bədii 
tekstoloji təyinatla iki cümlədən ibarət zəncirvari konstruksiyaya 
malik tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr 
arasında bağlılıq var» 
[2, s. 31
-
32
].  
Bədii tekstoloji təyinat «Kitabi-Dədə Qorqud»un dilində 
başqa spesifik sintaktik modellərin işlənməsini də  zəruri edir. 
«Kitabi-Dədə Qorqud»un dilində elə cümlələr var ki, orada 
təsriflənən fel afinit forma funksiyasını daşıyaraq cümlənin 
quruluşuna təsir edə bilir: Rəsul Əleyhüssəlam zamanına yaqın 
Bayat boyından Qorqud Ata diyərlər, bir ər qopdı (müqəddimə, 
s. 31). Dirsə xan deyirlərdi, bir bəgün oğlı-qızı yoqdı (I b., s. 34). 
Bu sintaktik vahidlərdə sadə cümlə quruluşunun sərhədləri tam 
dağılmamış və sadə cümlə hüdudunda başqa bir, quruluşca daha 
təkmil cümlə forması yerləşmişdir.  İkinci komponentdə 
aydınlaşdırılmağa ehtiyacı olan cümlə üzvünü (təyini) birinci 
komponentin izah etdiyini, haqqında  əlavə  məlumat verdiyini 


 
75
nəzərə alaraq, həmin cümlə formasının təyin budaq cümləli 
tabeli mürəkkəb cümləyə yaxınlaşdığını söyləmək mümkündür. 
Ancaq bu quruluşa malik başqa cümlə nümunəsi var ki, bu cür 
model təyin rolunu oynamır. Yalançı  oğlı Yalancuq deyirlər, 
ölüsi xəbərin gətürdi (III b., s, 60). Burada deyirlər formasından 
sonra təyin olunan gəlmir. Cümlənin informativ fokusuna görə 
təyin olunanın iştirakını  bərpa etsək, təxminən belə bir şəkil 
alınar: Yalançı  oğlu Yalancuq deyirlər…  bir kişi. Odur ki, 
informasiyanı  qəbul edənin təfəkküründə quruluş  təiyn kimi 
qəbul olunmur və cümlənin informativ strukturu da bunu tələb 
etmir. Yəni məzmun baxımından cümlə o şəkildədir ki, birinci 
hissə (Yalançı  oğlu Yalancuq deyirlər) ikinci hissənin (ölüsi 
zəbərin gətürdi) iş icra edəni–mübtədası olmalıdır. Deməli, 
informativlik  əlamətinə görə cümlə vahidi bir sadə cümlədir. 
Amma formal baxımdan nümunə öz predikativ mərkəzləri olan 
tərkib hissələrdən ibarət mürəkkəb cümlə vahididir. Bu cür 
uyğunsuzluq cümlənin mətn (bədii mətn) vahidi olması ilə 
əlaqədardır. Və birinci növbədə cümlədəki deyirlər sözü fəal 
mətn ünsürü olmaqla cümlə vahidinin bədii tekstoloji təyinatını 
həll edir. Yəni deyirlər sözü artıq üçüncü obrazın nitqi ilə bağlı 
detaldır. Kontekstə baxaq: Çobanlar aydır: Bəgümizin bir oğtlı 
vardı, on altı  yıldır kim, ölüsi-dirisi xəbərin  kimsə bilməz. 
Yalançı oğlı Yalancuq deyirlər, ölüsi xəbərin gətürdi. Adaxlusın 
ana verər oldılar. Gəlür bundan keçər. Uralım anı, ana varmasun
təninə-tuşına varsun, -dedilər (III b., s. 60). Mətndəki nitq felləri 
üç obrazın nitqini səciyyələndirir - aydır  xəbəri çobanlara (I 
obraz), deyirlər - üçüncü şəxsin cəminə aid qeyri-müəyyən şəxsə 
(II obraz), dedilər xəbəri müəllif (III obraz) təhkiyəsinə aiddir 
[2, 
s. 27
-
28
].  
Sabit sintaktik konstruksiyalardan fərqli olaraq, sabit dil 
ifadələrini xüsusi işlənmə situasiyaları tələb edir və onlar bu və 
ya digər vəziyyətlərə  təhkim olunurlar. Odur ki, eyni (və ya 
oxşar) situasiyada eyni ifadə vasitəsi təkrarlana-təkrarlana bədii 
dil fiquruna çevrilir. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə