Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə20/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   68

 
70
 Qaytabanım güdəndə sarvanımmısan? 
 Qaraqucım güdəndə ilqıçımmısan? 
 
Ağayılım güdəndə çobanımmısan?  
 Qulağımda şırşıyan naibimmisən? 
 Beşigdə qoyub getdigim qardaşcığımmısan? 
 
Yigit, degil mana!                                               
 Qara 
başım qurban olsun bu gün sana! (X b., s. 114) 
 
Belə  şeir mətnlərdəki cümlə sonluqlarının qafiyələnməsi 
mürəkkəb sintaktik bütövlərin təşkilində mühüm rol oynayır. 
Çünki iki cümlə sonluğunun qafiyələnməsi onların bir-biri ilə 
formal bağlılığını təmin edir və iki və daha çox sintaktik vahidi 
bir-biri ilə uzlaşdırır. Bu olduqda növbəti cümlələrin də struktur-
forma uyğunlaşmaları baş verir - xəbərlər felin bir zamanı ilə 
ifadə olunur, bir şəxsi bildirir, kəmiyyətcə ya təkdə, ya da cəmdə 
olur.  
Digər forma amili informasiya daşıyıcılarının eyni (ən azı 
yaxın) həcmdə olmalarıdır. Bu zaman tam sintaqmların 
hüdudları daxilində yarımçıq sintaqmların heca ölçüsü növbəti 
cümlədə  də saxlanılır. Başqa sözlə, bir informasiya daşıyıcısı 
(cümlə) ilə digər informasiya daşıyıcısının söz və heca tutumları 
kəmiyyətcə üst-üstə düşür. Ağ saqallu qocanın ağzın sögdi. Ağ 
birçəklü qarının südin tutdı (I b., s. 37). Tölə-tölə şahbaz atlarını 
biz binmişüz. Qatar-qatar qızıl dəvəsini biz yetmişüz (II b., s. 
43). Eyni həcmli hecalar tam sintaqm daxilindəki iki yarımçıq 
sintaqm arasında da olur və bir qayda olaraq, sintaktik quruluşun 
təkrarı ilə yaranmış mürəkkəb cümlələrdə özünü göstərir. 
Oğulda ortacım yoq, qartaşda qədərim yoq (III b., s. 52). Kim 
atın binər, kim cövşən geyər (IY b., s. 74). Nə oğlan yenər, nə 
buğa yenər (I b., s. 36). Av avladılar, quş quşladılar (I b., s. 37). 
Sağdan gedəni sağ alur, soldan gedəni sol alur. Haqlıya həqqi 
dəgə, haqsuza yüzi qaraluğı dəgə (III b., s. 64). 
Belə konstruksiyalı cümlələrdə sintaktik qəlibin təkrarı ilə 
yanaşı, bir, ya iki leksik təkrar da müşahidə olunur. Bin buğra 


 
71
gətürün kim, maya görməmiş ola. Bin dəxi ayğır gətürün kim, 
heç qısrağa aşmamış ola (III b., s. 56). Dəxi kəndüsi tölə-tölə 
atlarına vardı, bin ayğır seçdi. Dəvələrinə vardı, bin buğra-nər 
seçdi. Qoyunlarına vardı, bin qoç seçdi (III b., s. 56-57). Sağ 
yanında qardaşı Qaragünə otırmışdı. Sol yanında tayısı Uruz 
oturmışdı (IY b., s. 68).  
Mürəkkəb sintaktik bütöv bütünlüklə belə formalardan təşkil 
olunmasa da, onların iki-üç cümlədə  iştirakı güclü bədii effekt 
yaratmaq üçün kifayət edir. Ol gün cigərində olan ər yigitlər 
bəlürdi. Ol gün müxənnətlər sapa yer közətdi. Ol gün bir 
qiyamət savaş oldı, meydan tolu baş oldı; başlar kəsildi, top kibi. 
Şahbaz-şahbaz atlar yügürdi, nalı düşdi. Ala-ala köndərlər 
süsəldi. Qara polat uz qılıclar çalındı, yılmağı düşdi. Üç yelənli 
qayın oqlar atıldı, dəmrəni düşdi. Qiyamətin bir güni ol gün oldı. 
Bəg nökərindən, nökər bəgindən ayrıldı (II b., s. 50). 
Obrazlar arasındakı söyləşmələr (deyişmələr) zamanı onların 
ifadə etdikləri söyləmələr (şeirlər) eyni strukturda olur. Formal 
quruluş baxımından ikinci söyləmə  (şeir) birinci söyləməni 
(şeiri) izləyir. Ancaq məzmun etibarilə ikinci birincinin tam eyni 
olmasa da, nisbi yaxınlıq qalır və  bəzi halda ikinci söyləmə 
(şeir) birinci söyləməni (şeiri) məzmunca tamamlayır.  
Oğlanın anası  oğlanın üstinə çapub çıqa gəldi. Baqsa görsə 
oğlancığı alca qana bulaşmış yatur. Çağıruban oğlancuğına 
soylar, görəlim, xanım, nə soylar: 
…Nə Qazlıq tağı aqar sənin suların,  
Aqar kibi aqmaz olsun! 
Bitər sənin otların Qazlıq tağı,  
Bitər ikən bitməz olsun! 
Qaçar sənin keyiklərin Qazlıq tağı,  
Qaçar ikən qaçmaz olsun, taşa dönsün! 
Nə biləyin, oğul, arslandanmı oldı, 
                                         yoxsa qaplandanmı oldı?…       


 
72
Böylə digəc oğlanın qulağına səs toqundı. Başın qaldırdı, 
yılabıdaq gözin açdı. Anasının yüzinə baqdı. Soylamış, görəlim, 
xanım, nə soylamış. Aydır:  
 
Bərü gəlgil, aq südin əmdigim, qadunım ana! 
 
Ağ birçəklü, izzətlü, canım ana!  
  
«Aqar» ayıda qarğamağıl,  
 Qazlıq tağının suyının günahı yoqdır. 
 «Bitər» ayıda otlarına qarğamağıl,  
 Qazlıq tağının suçı yoqdır. 
 Qaçar 
keyiklərinə qarğamağıl, 
 Qazlıq tağının günahı yoqdır. 
 Arslanla 
qaplanına qarğamağıl, 
 Qazlıq tağının suçı yoqdır, 
 Qarğarsan, babama qarğa, 
 
Bu suç, bu günah babamdandır, -dedi… (I b., s. 39). 
Sonuncu söyləmədə  hər misranın sonu (xəbəri) inkarlıq 
bildirdiyi halda, axırıncı misra (şeirin sonu) təsdiq ifadə edir və 
bu təsdiq ayrıca sintaktik bütövü (şeiri) həm semantik, həm də 
formal baxımdan qapayır. 
Cümlə sonluqlarının eyni formaya malik olması heç də 
həmişə qafiyələnməyə xidmət etmir; kommunikativ vahidlər 
sistemi kimi üzə  çıxır. Hökmün ifadə formalarından və  işi, 
hərəkəti icra edən subyektlərin hansı  şəxsə  mənsubluğundan 
asılı olaraq, mürəkkəb sintaktik bütövü təşkil edən cümlələrin 
xəbərləri eyni şəkli əlamət daşıya bilər. 
Qazan bəgün dünlügi altun ban  evlərini biz yıqmışuz. Tölə-
tölə  şahbaz atlarını biz binmişüz. Qatar-qatar qızıl dəvəsini biz 
yetmişüz. Qarıcıq anasını biz gətürmişiz. Ağır xəzinə, bol 
aqçasını biz yağmalamışuz. Qaza bənzər qızı-gəlini biz yesir 
etmişüz. Qırq yigidlə Qazanın oğlını biz gətürmişiz. Qırq incə 
bellü qızla Qazanın həlalını biz gətürmişiz. Bərə çoban, 
irağından-yaqınından bərü gəlgil! Baş endirüb bağır basğıl! Biz 
kafərə salam vergil, öldürmiyəlim!  Şökli Məlikə  səni ilətəlüm! 
Sana bəglig alı verəlim (II b., s. 43). 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə